Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2435/2025 21.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18 və Cavabdeh19 qarşı mülki iş (Açar sözlər: «müvəqqəti təminat tədbiri nəticəsində vurulmuş zərərin ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh13, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh3, Cavabdeh19, Cavabdeh2 nümayəndəsi X7 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-163/2025 saylı, 24 yanvar 2025ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 32/2019 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6135/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə ünvan 1 ünvanında yerləşən avtomobillərin yuyulma məntəqəsində və İİ blokun zirzəmisinə giriş qapısının üzərində yerləşən yardımçı otaqda fəaliyyətin aparılmasına dair qadağan edilməsi barədə müvəqqəti təminat tədbirlərinin ləğv edilməsi qərara alınmışdır.
2. İddiaçı ilə X9 arasında 29 noyabr 2023-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən İddiaçı ünvan 2 ünvanında yerləşən 32,6 m2 həcmində əsas sahəsini X6 hər ay 150 manat müqabilində icarəyə verməyi öz öhdəsinə götürür. Müqavilə 29 noyabr 2023-cü il tarixindən, 29 noyabr 2028-ci il tarixinədək bağlanmışdır.
3. Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ******* nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən qeyri yaşayış binası İddiaçı xüsusi mülkiyyətindədir.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3074/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən ünvan 4 ünvanda (hazırda ünvan 5stismarına verilmiş xx.xx.2017-ci il tarixli Ə301-159 saylı icazənin (tikinti obyektinin istismarına icazə) ləğv edilməsi qərara alınmışdır.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2196/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Bakı İnzibati Məhkəməsinin 2- 1(112)3074/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, birgə iddiaçılar Cavabdeh3, Cavabdeh19, X8, X2, X4, Cavabdeh13 və Cavabdeh10 cavabdeh Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxs İddiaçı) qarşı istismara icazənin ləğv edilməsi tələbinə dair iddialarının mümkün sayılmaması qərara alınmışdır.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X15 üzrə Baş İdarəsi tərəfindən verilmiş ********** nömrəli VÖEN üzrə vergi uçotunun məqsədləri üçün aktivlər, öhdəliklər və kapitallar barədə məlumatda İddiaçı 2023-cü ilin 4-cü rübü VÖEN üzrə gəlirlər 5594 manat olmuşdur.
Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18 və Cavabdeh19 qarşı müvəqqəti təminat tədbiri nəticəsində vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 134.107 (bir yüz otuz dörd min bir yüz yeddi) manat məbləğində vurulmuş zərərin əvəzi və 424,11 (dörd yüz iyirmi dörd manat on bir qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 134.531 (bir yüz otuz dörd min beş yüz otuz bir) manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiada göstərilib ki, ünvan 6 ünvanında yerləşən avtomobillərin yuma məntəqəsi xx.xx.2018-ci il tarixli RX ******* seriyalı ********** nömrəli çıxarışı əsasında İddiaçı məxsusdur. Lakin iddiaçı cavabdehlərin hərəkətlərinə görə 2023-cü ilin dekabr ayına qədər ona məxsus obyektdən istifadə edib qazanc əldə etməkdən məhrum olmuşdur. Belə ki, cavabdehlər 2017-ci ildə "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək “avtomobillərin yuma məntəqəsinin sökülməsi” barədə qətnamə çıxarılmasını xahiş etmiş, eyni zamanda iddianı təmin etmə tədbiri barədə ərizə verərək ünvan 1 ünvanında yerləşən avtomobillərin yuma məntəqəsinin fəaliyyətinə məhkəmə prosesi başa çatanadək müvəqqəti qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(006)-6135/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə ərizə təmin olunmuş, ünvan 1 ünvanında avtomobillərin yuma məntəqəsinin fəaliyyətinin aparılması mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək qadağan edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-144/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh13 və qeyrilərinin cavabdeh "xxxx" MMC-yə qarşı “avtomobillərin yuma məntəqəsinin sökülməsi” baradə iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-611/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-144/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, iddiaçı və "xxxx" MMC Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(006)-6135/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Ərizə təmin olunmuş və sözügedən qərardad Nərimanov Rayon Məhkəməsinin 2(005)-32/2019 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə ləğv olunmuşdur. Cavabdehlər yuxarıda qeyd edilən əsas iddia üzrə icraatın uzadılması (icraatı dayandırmaqla) yolu ilə Nərimanov Rayon Məhkəməsinin 2(006)- 6135/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadını qüvvədə saxlamaq üçün müxtəlif əsassız iddialarla məhkəmələrə müraciət edirdilər. Lakin bütün bu iddialar məhkəmələr tərəfindən təmin olunmamışdır. Beləliklə, 6 ildən sonra, yəni 2023-cü ilin dekabr ayından sözügedən avtoyuma məntəqəsinin fəaliyyəti bərpa olunmuş və iddiaçı nəhayət ona məxsus olan obyektdən təyinat üzrə istifadə edib gəlir əldə etməyə başlamışdır. Belə ki, iddiaçı X9 ilə xx.xx.2023-cü il tarixdə icarə müqaviləsini bağlamışdır. Bu müqaviləyə görə iddiaçı ünvan 6 ünvanında yerləşən avtomobillərin yuma məntəqəsini icarə haqqı 150 manat olmaqla Quliyev Elnurun icarəsinə vermişdir. Həmin müqavilənin xx.xx.2023-cü il tarixli Əlavə Razılaşmasına əsasən, Quliyev Elnur iddiaçıya hər 3 aydan bir sözügedən avtoyuma məntəqəsinin işlətməsi nəticəsində əldə olunmuş gəlirin 70%-ni ödəyir. Halbuki, 2(006)-6135/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardad olmasa idi, iddiaçı daha əvvəl başlayaraq gəlir əldə edə bilərdi. 2024-cü ilin 1-ci rüb (yanvar, fevral, mart ayları ) avtoyuma məntəqəsinin işlətməsi nəticəsində əldə olunmuş gəlirin məbləği 9100 manat olmuşdur. Buna dair X3 iddia ərizəsinə əlavə olunur. Bu gəlirdən iddiaçı 70%, yəni 6370 manat məbləğində vəsait almış, əlavə olaraq 2024-cü ilin yanvar-mart ayları üzrə hər ay 150 manat olmaqla, cəmi 450 manat icarə haqqını almışdır. Halbuki, iddiaçı ona məxsus avtoyuma məntəqəsini 2019-cu ildən icarəyə vermiş olsa idi və ondan istifadə edə bilsə idi, o, 2019-cu ilin yanvar ayından 2023-cü ilin noyabr ayına qədər aşağıdakı məbləğdə gəlir əldə edə bilərdi: 59 ay x150=8850 manat (icarə haaqı); 59x2123 (orta aylıq gəlir) =125.257 manat (avtoyuma məntəqəsinin işlətməsi nəticəsində əldə olunmuş gəlir) Beləliklə, iddiaçı bu müddət ərzində cəmi 134.107 (8850+125.257) manat məbləğində olan gəlirdən məhrum olmuşdur. Həmin məbləğinin ödənilməsinin cavabdehlərdən tələb etmək hüququna malikdir.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-163/2025 saylı, 24 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ülkər Xəlil) iddia tələbinin təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, hazırda iş üzrə cavabdehlər "xxxx" MMC-yə qarşı avtomobillərin yuma məntəqəsinin və İİ blokun zirzəmisinə giriş qapısının üzərində yerləşən yardımçı otağın fəaliyyətlərinə məhkəmə prosesi başa çatdırılanadək müvəqqəti qadağa qoyulması barədə müvəqqəti təminat tədbirinin tətbiqi (əvvəlki adı iddianı təmin etmə tədbiri) ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(005)-6135/2017 saylı qərardadı ilə ərizə təmin edilmiş və mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək ünvan 7 ünvanda yerləşən avtomobillərin yuyulma məntəqəsində və zirzəmidə giriş qapısının üzərində yerləşən yardımçı otaqda fəaliyyətin aparılması "xxxx" MMC-yə qadağan edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-236/2018 nömrəli, 28 avqust 2018-ci il tarixli qətnaməsi ilə hazırki iş üzrə cavabdehlərin "xxxx" MMC-yə qarşı avtomobillərin yuma məntəqəsinin sökülməsi tələbinə dair iddiaları təmin edilmiş, Zahid Xəlilov küçəsində yerləşən 26 saylı ünvanda yerləşən avtomobillərin yuma məntəqəsi kimi fəaliyyət göstərən qanunsuz tikili iddia üzrə cavabdeh "xxxx" MMC-nin hesabına sökülməsi qət edilmişdir. Həmin qətnamədən "xxxx" MMC və işdə iştiraka cəlb edilməyən, lakin qəbul edilən məhkəmə aktı hüquq və vəzifələrinə toxunan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-10733/2019 saylı qətnaməsi ilə verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-236/2018 nömrəli, 28 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-3714/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilkin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə işi yeni baxışa göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 144/2022 saylı qətnaməsi ilə İnşaatçı 3 MMC və maraqlı şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli 2(005)-236/2018 saylı qətnaməsi apellyasiya baxışının həddi olan ilkin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilmiş, ilkin iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)611/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-144/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)32/2019 saylı qərardadı ilə "xxxx" MMC tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə ərizəsi təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(005)-6135/2017 saylı qərardadı ilə təmin edilmiş qadağalar ləğv edilmişdir. Bundan sonra 29 noyabr 2023-cü il tarixli İddiaçı ilə X9 arasında icarə müqaviləsi bağlanmış və ünvan 2 ünvanında yerləşən 32,6 kv.metr həcmində sahə hazırki iş üzrə iddiaçı tərəfindən X6 icarəyə verilmişdir. Hazırda iddiaçı müvəqqəti təminat tədbirinin qüvvədə olduğu müddət ərzində avtomobillərin yuma məntəqəsinin fəaliyyətinə qoyulmuş qadağa ilə bağlı ona dəymiş zərərin əvəzinin ödənilməsini cavabdehlərdən tələb edir. Zərərin əvəzinin ödənilməsi zamanı zərərin mövcudluğu və həcmi, dəymiş zərərlə zərər vuranın hərəkətləri arasında səbəbli əlaqənin mövcudluğu faktı sübut edilməlidir. Həmin faktları sübut etmək vəzifəsi zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin üzərinə düşür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(005)6135/2017 saylı qərardadından görünür ki, cavabdehlər İddiaçı qarşı deyil, "xxxx" MMC-yə qarşı müvəqqəti təminat tədbiri ilə bağlı müraciət etmiş, qaldırdıqları iddia üzrə də cavabdeh məhz "xxxx" MMC olmuşdur. İddiaçı xx.xx.2018-ci il tarixdə, yəni hazırki iş üzrə cavabdehlərlə "xxxx" MMC arasında məhkəmə çəkişmələrinin davam etdiyi müddətdə ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə çıxarış almaqla mülkiyyət hüquqlarını təsdiq etdirmişdir. Belə ki, İddiaçı xx.xx.2018-ci il tarixdə mülkiyyət hüquqlarını qeydiyyata aldırarkən artıq həmin qeyri-yaşayış sahəsi üzərində qadağa olduğundan məlumatlı olmuş, daha sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-236/2018 nömrəli, 28 avqust 2018-ci il tarixli qətnaməsindən işdə iştiraka cəlb edilməyən, lakin qəbul edilən məhkəmə aktı hüquq və vəzifələrinə toxunan şəxs kimi şikayətlər vermişdir. Göründüyü kimi hazırki iş üzrə cavabdehlərin tələbi İddiaçı qarşı deyil, "xxxx" MMC-yə qarşı yönəlmişdir. Belə olan halda vurulmuş zərərlə zərər vuranın hərəkətləri arasında səbəbli əlaqənin mövcudluğu sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinin tətbiqi ilə bağlı S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 9 fevral 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2023-cü il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə əsasən “Müvəqqəti təminat tədbirinin tətbiqini tələb edən şəxsin bu hərəkəti nəticəsində vurulmuş ziyana görə daşıdığı öhdəlik qanundan irəli gələn öhdəlik olmaqla, müvafiq olaraq maraqlı şəxs də təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərərin qarşılanmasını yalnız məhkəməyə Mülki Məcəllənin 21-ci maddəsinin dispozisiyasının şərtlərinə uyğun olaraq pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər barədə, real zərərin dəyməsi və ya əldən çıxmış faydaya dair mötəbər sübutları təqdim etməklə tələb edə bilər........Məhkəmələr tərəfindən Mülki Prosessual Məcəllənin 164-cü maddəsi üzrə işlərə baxılarkən, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizənin mülki prosesin uzadılması, ilkin iddianın hüquqdan sui-istifadə məqsədi ilə verilib-verilməməsi, mülki proses iştirakçılarının mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq prinsipi çərçivəsində davranıb-davranmaması kimi hallar araşdırılmalı, işin hallarından asılı olaraq zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcmi ağlabatanlıq meyarlarına cavab verməklə mütənasiblik və ədalətlilik prinsipləri əsasında müəyyənləşdirilməlidir. Həmçinin qeyd olunmuşdur ki, müvəqqəti təminat tədbirinin tətbiqi nəticəsində vurulmuş zərərin ödənilməsi tələbi mülki hüquq pozuntusundan (deliktdən) irəli gəlmir və o, yalnız maraqlı şəxsin məruz qaldığı xərclərə, əmlakının zədələnməsinə, habelə adi mülki dövriyyə şəraitində müvəqqəti təminat tədbirlərinin tətbiq edilmədiyi halda əldə edəcəyi gəlirlərə dair mötəbər sübutlarla təsdiq olunduğu təqdirdə təmin edilə bilər. Hazırki iş üzrə cavabdehlər müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərkən onların hüquqdan sui-istifadə məqsədi ilə davranması, vicdanlılıq prinsipinə zidd davranması müəyyən edilmir. Belə ki, mülki prosessual qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının məcburiliyini müəyyən etməklə yanaşı, bəzi hallarda cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Bu hüquqlarından istifadə edən cavabdehlər də əsas iddiaları ilə birbaşa əlaqəsi olan avtomobillərin yuma məntəqəsinin fəaliyyətinin müvəqqəti qadağan edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmə də iddianı təmini tədbiri barədə qoyulan məsələ həll edilməzsə, qəbul edilmiş qətnamənin icrasının çətinləşmə ehtimalını nəzərə alaraq ərizələrini təmin etmişdir. Cavabdehlərin "xxxx" MMC-yə qarşı iddia tələbinin əsası da məhz avtomobillərin yuma məntəqəsinin sökülməsi tələbi olmuşdur. Digər tərəfdən məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilmiş X9 məhkəmə iclasında verdiyi izahatında İddiaçı 2005-ci ildən tanıdığını, sonuncu ilə aralarında bağlanmış icarə müqaviləsində icarə haqqının 150 manat müəyyənləşdirildiyini, müqaviləyə əlavə razılaşmada isə icarə obyektinin fəaliyyətindən əldə olunan gəlirlərin 70 %- i icarəyə verənə verilməsi barədə razılaşdıqlarını, əldə etdiyi gəlirlərin böyük hissəsini iddiaçıya verdiyini, iddiaçının isə ona müəyyən məbləğdə pul verdiyini qeyd etmişdir. Əlavə olaraq müvəqqəti təminat tədbirinin qüvvədə olduğu dövrdə də binanın zirzəmisində kimyəvi təmizləmə işlərini həyata keçirdiklərini bildirmişdir. Qeyd olunanlardan görünür ki, baxmayaraq ki, avtomobillərin yuma məntəqəsində hər hansı fəaliyyətin göstərilməsinə məhkəmənin qərardadı ilə qadağa qoyulmuşdur, lakin X9 həmin dövrdə də fəaliyyət göstərdiklərini bildirmişdir. Belə olan halda iddiaçıya hansı zərərin dəyməsi sübut olunmur.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı (nümayəndəsi və vəkili Vəkil1) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş edib göstərir ki, məhkəmə bu normanı düzgün tövsif etməmişdir. Belə ki, Yasamal Rayon Məhkəməsi öz qətnaməsində qeyd edir ki, “Hazırkı iş üzrə cavabdehlər müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərkən onların hüquqdan sui istifadə məqsədi ilə davranması, vicdanlılıq prinsipinə zidd davranması müəyyən edilmir”. Lakin, məhkəmə nəzərə almadı ki, cavabdehlər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(006)-6135/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadını qüvvədə saxlamaq üçün müxtəlif ayrı -ayrı əsassız iddialarla məhkəmələrə müraciət etmiş, nəticədə sözügedən qərardad çıxarılan iddia üzrə işin icraatı dayandırılmışdır. Lakin cavabdehlərin bütün iddiaları rədd edilmişdir. Cavabdehin çoxsaylı əsassız iddialarının hamısının məhkəmələr tərəfindən rədd edilməsi faktı özü cavabdehlərin hüquqdan sui-istifadəsinin sübutu olduğu halda, məhkəmə bu halı gözardı etmişdir. Ümumilikdə, 2017-ci ildən 2023-cü ilə qədər sözügedən qərardad qüvvədə qalmış və iddiaçı ona məxsus avtoyuma məntəqəsindən istifadə edə bilməmiş və ondan gəlir əldə etməkdən məhrum olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi bu prosessual normanı pozmuşdur. Belə ki, Məhkəmə öz qətnaməsində qeyd edir ki, “Baxmayaraq ki, avtomobillərin yuma məntəqəsində hər hansı fəaliyyətin göstərilməsinə məhkəmənin qərardadı ilə qadağa qoyulmuşdur, lakin X9 həmin dövrdə də fəaliyyət göstərdiklərini bildirmişdir. Belə olan halda iddiaçıya hansı zərərin dəyməsi sübut olunmur”. X5 müvəqqəti təminat tədbirinin qüvvədə olduğu dövrdə də binanın zirzəmisində kimyəvi təmizləmə işlərin aparılmasını deməsi avtoyuma məntəqəsinin fəaliyyətinin göstərilməsi anlamına gəlmir. Binanın zirzəmisində avtomobillərin yuyulması absurddur. Bundan əlavə, Quliyev Elnurun binanın zirzəmisində kimyəvi təmizləmə işlərinin aparılması iddiaçının qazancını əldə etməsi anlamına gəlmir. Faktiki olaraq, müvəqqəti təminat tədbiri haqqında qərardad qüvvədə olan dövr ərzində (2017-ci ilin avqust ayından 2023-cü ilin dekabr 05-ə qədər), yəni 6 il ərzində avtoyuma məntəqəsinin fəaliyyəti dayandırılmış və iddiaçı öz mülkiyyətindən istifadə edib qazanc əldə edə bilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.
12. Cavabdeh13 elektron kabinet vasitəsilə təqdim etdiyi apellyasiya şikayətinə etirazda qeyd etmişdir ki, cəlb olunan müstəqil tələb irəli sürməyən şəxs X1 Rayon Məhkəməsində verdiyi ifadəsində 2005-ci ildən həmin avtoyuma məntəqəsində işlədiyini və ordan gələn gəlirin hamısını İddiaçı verdiyini, əvəzində İddiaçı onlara xərclik verməsini etiraf etmişdir və hətta müvəqqəti təminat tədbiri olduğu dövrdə belə binanın zirzəmisində işlədiklərini, müəyyən fasilələrlə avtoyuma məntəqəsinin daxilində belə işlədiyini etiraf etmişdir. Hakimin və vəkillərinin ona verdiyi “bəs nə üçün 2005-ci ildən işlədiyiniz halda, heç vaxt müqavilə bağlamamısınız? Yalnız 2023-cü ildə İddiaçıla müqavilə bağladınız?” sualına isə çox "maraqlı" cavab vermişdi. Belə ki, cavabında “əvvəllər müqavilə bağlamağa ehtiyac yox idi. Vergidə dostlarımız var idi, hərdən hörmət edirdik. 2023-cü ildə müqavilə bağlamağım isə İddiaçı istəmişdi.” X18 verdiyi ifadəsində İddiaçı qaldırdığı iddianın necə absurd bir iddia olduğunu özüdə fərqində olmadan məhkəməyə tam təfərrüatı ilə izah etmişdir. Quliyev Elnurla, İddiaçı arasında bağlanmış müqavilə şərtləri yalnız cavabdehlərin hesabına qanunsuz varlanmaq istəyidir. Hələ ki 2020-ci ilin mart ayından, bir neçə il Respublikada Covid-19-la bağlı Pandemiya dövrünə təsadüf etdiyindən, SMS rejimində insanların və avtomobillərin hərəkətinə məhdudiyət tətbiq olunduğu dövrə təsadüf etməsi bu iddianın nə qədər absurd olmasını bir daha təsdiqləyir. 2017-ci ildə iddia İddiaçı yox, "xxxx" şirkətinə qarşı qaldırılmışdı. 2017-ci ildə qüvvədə olan Azərbaycan Respublİkasının Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinə əsasən dəymiş ziyanı yalnız cavabdeh tələb edə bilərdi.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
13. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.
14. Məhkəmə iclasında cavabdehlər Cavabdeh13, nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh3, Cavabdeh19, Cavabdeh2 nümayəndəsi X13 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
15. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18 məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
17. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarı:
Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
19. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.
20. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
22. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
23. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
24. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
25. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edildiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
26. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
27. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
28. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.
29. Əvvəla, hazırkı iş üzrə cavabdehlərin müvəqqəti(iddianın təmin tədbiri)təminat tədbiri qoyulan digər işdə avtomobillərin yuma məntəqəsinin fəaliyyətinin dərhal dayandırılması və sökülməsi barədə iddia ilə məhkəməyə ona görə müraciət ediblər ki, yaşadıqları mənzilllərlə binanın həyətində, yəni bir neçə addımlığında yerləşən avtoyuma məntəqəsinin fəaliyyət göstərməsi nəticəsində səs-küyün və normal yaşayışa mane olan digər mənfi təsirlərin olması qaçılmaz idi və bu hallar da istər-istəməz onların normal yaşamasına maneə olmaya və hüquqlarını pozmaya bilməzdi. Məhz qeyd olunan səbəblərə görə əslində həmin işdə iddiaçıların niyyəti əvvəlcədən də bu cür fəaliyyətin qadağan olunmasına nail olmaq olmuşdur. Düzdü həmin iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilərək avtomobil yuma məntəqəsi kimi fəaliyyət göstərən qanunsuz tikili kimi MMC-nin hesabına sökülməsi qət edilmişdir. İlk dəfə həmin qətnamə apellyasiya instansiya məhkəməsi tərəfindən qüvvədə saxlanılsa da kassasiya instansiya məhkəməsi bununla razılaşmayıb, ikinci dəfə işə baxan apellyasiya instansiyası məhkəməsi isə təmin edilən hissədə yəni, avtoyuma məntəqəsinin sökülməsi hissəsində qətnaməni ləğv edərək həmin hissədə də iddianı rədd etmişdir və yekun olaraq kassasiya instansiyası məhkəməsi bu nəticə ilə razılaşaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməni dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.
30. Düzdü digər iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilənləri yaxud edilməyənlərin yenidən yoxlanılması hazırkı iddianın və icraatın predmeti olmasa da qeyri-yaşayış sahəsinin sökülməsi deyil, məhz avtoyuma məntəqəsi kimi fəaliyyət göstərməsinin qadağan edilməsi bəlkə də düzgün nəticə ola bilərdi. Çünki hazırda iddiaçının xüsusi mülkiyyətində olan bu qeyri-yaşayış sahəsi bir tikinti obyektidir və təyinatı istənilən vaxt dəyişdirilərək başqa məqsədlə istifadə oluna bilər. Avtoyuma məntəqəsi kimi fəaliyyət göstərməsə idi, yəqin ki, digər işdə iddiaçıların da belə bir iddiası da olmazdı. Deməli, hazırkı iş üzrə cavabdehlərin digər işdə iddiaçılar kimi məqsədi avto yuma məntəqəsindən səs-küyün və digər mənfi qanunsuz təsirlərin qarşısını almağa nail olmaq olmuşdur. Çünki analoji işlərdə də dövlət orqanlarının verdiyi rəylərlə avtoyuma məntəqəsi kimi fəaliyyət göstərən sənaye tipli bu cür obyektlərin çoxmənzilli yaşayış binalarında, üstəlik onların həyətində yerləşdirilməsinə yol verilmədiyi, eləcə də həm binanın həyətində, həm də mənzillərdə səs-küyün yol verilən hədd səviyyəsindən artıq olduğu, həmçinin avtoyuma nəticəsində götürülmüş su nümunəsi üzərində aparılmış ekotoksikoloji təhlillərin nəticəsinə görə nümunələrin zəhərli təsirə malik olduğu təsdiq olunmuşdur. Məhz bu hallara görə də hazırkı iş üzrə cavabdehlərin digər işdə olan iddia ilə məhkəməyə müraciət etməkdə haqsız olmalarını bəyan etmək ədalətli yanaşma və vicdanlılığın tələb etdiyi tərz deyildir.
31. Bundan əlavə, apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunur ki, hətta cavabdehlər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(006)-6135/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadını qüvvədə saxlamaq üçün müxtəlif ayrı-ayrı iddialarla məhkəmələrə müraciət etməsi, nəticədə sözügedən qərardad çıxarılan iddia üzrə işin icraatı dayandırılması, lakin cavabdehlərin bütün iddialarının rədd edilməsi belə yuxarıda qeyd olunan səbəblərə görə hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilməz. Əvvəla ona görə çoxsaylı bina sakini olan cavabdehlərin hamısının eyni anda hüquqdan iddiaçıya zərər vurmaq məqsədi ilə sui-istifadə etmələri inandırıcı və ağlabatan deyildir. İkincisi, avto yuma məntəqəsinin bir tikinti obyekti kimi fəaliyyətinin dayandırılması deyil, sökülməsinin rədd edilməsi faktı heç bir halda hüquqdan sui-istifadənin sübuta yetirildiyini təsdiq edə bilməz. Demək ki, qərardadın uzun müddət qüvvədə qalması nəticəsində iddiaçının avtoyuma məntəqəsindən istifadə edə bilməməsi və ondan gəlir əldə etməkdən məhrum oması belə hazırkı iddianı irəli sürməkdə ona haqq qazandırmır. Başqa sözlə avtoyuma məntəqəsinin fəaliyyəti dayandırıldığı dövrdə iddiaçı öz mülkiyyətindən həmin yerdə qanunla qadağan olunmayan başqa məqsədlə istifadə edib qazanc əldə edə bilərdi.
32. Beləliklə, apellyasiya baxışı zamanı da işin halları və tərəflərin qarşılıqlı münasibətlərinə əsasən müəyyən edilir ki, cavabdehlərin digər işdə müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəni heç də mülki prosesin uzadılması və hüquqdan sui-istifadə məqsədi ilə verməyib, mülki proses iştirakçıları kimi mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq prinsipi çərçivəsində davranmadıqları təsdiq olunmur, ona görə də hazırkı iş üzrə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb də təmin edilə bilməz.
33. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-163/2025 saylı, 24 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-163/2025 saylı, 24 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.