Məhkəmə qərarları › İş №2(103)-2457/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2457/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2457/2025 18.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, 2(011)-7356/2024 saylı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 27 dekabr 2024-cü il tarixli qətnamədən Cavabdeh2 verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: Xətai Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər (borc alan) Cavabdeh1n və (zamin) Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasının təmin edilməsini qət etmişdir. Cavabdeh2 həmin qətnamədən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Rayon Məhkəməsi apellyasiya şikayətini qəbul edərək, baxılması üçün şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə bildirir ki, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddətin axımı qətnamənin tərəfə rəsmi təqdim edildiyi vaxtdan başlayır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş çıxarışdan görünür ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə Cavabdeh2 elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Belə olan təqdirdə hesab edilməlidir ki, apellyatora münasibətdə qətnamənin şikayətin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin sonuncu günü xx.xx.2025ci il tarix olmuşdur. Lakin Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, apellyasiya şikayəti cavabdehin vəkili (nümayəndəsi) tərəfindən elektron kabinet vasitəsi ilə xx.xx.2025-ci il tarixdə verilmişdir. Beləliklə, Məhkəmə tərəfindən müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müddət Cavabdeh2 tərəfindən ötürülmüşdür. Şikayətin verilməsi müddətini ötürmüş Cavabdeh2 “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə verməmişdir. MPM-nin 363.1.3-cü maddəsinə görə, şikayət müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, o, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin Rayon Məhkəməsi qanunun bu tələbinə əməl etməmiş, prosessual müddətin ötürülübötürülməməsi məsələsini müzakirə etmədən apellyasiya şikayətini qəbul etmiş və şikayəti mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-nin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, şikayət qəbul olunmamış hesab edilə bilər. Buna görə də Məhkəmə hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilməli və apellyasiya şikayətinin qaytarılması üçün mülki iş Rayon Məhkəməsinə göndərilməlidir. Odur ki yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 366-cı maddəsinin tələblərindən çıxış edən Məhkəmə QƏRARA ALDİ: Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 27 dekabr 2024-cü il tarixli qətnamədən Cavabdeh2 verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin qaytarılması məsələsinin həll edilməsi üçün mülki iş Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar