Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-243/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi X8 oğlunun, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli 2(011)-2216/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilin təmirinə sərf etdiyi 21000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əvvəllər ailə üzvləri ilə birlikdə Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsi, 4 ünvanında yerləşən yataqxananın 4A saylı mənzilində yaşamış, Cavabdeh iddiası əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 iyun 2016-cı il tarixli qətnaməsi ilə həmin mənzilə dair onun adına verilmiş order etibarsız hesab edilmiş və mənzilin boşaldılaraq Cavabdeh verilməsi qət edilmişdir. Həmin qətnamədən verdiyi apellyasiya və kassasiya şikayətləri təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə həmin yaşayış sahəsi ondan alınaraq Cavabdeh verilmişdir. O həmin mənzildə yaşadığı müddət ərzində mənzili tam təmir etdirmişdir. Belə ki, tavanın bütün səthini sökərək suvatdırmış, suvaq işlərindən sonra divara üzlük çəkilərək hamar şəklə salınmış, sonra isə divarlara divar kağızı çəkilmişdir. Bütün mənzillərə yenidən işıq çəkilmiş, 2 otaqda tavana üzlük çəkilmişdir. Mənzilin 1 otağına yağlı boya çəkilmiş, 1 otaqda döşəmə dəyişdirilmiş, taxtadan döşəmə vurulmuşdur. Balkon kərpiclə hörülmüş, balkonun içəri hissəsinə suvaq və üzlük vurulmuşdur. Balkonda divara və tavana rəngli boya vurulmuş, mənzilin fasad hissəsinə iki ədəd pəncərə qoyulmuş, döşəmə hamarlanmış və rənglənmişdir. Balkona və mətbəxə metlax döşənmiş, balkonda ayaqyolu tikilmiş, kafel, metlax vurulmuş, unitaz, smestitel, 150 litrlik su çəni və suqızdırıcı qoyulmuşdur. Habelə 1 ədəd plastik qapı qoyulmuşdur. Görülən işlərə görə usta pulu verilmişdir. Onun təmir etdirdiyi ev əlindən alınaraq cavabdehə verilmişdir. Cavabdeh vaxtında ona məlumat versəydi mübahisəli evi almaz və təmir işləri aparmazdı. Məhz onun təqsiri üzündən ona maddi ziyan dəymişdir. O, mənzilin təmirinə 21000 manat pul sərf etmiş və hesab edir ki, bu məbləğ cavabdehdən alınaraq ona ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli 2(011)- 2216/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 14586 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyi mənzilin faktiki vəziyyətini düzgün əks etdirməmiş, yalnız iddiaçının məlumatına uyğun əsaslandırılmışdır. Məbləğ mənzilin faktiki vəziyyətinə əsasən deyil, mənbəyi bilinməyən smeta cədvəlinə əsasən təyin edilmişdir. Bundan əlavə, İddiaçı həmin mənzilə qanunsuz sahib olduğuna və bu hal məhkəmə qərarlarında əksini tapdığına görə həmin mənzilə münasibətdə vicdanlı sahib hesab oluna bilməz və çəkdiyi xərclərin əvəzini tələb etməkdə haqlı deyil. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. R.Almuradov izahatında həmçinin bildirdi ki, təmsil etdiyi cavabdeh birinci instansiya məhkəməsinin təyin etdiyi ziyanın məbləğini ödəmək iqtidarında deyil. Onlar iddiaçı ilə barışıq əldə etmək istəsələr də, qarşı tərəf barışığa gəlməmişdir. Maddi ziyanın əvəzi kimi halallıq üçün iddiaçıya 3000 manat məbləğində pul ödəyə bilərlər. Cavabdehin bundan yüksək məbləğdə ödəmə etmək imkanı yoxdur. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərdi ki, qarşı tərəfin təklif etdiyi məbləğ heç onun təmirə sərf etdiyi məbləğin yarısını belə təşkil etmir. Dəfələrlə cavabdehlə əlaqə saxlamağa çalışsa da, qarşı tərəf onunla razılaşmağa belə cəhd göstərmir. Buna görə də maddi ziyanın əvəzi kimi ona 3000 manat məbləğində pul ödənilməsi ilə razılaşmır və məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli 2(011)- 2216/2019 saylı qətnaməsi dəyişdirilməlidir. İş materiallarından görünür ki, Bakı “Radioquraşdırma” X2 İttifaqı Komitəsinin 09 noyabr 2004-cü il tarixli 41 saylı qərarı ilə Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsi, 4 ünvanında yerləşən yataqxanada 1-ci mərtəbədə yerləşən 2 otaqlı 36 kv.mertr sahəsi olan 4A saylı otaq İddiaçı verilmiş, Bakı “Radioquraşdırma” İB tərəfindən həmin mənzilə dair İddiaçı adına 12 aprel 2005-ci il tarixli order verlmişdir. Cəbrayılova (Bayramova) Mələk Əlibala qızı 2005-ci ildən 2016-cı ilədək həmin ünvanda ailəsi ilə birlikdə yaşamış və həmin mənzilin yaxşılaşdırılmasına xərc çəkmişdir. İddiaçı Cavabdehlər X4 və qeyrilərinə qarşı orderin ləğv edilməsi, mənzilin boşaldılması və mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilmiş, Bakı “Radioquraşdırma” İB-nin Həmkarlar İttifaqı Komitəsinin 09 noyabr 2004-cü il tarixli 41 saylı qərarının “Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsi, 4 ünvanında yerləşən yataqxanada, 1-ci mərtəbə, 2 otaqlı, 36 kv.mertrlik 4A saylı otağının X4 verilməsi” hissəsində etibarsız hesab edilməsi, Bakı “Radioquraşdırma” İB tərəfindən həmin mənzilə dair İddiaçı verilmiş 12 aprel 2005-ci il tarixli orderin etibarsız hesab edilməsi, Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsi, 4 ünvanında yerləşən yataqxanada, 1ci mərtəbə, 2 otaqlı, 36 kv.mertrlik, 4A nömrəli mənzilin boşaldılaraq Cavabdeh verilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 noyabr 2017-ci il tarixli qərarı ilə cavabdeh Cəbrayılova (Bayramova) Mələk Əlibala qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsi, 4 ünvanında yerləşən yaşayış sahəsi İddiaçı alınaraq Cavabdeh verilmişdir. Mübahisəli mənzilin İddiaçı sahibliyində olduğu dövrdə təmir olunmasını cavabdeh tərəf də etiraf etmişdir. Apellyasiya icraatı zamanı Cavabdeh nümayəndəsi X6 izahatında göstərmişdir ki, “...təmir işlərinin görülməsi inkar olunmur. Lakin həmin işlərə görə çəkilmiş xərc məhkəmə qətnaməsində göstərilən məbləğdə deyil. Həmin məbləğ şişirdilmişdir. Aparılan təmir işləri iddiaçının yaşadığı müddət ərzində öz dəyərini tamamilə itirmişdir...” (i.v.102) Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir . 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 157.6-cı maddəsinə əsasən, istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7-ci maddəsinə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məzmunundan göründüyü kimi, Mülki Məcəllənin 157.7-ci maddəsində vicdanlı sahibin ayrılması mümkün olmayan əmlakın dəyərindən artıq olmamaq şərtilə yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olması müəyyən edilmişdir. Yaxşılaşdırmaya çəkilən məsrəflərin əvəzinin ödənilməsi üçün cavabdehin təqsirinin olması isə zəruri hal kimi qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçı Bakı “Radioquraşdırma” İB-nin Həmkarlar İttifaqı Komitəsinin 09 noyabr 2004-cü il tarixli 41 saylı qərarı və Bakı “Radioquraşdırma” İB tərəfindən həmin mənzilə dair İddiaçı verilmiş 12 aprel 2005-ci il tarixli order əsasında Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsi, 4 ünvanında yerləşən yataqxananın 4A nömrəli mənzilində 2005-2016-cı illərdə yaşadığından, mənzilə sahibliyinin qanunsuz olduğunu bilməmiş və bilməli olmamışdır. Buna görə də İddiaçı həmin mənzilin vicdanlı sahibi olmaqla hal-hazırda cavabdehin sahibliyinə və istifadəsinə keçmiş mübahisəli mənzilin təmirinə çəkdiyi məsrəflərlə bağlı xərcin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə araşdırması zamanı görülmüş təmir işlərinin əvəzsiz olaraq cavabdehə qalmasına dair nə qanuni, nə də müqavilə üzrə əsasların olması müəyyən edilməmişdir. Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsi, 4 ünvanında yerləşən yataqxanada, 1-ci mərtəbə, 2 otaqlı, 36 kv.mertrlik, 4A nömrəli mənzildə iddiaçı tərəfindən hansı təmir işlərinin görülməsi və təmirə çəkilmiş xərcin hazırkı yararlığı nəzərə alınmaqla dəyəri (aşınma nəzərə alınmaqla) barədə rəy verilməsi üçün birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə tikinti-texniki ekspertizası, apellyasiya icraatı zamanı işə baxılarkən isə təkrar məhkəmə tikinti-texniki ekspertizaları keçirilmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10 sentyabr 2019-cu il tarixli № 9734 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsi, 4 ünvanında yerləşən 4A saylı mənzildə aparılmış təmir-tikinti işlərinin dəyəri, mülki iş materiallarına əlavə olunmuş smeta cədvəlinə əsasən 14586 manat təşkil edir. Apellyasiya icraatı zamanı keçirilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasının 04 mart 2021-ci il tarixli 10/3091 nömrəli rəyindən görünür ki, iş materialında iddiaçı tərəfindən görülən işlərə dair smeta sənədinə əsasən, mənzilin təmiri zamanı divarlar suvanmış, elektrik xətləri çəkilmiş, balkon kərpic vasitəsilə hörülmüş, divara divar kağızı vurulmuş, tavan boya ilə rənglənmiş, döşəmə rənglənmiş, qapı və pəncərə blokları quraşdırılmış, sanitar qovşağında kafel-metlax döşənmiş və su xətləri çəkilmişdir. Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsi, 4 yataqxana 1-ci mərtəbə, 2 otaqlı, 4A saylı mənzildə görülmüş işlərin ümumi dəyəri hazırkı bazar qiymətinə uyğun olaraq təqribən 10800 manat məbləğində müəyyən olunur. Apellyasiya icraatı zamanı keçirilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasının 23 sentyabr 2021-ci il tarixli 10/2936 nömrəli rəyindən görünür ki, Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsi, 4 yataqxana 1-ci mərtəbə, 2 otaqlı, 4A saylı mənzildə faktiki vəziyyətdə giriş qapısının dəmir materialdan, pəncərələrin taxta materialdan, sanitar qovşağının və digər otaqların qapısının taxta materialdan ibarət olduğu, yataq otağında divarların boyandığı, tavanın şpaklyovka ilə hamarlanaraq boyandığı, döşəmənin taxta materialla üzləndiyi və boyandığı, qonaq otağında divarlara divar kağızı çəkildiyi, tavanın şpaklyovka ilə hamarlanaraq boyandığı, döşəmənin taxta materialla üzlənərək boyandığı, sanitar qovşağında divarlara kafel, döşəməyə metlağ vurulduğu, plastik materialdan qapı quraşdırıldığı, tavana lambirin vurulduğu, sanitar qovşağında su və kanalizasiya xətləri çəkildiyi, bir ədəd unitaz və bir ədəd tülpan quraşdırıldığı, mənzilin eyvanında kənar divarların kərpiclə hörüldüyü və suvandığı, eyvanda iki ədəd taxta materialdan olan pəncərənin quraşdırıldığı, eyvanın taxta arakəsmə vasitəsi ilə iki hissəyə bölündüyü və taxta materialdan qapı quraşdırıldığı, eyvanda döşəmənin bir hissəsinə dikt vurularaq boyandığı, digər hissənin isə sement məhlulu ilə hamarlanaraq üzərinə linolium sərildiyi, eyvanın divarlarının bir hissəsinin suvanaraq boyandığı, bir hissəsinin (mətbəx kimi istifadə olunan) kafellə üzləndiyi, tavanın şpaklyovka ilə hamarlanaraq boyandığı müəyyən olunmuşdur. Mənzildə elektrik, su və kanalizasiya xətləri mövcuddur. İstismar nəticəsində mənzilin divarlarında, tavanında, döşəməsində, qapı və pəncərələrində müxtəlif qüsurlar yarandığından faktiki vəziyyətdə mövcud olan qüsurların aradan qaldırılması üçün mənzildə cari təmir işləri aparılmalıdır. Sözügedən mənzilin ilkin vəziyyəti barədə məlumat olmadığından, eyni zamanda mənzildə görülmüş işlərə dair layihə-smeta sənədləri olmadığına görə həmin işlərin kim tərəfindən və nə zaman aparıldığını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də həmin mənzildə iddiaçı tərəfindən hansı təmir işlərinin görüldüyünü və aşınma xərci nəzərə alınmaqla həmin işlərə çəkilmiş xərci müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10 sentyabr 2019-cu il tarixli № 9734 saylı rəyi yalnız iddiaçı tərəfin deməsinə görə tərtib olunmuş smeta cədvəlinə əsaslandığından, apellyasiya icraatı zamanı işə baxılarkən keçirilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasının 04 mart 2021-ci il tarixli 10/3091 nömrəli rəyi isə kifayət qədər əsaslandırılmadığından, həmin ekspert rəyləri sübut növü kimi qəbul edilməməlidir. 04 mart 2021-ci il tarixli 10/3091 nömrəli rəy verilərkən də yalnız iddiaçı tərəfin deməsinə görə tərtib olunmuş smeta cədvəlinə əsaslanılmış, aşınma xərci nəzərə alınmadan 1 kv.m təmir işlərinin bazar dəyərinin 300 manat olması əsas götürülməklə 36 kv.m sahədə görülmüş təmir işlərinin dəyərinin 36 x 300 = 10800 manat olması barədə rəy verilmişdir. Sözügedən mənzilin ilkin vəziyyəti barədə məlumat olmadığından, eyni zamanda mənzildə görülmüş işlərə dair layihə-smeta sənədləri olmadığına görə həmin işlərin kim tərəfindən və nə zaman aparıldığını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də həmin mənzildə iddiaçı tərəfindən hansı təmir işlərinin görüldüyünü və aşınma xərci nəzərə alınmaqla həmin işlərə çəkilmiş xərci müəyyən etmək mümkün olmamışdır. İddiaçı həmin mənzildə 2005-2016-cı illərdə yaşamaqla mənzildə təmir işləri aparmışdır. İddiaçı tərəfindən mənzildə təmir işlərinin aparılması cavabdeh tərəfindən də etiraf olunur. Ekspert rəyinə görə istismar nəticəsində mənzilin divarlarında, tavanında, döşəməsində, qapı və pəncərələrində müxtəlif qüsurlar yarandığından faktiki vəziyyətdə mövcud olan qüsurların aradan qaldırılması üçün mənzildə cari təmir işləri aparılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, həmin mənzildə iddiaçı tərəfindən hansı təmir işlərinin görüldüyünü və aşınma xərci nəzərə alınmaqla həmin işlərə çəkilmiş xərci müəyyən etmək mümkün olmasa da, mənzilin yaxşılaşdırılmasına sərf olunmuş xərcin əvəzi kimi cavabdeh tərəfin təklif etdiyi 3000 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya verilməsi ədalətli və ağlabatandır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsi, 4 ünvanında yerləşən yataqxananın 1-ci mərtəbəsində 2 otaqlı 36 kv.metr sahəsi olan 4A saylı otağın verilməsi ilə bağlı 12 aprel 2005-ci il tarixli order Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 iyun 2016-cı il tarixli qətnaməsi ilə etibarsız hesab edildiyindən və həmin mənzilin boşaldılaraq Cavabdeh verilməsi qət edildiyindən, İddiaçı 2005-ci ildən 2016-cı ilədək həmin ünvanda ailəsi ilə birlikdə yaşadığından və həmin mənzilin yaxşılaşdırılması ilə bağlı xərc çəkdiyindən, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Lakin vurulmuş zərərə görə təyin olunmuş ziyanın məbləği ilə razılaşmayan kollegiya hesab edir ki, mənzildə aparılmış yaxşılaşdırmanın əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ 3000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iddia tələbi üzrə cavabdeh tərəfindən mübahisələndirilə bilən məbləğ 3000 manat olmaqla 5000 manatdan az olduğundan, iddiaçı tərəfindən mübahisələndirilə bilən məbləğ isə 5000 manatdan çox olduğundan, iddiaçı tərəfindən qətnamədən kassasiya şikayəti verilə bilər, cavabbdeh üçün isə bu hüquq istisna olunur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli 2(011)- 2216/2019 saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh 3000 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci kimi 50 manat pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-243/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-243/2021
30.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver