Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-245/2024 12.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 2(004)- 36/2023 saylı qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 593-cü məhəllə, ev 72, 5-ci korpusun, 27 saylı mənzilindən icarə obyektinə su axıdılaraq iddiaçıya ziyan vurulmuşdur. Hazırda iddiaçı ona dəymiş ziyanı tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6046 manat məbləğində vurulmuş zərərin, 2000 manat məbləğində əldən çıxmış faydanın, həmçinin Mərkəzi Bankın uçot faiz dərəcəsi (6,5%) nəzərə alınmaqla hesablanmış 500 manat məbləğində faiz məbləğinin və ödənilmiş 105,46 manat dövlət rüsumunun tutulması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 593-cü məhəllə, ev 72-5 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 593-cü məhəllə, ev 72, 5-ci korpusun, 27 saylı mənzilindən icarə obyektinə su axıdılaraq iddiaçıya zərər vurulmuşdur. Belə ki, "xxxx" MMC tərəfindən verilmiş 190/E saylı xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən, icarə obyektinə 4546,50, icarə obyektində İddiaçı MMC tərəfindən satış üçün yerləşdirilmiş mebellərə isə 1500 manat məbləğində zərər dəymişdir. Bundan əlavə iddiaçı cavabdeh tərəfindən vurulmuş zərərin aradan qaldırılması müddətində (müvafiq təmir-bərpa işlərinin görülməsi) sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməmiş və o, ən azı 2000 manat məbləğində qazancından məhrum olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 2(004)- 36/2023 saylı qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh 1000 (min) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 593-cü məhəllə, ev72-5, (yeni qaydalarla Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 60 A) ünvanında yerləşən qeyri yaşayış sahəsinə su sızmasına nəyin səbəb olduğunu, qeyri yaşayış sahəsinə həmin qeyri yaşayış sahəsinin üst mərtəbəsində yerləşən 27 saylı mənzildən su axıdılıbaxıdılmaması, vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı məhkəmə-tikintitexniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 mart 2022-ci il tarixli, 10/249 nömrəli ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2022-ci il tarixli 10/249 nömrəli ekspert rəyindən müəyyən olunmuşdur ki, rəy ekspert tərəfindən tərtib edilərkən Cavabdeh məxsus mənzilə baxış keçirilməsi mümkün olmamış və nəticədə iddiaçının istifadəsində olan qeyri yaşayış sahəsinə su sızmanın bilavasitə texniki səbəbi müəyyən edilməmişdir. Habelə ekspert qarşısına qoyulmuş “Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 593-cü məhəllə, ev 72-5, 27 saylı mənzildən iddiaçının sahibliyində olan sahəyə suyun axıldığı müəyyən edilərsə, cavabdehə məxsus mənzilin sahəsi 86,9 kv.m olduğu təqdirdə iddiaçının sahibliyində olan əmlakının 280 kv.m divarının və 186 kv.m asma tavanın zədələnməsi mümkündürmü?” sualına qeyri-müəyyən cavab verilmişdir. Ekspert rəyində həmin suala münasibət bildirilərkən qeyd edilmişdir ki, “divarlarda, tavan və döşəmədə yaranan qüsurların aradan qaldırılması üçün zəruri olan təmir işlərinin hissəvi aparılan zaman istifadə olunan materialların, boyanın rənginin tam eyniliyini təmin etmək mümkün olmur. Buna görə də metodikaya əsasən yaranan qüsurların aradan qaldırılması üçün təmir işləri konstruktiv elementlərin (divar,tavan və s.) tam sahəsi üzrə aparılır. Bu səbəbdən də obyektə su sızma nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün təmir işlərinin aparılmalı olduğu sahə divarlar üzrə 280 kv.m, tavan üzrə isə 186 kv.m təşkil edir”. Göründüyü kimi ekspert bu suala qeyri müəyyən cavab verməklə hansı metodikaya əsaslandığını qeyd etməmiş, təmir işlərinin aparılmalı olduğu sahə divarlar üzrə 280 kv.m., tavan üzrə isə 186 kv.m. olmasının səbəbini göstərməmişdir. Bu səbəbdən mülki iş üzrə təkrar məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 dekabr 2022-ci il tarixli 10/5468 nömrəli ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə hesab etmişdir ki, bu ekspert rəyi mövcud vəziyyəti obyektiv olaraq əks etdirməmişdir. Müvafiq ekspert rəyini hazırlamış ekspert X1 məhkəmə iclasında verdiyi izahatdan görünür ki, o baxış aparan vaxt iddiaçının qeyri-yaşayış sahəsində hər hansı qüsur görməmişdir. Ona bildirmişlər ki, təmir olunub. Cavabdehin mənzilinə qalxmışlar. Cavabdeh bildirmişdir ki, divardaxili boru xətləri var, onlar da gizli şəkildə olduğuna görə o, səbəbi və ziyanın dəyib-dəyməməsini müəyyən edə bilmir. O iddiaçının qeyri-yaşayış sahəsinə baxış keçirən zaman qüsur aşkarlamamışdır. Maraqlandıqda ona bildirmişlər ki, ilkin ekspertiza aparılan zaman qüsur mövcud olub. xx.xx.2020-ci ildə akt tərtib olunub. O, qüsuru özü görməmişdir, ona görə də yeni smeta tərtib etməmişdir. Rəydə qeyd etdiyi məbləği ilkin ekspert rəyinə əsasən qeyd edib. O, ziyanın səbəbini və nə qədər ziyan dəydiyini müəyyən edə bilmir. Rəydə qeyd etdiyi 4696 manat məbləği o özü müəyyən etməyib. O, məbləğ müəyyənləşdirmək üçün qüsuru görməli idi, ona uyğun da smeta çıxartmalı idi. Lakin qüsuru görməmişdir. Rəyin giriş hissəsində səbəbi və ziyanın miqdarını müəyyən etməyin mümkün olmadığını bildirmişdir. Həmçinin ekspert Xəyyam İsgəndərov qeyd etmişdir ki, 80 m2 sahəsi olan mənzildən suyun axması nəticəsində iddiaçının sahəsi 280 m2 divar, sahəsi 186 m2 olan asma tavanının zədələnməsi o halda mümkün ola bilər ki, cavabdehin evi tamamilə suyun içində olsun. 4696 manat məbləği də ilkin ekspert rəyinə əsasən qeyd edib, özü heç nə hesablamayıb. Sırf dəyən ziyan baxımından yanaşanda iddiaçıya həmin məbləğdə ziyanın dəyməsi mümkün deyil. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, ekspert rəyi ilə razılaşmaq olmaz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, həm Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 mart 2022-ci il tarixli, 10/249 nömrəli ekspert rəyi həm də 12 dekabr 2022-ci il tarixli 10/5468 nömrəli ekspert rəyi mötəbər sübut kimi qəbul edilə bilməz. Lakin işin mübahisəsiz halı odur ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 593-cü məhəllə, ev72-5, (yeni qaydalarla Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 60 A) ünvanında yerləşən qeyri yaşayış sahəsinə ziyan dəyməsinə həmin qeyri yaşayış sahəsinin üst mərtəbəsində yerləşən 27 saylı mənzildən su sızması olmuşdur. Dəymiş ziyanın məbləğinə gəldikdə isə hər iki ekspert rəyi ilə ziyanın məbləği obyektiv olaraq müəyyən olunmadığından dəymiş ziyan cavabdehin iddianı qəbul etdiyi məbləğdə müəyyən olunmalıdır. Belə ki, məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı 1000 manat məbləğində qəbul edir. Həmçinin iddiaçı iddia ərizəsində icarə obyektində İddiaçı MMC tərəfindən satış üçün yerləşdirilmiş mebellərə 1500 manat məbləğində zərər dəydiyini qeyd etmişdir. Bu hal ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı MMC-nin nümayəndəsi Vəkil əvvəlki məhkəmə iclasında verdiyi izahatda qeyd etmişdir ki, iddiaçı tərəf mebellərin satışı və təmiri fəaliyyəti ilə özü məşğul olduğu üçün məhz bu baxımdan da təmir xidmətini özü həyata keçirir və mebelləri yenidən satışa təqdim edir. Mebellər artıq satılıb. Mebellərin neçəyə və hansı qiymətə satılması və məhz hansı əşyaya nə qədər ziyanın dəyməsi ilə bağlı məlumatı yoxdur. Məhkəmə hesab etmişdir ki, hansı mebelə nə qədər zərərin dəydiyini müəyyən etmək mümükün olmadığından və iddiaçı istinad etdiyi faktı təsdiq edən kifatətedici sübutları məhkəməyə təqdim etmədiyindən mebelə ziyan dəyməsi faktı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən qanuni və əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 1000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin “həmçinin Mərkəzi Bankın uçot faiz dərəcəsi (6,5%) nəzərə alınmaqla hesablanmış 500 manat məbləğində faiz məbləğinin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq hesab etmişdir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Göründüyü kimi, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Həmçinin qanunvericiliyin tələblərindən göründüyü kimi, faizlər kreditor tərəfindən o zaman tələb edilə bilər ki, borclu məhz pul məbləğinin ödənilməsini gecikdirirsə. Hazırda tərəflər arasında mübahisə isə kredit müqaviləsi və s. pul məbləğinin ödənilməsi ilə deyil, maddi ziyanın vurulması ilə bağlıdır. Məhkəmə həmçinin iddia tələbinin “2000 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq hesab etmişdir ki, iddia həmin hissədə də təmin edilməməlidir. Belə ki, iddiaçı bu tələbinə münasibətdə istinad etdiyi faktları təsdiq edəcək hər hansı bir tutarlı sübutu məhkəməyə təqdim etməmiş və məhkəmə prosesi zamanı bu fakt öz təsdiqini tapmamışdır. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, cavabdehdən 6046 manat məbləğində vurulmuş zərərin, 2000 manat məbləğində əldən çıxmış faydanın, həmçinin Mərkəzi Bankın uçot faiz dərəcəsi (6,5%) nəzərə alınmaqla hesablanmış 500 manat məbləğində və ödənilmiş 105,46 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş sənədlər cavabdeh tərəfindən vurulan ziyanın məbləğinin daha artıq olduğunu deməyə əsas verirdi. Belə ki, iş materiallarına əlavə edilmiş ekspert rəylərindən göründüyü kimi, icarə obyektinə 4546.50 (dörd min beş yüz qırx altımanat əlli qəpik) manat, icarə obyektində İddiaçı MMC tərəfindən satış üçün yerləşdirilmiş mebellərə isə 1500 ( min beş yüz) manat məbləğində zərər dəymişdir. Lakin təəssüflər olsun ki, məhkəmə qeyd edilən rəyləri və iş materiallarına əlavə edilmiş dəymiş zərər ilə bağlı şəkilləri nəzərə almamış, yalnız cavabdehin etiraf etdiyi məbləğə istinad etmişdir. Halbuki, cavabdeh də onun tərəfindən iddiaçıya zərər vurduğunu etiraf etmiş, lakin həmin zərərin həqiqətən də 1000 manat məbləğində olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Eyni zamanda, məhkəmə cavabdeh tərəfindən icra edilməli öhdəliyin gecikdirilməsinə görə hesablanmış faiz məbləğinin əsassız hesablanmasını, o cümlədən, əldən çıxmış fayda ilə bağlı iddiaçının tələbini təsdiq edəcək halların iş materillarına əlavə edilmədiyini bildirsə də, iddiaçının fəaliyyəti onun həqiqətən də ən azı qeyd edilən məbləğdə zərərə məruz qalmasını təsdiq edir. Belə ki, hal hazırki iş ilə bağlı da cavabdeh uzun müddətdir ki, iddiaçı tərəfindən icarə obyektinin təmirinə və orada olan mebel əşyalarının bərpasına istifadə etdiyi məbləği iddiaçıya ödəməmişdir. Faktiki olaraq cavabdeh iddiaçının vəsaitindən uzun müddət faydalanmaqla iddiaçıya zərər vurmuşdur. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3779/2023 saylı, 13 iyun 2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertizanın aparılmasından imtina edilməsi barədə 01 iyul 2024-cü il tarixli, 3-16- 16/2-10/3643 saylı məktubu daxil olmuş və iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan 08 sentyabr 2020-ci il tarixli 190/E nömrəli "xxxx" MMC-nin qiymətləndirmə aktına əsasən Bakı şəhəri, Həsənbəy Zərdabi prospekti, 593cü məhəllə, bina 72, 1-ci mərtəbə, 5-ci korpusda yerləşən qeyriyaşayış sahəsinə dəymiş ziyan 4546,5 manat, mebellərə dəymiş ziyan 1500 manat dəyərləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 mart 2022-ci il tarixli, 10/249 nömrəli ekspert rəyinə əsasən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiqat obyektlərinin yerləşmə planını, yəni iddiaçının istifadəsində olan obyektin (qeyri-yaşayış sahəsinin) binanın 1-ci mərtəbəsində, cavabdehə məxsus mənzilin isə binanın 2-ci mərtəbəsində, həmin obyektin üstündə yerləşdiyini, İddiaçı MMC-nin istifadəsində olan obyektin konstruktiv elementləri üzərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızma nəticəsində yaranmasına xarakterik olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu. Həsənbəy Zərdabi prospekti, 593-cü məhəllə, ev 72-5, (yeni qaydalarla Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 60A) ünvanında yerləşən qeyri yaşayış sahəsinə Cavabdeh məxsus mənzildən su axması və nəticədə İddiaçı MMC-nin istifadəsində olan qeyri yaşayış sahəsinə ziyan vurulması mümkündür. Lakin, Cavabdeh məxsus mənzilə baxış keçirilməsi mümkün olmadığına görə İddiaçı MMC-nin istifadəsində olan qeyri yaşayış sahəsinə su sızmasının bilavasitə texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Divarlarda, tavan və döşəmədə yaranan qüsurların aradan qaldırılması üçün zəruri olan təmir işlərinin hissəvi aparılan zaman istifadə olunan materialların, boyanın rənginin tam eyniliyini təmin etmək mümkün olmur. Buna görədə metodikaya əsasən yaranan qüsurların aradan qaldırılması üçün təmir işləri konstruktiv elementlərin (divar, tavan, döşəmə və s.) tam sahəsi üzrə aparılır. Bu səbəbdən də, obyektdə su sızma nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün təmir işlərinin aparılmalı olduğu sahə divarlar üzrə 280 kv.metr, tavan üzrə isə 186 kv.metr təşkil edir. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 593-cü məhəllə, ev 72- 5, (yeni qaydalarla Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 60A) ünvanında yerləşən İddiaçı MMC-nin istifadəsində qeyri yaşayış sahəsində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyən təqribən 4696,5 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 dekabr 2022-ci il tarixli 10/5468 nömrəli ekspert rəyinə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 593-cü məhəllə, ev 72-5 (yeni qaydalarla Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 60 A) ünvanında yerləşən qeyri-yaşayış sahəsi təmir olunduğundan, həmin qeyri-yaşayış sahəsinə hər hansı bir ziyan dəyib-dəyməməsini və hansı səbəblərdən ziyan dəyməsini dəqiqliklə müəyyən etmək mümkün olmadı. Lakin ilkin ekspertiza rəyində göstərilənlərinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 593-cü məhəllə, ev 72-5 (yeni qaydalarla Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 60 A) ünvanında yerləşən qeyri-yaşayış sahəsinə Cavabdeh məxsus mənzildən su axması və nəticədə İddiaçı MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsinə ziyan vurulması mümkündür. Divarlarda, tavan və döşəmədə yaranan qüsurların aradan qaldırılması üçün zəruri olan təmir işlərinin hissəvi aparılan zaman istifadə olunan materialların, boyanın rənginin tam eyniliyini təmin etmək mümkün olmur. Buna görə də metodikaya əsasən yaranan qüsurların aradan qaldırılması üçün təmir işləri konstruktiv elementlərin (divar, tavan, döşəmə və s.) tam sahəsi üzrə aparılır. Bu səbəbdən də, obyektdə su sızma nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün təmir işlərinin aparılmalı olduğu sahə divarlar üzrə 280 m2, tavan üzrə isə 186 m2 təşkil edir. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 593cü məhəllə, ev 72-5 (yeni qaydalarla Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 60 A) ünvanında yerləşən İddiaçı MMC-nin istifadəsində qeyri-yaşayış sahəsində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 4696,5 manat məbləğində müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi ilk dəfə təyin edilmiş ekspertiza rəyi üzrə qoyulmuş suallara verilən cavabların qeyri-müəyyən olmasını, təkrar ekspertiza rəyinin isə mövcud vəziyyəti obyektiv olaraq əks etdirməməsini qeyd edərək həmin rəylərlə razılaşmamışdır və sübut növü kimi qiymətləndirməmiş, hər iki ekspert rəyi ilə ziyanın məbləği obyektiv olaraq müəyyən olunmadığından dəymiş ziyan cavabdehin iddianı qəbul etdiyi məbləğdə (1000 manat) müəyyən olunmalı olması qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında da cavabdeh iddiaçıya 1000 manat məbləğində pulu ziyan əvəzi kimi deyil, qonşuluq münasibətəri baxımından ödəməyə hazır olmasını bildirmiş və bu mövqeyini suyun axıdılmasının səbəbinin binada olan şaxtada ümumi su kəmərində yaranmış qüsur nəticəsində baş verməsini göstərmişdir. Bununla belə apellyasiya baxışı zamanı "xxxx" Açıq Səhmdar Cəmiyyəti işə cəlb olunmaqla məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Belə ki, cavabdehin mənzilindən su axıdılması ilə bağlı izahatlarına qiymət vermək üçün xüsusi bilik tələb olunması nəzərə alınmaqla əlavə ekspertizanın keçirilməsi zəruri olmuşdur. Lakin nəticə etibarı ilə ekspertizanın aparılmasından imtina edilmişdir. Belə ki, məhkəmə-tikinti texniki ekspertizanın aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: İlk olaraq məhkəmə tərəfindən tədqiq olunan obyektə baxış keçirilməsi xx.xx.2023-cü il tarixə təyin edilmiş, lakin iş üzrə tərəflər tədqiqat obyektinə gəlmədiyindən eyni tədqiq olunan obyektin yerləşdiyi ünvanın müəyyən edilməsi və qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır; Daha sonra isə imtina o səbəblə olmuşdur ki, qərardadla ekspert qarşısında qoyulmuş suallarda Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 593-cü məhəllə, ev 72-5 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə su sızması, axıdılması halları binada olan şaxtada ümumi su kəmərində yaranmış qüsur nəticəsində ola bilməsini, həmin qeyriyaşayış sahəsinə su sızması, axıdılması halları binada olan şaxtada ümumi su kəmərində olan qüsurdan yaranmışdırsa, bu qüsur insan faktoru ilə bağlı ola bilməsini və yaxud təbii prosess nəticəsində (korroziya, çürümə və s.) baş verə bilməsini müəyyən etmək tələb olunmuşdur. Bununla əlaqədar olaraq qeyd olunur ki, əvvəlki ekspertiza tədqiqatı zaman binada olan mənzilin daxilində keçən şaxtanın üzəri bağlı olduğundan, üzərinin açılması mümkün olmadığından, eyni su sızman axmaları müəyyən olunmadığından, qeyri-yaşayış sahəsinə su sızması, axıdılması halları binada olan şaxtada ümumi su kəmərində yaranmış qüsur nəticəsində ola bilməsini, həmin qeyri-yaşayış sahəsinə su sızması insan faktoru ilə bağlı ola bilməsini və yaxud təbii prosess nəticəsində (korroziya, çürümə və s.) baş verə bilməsini müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də, qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad edilən mülki qanunvericiliyin müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Hazırda isə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş hər iki ekspert rəyi ilə ziyanın məbləği obyektiv olaraq müəyyən olunmamışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2022-ci il tarixli 10/249 nömrəli ekspert rəyindən müəyyən olunmuşdur ki, rəy ekspert tərəfindən tərtib edilərkən Cavabdeh məxsus mənzilə baxış keçirilməsi mümkün olmamış və nəticədə iddiaçının istifadəsində olan qeyri yaşayış sahəsinə su sızmanın bilavasitə texniki səbəbi müəyyən edilməmişdir. Həmçinin göstərilən rəydə qeyd edilmişdir ki, divarlarda, tavan və döşəmədə yaranan qüsurların aradan qaldırılması üçün zəruri olan təmir işlərinin hissəvi aparılan zaman istifadə olunan materialların, boyanın rənginin tam eyniliyini təmin etmək mümkün olmur. Buna görə də metodikaya əsasən yaranan qüsurların aradan qaldırılması üçün təmir işləri konstruktiv elementlərin (divar,tavan və s.) tam sahəsi üzrə aparılır. Bu səbəbdən də obyektə su sızma nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün təmir işlərinin aparılmalı olduğu sahə divarlar üzrə 280 kv.m, tavan üzrə isə 186 kv.m təşkil edir. Göründüyü kimi ekspert bu suala qeyri müəyyən cavab verməklə hansı metodikaya əsaslandığını qeyd etməmiş, təmir işlərinin aparılmalı olduğu sahə divarlar üzrə 280 kv.m., tavan üzrə isə 186 kv.m. olmasının səbəbini göstərilməmişdir. Belə olan halda iş üzrə təkrar məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 dekabr 2022-ci il tarixli 10/5468 nömrəli ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Lakin müvafiq ekspert rəyini hazırlamış ekspert X1 birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında verdiyi izahatdan görünür ki, o baxış aparan vaxt iddiaçının qeyri-yaşayış sahəsində hər hansı qüsur görməmişdir. Ona bildirmişlər ki, təmir olunub. Cavabdehin mənzilinə qalxmışlar. Cavabdeh bildirmişdir ki, divardaxili boru xətləri var, onlar da gizli şəkildə olduğuna görə o, səbəbi və ziyanın dəyib-dəyməməsini müəyyən edə bilmir. O iddiaçının qeyri-yaşayış sahəsinə baxış keçirən zaman qüsur aşkarlamamışdır. Maraqlandıqda ona bildirmişlər ki, ilkin ekspertiza aparılan zaman qüsur mövcud olub. xx.xx.2020-ci ildə akt tərtib olunub. O, qüsuru özü görməmişdir, ona görə də yeni smeta tərtib etməmişdir. Rəydə qeyd etdiyi məbləği ilkin ekspert rəyinə əsasən qeyd edib. O, ziyanın səbəbini və nə qədər ziyan dəydiyini müəyyən edə bilmir. Rəydə qeyd etdiyi 4696 manat məbləği o özü müəyyən etməyib. O, məbləğ müəyyənləşdirmək üçün qüsuru görməli idi, ona uyğun da smeta çıxartmalı idi. Lakin qüsuru görməmişdir. Rəyin giriş hissəsində səbəbi və ziyanın miqdarını müəyyən etməyin mümkün olmadığını bildirmişdir. Həmçinin ekspert Xəyyam İsgəndərov qeyd etmişdir ki, 80 m2 sahəsi olan mənzildən suyun axması nəticəsində iddiaçının sahəsi 280 m2 divar, sahəsi 186 m2 olan asma tavanının zədələnməsi o halda mümkün ola bilər ki, cavabdehin evi tamamilə suyun içində olsun. 4696 manat məbləği də ilkin ekspert rəyinə əsasən qeyd edib, özü heç nə hesablamayıb. Sırf dəyən ziyan baxımından yanaşanda iddiaçıya həmin məbləğdə ziyanın dəyməsi mümkün deyil. Yuxarıda qeyd edildiyi kimi apellyasiya baxışı zamanı təyin edilmiş ekspertizanın aparılması isə mümkün olmamışdır. Belə ki, əvvəlki ekspertiza tədqiqatı zaman binada olan mənzilin daxilində keçən şaxtanın üzəri bağlı olduğundan, üzərinin açılması mümkün olmadığından, eyni su sızmanın axmaları müəyyən olunmadığından, qeyriyaşayış sahəsinə su sızması, axıdılması halları binada olan şaxtada ümumi su kəmərində yaranmış qüsur nəticəsində ola bilməsini, həmin qeyri-yaşayış sahəsinə su sızması insan faktoru ilə bağlı ola bilməsini və yaxud təbii prosess nəticəsində (korroziya, çürümə və s.) baş verə bilməsini müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də, qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş ekspert rəyləri ilə ziyanın məbləği obyektiv olaraq müəyyən olunmadığından apellyasiya baxışı zamanı isə qeyri-yaşayış sahəsinə su sızması, axıdılması halları binada olan şaxtada ümumi su kəmərində yaranmış qüsur nəticəsində ola bilməsini, həmin qeyriyaşayış sahəsinə su sızması insan faktoru ilə bağlı ola bilməsini və yaxud təbii prosess nəticəsində (korroziya, çürümə və s.) baş verə bilməsini müəyyən etmək mümkün olmadığından birinci instansiya məhkəməsi haqlı olaraq dəymiş ziyanının məbləğini cavabdehin iddianı qəbul etdiyi məbləğdə müəyyən etmişdir. Digər tərəfdən iddiaçı satış üçün yerləşdirilmiş mebellərə 1500 manat məbləğində zərər dəydiyini bildirsə də iş materiallarında mebellərin neçəyə və hansı qiymətə satılması və məhz hansı əşyaya nə qədər ziyanın dəyməsi ilə bağlı məlumatı yoxdur. Bundan əlavə, birinci instansiya məhkəməsinin protokolundan görünür ki, iddiaçı tərəfin nümayəndəsi izahatında mebellərin satışı və təmiri fəaliyyəti ilə özü məşğul olduğu üçün məhz bu baxımdan da təmir xidmətini özü həyata keçirməsini, mebelləri yenidən satışa təqdim etməsini, mebellər artıq satılmasını göstərməklə yanaşı, mebellərin neçəyə və hansı qiymətə satılması və məhz hansı əşyaya nə qədər ziyanın dəyməsi ilə bağlı məlumatı olmamasını da qeyd etmişdir. İddiaçı tərəfin nümayəndəsinin təmirə xərclənən məbləğlə bağlı suallar yaranmasın deyə qiymətləndirmənin rəyini təqdim etməsinə dair izahatına və apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin təqdim edilmiş rəyə düzgün qiymət verməməsinə dair dəlilləri ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, əvvəla iddiaçı tərəfindən təqdim edilən 08 sentyabr 2020-ci il tarixli 190/E nömrəli "xxxx" MMC-nin qiymətləndirmə aktından görünür ki, ekspertiza aparılması üçün sifarişçi kimi X2r. Həmin şəxsin hazırki iş üzrə hansı statusa malik olması və İddiaçı MMC-yə hər hansı formada aidiyyatının olmasına dair iddiaçı tərəf heç bir məlumat təqdim etməmişdir. Bundan əlavə, həmin rəydə aparılmış tədqiqat zamanı Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən fərdi yaşayış evinin ümumi sahəsi cəmi 456,5 kv.m olması, çıxarışın məlumatlarına və İN və Q-ların tələblərinə uyğun tikilməsini göstərilmişdir ki, bu məlumatların da hazırki işlə heç bir əlaqəsi olmamışdır. Daha sonra həmin rəydə ümumilikdə mebellərə dəyən zərərin 1400 manat olaraq (mebellərin çatdırılması ilə birgə) qiymətləndirilməsi göstərilsə də, nəticə hissəsində mebellərə dəymiş ziyan 1500 manat olması qeyd edilmişdir. Bir sözlə, iddiaçı tərəfindən təqdim edilən 08 sentyabr 2020-ci il tarixli 190/E nömrəli "xxxx" MMC-nin qiymətləndirmə aktı göstərilənlər nəzərə alınmaqla qüsurlu sənəd olduğu üçün hazırki iş üzrə mötəbər sübut növü kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla mötəbər sübutlarla təsdiq edilməmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin - Mərkəzi Bankın uçot faiz dərəcəsi (6,5%) nəzərə alınmaqla hesablanmış 500 manat məbləğində faiz məbləğinin cavabdehdən tutulması hissəsində rədd etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, ümlki qanunvericiliyə əsasən “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Həmçinin qanunvericiliyin tələblərindən göründüyü kimi, faizlər kreditor tərəfindən o zaman tələb edilə bilər ki, borclu məhz pul məbləğinin ödənilməsini gecikdirirsə. Hazırda tərəflər arasında mübahisə isə kredit müqaviləsi və s. pul məbləğinin ödənilməsi ilə deyil, maddi ziyanın vurulması ilə bağlıdır. Bununla yanaşı iddiaçı “2000 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən tutulması”nı tələb etsə də hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər barədə mötəbər sübutlar təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbinin təmin edilməyən hissəsində iddiasının əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, bu barədə mötəbər sübutlar təqdim etməmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə almaqla, mübahisəni tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəldiyindən apellyasiya şikayətinin dəlillərini əsassız sayır, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması nəticəsinə gəlir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsi tərəfindən aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 150 manat pulun yarsı olan 75 manat iddiaçıdan, qalan 75 manat cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 2(004)- 36/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Birinci instansiya məhkəməsi tərəfindən aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 150 manat pulun yarsı olan 75 manat iddiaçıdan, qalan 75 manat cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə iddiaçıya rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər Elnur Həsənov Məmməd Məmmədov