Məhkəmə qərarları › İş №2(103)-2440/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2440/2021

04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2440/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)-6/2020 saylı qərardadından Cavabdeh2 tərəfindən tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 2592 manat əsas, 1096 manat faiz olmaqla ümumilikdə 3688 manat məbləğində kredit borcunun, eləcə də 20 manat dövlət rüsumunun bankın xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(001)- 4956/2015 saylı məhkəmə əmrinə əsasən, ərizə təmin olunmuşdur. Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə əmrinin ləğv edilməsini, işə iddia icraatı qaydasında baxılmasını xahiş etmiş, məhkəmənin xx xxxxx 2015-ci il tarixli, 2(001)-4956/2015 saylı qərardadına əsasən, məhkəmə əmri ləğv edilmiş, işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)- 6/2020 saylı qərardadına əsasən, iş üzrə icraata Cavabdeh1 aid hissədə xitam verilmiş, məhkəmənin həmin tarixli qətnaməsinə əsasən, Cavabdeh2 2590,42 manat əsas, 995,81 manat faiz borcu olmaqla ümumilikdə 3586,23 manat məbləğində pul vəsaitinin tutularaq ləğv prosesində olan İddiaçı ASCyə ödənilməsi qərara alınmışdır. İş üzrə Cavabdeh2 məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən Cavabdeh2, şikayətlə razılaşmayaraq təmin olunmamasını xahiş iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.7- ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Mülki iş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixdə vəfat etmişdir. Məhkəmə tərəfindən Cavabdeh1 adına vərəsələrinin olub – olmaması barədə sorğu göndərilmiş, sorğuya cavab olaraq Cavabdeh1 adına respublikanın notariat ofislərində vərəsəlik işinin açılmaması bildirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)-6/2020 saylı qərardadının ləğv edilməsi üçün heç bir əsas mövcud olmadığından şikayət təmin olunmamalı, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: İş üzrə Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan 10 gün müddətində kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar