Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2444/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB-nin X3 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB-nin Cavabdeh və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsinə, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-50/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və Cavabdehtərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB cavabdehlər Cavabdeh, X4, X5, X9 və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək QSC «Bank Standart» KB ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 160/00/175/14 saylı kredit müqaviləsi üzrə 45425.71 manat məbləğində əsas borc, 7319.88 manat məbləğində faiz borcu, 6232.92 manat məbləğində cərimə borcu, ümumilikdə isə 58978.51 manat məbləğində pulun müştərək qaydada Cavabdeh və X1 tutulmasına; QSC «Bank Standart» KB ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 160/00/349/15 saylı kredit müqaviləsi üzrə 27361.13 ABŞ dolları məbləğində əsas borc, 4616.69 ABŞ dolları məbləğində faiz borcu, 2950.60 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə isə 34928.42 ABŞ dolları məbləğində pulun, 30 manat məhkəmə üçün və 62 manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 92 manat məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh və X1 tutulmasına; ipoteka predmetinin ilkin satış qiyməti 131.000 manat məbləğində müəyyən edilməklə Cavabdeh tutulmalı olan məbləği bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Buxtinski-3 döngəsi, 12 saylı evin 1 nömrəli mənzilinə yönəldilməsinə və mənzilin açıq hərracdan satılmasına; mənzilə tutma yönəldildikdən və satıldıqdan sonra ipoteka qoyanlar-X5, X4, Cavabdeh və X8 mənzili ən geci bir ay ərzində tərk etmədikdə və mənzildən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələblərini belə əsaslandırmışdır ki, QSC «xxxx» KB ilə Cavabdeh arasında xx xxxx 2014-cü il tarixli 160/00/175/14 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh illik 18 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 65.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Elxan Mustafayev, Elmin Mustafayev, Cavabdeh və Vətəngül Kərimova Bakı şəhəri, Səbail rayonu, Buxtinski-3 döngəsi, 12 saylı evin 1 nömrəli mənzili xx xxxxxx 2014-cü il tarixli 160/00/175/14 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdirlər (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış; seriya RX № 0445916, 2167 № reyestr kitabında, 200765 № vərəqdə, qeydiyyat nömrəsi **********, xx.xx.2014-cü il). Kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh Pərviz Salmanov xx xxxx 2014-cü il tarixli 160/00/175/14 saylı zaminlik müqaviləsi əsasında Cavabdeh Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin borclu şəxs hazırkı iş üzrə Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmişdir. Bundan əlavə, xx xxxxxx 2015-ci il tarixində 160/00/349/15 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfındən Cavabdeh illik 19 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 31.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Elxan Mustafayev, Elmin Mustafayev, Cavabdeh və Vətəngül Kərimova Bakı şəhəri, Səbail rayonu, Buxtinski-3 döngəsi, 12 saylı evin 1 nömrəli mənzili xx xxxxxx 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdirlər (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış; seriya RX № 0575543, 2167 № reyestr kitabında, 200765 № vərəqdə, qeydiyyat nömrəsi **********, xx.xx.2015-ci il). Həmin kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh Pərviz Salmanov xx xxxxxx 2015-ci il tarixli 160/00/349/15 saylı zaminlik müqaviləsi əsasında Cavabdeh Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin borclu şəxs hazırkı iş üzrə Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmişdir. xx xxxx 2014-cü il tarixli 160/00/175/14 və xx xxxxxx 2015-ci il tarixli 160/00/349/15 saylı kredit müqavilələrinin 5.1.6-cı bəndinin tələbinə görə Kreditorun müqavilə şərtlərinin borclu tərəfindən pozulduğu hallarda vurulmuş zərərin əvəzinin və borcun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Həmin müqavilənin 5.4.5-ci bəndində isə göstərilir ki, alınmış krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəmək, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək Borc alanın vəzifəsidir. Səbail Rayon Məhkəməsinin 2(009)-50/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, QSC «Bank Standart» KB ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 160/00/175/14 saylı kredit müqaviləsi üzrə 38.545,76 manat məbləğində əsas borcun, 7319.88 manat faiz borcunun, 7 manat məbləğində cərimə borcunun müştərək qaydada Cavabdeh və X1 tutulması, QSC «Bank Standart» KB ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 160/00/349/15 saylı kredit müqaviləsi üzrə 26.822,10 ABŞ dolları məbləğində əsas borcun, 4616.69 ABŞ dolları məbləğində faiz borcunun, 5 ABŞ dolları məbləğində cərimə borcunun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, ipoteka predmetinin ilkin satış qiyməti 162.000 manat məbləğində müəyyən edilməklə Cavabdeh tutulmalı olan məbləği bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Buxtinski 3 döngəsi, 12 saylı evin 1 nömrəli mənzilinə yönəldilməsi və mənzilin açıq harracdan satılması, Mənzilə tutma yönəldikdən və o, satıldıqdan sonra ipoteka qoyanlar-X5, X4, Mustafayev Anar Mustafa oğlu və X2 mənzildən ən geci bir ay ərzində çıxarılmaları, ekspertiza tədqiqatının dəyəri olan 120 manatın və 150 manat pul vəsaitinin cavabdehlər müştərək qaydada Cavabdeh və X1 tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur. Qətnamədən iddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun iddianın təmin olunmaması hissədə ləğv edilməsini və iddia tələbini tam təmin edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddianı qismən təmin edərkən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 20466 saylı rəyinə əsaslanmışdır. Hesab edirik ki, ekspertiza rəyi tədqiqatın obyektiv, hərtərəfli və tam həcmdə aparılmaması səbəbindən, kifayət qədər aydın deyil, onda boşluqlar var, ekspert qarşısında qoyulmuş məsələlər tam həll edilməmişdir, onun əsaslandığı sübutlar qeyri mötəbərdir, rəy düzgün nəticəyə gəlməyə imkan vermir və iş üzrə sübut kimi qəbul edilə bilməz. Belə ki, ekspert rəyində xx xxxxxx 2015-ci il tarixli 160/00/349/15 saylı kredit müqaviləsi üzrə cavabdehin Banka olan əsas borcu 26822.10 ABŞ dolları, faiz borcu 6055.93 ABŞ dolları göstərilmişdir. Lakin Bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış sənədlərində və maliyyə arayışında cavabdehin Banka 27361.13 ABŞ dolları məbləğində əsas borc, 4616.69 ABŞ dolları məbləğində faiz borcunun olduğu müəyyən edilir. İddia ərizəsində cərimə borcu 2950.60 ABŞ dolları məbləğində müəyyən edildiyi halda məhkəmə qətnamədə cərimə borcunu 5 ABŞ dolları müəyyən etmiş, məbləğin əhəmiyyətli dərəcədə aşağı salınması zəruriliyini lazımi qaydada əsaslandırmamışdır. Həmçinin, Bank tərəfindən xx xxxxxx 2015-ci il tarixli 160/00/349/15 saylı kredit müqaviləsi üzrə borc məbləğinin müştərək qaydada tutulması qeyd edilsə də, qət etdi hissəsində həmin tələb təmin olunmamışdır. Bundan başqa, Məhkəmə xx xxxx 2014-cü il tarixli 160/00/175/14 saylı kredit müqaviləsi üzrə Bank tələbini azaldaraq qət etdi hissəsində 38545.76 manat əsas borc, 7319.88 manat faiz borcu, 7 manat cərimə borcu məbləğində pulun tutulmasını nəyə əsaslandığını qeyd etməmişdir. Qeyd edilən hallardan başqa xx xxxx 2014-cü il tarixli MBA MMC-nin rəyinə əsasən ipoteka predmeti 131.000 manat məbləğində qiymətləndirilmişdir. Lakin, məhkəmə xx xxxx 2019-cu il tarixli ƏEMİ/50-684/19 nömrəli X13 rəyinə əsasən ipoteka predmetinin ilkin satış qiymətini 162.000 manat müəyyən etmişdir. Məhkəmə ipoteka müqaviləsi bağlanarkən aparılmış qiymətləndirməni qəbul etməməklə, X13 tərəfindən verilmiş rəyi qəbul etməsini qətnamədə lazımi qaydadaəsaslandırmamışdır. Apelyator hesab etmişdir ki, təkrarən məhkəmə-mühasibatlıq və qiymətləndirmə ekspertizası həyata keçirilməlidir. Qətnamədən, həmçinin, Cavabdeh də apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və təkrar qiymətləndirmə, həmçinin mühasibatlıq ekspertizaları təyin edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini borc məbləğlərinin düzgün hesablanmadığı və ipoteka predmetinin qiymətinin real qiymətindən çox aşağı müəyyən ediliyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi bank tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı-yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəməyə gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh olunmalı, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. İddia tələbi qismən təmin edildikdə, qətnamədə əvvəl iddianın təmin olunan hissəsi, sonra isə təmin olunmayan hissəsi əsaslandırılmalı, qətnamənin nəticə hissəsində iddianın kimin haqqında hansı hissəsində təmin və yaxud rədd olunması konkretləşdirilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib etməmiş, qətnamənin nəticə hissəsində xx xxxxxx 2015-ci il tarixli, 160/00/349/15 saylı Kredit xətti müqaviləsi üzrə borcun kimdən tutulması qeyd edilməməklə məbləğin kimdən tutulmalı olması başa düşülən olmamaqla və əsaslandırılmamaqla qeyri-müəyyənliyə yol verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətlərinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İş materiallarında olan xx xxxx 2018-ci il tarixli 16029 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, xx xxxx 2014-cü il tarixdə bağlanmış 160/00/175/14 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət olunan tarixədək xx/xx/2017-ci il tarixə banka olan borcu 48.151,43 manat məbləğində müəyyən olunur: o cümlədən əsas borc üzrə 38.545,76 manat; faiz borcu üzrə 8.628,07 manat; cərimə borcu üzrə 977.60 manat müəyyən edilmişdir (Səbail Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qərardadına əsasən hazırki müqavilə üzrə borc məbləğinin hesablanması məhkəməyə müraciət olunan tarixədək istənilmişdir, halbuki, iddia tələbində hazırki müqavilə üzrə borc maliyyə arayışına əsasən xx.xx.2017-ci il tarixədir). İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli 20466 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, xx.xx.2015-ci il tarixdə bağlanmış 160/00/349/15 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət olunan tarixədək xx.xx.2017-ci il tarixə (iddia tələbində hazırki müqavilə üzrə borc maliyyə arayışına əsasən xx.xx.2017-ci il tarixədir) banka olan borcu aşağıdakı kimi müəyyən olunur: əsas borc üzrə 26.822,10 ABŞ dolları, faiz borcu üzrə 6055,93 ABŞ dolları. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli ƏEMİ/50-684/19 nömrəli X13 rəyindən görünür ki, mənzilin mövcud vəziyyəti, yerləşdiyi ərazi, analoq obyektlərə müqayisəli satışı, sahəsi, tikilinin konstruksiyası, aşınması və s.xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri, Səbail rayonu, Buxtinski-3 döngəsində yerləşən 12 saylı evin 1 saylı mənzilinin xx xxxx 2019-cu il tarixinə bazar dəyəri: 162.000 manat təşkil edir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən də, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından iddiaçı bankla Cavabdeh arasında kredit müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Kollegiya hesab edir ki, aşağıda göstərilmiş ekspert rəyində qeyd edilən borc məbləğləri iddiaçı bankın xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza tədqiqatı əsasında verilmiş, xx xxxxxxx 2019-cu il tarixli 20466 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyi xx.xx.2015-ci il tarixdə bağlanmış 160/00/349/15 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət olunan tarixədək xx.xx.2017-ci il tarixə banka olan borcu aşağıdakı kimi müəyyən olunur: əsas borc üzrə 26.822,10 ABŞ dolları, faiz borcu üzrə 6055,93 ABŞ dolları. Bununla belə kollegiya qeyd edilən müqavilə üzrə iddiaçı bankın 4616.69 ABŞ dolları məbləğində faiz borcu tələb etdiyini nəzərə alaraq, hesab edir ki, cavabdehdən həmin kredit müqaviləsi üzrə tutulmalı olan faiz borcunun məbləği iddiaçı bankın tələb etdiyi 4616.69 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Apellyasiya baxışı zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasına əsasən, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli rəydə qeyd olunmuşdur ki, Cavabdeh ilə “xxxx” KB QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 160/00/175/14 saylı kredit müqaviləsi üzrə borc alanının xx.xx.2017-ci il tarixə kredit borcu (iddia tələbində də hazırki müqavilə üzrə borc maliyyə arayışına əsasən xx.xx.2017ci il tarixədir) əsas borc üzrə 36051,64 manat və faiz borcu üzrə 6726,64 manat müəyyən edilmişdir. Kollegiya, iddiaçı bankın “xx xxxx 2014-cü il tarixli 160/00/175/14 saylı kredit müqaviləsi üzrə 6232.92 manat məbləğində cərimə borcu, xx xxxxxx 2015-ci il tarixli 160/00/349/15 saylı kredit müqaviləsi üzrə 2950.60 ABŞ dolları məbləğində cərimə borcu” iddiasını qismən əsaslı hesab edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Kollegiya hesab edir ki, cavabdehlərdən xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə tutulmalı dəbbə pulunun məbləğinin 3600 manat, xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə isə 2600 ABŞ dolları həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Məhkəmə kollegiyası hesab edir ki, X10 xx.xx.2014-ci il və xx.xx.2015-ci il tarixli kredit müqavilələri üzrə zamin qismində öhdəliklərin icrası ilə bağlı əsas borclu ilə birgə məsuliyyət daşıyacağı barədə müqavilə bağladığından, kredit müqavilələri üzrə əsas, faiz və cərimə borcunun, habelə məhkəmə xərclərinin əsas borclu ilə yanaşı ondan da müştərək qaydada tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 500.1-ci maddəsinin tələblərinə görə, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 472-ci maddəsinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Kollegiya iddianın, “tutmanın Bakı şəhəri, Səbail rayonu, Buxtinski 3 döngəsi, 12 saylı evin 1 nömrəli mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə olunacaq məbləğ hesabına borcun ödənilməsi” hissəsinə münasibətdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarından aydın olur ki, həmin daşınmaz əmlak Cavabdeh kredit öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və ipotekanın dövlət qeydiyyatı həyata keçirilmişdir. İş materiallarından görünür ki, ipoteka saxlayan ipoteka qoyana “İpoteka haqqında” Qanunun 36.2-ci bəndində uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, həmçinin həmin bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Cavabdeh bank qarşısındakı öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri, Səbail rayonu, Buxtinski 3 döngəsi, 12 saylı evin 1 nömrəli mənzilə tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına banka ödənilməli olan pul vəsaiti ödənilməli, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi ipoteka qoyana (Cavabdeh, X4, X5, X7)qaytarılmalıdır. Kollegiya iddia tələbinin “mənzilə tutma yönəldildikdən və satıldıqdan sonra ipoteka qoyanlar-X5, X4, Cavabdeh və X8 mənzili ən geci bir ay ərzində tərk etmədikdə və mənzildən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılması” hissəsini qismən əsaslı hesab edir. Belə ki, “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə görə isə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Kollegiyanın qənaətinə görə, ipoteka qoyan üzərinə müvafiq öhdəlik götürmüş olduğundan, mənzil satıldıqdan 1 ay sonra onun boşaldılması tələbinin təmin olunması üçün dispozitiv şərtlər mövcuddur. Eyni zamanda kollegiya qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İddiaçının apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq apellyasiya baxışı zamanı müvafiq ekspertiza təyin olunmuş, ekspertizanın rəyi ilə ipoteka predmetinin likvid qiyməti 130 000 (yüz otuz min) manat olması müəyyən edilmişdir. Kollegiya əmlakın ilkin satış qiyməti olaraq məhz bu qiymətin əsas götürülməsini məqsədəmüvafiq sayır; çünkü ipoteka müqaviləsində görünür ki tərəflərdə mənzilin satış qiymətinin 131 000 manat olması barədə razılığa gəlmişlər. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumunun əvəzi qismində 45 manat cavabdehlər Cavabdeh və Pərviz Salmanovdan alınaraq iddiaçıya ödənilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməli, birinci instansiya məhkəməsinin baxışı zamanı və apellyasiya baxışı zamanı keçirilmiş mühasibtlıq ekspertizası tədqiqatlarının dəyəri Cavabdeh və Pərviz Salmanovdan tutularaq müvafiq hesaba köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-50/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Qapalı Səhmdar Cəmiyyəti «Bank Standart» Kommersiya Bankı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 160/00/175/14 saylı kredit müqaviləsi üzrə 36.051,64 (otuz altı min əlli bir manat 64 qəpik) manat məbləğində əsas borc, 6726,64 (altı min yeddi yüz iyirmi altı manat 64 qəpik) manat faiz borcu, 3600 (üç min altı yüz) manat məbləğində cərimə borcu müştərək qaydada Cavabdeh və X1 tutulsun; Qapalı Səhmdar Cəmiyyəti «Bank Standart» Kommersiya Bankı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 160/00/349/15 saylı kredit müqaviləsi üzrə 26.822,10 (iyirmi altı min səkkiz yüz iyirmi iki ABŞ dolları on sent) ABŞ dolları məbləğində əsas borc, 4616.69 (dörd min altı yüz on altı ABŞ dolları altmış doqquz sent) ABŞ dolları məbləğində faiz borcu, 2600 ABŞ (iki min altı yüz) ABŞ dolları məbləğində cərimə borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və iddia ərizəsinin, həmçinin iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumu müştərək qaydada Cavabdeh və X1 tutulsun. İpoteka predmetinin ilkin satış (likvid) qiyməti 130.000 (yüz otuz min) manat məbləğində müəyyən edilməklə cavabdehlər Cavabdeh və X1 tutulmalı olan məbləği bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Buxtinski 3 döngəsi, 12 saylı evin 1 nömrəli mənzilinə yönəldilsin və mənzil açıq harracdan satılsın; Mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ipoteka qoyanlar-X5, X4, Mustafayev Anar Mustafa oğlu və X8 mənzili ən geci bir ay ərzində mənzildən çıxarılsınlar. İpoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaiti Cavabdeh, X4, X5, X7 verilsin. İddia tələbləri qalan hissələrdə təmin olunmasın. Cavabdeh apellyasiya şikayəti verilməsi üçün ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid edilsin. Birinci instansiya məhkəməsinin baxışı zamanı və apellyasiya baxışı zamanı keçirilmiş mühasibtlıq ekspertizası tədqiqatlarının dəyəri olan 370 (üç yüz yetmiş) manat manat pul vəsaiti cavabdehlər Cavabdeh və X1 müştərək qaydada tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ**********0000003944, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2444/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2444/2020
07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver