Məhkəmə qərarları › İş №2(103)-2459/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2459/2024

07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2459/2024 07.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (X4 və X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(008)-5686/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (X2 və X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15.000 manatı pulun və 135 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli 2(008)- 5686/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-1752/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən Sabunçu Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti elektron imza ilə imzalanmadığına görə geri qaytarılmışdır. İş materiallarından görünür ki, Cavabdeh apellyasiya şikayəti elektron imza ilə imzalamaqla 04 mart 2024-cü il tarixdə yenidən apelyasiya şikayəti ilə müraciət etmiş və birinci instansiya məhkəməsi qeyd olunan şikayəti baxılması üçün işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1 və 363.1.3-cü maddələrinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə şikayət birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Yuxarıda qeyd olunduğu kimi cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli 2(008)-5686/2023 nömrəli qətnaməsini ilk dəfə 15 dekabr 2023-cü il tarixdə apellyasiya şikayəti verməklə mübahisələndirmiş, lakin bu şikayət mülki prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydalara riayət edilmədən verildiyindən geri qaytarılmış, cavabdeh, qeyd olunan nöqsanları aradan qaldırmaqla 4 mart 2024-cü il tarixdə yenidən apelyasiya şikayəti ilə müraciət etmiş, lakin qanunla müəyyən olunmuş 1 aylıq müddətin bitməsinə baxmayaraq şikayətə prosessual müddətin bərpa olunması barədə vəsatəti əlavə etməmişdir. Cavabdeh ən azından ilk dəfə apellyasiya şikayəti verdiyi 15 dekabr 2023-cü il tarixdə qətnamədən xəbərdar olduğu şübhəsizdir; bu isə o deməkdir ki, onun 4 mart 2024cü il tarixdə verdiyi apellyasiya şikayəti üzrə müddətin ötürülüb-ötürülmədiyi məsələsi müzakirə olunmadan şikayət mümkün hesab edilə bilməz. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Beləliklə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən apellyasiyanın mümkünlüyü üçün əsas yoxdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürüldüyündən və müddətin bərpa edilməsi barədə vəsatət apellyasiya şikayətinə əlavə edilmədiyindən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5686/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və şikayət cavabdehə qaytarılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(008)- 5686/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət ona geri qaytarılması üçün işlə birlikdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar