Məhkəmə qərarları › İş №2(103)-2458/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2458/2021

05.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2458/2021 05.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi ilə, X4 Kredit Təşkilatı “Embafinans” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, X4 Kredit Təşkilatı “Embafinans” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)-4646/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X5 Təşkilatı “Embafinans” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)- 4646/2020 saylı qərardadına əsasən, tərəflər məhkəmə iclasına gəlmədiklərindən iddia ərizəsi baxılmamış saxlanmışdır. Sonradan iddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxxxxx 2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı barədə bildiriş onlara çatmamışdır. Məhkəmənin əsaslandığı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinin tələbləri tərəflərindən pozulmamış, əksinə məhkəmə iddiaçı tərəf olaraq onlara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verməmişdir. Göründüyü kimi, məhkəmə həmin bildirşin mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərə rəsmi qaydada verilib- verilməməsi barədə araşdırma aparmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-4646/2020 saylı qərardadı ilə şikayət təmin edilməyərək şikayət baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 bildirdi ki, məhkəmə prosesi ilə bağlı onlara məlumat verilməyib. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, işdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixə saat 10:50-yə təyin edilmiş məhkəmə iclası barədə X5 Təşkilatı “Embafinans” Qapalı Səhmdar Cəmiyyətinə məhkəmə bildirişi göndərilməsinə dair işə məktubların reyestri əlavə edilməsinə baxmayaraq həmin bildirişin iddiaçı tərəfindən rəsmi qaydada alınması təsdiq olunmur. Belə ki, iş materiallarında həmin bildirişlərin göndərilməsi barədə poçt xəbərnaməsi müəyyən edilməmişdir. Məhkəmə kollegiyası əlavə olaraq onu da qeyd edir ki, iddia ərizəsində iddiaçı tərəfindən mobil telefon nömrəsi qeyd edilməsinə baxmayaraq işə baxan birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya SMS bildirişin göndərilməsi mülki iş materiallarında öz əksini tapmır. Mülki Prosessual Məcəlləsinin 185.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə islasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. Həmin Məcəllənin 185.4-cü maddəsinə əsasən tərəflər yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6 və 259.0.7-ci maddələri tətbiq edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Mülki Prosessual Məcəllənin 185.2-ci maddəsinə əsasən işdə iddiaçının lazımi qaydada xəbərdar edilməsinə dair məlumat olmadığından işə baxılmasını təxirə salmalı olduğu halda, eləcə də həmin Məcəllənin 185.4-cü maddəsinə əsasən tərəflər yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin məhkəmə iclasına təkrar gəlmədikdə həmin işə baxaraq 259.0.6 və 259.7-ci maddələrini tətbiq etməli olduğu halda birinci instansiya məhkəməsi bu imperativ tələblərə əməl etməmiş, məhkəmə baxışı iclasında tərəflərin gəlmədiyini əsas gətirib işin baxılmamış saxlanması haqqında qərar qəbul etmişdir. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)-4646/2020 saylı qərardadı ləğv edilməli, mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: X4 Kredit Təşkilatı “Embafinans” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)- 4646/2020 saylı qərardadı ləğv edilsin və mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar