Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2459/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)- 5503/20 saylı qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qafarov Qalib Məmmədbaba oğlundan vurulmuş 2070,3 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı İB-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Mustafayev, iş № 2(001)-5503/20) iddia qismən təmin edilərək cavabdeh Qafarov Qalib Məmmədbaba oğlundan borcun əvəzi kimi 85,6 manatın və dövlət rüsumunun əvəzi kimi 2 manatın tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. İddiaçı İB qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı İstehsalat Birliyi ilə abonent Qafarov Qalib Məmmədbaba oğlu arasında xx.xx.2020-ci il tarixində, 07-622 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Qafarov Qalib Məmmədbaba oğluna məxsus tərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00031 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla techiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan isfifadə qaydaları”nın tələblərinə əməksimək) və “Qazdan İstifadə Qaydaları”nın 65-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsüz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB- in əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbili qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbil qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, xx.xx.2019-cu il tarixli 0230100 saylı akt əsasında 165,6 manat, xx.xx.2019-cu il tarixli 0232875 saylı akt əsasında 32,4 manat, xx.xx.2019cu il tarixli 0256197 saylı akt əsasında 32,4 manat, xx.xx.2019-cu il tarixli 0239563 saylı akt əsasında 32,4 manat, xx.xx.2019-cu il tarixli 0249188 saylı akt əsasında 32,4 manat, xx.xx.2019-cu il tarixli 0252751 saylı akt əsasında 142,2 manat, xx.xx.2019-cu il tarixli 0263961 saylı akt əsasında 396 manat, xx.xx.2020-ci il tarixli 0268493 saylı akt əsasında 295,2 manat, xx.xx.2020-ci il tarixli 0272224 saylı akt əsasında 295,2 manat, xx.xx.2020-ci il tarixli 0256796 saylı akt əsasında 295,2 manat, xx.xx.2020-ci il tarixli 0282745 saylı akt əsasında 265,7 manat, cəmi 1984,7 manat məbləğində maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıya ödənilməli borc məbləği (itirilmiş təbil qazın dəyəri üzrə) hazırda qalıq borcla birlikdə ümumi olaraq 2070,3 manat (85,6 manat sayğac vasitəsi ilə istifadə edilən qazın dəyəri) təşkil etməkdədir. İddiaçı İB-nın nümayəndələri tərəfindən cavabdehə 2070,3 manat pul məbləğinin könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Müqavilə üzrə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak edən cavabdeh Qafarov Qalib Məmmədbaba oğlu iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, o, qaz sayğacından kənar xəttə qoşulma etməmişdir və tərtib olunmuş aktlardan məlumatı yoxdur, 2070,3 manat borcunun olması barədə heç vaxt bildiriş göndərilməmişdir. Onun yalnız sayğaca uyğun istifadə etdiyi qaza görə borcu ola bilər. İddia üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı “İddiaçı" İB apelyasiya şikayəti verərək Binəqədi Rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh yaşadığı ünvanda abonentin iştirakı ilə qeyri-qanuni qoşulmalara dair aktlar tərtib edilərək təbii qazın verilməsi dayandırılmış, bu səbəbdən də itirilmiş qazın dəyərinə görə 2070,30 manat məbləğində hesablanaraq abonentdən tələb edilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətinin məzmunundan göründüyü kimi iddiaçı qətnamənin iddianın təmin olunmayan hissəsindən narazıdır. Həmin hissə üzrə tələb isə cəmi 1984,7 manatdır. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız həmin hissədə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən itirilmiş təbii qaza görə iddiaçıya borc hesablana bilməz. Lakin bununla yanaşı işin məhkəmə araşdırılması ilə cavabdehin abonent saldosuna əsasən onun qazın istifadəsinə görə 85,60 manat məbləğində borcunun olduğu müəyyən edilmişdir. Bununla yanaşı qeyd olunmalıdır ki, cavabdeh barəsində xx.xx.2019-cu il tarixli ******* saylı akt, xx.xx.2019-cu il tarixli ******* saylı akt, xx.xx.2019-cu il tarixli ******* saylı akt, xx.xx.2019-cu il tarixli ******* saylı akt, xx.xx.2019-cu il tarixli ******* saylı akt, xx.xx.2019-cu il tarixli ******* saylı akt, xx.xx.2019-cu il tarixli ******* saylı akt, xx.xx.2020-ci il tarixli ******* saylı akt, xx.xx.2020-ci il tarixli ******* saylı akt, xx.xx.2020-ci il tarixli ******* saylı akt, 11.xx.xx.2020-ci il tarixli ******* saylı akt tərtib olunarkən cavabdehin iştirakı təmin olunmamış, həmin aktlar əsasında tərtib olunmuş dəymiş ziyanın bərpasına dair tələbnamələrin cavabdehə rəsmi qaydada çatdırılmasına dair sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsaslı sayaraq qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının verdiyi apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Apellyasiya qaydasında mübahisələndirilən hissə üzrə tələb 1984,7 manat olduğundan MPM-nin 404-1-ci maddəsinin tələbinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi apellyasiya qaydasında mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-2459/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2459/2021
03.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver