Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2439/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, X6 katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “ödənilmiş pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)-2347/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “ödənilmiş pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19.500 (on doqquz min beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 19.530 (on doqquz min beş yüz otuz) manat məbləğində pul vəsaiti alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, 2015-ci ilin iyul ayında ailə həyatı qurmaq məqsədilə Cavabdeh ilə tanış olmuşdur, lakin onun yaxın qohumları dünyasını dəyişdiyi üçün onların evlənmək məsələsi uzanmışdır. Hətta bu məqsədlə Cavabdeh onu öz yaxın qohumları ilə də tanış etmişdir. Tərəflərin tanışlığı dövründə, yəni 2016-cı ildə o özünə “Dodge Nitra'' marka **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Təxminən 1,5 il müddət həmin avtomobili idarə etdikdən sonra satmaq qərarına gəlmişdir. Cavabdeh bu məsələni bildikdən sonra avtomobili almaq istədiyini deyib, onun özünün nəqliyyat vasitəsini satması üçün avtomobillə bağlı ona baş etibarnamə verməyini istəmişdir. O da bununla razılaşıb, xx xxxxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən 9 nömrəli notariat kontorunda “Dodge Nitra” markalı **-KP-*** dövlət qeytiyyat nişanlı avtomobillə bağlı Cavabdeh etibarnamə vermişdir. Cavabdeh daha sonra avtomaşının təmirinə görə ondan 4.000 (dörd min) manat məbləğində pul almışdır. Cavabdeh bir neçə aydan sonra həmin avtomobili 15.500 (on beş min beş yüz) manat qiymətə qohumu olan Orxan adlı şəxsə satsa da, ona cəmi 500 (beş yüz) manat məbləğində pul vermiş, qalan məbləği isə verməmişdir. Cavabdeh təcili pula ehtiyacı olduğundan 15.000 (on beş min) manat məbləğində pul vəsaitinin onda qalmasını xahiş etmiş və həmin pulu bir tanışı ilə qurduğu biznesə yatıracağını, bir ay sonra isə həmin məbləği qaytaracağını qeyd etmişdir. Həmin vaxtlar Cavabdeh inandığı üçün buna etiraz etməmişdir. Bir ay sonra o müvafiq pul vəsaitini Cavabdeh tələb etdikdə, sonuncu həmin məbləği artıq biznesə yatırdığını və tezliklə qaytaracağını qeyd edərək əlavə vaxt istəmişdir. Həmin vaxtlar taksi xidmətlərindən istifadə etdiyinə görə Cavabdeh ona iki dəfəyə ümumilikdə 200 (iki yüz) manat məbləğində pul vermişdir. 2018-ci ilin aprel ayında ona zəng edərək biznes qurduğu şəxsin onu aldadıb, pullarını ələ keçirərək ölkədon qaçdığını bildirmişdir. Lakin ona narahatçılığa əsas olmadığını və pul məbləğinin özü tərəfindən qaytaracağını bildirmişdir. Bir müddət sonra Cavabdeh ona zəng edərək müvafiq pul məbləğini qaytara bilməyəcəyini, 2.500 (iki min beş yüz) manat dəyərində əvvələr aldığı iki ədəd telefonun pulunu borclu olduğu məbləğdən çıxacağını, qalan pulu isə hissə-hissə 100 (bir yüz) - 200 (iki yüz) manat olmaqla qaytarmağı təklif etdikdə o bununla razılaşmamışdır. Bundan sonra Cavabdeh qalan məbləği ümumiyyətlə qaytarmayacağını bildirmişdir. Bu səbəbdən 2019-cu ilin yanvar ayında Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə şikayət etmişdir, sonradan ərizə əsasında toplanmış materiallar Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə cinayət təqibinə xitam verilmişdir. Həmin qərarda cavabdeh ondan aldığı pul məbləğini etiraf etmişdir. Avtomobilinin puluna görə ona 19.500 (on doqquz min beş yüz) manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh avtomaşını sataraq ona pulu qaytarmağı öhdəsinə götürsə də, bu günə kimi öhdəliyini yerinə yetirməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(005)- 2347/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 15.000 (on beş min) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 15.030 (on beş min otuz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2347/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsininin tamamilə ləğv edilməsini, İddiaçı iddiasının təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv olunması əsasları məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsidir. Belə ki, işə baxan birinci instnsiya məhkəməsi iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi iddia ərizəsini, məhkəmədəki izahatını və Nərimanov rayon Polis İdarəsinin xx xxxxxxxx 2019-cu il tarixli “cinayət təqibinə xitam verilməsi haqqında” qərarını əsas götürərək, qərarda Cavabdeh cinayət təqibi üzrə verdiyi ifadələrinə məhkəmə sübut kimi qiymət vermiş, İddiaçı gətirdiyi dəlilləri, yəni Cavabdeh ona avtomobilə görə 15.000 manat pulu borclu olduğunu qəbul etmiş, lakin cinayət təqibinə xitam verilməsi barədə qərarda Cavabdeh İddiaçı tam qaytardığını, ona öz vəsaiti hesabına almış olduğu 3196 manat dəyərində 2 ədəd "Phone 8” modelli mobil telefona ödənilmiş pulun borcdan çıxılmasını, 3.000 manat İddiaçı borcundan verilməsi, İddiaçı “Baku Elektroniks” mağazasında olan kredit borcundan 855 manat ödəməsi, İddiaçı məxsus avtomobilə ehtiyyat hissəsi alması və təmir işlərinə görə 2.000 manat xərcləməsi, 2015-ci ilin dekabrında İddiaçı Bakı-Dubay təyyarə reysində uçmaq üçün gediş-gəliş aviabiletinə xərclədiyi 1000 manat pulun onun borcundan çıxılması və başqa xüsusatlara, həmçinin sözü gedən xx xxxxxxxx 2019-cu il tarixli “cinayət təqibinə xitam verilməsi haqqında” qərarında cavabdehin atası Rafik Rüstəmov tərəfindən İddiaçı 5.000 manat maddi zərərin ödənilməsinin qeyd olunması məsələsinə məhkəmə heç bir münasibət bildirməmişdir. Məhkəmə qərarın təsviri hissəsini qismən qətnaməyə köçürsə də, yuxarıda qeyd olunan məsələlərə diqqət yetirməmiş, qətnamənin əsaslandıncı hissəsində münasibət bildirməmişdir. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh 2015-ci ildə tanış olmuşlar və faktiki ər-arvad kimi münasibətləri olmuşdur. 2015-ci ilin dekabrında İddiaçı Cavabdehla birlikdə BƏƏ-nin Dubay şəhərinə getmək üçün onun əvəzinə borc olaraq cavabdehin aviabilet almasını xahiş etmiş və Cavabdeh İddiaçınm adına 2015-ci ilin dekabrın sonuna Bakı-Dubay aviareysinə uçuş və qayıdış aviabiletlər üçün 1000 manat pulu borc şəklində ödəmişdir, İddiaçı həmin borcu qaytaracağını cavabdehə bildirmişdir. 2016-cı ildə onlar hər ikisi Dubay şəhərində olarkən Cavabdeh özü üçün “Apple” markalı İphone 6S modelli mobil telefon alarkən İddiaçı ondan xahiş etmişdir ki, həmin modelli mobil telefondan bir ədədini ona da alsın, Bakıya qayıtdıqdan sonra həm 1000 manat aviabiletin pulunu, həm də qiyməti 880 ABŞ dolları olan İphone 6S modelli mobil telefonun pulunu Cavabdeh qaytaracaqdır. Cavabdeh xx xxxxxx 2016-cı il tarixdə öz şəxsi puluna Dubay şəhərində İddiaçı 880 ABŞ dolları qiymətinə 1 ədəd “Apple” markalı İphone 6S modelli mobil telefon almışdır. Bundan əlavə Cavabdeh 2015-ci ilin dekabrın 28-dən 2016-cı ilin yanvarın 5-dək olan müddətdə İddiaçı oteldə qalmaq və qidalanmaq xəclərini də çəkmişdir (aviabiletin pulundan başqa). Bu təxminən 1500-2000 manat təşkil edir. 2016-cı ildə İddiaçı özüım “Dodge Nitra” markalı avtomobili almaq üçün avtomobilin pulundan 2.500 manat vəsaiti çatmadığı üçün Cavabdeh ona 2.500 manat borc verməsini xahiş etmiş və Cavabdeh İddiaçı avtomobil almaq üçün heç bir rəsmiləşdirmə aparmadan əlbə-əl 2000 (iki min) manat pul vermişdir. Qalan 500 manat İddiaçı özü haradansa tapmış və 15.500 manata özü üçün avtomobil almışdır. 2016-cı il tarixinə İddiaçınm Cavabdeh 3.000 manat (1000+2000) və 880 ABŞ dolları borcu var idi. 2017-ci ildə İddiaçı Ukrayna Respublikasına təhsilə gedib qayıtdıqdan sonra Cavabdeh vəsaiti hesabına Dubaydan aldığı mobil telefonu itirdiyini bildirimiş və Cavabdeh xahiş etmişdir ki, ona Bakıdan mobil telefon alsın, avtomobilini satdıqdan sonra bütün borclarını qaytaracaqdır. 2017-ci ilin mart ayında Cavabdeh öz şəxsi pulu ilə Bakı şəhərində İddiaçı 1700 manata İphone 6 modelli mobil telefon almışdır. Deməli, 2017-ci ilin axırlarında İddiaçınm Cavabdeh 4700 manat (1000+2000+1700) və 880 ABŞ dolları borcu var idi. Bir məsələni də qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsində mülki işə baxılan zaman İddiaçı məhkəmədə iştirak edən nümayəndəsinin mülki işlərdə iştirak etmək səlahiyyəti verən etibarnaməsi məhkəməyə təqdim olunmamışdır, məhkəməyə İddiaçı cinayət mühakimə icraatında cinayət işləri üzrə zərərçəkmişin, mülki iddiaçının nümayəndəsi səlahiyyətləri verən xx.xx.2020-ci il tarixli etibarnamə təqdim olunmuşdur. İş üzrə tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X3 icraatında olan ********* nömrəli cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi barədə xx xxxxxxxx 2019-cu il tarixli qərarının surətindən və məzmunundan görünür ki, müvafiq qərarla qərarın təsviri hissəsində göstərilənlərə əsasən X4 Cavabdeh onu təhdid etməsi, xx xxxx 2019- cu il tarixdə təxminən saat 20:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Grand Neon” restoranında onu vurub döyməsi, əynindəki paltarının yararsız hala düşməsi nəticəsində 3.500 (üç min beş yüz) manat, qulağında olan sırğasının itməsi nəticəsində 3.600 (üç min altı yüz) manat ziyan dəyməsi barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından, Cavabdeh xx xxxx 2019-cu il tarixdə saat 21:00 radələrində İddiaçı döyüb xəsarət yetirməsi əməlində cinayət tərkibi olmadığından onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə göndərilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X5 və X2 xx xxxxxxx 2015-ci il tarixdə “Montin bazarı” adlanan yerin yanında yerləşən “Panda” marketdə Katık Rüstəmovun əlilə Ağasən Xanalıyevin boğazından yapışması, orada Elçin Rüstəmovun başı ilə Azər Ələkbərovun sifət nahiyyəsinə vurması, yerə yıxılandan sonra Rafik Rüstəmovun yanındakı şəxslərin onları döymələri, hadisədən sonra cibindən 90 (doxsan) manat məbləğində pulunun itməsi, “Nokia” markalı mobil telefonunun sınıb yararsız vəziyyətə düşməsi, həmçinin təxminən 2016-cı ilin aprel ayının 12-də həmin “Panda” marketin yanında Rafik Rüstəmovun tanışı, onun tanımadığ bir kişinin onları vurması, eləcə də Cavabdeh onları hədələmələri barədə göstərdikləri xüsusatlar öz təsdiqini tapmadığından cinayət hadisəsi olmadığı üçün Cavabdeh, Elçin Rüstəmov, Rafik Rüstəmov və qeyriləri barədə həmin xüsusatlar üzrə cinayət təqibinin başlanılmasının rədd edilməsi və bu barədə sənədlərin surətinin Bakı şəhəri Nərimanov Rayon Prokurorluğuna göndərilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessul rəhbərliyi həyata keçirən Bakı şəhəri Nərimanov rayon prokuroruna göndərilməsi, qərarın surətinin maraqlı tərəflərə göndərilməsi və qərardan şikayət vermək hüquqlarının olmasının izah edilməsi qərara alınmışdır; Cavabdeh verdiyi ifadəsinin məzmunundan görünür ki, o xx xxxxxx 2014-cü il tarixdə söhbət zamanı iş yoldaşı Muşviq Ağasən adlı qohumunun Bakı şəhəri, Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzində ayaqqabı satışı ilə məşğul olduğunu və yanında pərdə-tül satışı mağazasını icarəyə götürmək istədiyini, bunun üçün Ağasənə 5.000 (beş min) manat məbləğində pul versə həmin mağazanı icarəyə götürərək işlədib əldə etdiyi qazancı onunla yarı böləcəyini demişdir. xx xxxxxx 2014-cü il tarixdə Ağasən və Müşviqlə görüşüb söhbət edəndə Ağasən Müşviqin dediklərini ona danışmışdır. O da xx xxxxxx 2014-cü il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Fəhlə prospektində yerləşən “Asiman” şadlıq evinin yanında özünə məxsus olan “BMW 750” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin içində Müşviqin yanında Ağasənə 5.000 (beş min) manat məbləğində pul vermişdir. xx xxxxxxxx 2014-cü il tarixdə o, Ağasənə zəng edib mağazanı icarəyə götürüb-götürmədiyini xəbər alanda, Ağasən mağazanı icarəyə götürdüyünü və hazırda həmin mağazada uşaq və məktəbli geyimlərini satdığını bildirmişdir. Bir ay on gün sonra Ağasənin dəvəti ilə “Diqlas” ticarət mərkəzində onunla görüşən zaman söhbət əsnasında o, qonşuluğunda mağaza işlədən tanışlarından birinin qardaşının Çin Xalq Respublikasından ayaqqabı gətirdiyini və topdan satışda sataraq yaxşı qazanc əldə etdiyini danışıb, ondan 15.000 (on beş min) manat məbləğində pul istəmiş, onlara verəcəyi halda əldə olunan qazancdan ona da pay düşəcəyini bildirmişdir. İki gün sonra Ağasən yenidən zəng edib həmin şəxslərin həftənin beşinci günü mal almaq üçün Çin Xalq Respublikasına gedəcəklərini deyərək, pul vermək fikri varsa həftənin dördüncü günü pul verməsini istəmişdir. O bu barədə dostu Elnurla danışıb ondan 6.000 (altı min) manat məbləğində borc pul və özündə olan puldan da əlavə edib “Diqlas” ticarət mərkəzinin qarşısında öz avtomobilində Ağasənə vermişdir. Təxminən 20 gün sonra Ağasən malın gəldiyini və gömrükdən çıxarılması üçün rüsum ödənilməli olduğunu bildirib, ondan əlavə 10.000 (on min) manat məbləğndə pul istəmiş və üç gün müddətinə malları satıb pullarını ödəyəcəklərini demişdir. O da inanıb təxminən 2014-cü ilin noyabr ayının 7də 10.000 (on min) manat pulu “Diqlas” ticarət mərkəzinin qarşısında Ağasənə vermişdir. Bir həftədən sonra Ağasən ona zəng edib gətirilən malları satdıqlarını və onun payına 1.200 (bir min iki yüz) manat məbləğində qazanc düşdüyünü bildirərək, həmin pulu ona vermişdir. 2014-cü ilin noyabr ayının sonunda ona 700 (yeddi yüz) manat məbləğində qazanc pul vermişdir. Üç-dörd aydan sonra demək olar ki, hər ay ona 300 (üç yüz) - 400 (dörd yüz) manat məbləğində pul vermişdir ki, malları satışından əldə olunan pullardır. 2015-ci ilin yanvar ayının ortalarında Ağasən yaxın bir tanışının ondan tikintidə istifadə olunan çınqılla qum qarışığı olan “atseb” gətirib satdığını danışaraq, ona da pul versə qazana biləcəklərini demişdir. O da xx xxxxxx 2015-ci il tarixdə 2.000 (iki min) manat, xx xxxxxx 2015-ci il tarixdə isə əlavə 2.000 (iki min) manat pulu “Diqlas” ticarət mərkəzinin qarşısında Ağasənə vermişdir. xx xxxxxx 2015-ci il tarixdə Ağasən əvvəl verdiyi pullardan 500 (beş yüz) manat qazanc olduğunu deyib, bu pulu da ticarətə sərf etəməyə icazə istədikdə o, razılaşmışdır. Beləliklə bir neçə dəfəyə Ağasən ondan ümumilikdə 38.500 (otuz səkkiz min beş) manat məbləğində pul almış, eyni zamanda ona verməli olduğu qazanc pulunu da verməyərək almış olduğu pulların üzərinə əlavə etmişdir. Beləliklə, Ağasən ondan 40.400 (qırx min dörd yüz) manat məbləğində pul almış olmuşdur. Növbəti ay o, Ağasənlə görüşüb qazancı hesablamağı təklif etdikdə Ağasən dollar qalxdığından növbəti ticarətdən qazanc olmadığını bildirmişdir. Bu məzmunda danışandan sonra Ağasən zəng edib ondan əlavə pul istədikdə o, pulu olmadığını bildirib, əvvəl almış olduğu pulları qaytarmasını tələb etmişdir. Bir neçə dəfə pulunu tələb etməsinə baxmayaraq indiyədək Ağasən ona cəmi 4.450 (dörd min dörd yüz əlli) manat məbləğində pul qaytarmış, yerdə qalan pulu hər dəfə müxtəlif bəhanələr gətirərək şər-bötan ataraq pulu qaytarmamışdır; Cavabdeh verdiyi ifadəsinin məzmunundan həmçinin görünür ki, İddiaçı təxminən dörd il bundan əvvəl tanımışdır. xx xxxxxxx 2017-ci il tarixdə İddiaçı özünə məxsus olan **- KP-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir işlərinə aparıb-gətirmək üçün özü ona baş etibarnamə vermişdir. Təxminən 2018- ci ilin yanvar ayında İddiaçı, atomobili idarə edən zaman mühərrik hissəsində problemlər yaranmışdır. O da həmin vaxt İddiaçı istəyi ilə avtomobili 15.500 (on beş min beş yüz) manat qiymətə satmış və 500 (beş yüz) manat məbləğində pul vəsaitini İddiaçı vermiş, qalan 15.000 (on beş min) manat məbləğində pul vəsaitini isə ticarətlə məşqul olduğu üçün sərmayə kimi istifadə etmək qərarına gəlmişdir. Həmin ərəfədə onunla şərikli ticarətlə məşqul olan X7 15.000 (on beş min) manat məbləğində pul vəsaitini ondan hər ay xeyir olaraq 1.500 (bir min beş yüz) manat məbləğində pul vermək şərti ilə iş görmək adı ilə almış, o da bu barədə İddiaçı bildirmişdir. Sonradan Qədirin verdiyi xeyirdən 3.000 (üç min) manat məbləğində pulu o, İddiaçı xeyir kimi vermişdir. Bundan sonra, İddiaçı iki ədəd İphone 8 modelli mobil telefon üçün ümumilikdə 3.196 (üç min bir yüz doxsan altı) manat məbləğində pul vəsaiti xərcləyərək, müvafiq telefonları alıb vermişdir. Bundan başqa İddiaçı avtomobilini təmir etdirmiş, təmir işlərinə 2.000 (iki min) manat məbləğində pul vəsaiti ödəmişdir. X9 ölkəni tərk etdiyi üçün qalan pulu İddiaçı qaytara bilməmiş, sonra isə hissəhissə qaytarmış, bundan başqa İddiaçı adına olan krediti ödəmiş, hazırda onun İddiaçı 4.104 (dörd min bor yüz dörd) manat məbləğində borcu qalmışdır; “Elektron notariat” X1 xx xxx 2020-ci il tarixli çıxarışın məzmunundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh özünə məxsus “Dodge Nitro” minik markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair sərəncam vermək hüququ etibar edilmiş, etibarnamə xx xxxxxxx 2017-ci il tarixdən xx xxxxxxx 2018-ci il tarixədək olan bir il müddətinə verilmiş, müvafiq etibarnamə Bakı şəhəri 9 nömdəli notariat kontoru tərəfindən 25939 reyestr nömrəsi ilə təsdiq edilmişdir; Məhkəmə kollegiyası ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1 -ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir; 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər; 741-ci maddəsinə əsasən-əgər müqavilənin iştirakçılaı borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə; 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir; 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir; Birinci instansiya məhkəməsinin baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı tərəfindən Cavabdeh özünə məxsus “Dodge Nitro” minik markalı **- KP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair sərəncam vermək hüququ etibar edilmiş, etibarnamə xx xxxxxxx 2017-ci il tarixdən xx xxxxxxx 2018-ci il tarixədək olan bir il müddətinə verilmiş, müvafiq etibarnamə Bakı şəhəri 9 nömdəli notariat kontoru tərəfindən 25939 reyestr nömrəsi ilə təsdiq edilmişdir. Müvafiq nəqliyyat vasitəsi 15.500 (on beş min beş yüz) manat qiymətə satılmış, cavabdeh şəxs 500 (beş yüz) manat məbləğində pul vəsaitini İddiaçı vermiş, qalan 15.000 (on beş min) manat məbləğində pul vəsaitini qaytarmamışdır. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X3 icraatında olan ********* nömrəli cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi barədə xx xxxxxxxx 2019-cu il tarixli qərarının məzmunundan göründüyü kimi Cavabdeh verdiyi ifadəsində müvafiq avtomobilin satılması nəticəsində qalan 15.000 (on beş min) manat məbləğində pul vəsaitini isə ticarətlə məşqul olduğu üçün sərmayə kimi istifadə etmək qərarına gəlmişdir. Ona görə də məhkəmə hesab edir ki, 15.000 (on beş min beş yüz) manat məbləgində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddianın qismən təmin edilməsi, Cavabdeh 15.000 (on beş min beş yüz) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə öz hüquqi təsdiqini tapmadığından təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(005)- 2347/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-2439/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2439/2021
11.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver