Məhkəmə qərarları › İş №2(103)-246/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-246/2022

13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-246/2022 13.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçılar İddiaçı6, İddiaçı1, İddiaçı2, İddiaçı5 və İddiaçı4, onların vəkili Vəkil3, Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi Gürsel Bolatın iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1636/2017 saylı, 06 oktyabr 2017ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları.

1. İddiaçılar İddiaçı6, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1 və Cavabdeh3 Selçuka qarşı “pul tələbi barədə” iddia ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 47.000 manat məbləğində pulun İddiaçı6, 432.500 manat məbləğində pulun İddiaçı1, 552.000 ABŞ dolları məbləğində pulun İddiaçı2, 490.000 ABŞ dolları məbləğində pulun Mustafa Uzunquşların, 470.000 manat məbləğində pulun İddiaçı5 və 31.850 manat məbləğində pulun İddiaçı4 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. İddiaçı İsabala Əliyev Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən 247.000 manat məbləğində pulun alınıb özünə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı1 “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən 1.152.942 manat məbləğində pulun alınıb özünə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İşin mübahisə edilməyən hallarından görünür ki, "xxxx" MMC-nin təsisçisi Altun Olqun onun ortağı isə Cavabdeh1 olmuş və onlar xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi ilə öz paylarını Cavabdeh3 satmışlar. Həmin müqavilə əsasında xx.xx.2015-ci il tarixdən etibarən MMC-nin təsisçisi nizamnamə kapitalında 100% payla Cavabdeh3 olmuşdur.

5. İş materiallarından görünür ki, Sabunçu Rayon prokurorunun xx.xx.2015-ci il tarixli qərarı əsasında MMC-nin təsisçisi Cavabdeh1 öz qulluq mövqeyindən istifadə edərək İddiaçı6 etibarından sui-istifadə etmə və aldatma yolu ilə sonuncuya məxsus olan 40 781 manat dəyərində 23 baş iri buynuzlu mal heyvanları xx.xx.2015-ci il tarixdə MMCnin hesabına mədaxil edərək ələ keçirməsi faktı üzrə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmış, Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin “Cinayət işinin icraata qəbul edilməsi haqqında” xx.xx.2015-ci il tarixli qərarı ilə cinayət işi Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Elməddin Paşayev tərəfindən icraata qəbul edilmiş, müstəntiqin “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2016-cı il tarixli qərarı əsasında Cavabdeh1 CM-nın 178.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, həmin müstəntiq tərəfindən qəbul edilmiş “şübhəli şəxsə ittihamın elan edilməsi üçün axtarış elan edilməsi və tutulması haqqında” xx.xx.2016-cı il tarixli qərara görə Cavabdeh3 barəsində axtarış elan edilmiş və tutulduqda Sabunçu RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. Müstəntiqin xx.xx.2015-ci il, xx.xx.2016-cı il, xx.xx.2016cı il, xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli qərarları ilə İddiaçı6, İddiaçı1, İddiaçı4, İddiaçı5 və İddiaçı2 zərərçəkmiş şəxs qismində tanınmışlar. Müstəntiqin “cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2016-cı il tarixli qərarına görə Cavabdeh3 özgənin əmlakını ələ keçirmək məqsədilə Cavabdeh1la qabağcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Cavabdeh2 MMC-nin direktoru vəzifəsində işləyən vaxtda öz qulluq mövqeyindən istifadə etməklə 2015-ci ilin may ayında İddiaçı6 etibarından sui-istifadə edərək, İddiaçı6 məxsus cəmi dəyəri 40 781 manat olan iri buynuzlu heyvanları qeyd olunan MMC-nin hesabına mədaxil edib, xeyri aralarında bölüb verməsi adı ilə vəd verib aldadaraq, heyvanları bir müddət saxlayıb kökəldikdən sonra sataraq əldə olunan pulu ələ keçirməklə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Qərarda qeyd edilir ki, “İstintaq araşdırması zamanı Kamran Aşurbəyov, İddiaçı4, İddiaçı2, Əsgər Məmmədov, Mustafa Uzunquşlar, Vüqar Babayev və sair şəxslər dindirilmiş, tərəflərin arasında üzləşmə keçirilmiş və müəyyən edilmişdir ki, Cavabdeh3 özgənin əmlakını ələ keçirmək məqsədi ilə Cavabdeh1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, MMC-nin direktoru vəzifəsində işləyən vaxtda öz qulluq mövqeyindən istifadə etməklə 2014-cü ilin yanvar-avqust aylarında İddiaçı1 etibarından sui-istifadə edərək, ona məxsus cəmi dəyəri 318 000 manat olan iri buynuzlu heyvanları qeyd olunan MMC-nin hesabına mədaxil edib, xeyri aralarında bölüb verməsi adı ilə vəd verib aldadaraq, heyvanları bir müddət saxlayıb kökəldıkdən sonra sataraq əldə olunan pulu ələ keçirməklə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Cavabdeh3 təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Cavabdeh1 ilə qabağcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, MMCnin direktoru vəzifəsində işləyən vaxtda öz qulluq mövqeyindən istifadə etməklə 2014-cü ilin yay aylarında İddiaçı5 etibarından sui-istifadə edərək, ona məxsus cəmi dəyəri 470 000 manat olan iri buynuzlu heyvanları qeyd olunan MMC-nin hesabına mədaxil edib, xeyri aralarında bölüb verməsi adı ilə vəd verib aldadaraq, heyvanları bir müddət saxlayıb kökəldikdən sonra sataraq əldə olunan pulu ələ keçirməklə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Cavabdeh3 təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Cavabdeh1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, MMC-nin direktoru vəzifəsində işləyən vaxtda öz qulluq mövqeyindən istifadə etməklə 2014-cü ilin noyabr - 2015-ci ilin fevral ayına kimi olan müddət ərzində Vüqar Babayevin etibarından sui-istifadə edərək, pulu sonradan verməsi adı ilə vəd verib aldadaraq qəbul etdiyi 2.836 manat dəyərində olan boyat çörəyi MMC-nin fermasında saxlanılan heyvanlara yedizdirib, özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Daha sonra, Cavabdeh3 təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Cavabdeh1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, MMC-nin direktoru vəzifəsində işləyən vaxtda öz qulluq mövqeyindən istifadə etməklə 2014-cü ilin axırlarında İddiaçı2 etibarından sui-istifadə edərək, ona məxsus cəmi dəyəri 552 000 ABŞ dollar olan iri buynuzlu heyvanları qeyd olunan MMC-nin hesabına mədaxil edib, xeyri aralarında bölüb verməsi adı ilə vəd verib aldadaraq, heyvanları bir müddət saxlayıb kökəldikdən sonra sataraq əldə olunan pulu ələ keçirməklə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, Cavabdeh3 təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədilə Cavabdeh1la qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, MMC-nin direktoru vəzifəsində işləyən vaxtda öz qulluq mövqeyindən istifadə etməklə 2015-ci ilin yanvar-iyun ayları müddət ərzində İddiaçı4 etibarından sui-istifadə edərək, pulu sonradan verməsi adı ilə vəd verib aldadaraq İddiaçı4 qəbul etdiyi 31 850 manat dəyərində olan müxtəlif növdə olan yemi Cəmiyyətin fermasında saxlanılan heyvanlara yedizdirib, özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Cavabdeh3 təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədilə Cavabdeh1la qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, MMC-nin direktoru vəzifəsində işləyən vaxtda öz qulluq mövqeyindən istifadə etməklə 2015-ci ilin aprel ayında Kamran Aşurbəyovun etibarından suiistifadə edərək, ona məxsus cəmi dəyəri 37 000 manat olan iri buynuzlu heyvanları qeyd olunan MMC-nin hesabına mədaxil edib, xeyri aralarında bölüb verməsi adı ilə vəd verib aldadaraq, heyvanları bir müddət saxlayıb kökəldikdən sonra sataraq əldə olunan pulu ələkeçirməklə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Göstərilənlər nəzərə alınaraq ********* saylı cinayət işi üzrə Cavabdeh3 əməli CM-nın 178.2.3. maddəsindən həmin Məcəllənin 178.3.2-ci maddəsinə tövsif edilmişdir”.

6. Həmçinin iş materiallarından görünür ki, Sabunçu rayon Polis İdarəsinin “cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2016- cı il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə olan ********* saylı cinayət işinin icraatı Cavabdeh3 olduğu yer müəyyən edilənədək dayandırılsa da, digər Cavabdeh1 11 fevral 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuş, cinayət işi üzrə ibtidai istintaq tamamlandığı üçün ittiham aktı ilə birlikdə təsdiq edilməsi üçün 16 mart 2020-ci il tarixdə Bakı şəhər Prokurorluğuna göndərilmişdir.

7. Bundan başqa iş materiallarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2019-cu il tarixli qərara əsasən Cavabdeh1 istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, verilmiş ittihama görə Cavabdeh1 iddiaçılara qarşı həmin cinayəti Cavabdeh3la qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək törətmişdir. Cavabdeh1 xx.xx.2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən özünü həmin cinayəti törətməkdə təqsirli bilmiş və cinayəti Cavabdeh3la birgə törətdiyini etiraf etmişdir (V cild i.v. 180-189).

8. Bununla yanaşı iş materialları ilə müəyyən edilir ki, X14 xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək MMC-də mühasib vəzifəsində işləmişdir.

9. 2013-2014-cü illərdə Bakı Baş Gömrük İdarəsində və Xaçmaz Gömrük İdarəsində Zaur Bağırovun adına rəsmiləşdirilmiş gömrük bəyannamələrindən görünür ki, Rusiya Federasiyasından Cavabdeh2 MMC-yə ümumi gömrük dəyəri 1.444.312,99 manat olan cəmi 2.612 baş ətlik inək və 1.202 baş qoyun gətirilmişdir

10. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, Cavabdeh2 MMC-də ekspeditor vəzifəsini icra etmişdir. Mallar onun adına gəlirdi. Mallar gətirib MMC-yə təhvil verirdi. Çünki mallar MMC-nin idi. Xərclər iddiaçılar və MMC tərəfindən birlikdə çəkilirdi. Ferma MMC-nin olduğundan iddiaçılar satışdan gəlir əldə etmək məqsədi ilə oradan saxlanc vasitəsi kimi istifadə edirdilər. Pulu götürməsi barədə müdiriyyət ona göstəriş verirdi. İddiaçı1 hissə-hissə təxminən 500.000 manat məbləğində pul götürmüş, həmin pulları müdiriyyətə təhvil vermişdir. O pul heyvanların xərcləri idi. Malın pulunu şəxsən vermir, gömrük rüsumunu ödəyirdi. Malın pulunun hansı yolla verildiyindən xəbəri olmayıb.

11. X1 ifadəsində göstərmişdir ki, Cavabdeh2 MMC-də sürücü vəzifəsini icra etmişdir. Bakıdan Ukraynaya gedirdi və oradan heyvanlar gətirirdi. Malları gətirdikdən sonra Sərdar adlı mühasibə təhvil verirdi. Heyvanları qəbul edənlərdən biridə də Uzunquşlar Mustafa idi. Zaur Rüstəmovu tanıyır. O, malları gətirirdi, Zaur isə təhvil alırdı. Ağcabədinin Qaravəlilər kəndinə gedib oradan heyvanı gətirirdi, orada onu Gəray Quliyev qarşılayırdı.

12. X3 ifadəsində göstərmişdir ki, İddiaçı6 arvadının əmisidir. Fermer təsərrüfatı ilə məşğul olurdu. Cavabdeh1 İsabalanın vasitəsilə tanımışdır. Ona müxtəlif illərdə müxtəlif sayda mallar vermişdir. X13 daşıyırdı. Onunla birlikdə təhvil-təslim edirdi.

13. X4 ifadəsində göstərmişdir ki, Cavabdeh2 MMC-də ilk dəfə bələdçi, daha sonra isə sürücü vəzifəsində çalışmışdır. Əvvəllər heyvan gətirilərkən bələdçilik edirdi. Dağıstan, Rusiya və digər yerlərdən malları daşıyırdılar. İddiaçı1 ona pul verirdi, o isə pulu Teymura verirdi. İddiaçı1 pulu verdiyini ona görə bilir ki, İddiaçı1 hər gəlib getdikdən sonra o mal gətirməyə gedirdi. Malların sağ gətirilməsində məsul idi. Teymur Ukraynada mal yükləyən idi. İki maşını var idi. Hər biri malları yükləməkdən asılı olaraq 50-70 arası mal tuturdu. Ancaq İddiaçı1 pul almamışdır. Həmçinin digərlərindən də pul alıb mal gətirirdi. Hər dəfə gedəndə 100.000 manat civarında pul aparırdı. Tam olaraq kim nə qədər bilmir, çünki, onlar pulu Cavabdeh3 verirdilər. Cavabdeh3 şirkətdə müdir idi. 2014-2016-cı illərdə şirkətdə mal daşımışdır. Əmək haqqını kassir verirdi. Təhvil alınıb-verildikdən sonra heç bir sənədləşmə olmamışdır. Öz maaşını belə almamışdır.

14. X2 ifadəsində göstərmişdir ki, iddiaçıları tanıyır. Onlarla sənədləri ona təqdim edərkən tanış olmuşdur, amma cavabdeh şirkəti tanımır. Ona təqdim edilmiş 2013-2014cü illərdə tərtib edilmiş sənədlərə əsasən Azərbaycan Respublikası ərazisində ümumi dəyəri 47.000 manat olan 23 baş ətlik inək gətirildiyini və MMC-yə təhvil verildiyini müəyyən etmişdir. Bəyannamədə imza və adsoyad var idi.

15. İddiaçı6 bildirir ki, uzun müddət Ukrayna Respublikasında, Odessa şəhərində yaşamaqla Azərbaycanlıların Diasporasının Konqresinin sədr müavini vəzifəsində çalışmışdır. Maddi yardımı hesabına yaxın qohumu Qaraj Quliyevin fərdi sahibkarlıq statusu olmadan birgə xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün vəsait vermiş, o mal-qara alqı-satqısı ilə məşğul olarkən 2014-cü ilin əvvəllərində cavabdeh "xxxx" MMCnin sahibi Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh1 və Türkiyə Respublikasının vətəndaşı Cavabdeh3 yaxın münasibətdə olub, birgə fəaliyyət göstərmişlər. Bu ərəfədə Azərbaycan Respublikasında olduğu vaxt cavabdeh MMC-nin direktoru Cavabdeh1 və təsisçisi Cavabdeh3la yaxından tanış olmuş, münasibətləri yaranmış, Cavabdeh1 dövlətin müxtəlif tədbirlərində, hərbi hissələrdə keçirilən görüşlərdə fəal iştirak edərək bu sahədə çoxlu vəsaitlər sərf etmişlər. Cavabdeh1 onun maddi və mənəvi cəhətdən yüksək səviyyəyə malik olduğunu, bununla da ölkəsinə, xalqına, millətinə ürəkdən sıx bağlılığını görüb, birgə fəaliyyət göstərmək təklifıni məmnuniyyət ilə qəbul edərək, onun təklifı ilə 51.000 manat dəyərində malqaranı onlara təhvil vermişdir. Cavabdeh1 həmin mal-qaranı MMC-nin hesabına mədaxil edərək, alqı-satqıdan əldə etdiyi gəlirlə birlikdə onun pulunu ödəmişdir. Bununla da, aralarında inam yaranmasına görə , 2014-cü ilin iyun ayının ortalarında qohumu Gəray Quliyevin 44 baş, həmin ilin oktyabr ayında onun vəsaiti hesabına 40 baş, 3-cü dəfə 23 baş, sonuncu dəfə 24 baş, cəmi: 200.000 manat dəyərində 131 baş iribuynuzlu mal-qara Cavabdeh1 göndərdiyi maşınla daşınmış, MMC-nin hesabına mədaxil edilərək mənimsənilmişdir. 2015-ci ildə Ağcabədi rayonu, Qaravəli kəndindən 47.000 manat dəyərində, 23 baş iri buynuzlu mal-qaranı eyni formada, eyni qaydada gətirib Cavabdeh1 və Cavabdeh3 təhvil vermiş, onlar həmin mal-qaranı MMC-nin hesabına mədaxil etmişlər. Nə qədər çalışsa da, şəxsi vəsaiti qaytarılmamış, bu barədə olan sənədləri də yox edilmişdir. Göstərilənlərə əsasən cavabdehlərdən 247.000 manat məbləğində pulun alınıb özünə verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

16. İddiaçı1 bildirir ki, tanışı Elşad Musayev 1998-ci ildən xırda sahibkar kimi iri buynuzlu mal-qaranın alış-satışı ilə məşğuldur. Birlikdə şərikli fəaliyyət göstərmək istəyirsə, ona qoşulmasını təklif etmiş, 2013-cü ilin dekabr ayının əvvəllərində birgə fəaliyyətdə olduqları Kürdəxanı qəsəbəsində yerləşən MMC-nin direktoru Cavabdeh1 və MMC-nin təsisçisi Cavabdeh3 ilə tanış etmişdir və bir müddətdən sonra aralarında etibarlı münasibət yaranmışdır. MMC-nin inzibati binasının, fermaların tikilişi, bərpası, genişləndirilməsi, müasir tipli çox bahalı texnikanın alınması məqsədi ilə ondan 1.000.000 manat tapmasını xahiş etdiklərindən, ortada çoxlu gəlir əldə edəcəyinə əminlik yarandığından, hər ikisi inanmış, o qədər vəsaitləri olmadığından Elşadla şərikli Bakı şəhəri, 7-ci mkr.-da olan şərikli obyektlərini 700.000 manata satmış, Elşadın və MMC-nin Türkiyə Respublikasının vətəndaşı olan Mustafa adlı şəxsin yanında Cavabdeh1 ilə Cavabdeh3 413.000 manat vermişdir. Bununla bərabər MMC-yə bir neçə dəfə hissə-hissə olaraq Elşadla şərikli, cəmi 305.442 manat dəyərində 213 ədəd iri buynuzlu mal-qaranı 2014-cü ilin qış aylarında Cavabdeh1 və Cavabdeh3 cəmi 718.442 manat məbləğində pul vermişlər. Mal-qaraları MMC-nin hesabına mədaxil etmişlər, satmışlar, mənimsəmişlər. Elşad Musayev xx.xx.2017-ci il tarixli ərizəsinə əsasən istintaqda zərərçəkmiş kimi dindirilmiş, həmin məbləğ müstəntiq tərəfındən CM-nın 178.3 maddəsi ilə təqsirləndirilən şəxslər Cavabdeh1 və Cavabdeh3 ittihamına əlavə edilmişdir. X11 çatası 718.442 manat dəyərində torpaq sahəsi verəcəklərini vəd etdiyindən onlara inanmış, məhz buna görə də həmin məbləği Yasamal Rayon Məhkəməsinə verdiyi iddia ərizəsində göstərməmişdir. Göstərilənlərə əsasən cavabdehlərdən 1.152.942 manat məbləğində pulun alınıb özünə verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

17. İddiaçı2 bildirir ki, ailəsi ilə birlikdə Sumqayıt şəhərində yaşayır və mal-qara alışı-satışı ilə məşğul olur. 2012-ci ildə Bərdə rayonunun mal bazarında mal-qara alarkən (digər iddiaçı) Mustafa Uzunquşlarla tanış olmuşdur. O, Bakı şəhərində, Kürdəxanı qəsəbəsində bu işlə məşğul olan böyük (cavabdeh) Şirkətinin olduğunu, onlarla işləməyin sərfəli olduğunu bildirərək 2012-ci ilin iyun-iyul aylarında onu MMC-nin rəhbərləri Cavabdeh1 və Cavabdeh3 ilə tanış etmişdir. Onların birlikdə fəaliyyət göstərmək təklifi ilə razılaşmış, Ukrayna Respublikasının, Jitomir vilayətindən 270 baş iri buynuzlu mal-qaranı 4 yük avtomobilində gətirib Cavabdeh1 və Cavabdeh3 təhvil vermiş, mal-qara MMC-yə mədaxil edilmişdir. Pulu tam ödənilmişdir. Əlavə 54.000 ABŞ dolları dəyərində 21 ton olan 62 baş iri buynuzlu “Şaroliya” cinsindən olan heyvanları eyni qaydada gətirib Cavabdeh1 və Cavabdeh3 təhvil vermişdir. Həmin heyvanlar da, MMC-nin hesabına mədaxil edilmişdir. Yola sərf etdiyi 2.700 ABŞ dolları pulunu vermişlər. Bu qayda ilə onlarla birlikdə 3 il işləmişdir. MMC-yə nəqliyyat və müxtəlif təyinatlı texnika vasitələrinin alınması üçün Cavabdeh3 nağd şəkildə 333.000 ABŞ dolları məbləğində pul vermiş, sonuncu da pulu MMC-nin hesabına mədaxil etmişdir. 2014-cü ilin sentyabr oktyabr aylarında Ukrayna Respublikasının, Lvov, Lutski, Çerniqov, Çerkassk və Jitomir vilayətlərində hər bir başı 785 ABŞ dolları olmaqla, 137.000 ABŞ dollarına 287 baş, 82.000 ABŞ dolları dəyərində 171 baş, 65.000 ABŞ dolları dəyərində 136 baş, cəmi: 284.000 ABŞ dolları 597 iri buynuzlu mal-qaranı həmin şəhərlərdən gətirib Cavabdeh1 və Cavabdeh3 təhvil vermişdir. Mal-qara MMC-yə mədaxil edilmişdir. Müxtəlif vaxtlarda ona 12.000 ABŞ dolları, sonra isə 53.000 ABŞ dolları verilmişdir. Bu qayda ilə hər iki cavabdeh onun 552.000 ABŞ dollarını MMC-yə mədaxil etmiş, dələduzluq yolu ilə ələ keçirmişlər.

18. İddiaçı3 bildirir ki, həmyerlisi olan Cavabdeh3 ilə çoxdan tanışdır. O, hazırda ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Fərdi sahibkarlıq statusu olmadan, fiziki şəxs kimi xırda sahibkarlıqla- mal-qara alışı-satışı ilə məşğul olur. 2012-ci ildə Cavabdeh3 Bakı şəhəri, Kürdəxanı qəsəbəsində təsisçisi olduğu MMC-də birgə fəaliyyət göstərməklə bağlı təklifi ilə razılaşmışdır. Mal-qara alış-satışından əlində külli miqdarda pul vəsaiti var idi. MMC-nin təsisçisi Cavabdeh3 və MMC-nin direktoru Cavabdeh1 təklifi ilə 2014-cü ilin yanvar ayından başlayaraq, inzibati binanın tikintisi, dam örtüklərinin qurulması, başa çatdırılması, tikinti materiallarının alınması üçün əvvəlcə 190.000 ABŞ dolları, bir müddət sonra 150.000 ABŞ dolları, mart ayında isə əlavə 150.000 ABŞ dolları, cəmi: 490.000 ABŞ dollarını həmyerlisi Cavabdeh3 nağd şəkildə vermişdir. Pulların hamısını MMC-nin hesabına mədaxil etmişlər. Bu qayda ilə Cavabdeh3 onu aldadaraq öz "xxxx" Cavabdeh1 ilə onun 490.000 ABŞ dolları məbləğində pulunu MMC-yə mədaxil etməklə, dələduzluq yolu ilə ələ keçirmişlər. Nə qədər çalışsa da, onlar digər şəxslər kimi, ona qarşı da fiziki zor göstərməklə, şəxsi vəsaitini mənimsəmişlər. Bu barədə olan sənədlər isə yox edilmişdir.

19. İddiaçı5 bildirir ki, Maştağa qəsəbəsində yaşayır. Fərdi sahibkarlıq statusu olmadan, xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 2011-ci ildə Viləş Əhmədov ilə tanış olmuş, onunla birlikdə mal-heyvan alış-verişinə başlamışlar. Viləş Əhmədovun dostu olan Cavabdeh3 təklif ilə mal-qara fermasının satışı üçün ferma tikilməsi məqsədi ilə Kürdəxanı qəsəbəsində 5 ha torpaq sahəsi tapmışdır. Orada böyük ferma tikilmişdir. Ona təklif etmişlər ki, mal-qara alıb gətiriləcək, bəslənəcək, satılaraq əldə olunacaq gəlirin 20%-i ona veriləcəkdir. Əsas işi malqara tapmaq, fermanın gündəlik fəaliyyətinə nəzarət etməkdən ibarət olmuşdur. 2014-cü ilin may ayında Rusiya Federasiyasının Dərbənd şəhərindən 5 nəfərdən 270.000 manat verib iri buynuzlu 270 baş heyvanları gətirib Viləş Əhmədova və Cavabdeh3 təhvil vermişdir. Onlar heyvanları MMC-nin hesabına mədaxil etmişlər. Heyvanların hər birini 1.500 manatdan satacağını, iyun-iyul aylarında isə ona çatası 65.000 manat əmək haqqı ilə birlikdə 470.000 manat verəcəklərini vəd etmişlər. xx.xx.2015-ci il tarixdə Cavabdeh3 onu öz dəstəsi ilə MMC-dən qovub çıxarmış və ona bildirmişdir ki, ona veriləcək pulu yoxdur. Bu qayda ilə onun 470.000 manat pul vəsaitini MMC-nin hesabına mədaxil etməklə, dələduzluq yolu ilə ələ keçirmişdir.

20. İddiaçı4 bildirir ki, Zabrat qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Fərdi sahibkarlıq statusu olmadan xırda sahibkarlıqla məşğul olur. Sürücüdür (heyvanlar üçün yem hazırlığı işləri ilə məşğul olur). 2013-cü ilin qış aylarında (dəqiq tarix yadında deyil) çoxdankı tanışı (digər iddiaçı) Ələsgər Məmmədəv ona Kürdaxanı qəsəbəsində heyvandarlıqla məşğul olan (cavabdeh) MMC-də işlədiyini, MMCnin ferması üçün daim yem lazım olduğunu bildirərək MMC-nin direktoru Viləş Əhmədov ilə tanış etmişdir. Yem alış-verişi ilə razılaşmışlar. Buna əsasən o, fermaya mal yemini gətirib, Sərdar adlı şəxsə təhvil vermiş, MMC-nin hesabına mədaxil etmişlər. MMC-nin direktoru Viləş Əhmədov və təsisçisi Cavabdeh3 onun vaxtlı vaxtında yeminin pulunu vermişlər. Bu qayda ilə etibar yaradılmış, 2015-ci ilin yanvar ayından xx.xx.2015-ci il tarixədək dövr ərzində, firmaya hər kiloqramı 0.10 qəpikdən 10.000 manat dəyərində 100 ton kəpək, hər kq 0.23 qəpikdən 11.500 manat dəyərində 50 ton arpa, hər kq. 0.20 qəpikdən 10.000 manat dəyərində 10 ton buğda yarması, 350 manat dəyərində 1 ton qarğıdalı təhvil vermiş, bu məsul MMC-nin hesabına mədaxil edilmişdir. Lakin, MMC-nin rəhbərliyi onun pulunu verməmişdir. Bu barədə tərtib edilmiş sənədləri aradan çıxarmışlar. Son nəticədə onu hədələyərək şirkətdən qovmuşlar. Bu qayda ilə onun dələduzluq yolu ilə 31.850 manat pulunu MMC-nin hesabına mədaxil etməklə ələ keçirmişlər.

21. Bundan başqa iddiaçılar bildirirlər ki, Sabunçu Rayon prokurorunun xx.xx.2015-ci il tarixli qərarı ilə MMC-nin təsisçisi (cavabdeh) Cavabdeh1 (iddiaçı) İddiaçı6 etibarından sui-istifadə etmə və aldatma yolu ilə onun 40.781 manat dəyərində 23 baş iri buynuzlu mal heyvanları xx.xx.2015-ci il tarixdə şirkətin hesabına mədaxil edərək ələ keçirilməsi faktına görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3cü maddəsi ilə başlanılmış ********* saylı cinayət işinin istintaqının aparılması həmin rayonun Polis İdarəsinin İstintaq şöbəsinə həvalə edilmişdir. RPİ İŞ-nin müstəntiqinin xx.xx.2016-cı il tarixli qərarı ilə ittiham edilməsi üçün Cavabdeh1 barəsində axtarış elan edilmişdir. Eyni zamanda, MMC-nin təsisçisi Cavabdeh3 barəsində də zəruri tədbirlər görülməsi üçün, rəsmi olaraq Sabunçu Rayon Polis İdarəsi və digər inzibati orqanların rəhbərlərinə müraciət edilmişdir. xx.xx.2016-cı il tarixdə İddiaçı1, xx.xx.2016-cı tarixdə İddiaçı4, xx.xx.2016-cı il tarixdə İddiaçı5, xx.xx.2016-cı il tarixdə Tofiq Quliyev zərərçəkmiş, mülki iddiaçı kimi tanınaraq ifadələri alınmışdır. xx.xx.2016-cı il tarixdə Cavabdeh3 barəsində axtarış elan edilmiş və o, xx.xx.2015-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cavabdeh3 ifadəsi alınmış, 48 saat saxlanılmış, xx.xx.2016-cı il tarixdə həbsdən azad edilmişdir. Müstəntiqin vəsatəti və buna uyğun prokurorun xx.xx.2016-cı il təqdimatının surətindən görünür ki, Cavabdeh1 özgənin əmlakını etibardan istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə MMC-nin təsisçisi Cavabdeh3 ilə birlikdə qabaqcadan əlbir olub öz qulluq mövqelərindən istifadə etməklə xx.xx.2015-ci il tarixdə Bakı şəhəri, Kürdəxanı qəsəbəsi ərazisində İddiaçı6 məxsus 40.781 manat dəyərində 23 baş iri buynuzlu mal-qaranı şirkətin hesabına mədaxil edərək satmış, bundan əlavə Kamran Aşurbəyovun 37.000 manat, İddiaçı4 31.850 manat, İddiaçı2 552.000 ABŞ dolları, Vüqar Babayevin 2.836 manat, Mustafa Uzunquşların 490.000 ABŞ dolları, İddiaçı5 470.000 manat, İddiaçı1 318.000 manat dəyərində müxtəlif yaşlı iri və xırda buynuzlu heyvanlarını ələ keçirərək zərərçəkmişlərə külli miqdarda maddi ziyan vurmaqla, dələduzluq etmələri faktı müəyyən edildiyindən cinayət işi üzrə, Kürdəxanı qəsəbəsində yerləşən (cavabdeh) MMC-də axtarış keçirilməsi barədə Sabunçu Rayon Məhkəməsinə müraciət edilmiş və Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə MMC-də istintaq hərəkətlərinin aparılması barədə qərar verilmişdir. Təsisçi və direktorun onlara ölmüş, tələf olmuş kimi bəyan etdikləri mal-qaranı müstəntiqin "xxxx" xx.xx.2016-cı il tarixli protokolla MMCyə baxış keçirərkən, yerində faktiki olaraq, İddiaçı1 pul vəsaiti hesabına alınmış 165 baş iribuynuzlu mal-qara, 19 baş dəvə, 256 baş qoyun, 43 baş quzu aşkar edilərək rəsmiləşdirilmiş, saxlanılması üçün MMC-nin inzibati işlər üzrə əməkdaşı Akif Qəhrəmanova təhvil verilmişdir. MMC-də xx.xx.2016-cı il tarixdə təkrarən baxış keçirilərkən 125 baş iri buynuzlu buzov, 83 baş quzu, 13 dəvə, 1 dəvə balası köşək aşkar edilib İddiaçı1 təhvil verilmişdir. Bu qayda ilə İddiaçı1 təqsirləndirilən şəxs Cavabdeh3 olan 318.000 manat məbləğində puldan 59.000 manat çıxdıqdan sonra, cəmi 259.000 manat məbləğində pulu MMC-nin hesabında qalmışdır. xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövr ərzində 702.000 manat dəyərində 674 baş iri buynuzlu mal-qara gətirmiş, onlar satılaraq, ondan İddiaçı1 cəmi 34.700 manat qazanc verilmişdir. 2014-cü ilin oktyabr ayından, 2016-cı ilin ortalarına qədər olan müddət ərzində, hər ayı 6.940 manat gəlir hesabı ilə, cavabdehlərdən İddiaçı1 xeyrinə cəmi (259.000 manat + 173.500 manat =) 432.500 manat tələb edilməlidir. Göründüyü kimi, Cavabdeh3 həbsdən buraxılan kimi, İddiaçı1 hesabına alınmış iri buynuzlu mal-qaranı sataraq, əvəzində kiçik yaş qruplu mal-qara qoymaqla 262 baş iri buynuzlu mal-qaranı mənimsəmişdir. Sabunçu Rayon Məhkəməsinin 4(008)-321/2016 saylı xx.xx.2016-cı il qərarı ilə CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs Cavabdeh1 barəsində axtarış elan edilməklə 1 ay 15 gün müddətinə həbs qəti imkan tədbiri seçilmişdir. Cavabdeh1 və Cavabdeh3 istintaqdan qaçıb gizləndikləri üçün, onların yeri müəyyən edilənədək cinayət içinin istintaqı dəfələrlə dayandırılmış və təzələnmişdir. Müstəntiqin xx.xx.2016-cı il tarixli qərarının surətindən görünür ki, Cavabdeh3 özgənin əmlakını ələ keçirmək məqsədi ilə Cavabdeh1 ilə əlbir olub, bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, MMC-nin direktoru işləyən vaxtda öz qulluq mövqeyindən istifadə etməklə 2014-cü ilin yanvaravqust ayları müddəti ərzində İddiaçı1 etibar və inamından istifadə edərək, ona məxsus 318.000 manat dəyərində iri və xırda buynuzlu heyvanları cəmiyyətin hesabına mədaxil edib, xeyri aralarında bölüb verməsi adı ilə vəd verib aldadaraq heyvanları kökəldib sonra sataraq, əldə olunan pulu mənimsəmiş, bununla bərabər hər ikisi eyni qayda ilə 2014-cü ilin yay aylarında İddiaçı5 470.000 manat dəyərində iri buynuzlu malqarasını, 2014-cü ilin noyabr ayından 2015-ci ilin fevral ayına kimi olan müddət ərzində Vüqar Babayevin 2.836 manat dəyərində olan boyat çörəyi fermada heyvanlara yedizdirməklə, 2014- cü ilin axırlarında İddiaçı2 552.000 ABŞ dolları dəyərində iri buynuzlu mal-qarasını, 2012-2015-ci illərdə Mustafa Uzunquşların 490.000 ABŞ dolları dəyərində iri buynuzlu malqarasını, 2015-ci il yanvar-iyun aylarında İddiaçı4 31.850 manat dəyərində olan müxtəlif adlı heyvan yemini, 2015-ci ilin aprel ayında Kamran Aşurbəyovun 37.000 manat dəyərində iri buynuzlu mal-qarasını, 2015-ci ilin may ayında İddiaçı6 40.781 manat dəyərində iri buynuzlu mal-qarasını cəmiyyətin hesabına mədaxil edərək, bu qayda ilə əldə edilmiş cəmi: 900.467 manat və 1.042.000 ABŞ dollar pulu ələ keçirməklə hər bir zərərçəkmiş şəxsə ayrı-ayrılıqda külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bu əməlinə görə Cavabdeh3 barəsində təqsirləndirilən şəxsə ittiham edilməsi üçün axtarış elan edilməsi və tutulması haqqında istintaq orqanı tərəfindən xx.xx.2016-cı il tarixli qərar qəbul edilmişdir. "xxxx" MMCnin direktoru işləyən Cavabdeh1 və MMC-nin təsisçisi Cavabdeh3 istintaqdan qaçıb gizləndiklərindən hər ikisinin yeri müəyyən edilənədək ********* saylı cinayət işinin icraatı müstəntiqin xx.xx.2016-cı il tarixli qərarı ilə dayandırılmışdır.

22. Cavabdeh3 Səlcuk bildirir ki, Türkiyə Respublikasının vətəndaşı və xarici investor olaraq Azərbaycan Respublikasına külli miqdarda investisiya yatırmışdır. "Hilal Agro'’ MMC-şirkətinin paylarını 03 iyul 2015-ci il tarixdə "xxxx" MMC-nin payın alqı-satqısı müqaviləsi əsasında devr alaraq sahibkarlıq fəaliyyətinə başlamışdır. Ukraynadan heyvanlar idxal edilmiş, Azərbaycanın müxtəlif rayonlarından heyvanlar alınmış, "xxxx" fermasına öz vəsaitindən 13.000.000 Avro yatırmışdır. Bununla yanaşı, öz vəsaiti hesabına külli miqdarda dəyəri olan iri-xırda buynuzlu heyvanlar, alaraq "xxxx" fermasında saxlatdırmışdır. "xxxx" fermasını aldıqdan sonra ərazidə təmir işləri görülmüşdür. Şirkəti aldıqdan sonra 2.000.000 Avro dəyərində fermanın təmirinə və yenidənqurma işlərinə pul vəsaiti xərcləmişdir. İddiaçıların şikayəti əsasında "Hilal Agro” MMC-nin əvvəlki təsisçisi Cavabdeh1 barəsində Sabunçu Rayon Polis İdarəsində cinayət işi açılmışdır. Cavabdeh1 yerini müəyyən etmək mümkün olmamışdır. Bu halda cinayət prosesini həyata keçirən orqan cinayəti işi üzrə icraatı dayandırmalı idi. Əgər o, təqsirkar olsaydı, ilkin müraciət ərizələrində iddiaçılar Viləşlə bərabər onun adını da göstərərdilər. Sabunçu RPİ-nin İstintaq Şöbəsində onun barəsində əsassız və qanunsuz olaraq 18 noyabr 2015-ci il tarixdən Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işinin istintaqı aparılmışdır. O bu şirkəti devr aldığında bu iddiaları olan şəxslərdən heç biri orda yox idi və onların heç birinidə tanımır. Ona pul verilməsi heç bir sənədlə təsdiq edilmir.Bu insanların bu qədər pul sahibi olmağlarını kimsə araşdırmamışdır və izahatlarındakı ziddiyyətlərə diqqət verilməmişdir. Mustafa 2016-ci ildəki ərizəsində 200.000 AZN ona pul verdiyini iddia etsə də, indi 490.000 USD pul vəsaiti verdiyini iddia edir. Qaşqay 2016-ci ildəki ərizəsində 293.000 AZN verdiyini göstərsə də, sonra xx.xx.2016 tarixində məhkəmə verdiyi iddia ərizəsində 432.500 manat pul vəsaitini, daha sonra Sabunçu polisinə müraciət edərək 1.152.942 AZN pul vəsaiti verdiyini iddia etmişdir. İddiaçı5 fermada 200 azn maaş ilə işçi olaraq işləyərkən 470.000 AZN verdiyini iddia edir. İddiaçı2 2016-ci ildə verdikləri ərizədə 137.000 AZN tələb edərkən, daha sonra məhkəmədə iddia qaldırarkən 552.000 USD verdiyini iddia etməkdədir. İddiaçı6 2015-ci ildə 40.781 AZN dəyərində iribuynuzlu heyvanları vediyini iddia edərkən 1 il sonra 247.000 AZN-lik iribuynuzlu heyvan verdiyini iddia edir. İddiaçı4 31.850 AZN dəyərində yemi gətirib Sərdar adlı işçiyə verdiyini iddia edir, amma bu halı təsdiqləyə bilməmişdir. Bu iddialar olan şəxslərin heç birini tanımır və onları heç vaxt görməmişdir. Ona pul verdiklərini iddia etdikləri tarixdə onun "Hilal Agro” ilə heç bir əlaqəsi yox idi. Çünki Cavabdeh2 MMC 2015-ci ilin iyul ayınadək Cavabdeh2nun təsisçiləri Cavabdeh1 və Türkiyə Respublikasnm vətəndaşı Olqun Altuna məxsus olmaqla Cavabdeh1 idarəçiliyi altında olub. 03 iyul 2015-ci ildə Hilal Agro MMC-nin təsisçiləri Olgun Altun və Cavabdeh1 ilə aralarında Pay Alqı-Satqı müqaviləsi imzalanmışdır. X24 Müqaviləsi əsasında Hilal Agro MMC onun mülkiyyətinə keçmişdir. Cavabdeh2 MMC 06 iyul 2015-ci il tarixdən etibarən onun rəhbərliyi altında olub. O, şirkəti devr aldıqdan sonra iddiaçıların heç biri ona pul vəsaiti verməmişdir

23. Cavabdeh Hilal Agro MMC-nin nümayəndəsi bildirir ki, Cavabdeh3 Səlcuk xarici investor olaraq "xxxx" MMC-şirkətinin paylarını 2015-ci ilin iyul ayında təhvil alaraq sahibkarlıq fəaliyyətinə başlamış və Azərbaycan Respublikasına külli miqdarda investisiya yatırmışdır. Öz vəsaiti hesabına külli miqdarda dəyəri olan iri-xırda buynuzlu heyvanlar, çoxlu sayda dəvə almışdır. Həmin heyvanlar "Hilal Aqro” MMC-yə məxsus fermada saxlanılırdı. Şirkət təsisçilərinin payının alqı-satqısı zamam təsisçisi və direktoru olan Cavabdeh1 Cavabdeh3 Səlcuka “Hilal Aqro’nun banka borcu xaricində, hər hansı hüquqi və fiziki şəxs qarşısında heç bir öhdəliklərinin olmamasına dair akt təqdim etmişdir. Həmin akt məhkəməyə təqdim edilmişdir. "xxxx" MMC-nin ilkin təsisçisi Cavabdeh1 barəsində Sabunçu Rayon Polis İdarəsində cinayət işi açılmışdır. Cavabdeh1 yerini müəyyən etmək mümkün olmamışdır. Bu halda Cinayət prosesini həyata keçirən orqan cinayəti işi üzrə icraatı dayandırmalı idi. Lakin xx.xx.2016cı il tarixdə Sabunçu Rayon Polis İdarəsinin müstəntiqi Elməddin Paşayev məhkəmənin qərarı olmadan kimliyi bəlli olmayan şəxslərin göstərişləri əsasında "xxxx" MMC-yə məxsus fermaya qanunsuz daxil olaraq Cavabdeh3 Səlcukun şəxsi vəsaiti hesabına alınmış 126 dana, 12 inək, 14 dəvə, 90 quzunu ərazidən götürmüşdür. Hazırda həmin heyvanların hara saxlanca verilməsi məlum deyil. Sabunçu Rayon Polis İdarəsinin müstəntiqi Elməddin Paşayev yenidən xx.xx.2016-cı il tarixdə "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Kürdəxanı qəsəbəsində yerləşən fermaya gələrək fermadakı əmlakların üzərinə həbs qoyaraq şirkəti möhürləmişdir. Bundan başqa xx.xx.2016-cı il tarixdə Sabunçu Rayon Polis İdarəsinin müstəntiqi Elməddin Paşayev "xxxx" MMC-yə məxsus fermaya daxil olaraq şirkətin mülkiyyətində olan təxmini bazar dəyəri 700.000 EURO təşkil edən 1 ədəd ** JG *** Ford markalı Treyler, 1 ədəd ** ZX *** dövlət qeydiyyatlı Dorse (iki mərtəbəi heyvan daşımaq qoşqu), 1 ədəd H-023 -299 İVECO, 1 ədəd ** JK *** markalı H 100 HYUNDAİ, lədəd traktor (NEW HOLLAND) Yem Makinasını (ÇELİKEL) özləri ilə gətirdikləri ** ZX ***, ** ZX *** və H 028 245 dövlət qeydiyyat nişanlı evakuatorlar ilə və Dorseli Tirlər vasitəsi ilə aparmışdılar. Beləliklə, Hilal Agro MMCnin mülkiyətində olan bütün əmlak qanunsuz və əsassız olaraq götürülmüşdür. 2014-cü il tarixdə Cavabdeh3 Səlcukun iddiaçılar ilə aralarında hər-hansı bir ticarət əlaqələrinin olması mümkünsüzdür. Çünki, Cavabdeh2 MMC 2015-ci ilin iyul ayındək şirkətin təsisçiləri Cavabdeh1 və Türkiyə Respublikasnın vətəndaşı Olqun Altuna məxsus olmaqla Cavabdeh1 idarəçiliyi altında olmuşdur. Şirkətin təsisçisi olan Viləş şirkətdə olan payının satılması üçün təsisçi Olquna etibarnamə vermiş. 2015-ci ilin iyul ayında “Hilal Aqro’nun təsisçisi Olqun öz təsisçi payını və ortağı Viləşin payını Cavabdeh3 Səlcuka notarial qaydada təhvil vermişdir. Belə ki, Cavabdeh2 MMC xx.xx.2015-ci il tarixdən etibarən Cavabdeh3 Səlcukun rəhbərliyi altında olmuş, 2014-ci ilin yanvar ayında onun "xxxx" MMC ilə hər hansı bir rəsmi və qeyri rəsmi əlaqəsi olmamışdır.

24. Həmçinin İddiaçı1 tələb etdiyi 318.000 manatın Cavabdeh2 MMC-yə verilməsinin və ümumiyyətlə münasibətlərin borcla bağlılığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Lakin xx.xx.2017-ci il tarixli məhkəmə prosesi zamanı şahid qismində işə qoşulan X14 öz izahatında bildirmişdir ki, o iddiaçıların iddia etdiyi külli miqdarda pul vəsaitini alaraq gətirib ona vermişdir. Halbuki, İddiaçı1 iddia ərizəsində pul vəsaitini İddiaçı5 yanında özünün verdiyini iddia edirdi. Bu hal bir daha təsdiqləmiş olur ki, iddia tamamilə əsassız və qanunsuzdur. İddiaçının iddia tələbində göstərdiyi halları şahid qismində işə cəlb edilmiş Bağırov Zaur təkzib etmiş oldu. İddiaçı5 iddia tələbində göstərir ki, "xxxx" MMC-də əsas işi mal-qara tapmaq, fermanın gündəlik fəaliyyətinə nəzarət etməkdən ibarət idi. Yəni "xxxx" MMC- də işləmişdir. Sonra isə bildirir ki, 2014-ci ilin may ayında 270.000 AZN dəyərində 270 baş iri buynuzlu heyvanları Cemə və Viləşə təhvil vermiş, onlar isə 65.000 manat əmək haqqı ilə birlikdə ümumlikdə 470.000 manat pul vəsaitini verəcəklərini vəd etmişlər. Maraqlıdır, Ələsgərin hər ay üçün müəyyən edilmiş əmək haqqısı nə qədər olmuşdur ki, 65.000 manat əmək haqqı iddiasındadır? İddiaçı5 270.000 manat pul vəsaitinə sahib olan bir şəxs olaraq "xxxx" MMC də niyə işçi kimi fəaliyyət göstərirdi?. Lakin görünür ki, iddiaçı Cavabdeh2 MMC-də işlədiyi zaman həyata keçirə bilmədiyi arzularını işdən azad olduqdan sonra reallaşdırmaq arzusundadır. 3 ildən artıq şirkətdə 200 manat əmək haqqına qulluq etmiş şəxs bu günki gündə həmin şirkətə milyonluq dəyərində müxtəlif sayda heyvanlar verməsindən bəhs edir.Görünür iddiaçının bu tələbi əsassız olmaqla yanaşı o Cavabdeh2 MMC-yə şər böhtan ataraq şirkətə məxsus əmlakı mənimsəmək niyyətindədir. Digər iddiaçı olan İddiaçı2 iddia tələbində göstərir ki, "xxxx" MMC-yə nəqliyyat vasitələri alınması üçün 333.000 ABŞ dolları vermişdir. 2014-cü ilin sentyabr ayında isə ümumilikdə 284.500 ABŞ Dolları dəyərində 597 baş iri buynuzlu mal-qaranı Hilal Agro MMC-nin rəhbərləri Viləşə və Cemə təhvil vermişdir. Lakin həmin pul vəsaitinin mal-qaranın verilməsini təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. 2014-ci ilin sentyabr ayında Teymurun Cemə hər hansı bir pul vəsaitinin və mal-qaranın verməsi həqiqətə uyğun deyil. Çünki, X23 2015-ci ilin iyul ayında alqı-satqı müqaviləsi əsasında şirkəti təhvil almışdır. 2014-ci ildə X25 MMC-nin nə təsisçisi, nədəki, direktoru olmuşdur. Digər İddiaçı6 isə ilkin olaraq iddia edirdiki, 47.000 manat dəyərində 23 baş mal -qaranı Cavabdeh1 və X22 təhvil vermişdir. 1 il sonra isə iddia ərizəsinə dəqiqləşmə verərək Hilal Agro MMC-yə 47.000 manat deyil, 247.000 manat dəyərində mal-qara verdiyini iddia edir. Digər iddiaçılar kimi İddiaçı6 247.000 manat dəyərində olan mal qaranın "xxxx" MMC-yə təhvil verilməsini təsdiq edən heç bir zəruri sübutu məhkəməyə təqdim edə bilməmişdir İddia tələbini isə biri-birini təkzib edən şahid ifadələri ilə sübut etməyə çalışmışdır.

25. Cavabdeh1 heç bir üzürlü səbəb göstərmədən işə məhkəmə baxışlarında iştirak etməmiş və işin halları barədə izahat verməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

26. Bakı şəhər Yasamal payon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı6 xeyrinə 247.000 manat, İddiaçı1 xeyrinə 1.150.942 manat, İddiaçı2 xeyrinə 552.000 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), Mustafa Uzunquşların xeyrinə 490.000 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), İddiaçı5 xeyrinə 470.000 manat və İddiaçı4 xeyrinə 31.850 manatın tutulması qət edilmişdir.

27. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə iclasında araşdırılmış sübutlarla, tərəflərin izahatları, şahidlərin ifadələri ilə Cavabdeh3 Selçuk özgənin əmlakını ələ keçirmək məqsədi ilə Cavabdeh1 ilə əlbir olaraq Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşin Cavabdeh2 MMC-nin direktoru vəzifəsində işləyən vaxtda öz qulluq mövqeyindən istifadə etməklə 2015-ci ilin may ayında İddiaçı6 məxsus cəmi dəyəri 40.781 manat olan iri buynuzlu heyvanları kökəldikdən sonra sataraq əldə olunan pulu ələ keçirməsi, 2014-cü ilin yanvar avqust aylarında İddiaçı1 Kərim oğluna məxsus cəmi dəyəri 318.000 manat olan iri buynuzlu heyvanları kökəldikdən sonra sataraq əldə olunan pulu ələ keçirməsi, 2014-cü ilin yay aylarında Məmmədov X8 məxsus cəmi dəyəri 470.000 manat olan iri buynuzlu heyvanları kökəldikdən sonra sataraq əldə olunan pulu ələ keçirməsi, 2014-cü ilin axırlarında İddiaçı2 məxsus cəmi dəyəri 552.000 ABŞ dollar olan iri buynuzlu heyvanları kökəldikdən sonra sataraq əldə olunan pulu ələ keçirməsi, İddiaçı3 2014-cü ilin yanvar ayından başlayaraq, inzibati binanın tikintisi, dam örtüklərinin qurulması, başa çatdırılması, tikinti materiallarının alınması üçün, əvvəlcə 190.000 ABŞ dolları, bir müddət sonra 150.000 ABŞ dolları, mart ayında isə əlavə 150.000 ABŞ dolları, cəmi: 490.000 ABŞ dollarını alaraq qaytarmamaları, 2015-ci ilin yanvar-iyun ayları müddət ərzində İddiaçı4 qəbul etdiyi 31850 manat dəyərində olan müxtəlif növdə olan yemi Cəmiyyətin fermasında saxlanılan heyvanlara yedizdirib pulunu ödəməməsi, bununla da, cavabdehlərin üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmələri tam şəkildə təsdiqini tapmışdır. Ona görədə məhkəmə hesab edir ki, iddia tələbləri əsaslıdır və təmin edilməlidir.

28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2, 21.1, 21.2, 385.1, 390.1, 390.4, 425.1, 427.3, 442, 445.1, 445.7, 448.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

29. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh3 Selçuk apellyasiya şikayətləri vermişlər.

30. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5681/2018 nömrəli iş üzrə 06 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov-sədrlik edən və məruzəçi, E.Nağıyeva və H.Həmidov) apellyasiya şikayətləri təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan olan hissədə, yəni şikayət vermiş cavabdehlərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

31. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdehlərin aralarındakı razılıq üzrə iddiaçılar qarşısında üzərinə götürdükləri və icra edilməmiş öhdəlikləri mövcuddur. Cavabdehlər icra edilməyən öhdəliklərə görə iddiaçılar qarşısında mülki məsuliyyət daşıyırlar. Başqa sözlə, iddiaçıların iddia tələbləri əsaslıdır.

c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

32. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh3 Selçuk kassasiya şikayətləri vermişlər.

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-492/2019 saylı, 18 fevral 2019-cu il tarixli qərarı ilə (hakimlər-E.Vəliyeva-sədrlik edən və məruzəçi, Q.Əsgərov və S.Hacıyev) Cavabdeh2 MMC-nin kassasiya şikayəti qismən, Cavabdeh3 kassasiya şikayəti tam təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 06 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

34. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə əsasən, hazırkı məhkəmə üçün mülki işə baxarkən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmçinin, iddianı təmin edərkən mütləq şəkildə həmin hüququ təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün olması zəruridir. Lakin, işin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıların iddia tələblərini təmin edərkən, cavabdehlərin iddia edilən cinayəti törətməsi və cinayət nəticəsində iddiaçılara maddi ziyan vurulması barədə qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olmamasına baxmayaraq, istintaqın gedişində qəbul edilmiş qərarlara istinad etmiş, bununla da təqsirsizlik prezumpsiyası prinsipini pozmuşdur.

35. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən iddiaçıların tələblərinin əsası kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə "xxxx" MMC-nin təsisçiləri Cavabdeh1 və Cavabdeh3 ittiham elan olunmasına dair qərara istinad edərkən nəzərə almamışdır ki, həmin cinayət işi üzrə cavabdeh "xxxx" MMC cinayət prosesinin iştirakçısı olmamışdır.

36. Mülki qanunvericiliyin tələblərindən də göründüyü kimi, hüquqi şəxs öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. İddiaçılar əmlakların (pul vəsaiti və iri və xırda buynuzlu mal-qara) "xxxx" MMC-nin balansına mədaxil edilməsinə dair heç bir tutarlı sübut təqdim etməmiş, yalnız Sabunçu Rayon Prokurorluğunda "xxxx" MMC-nin təsisçiləri Cavabdeh1 və Cavabdeh3 barəsində verdikləri şikayət ərizələrinə, həmin ərizələr əsasında guya iddiaçıların əmlaklarının “MMCnin balansına mədaxil” edərək ələ keçirlməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə Cavabdeh1 və Cavabdeh3 ittiham elan olunmasına istinad etmişlər.

37. Apellyasiya instansiyası məhkəməsi cavabdehlərin aralarındakı razılıq üzrə iddiaçılar qarşısında üzərinə götürdükləri və icra edilməmiş öhdəlikləri mövcudluğu, eləcə də cavabdehlərin icra edilməyən öhdəliyə görə iddiaçılar qarşısında mülki məsuliyyət daşımaları kimi nəticələrə gələrkən həmin iddiaçıların tələblərinin əsası kimi istinad etdikləri halların, birgə iş fəaliyyətinin qanunla müəyyən edilmiş sübutlarla təsdiq edilməməsinə, iddia edilən borc məbləğləri ilə bağlı ziddiyyətli məqamlara da hüquqi qiymət verməmişdir.

38. Belə ki, işin materiallarından görünür ki, Uzunquşlar Mustafa 2016-ci ildəki ərizəsində 200.000 AZN , sonradan isə 490.000 USD pul vəsaiti verdiyini, İddiaçı1 2016-ci ildəki ərizəsində 293.000 AZN, sonradan xx.xx.2016-cı il tarixində məhkəmə verdiyi iddia ərizəsində 432.500 manat pul vəsaitini verdiyi, daha sonra Sabunçu polisinə müraciət edərək 1.152.942 AZN pul vəsaiti verdiyini, İddiaçı5 fermada 200 azn maaş ilə işçi olaraq işləyərkən 470.000 AZN verdiyini, İddiaçı2 2016-ci ildə verdikləri ərizədə 137.000 AZN tələb edərkən daha sonra məhkəmədə iddia qaldırarkən 552.000 USD verdiyini, İddiaçı6 2015-ci ildə 40.781 AZN dəyərində iribuynuzlu heyvanları vediyini iddia edərkən, 1 il sonra 247.000 AZN-lik iribuynuzlu heyvan verdiyini iddia etmişlər.

39. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sübut kimi istinad etdiyi şahid ifadələrinin onların məzmununda göstərilənlər baxımından nə dərəcədə mötəbər olmasına, yəni, bu ifadələrinin işdə olan başqa hər hansı bir mötəbər sübut növləri ilə öz təsdiqini tapıb-tapmamasına, şahidlərin işin nəticəsində maraqlı olub-olmamalarına hüquqi qiymət verməmişdir.

40. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 MMC-də ekspeditor vəzifəsini icra etmiş, şahid qismində dindirilmiş X12 ifadəsinə qiymət verərkən iş materiallarında onun cavabdeh "xxxx" MMC-yə qarşı iddiası üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3539/2016 saylı mülki işə istinad edərək, X12 həqiqətən həmin MMC-də ekspeditor işlədiyini müəyyən etsə də, həmin qətnamə ilə X12 hazırki iddia tələblərinə oxşar əsaslarla Cavabdeh2-yə qarşı 2.095.854 manat məbləğində qaldırdığı iddia tələbinin rədd edilməsinə əhəmiyyət verməmiş, həmin şəxsin şahid kimi verdiyi ifadəsinin mötəbər sübut olmamasına, həmin şəxsin adına olan gömrük qaimələrinin də cavabdehlərə hansı aidiyyətinin olmamasına lazımi hüquqi qiymət verməmişdir.

d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

41. Bakı Apellyasiya Məhkəməsinin 18 iyun 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən E.Həsənov, hakimlər: X.Mərdanova və F.Babayev) apellyasiya şikayətlərinin qismən təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin hazırki apellyasiya baxışının predmeti olan hissədə, yəni Cavabdeh2 MMC-dən və Cavabdeh3 müştərək qaydada İddiaçı6 xeyrinə 247000 manatın, Qayşqay Məmmədovun xeyrinə 1.150.942 manatın, İddiaçı2 xeyrinə 552000 ABŞ dollarının, İddiaçı3 xeyrinə 490000 ABŞ dollarının, İddiaçı5 xeyrinə 470000 manatın, İddiaçı4 xeyrinə 31850 manatın tutulması hissəsində ləğv edilməsi və həmin hissələrdə iddia tələblərinin təmin olunmaması qət edilmişdir..

42. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, məhkəmə, iddiaçıların iddia tələblərini təmin edərkən, cavabdehlərin iddia edilən cinayəti törətməsi və cinayət nəticəsində iddiaçılara maddi ziyan vurulması barədə qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olmamasını nəzərə almamış, istintaqın gedişində qəbul edilmiş qərarlara istinad etmiş, bununla da təqsirsizlik prezumpsiyası prinsipini pozmuşdur.

43. Bundan başqa birinci instansiya məhkəməsi "xxxx" MMC-nin təsisçisi Cavabdeh3 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan olunmasına dair qərara istinad edərkən nəzərə almamışdır ki, həmin cinayət işi üzrə cavabdeh "xxxx" MMC cinayət prosesinin iştirakçısı olmamışdır. İşin hallarından göründüyü kimi iddiaçılar əmlaklarının (pul vəsaiti və iri və xırda buynuzlu malqara) "xxxx" MMC-nin balansına mədaxil edilməsinə dair heç bir tutarlı sübut təqdim etməmiş, yalnız Sabunçu Rayon Prokurorluğunda "xxxx" MMC-nin təsisçiləri barəsində verdikləri şikayət ərizələrinə, həmin ərizələr əsasında əmlaklarının “MMC-nin balansına mədaxil” edərək ələ keçirilməsi faktına görə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə Cavabdeh1 və Cavabdeh3 ittiham elan olunmasına istinad etmişlər.

44. Həmçinin qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi cavabdehlərin aralarındakı razılıq üzrə iddiaçılar qarşısında üzərinə götürdükləri və icra edilməmiş öhdəliklərinin mövcudluğu, eləcə də cavabdehlərin icra edilməyən öhdəliyə görə iddiaçılar qarşısında mülki məsuliyyət daşımaları kimi nəticələrə gələrkən iddiaçıların tələblərinin əsası kimi istinad etdikləri halların, birgə iş fəaliyyətinin qanunla müəyyən edilmiş sübutlarla təsdiq edilməməsinə, iddia edilən borc məbləğləri ilə bağlı ziddiyyətli məqamlara da hüquqi qiymət verməmişdir. Belə ki, işin materiallarından görünür ki, İddiaçı3 2016-ci ildəki ərizəsində 200 000 manat, sonradan isə 490 000 ABŞ dolları pul vəsaiti verdiyini, İddiaçı1 oğlu 2016-ci ildəki ərizəsində 293 000 manat, sonradan xx.xx.2016-cı il tarixində məhkəməyə təqdim etdiyi iddia ərizəsində 432 500 manat pul vəsaiti verdiyini, daha sonra Sabunçu polisinə müraciət edərək 1 152 942 manat pul vəsaiti verdiyini, İddiaçı5 fermada 200 manat maaşla işçi olaraq işləyərkən 470 000 manat verdiyini, İddiaçı2 2016-ci ildə verdiyi ərizədə 137 000 manat tələb edərkən daha sonra iddiasında 552 000 ABŞ dolları istədiyini, İddiaçı6 2015-ci ildə 40 781 manat dəyərində iribuynuzlu heyvanları verdiyini iddia edərkən, 1 il sonra 247 000 manatlıq iribuynuzlu heyvan verdiyini iddia etmişlər.

45. Kollegiya həmçinin qeyd etmişdir ki, məhkəmə sübut kimi istinad etdiyi şahid ifadələrinin onların məzmununda göstərilənlər baxımından nə dərəcədə mötəbər olmasına, yəni, bu ifadələrinin işdə olan başqa hər hansı bir mötəbər sübut növləri ilə öz təsdiqini tapıb-tapmamasına, şahidlərin işin nəticəsində maraqlı olub-olmamalarına hüquqi qiymət verməmişdir.

46. Həmçinin şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxil olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Hər bir halda qeyd edilən hallar həmin şəxslərin şahid qismində dindirilməsi üçün mane olmasada onların ifadələrində nəzərə alınmalıdır.

47. Birinci instansiya məhkəməsi şahid qismində dindirdiyi X12 ifadəsinə qiymət verərkən onun "xxxx" MMC-yə qarşı iddiası üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qəbul etdiyi qətnaməyə istinad edərək həmin MMC-də ekspeditor işlədiyini müəyyən etsə də, bu qətnamə ilə hazırki iddia tələblərinə oxşar əsaslarla "xxxx" MMC-yə qarşı 2 095 854 manat məbləğində qaldırdığı iddia tələbinin rədd edilməsinə əhəmiyyət verməmiş, həmin şəxsin şahid kimi verdiyi ifadəsinin mötəbər sübut olmamasına, onun adına olan gömrük qaimələrinin də cavabdehlərə aidiyyətinin olmamasına lazımi hüquqi qiymət verməmişdir.

48. Bundan başqa kollegiya, İddiaçı1, ona qarşı əvvəllər qaldırılmış iddia tələbi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qəbul etdiyi 11 iyul 2018-ci il tarixli qətnamə ilə hazırkı mübahisə baxımından preyudisial halların müəyyən olunduğu arqumentinə münasibətdə qeyd etmişdir ki, iş materiallarından həmin qətnamənin çıxarılmasına Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 5(008)- 117/2017 saylı xx.xx.2017-ci il tarixli qərarının və hazırkı apellyasiya baxışında yoxlanılan qətnamənin əsas təşkil etdiyi aydın olur; hansı ki, Sabunçu Rayon Məhkəməsinin 5(008)117/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı sonradan Bakı Apellyasiya Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli qərarı ilə ləğv edilmişdir və buna görə də həmin qərara istinadən müəyyənləşdirilmiş hallar preyudisial əhəmiyyət kəsb edə bilməz. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

49. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçılar İddiaçı6, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı4 birgə və İddiaçı1 ayrılıqda kassasiya şikayətləri vermişlər.

50. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli qərarı ilə iddiaçılar İddiaçı6, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı4 tərəfindən verilmiş kassasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 18 iyun 2019- cu il tarixli qətnaməsinin ləğv olunması və işin apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.

51. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, kassasiya şikayətinə əlavə olunmuş xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Cavabdeh1 həqiqətən də istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Verilən ittihama görə Cavabdeh1 iddiaçılara qarşı həmin cinayəti Cavabdeh3 Selçukla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək törətmişdir. Cavabdeh1 xx.xx.2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən özünü həmin cinayəti törətməkdə təqsirli bilmiş və cinayəti Cavabdeh3 Selçukla birgə törətdiyini etiraf etmişdir (V cild, i.v.180-189). Məhkəmə kollegiyası hesab edir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən bu hal ətraflı aydınlaşdırılmalı, cinayət işi üzrə istintaqın vəziyyəti, işin baxılması üçün məhkəməyə göndərilib-göndərilmədiyi, məhkəmədə yekun qərarın qəbul edilib-edilmədiyi və həmin qərarla müəyyən edilən faktların hazırkı mülki iş üçün preyudisial keyfiyyət daşıyıb-daşımadığı müəyyən edilməlidir.

52. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən tərəflərin prosessual bərabərliyi təmin olunmaqla təqdim etdikləri bütün sübutlar, həmçinin şahid ifadələri araşdırılmalı, işin həqiqi halları, o cümlədən cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh3 Selçuk tərəfindən iddiaçılara ziyan vurulub-vurulmadığı müəyyən edilməli və işin müəyyən edilən həqiqi hallarına uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə qiymət verilməlidir.

f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

53. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1578/2020 nömrəli iş üzrə 18 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Cəmilova-sədrlik edən və məruzəçi, İ.Xəlilov və İ.Kərimli) cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh3 Selçuk tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1636/2017 saylı 06 oktyabr 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən- iddianın cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh3 Selçuka qarşı təmin olunduğu hissələrdə dəyişdirilmədən saxlanılmış, hər iki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apelyantlara aid edilmişdir.

54. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iş üzrə apellyasiya qaydasında yenidən araşdırma aparılarkən müəyyən olundu ki, Sabunçu rayon Polis İdarəsinin “cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2016- cı il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə olan ********* saylı cinayət işinin icraatı Cavabdeh3 olduğu yer müəyyən edilənədək dayandırılsa da, digər Cavabdeh1 11 fevral 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuş, cinayət işi üzrə ibtidai istintaq tamamlandığı üçün ittiham aktı ilə birlikdə təsdiq edilməsi üçün 16 mart 2020-ci il tarixdə Bakı şəhər Prokurorluğuna göndərilmişdir.

55. Məhkəmə kollegiyası qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixli qərara əsasən Cavabdeh1 həqiqətən də istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, verilmiş ittihama görə Cavabdeh1 iddiaçılara qarşı həmin cinayəti Cavabdeh3la qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək törətmişdir. Cavabdeh1 xx.xx.2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən özünü həmin cinayəti törətməkdə təqsirli bilmiş və cinayəti Cavabdeh3la birgə törətdiyini etiraf etmişdir. Bu baxımdan məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinin tələbləri aspektindən deyil, MPM-nin 77.1-ci maddəsinin tələbləri baxımından yanaşaraq hesab etmişdir ki, sübutetmə vəzifəsi iddiaçılar tərəfindən yerinə yetirilsə də, cavabdeh olan apelyantlar öz növbəsində üzərlərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişlər.

56. Cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh3 Selçuk kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər. 57.Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(102)-70/2021 nömrəli qərarı ilə Cavabdeh3 Selçukun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1578/2020 nömrəli iş üzrə 18 mart 2020-ci il tarixli qətnaməsi Cavabdeh3 Selçuka aid hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmış, Cavabdeh2 MMC-nin kasasiya şikayəti təmin edilməmişdir. Kassasiya instansiyası məhkəməsinin sonuncu qeyd olunan qərarında göstərilir ki, məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Cavabdeh3 Selçukun kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh3 Selçuka aid hissədə ləğv edilərək, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalı, "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməməlidir. Belə ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi Cavabdeh3 Selçuka aid hissədə qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Apelyasiya intansiyası məhkəməsi qəbul etdiyi qətnaməni Cavabdeh3 aid hissədə onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli qərara əsasən Cavabdeh1 istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, verilmiş ittihama görə Cavabdeh1 iddiaçılara qarşı həmin cinayəti Cavabdeh3la qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək törətmişdir. Cavabdeh1 xx.xx.2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən özünü həmin cinayəti törətməkdə təqsirli bilmiş və cinayəti Cavabdeh3la birgə törətdiyini etiraf etmişdir. Bu baxımdan məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinin tələbləri aspektindən deyil, MPMnin 77.1-ci maddəsinin tələbləri baxımından yanaşaraq hesab etmişdir ki, sübutetmə vəzifəsi iddiaçılar tərəfindən yerinə yetirilsə də, cavabdeh olan apelyantlar öz növbəsində üzərlərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişlər. Bununla bağlı Cavabdeh3 Selçukun kassasiya şikayətinin dəlilli ondan ibarətdir ki, o, xx.xx.2015-ci ildə "xxxx" MMC-nin paylarını Altun Olqun və Cavabdeh1 satın almış və həmin tarixdən sonra "xxxx" MMC-ni idarə etmişdir. İddiaçıların tələblərinin əhatə etdiyi dövr isə 2012-2014-cü illərə aiddir. Həmin tarixlərdə onun "xxxx" MMC ilə, o cümlədən iddiaçılarla hər hansı bir əlaqəsi və münasibəti olmamışdır. İş materiallarından görünür ki, həqiqətən də Cavabdeh3 Selçuk xx.xx.2015-ci il tarixli müqavilə əsasında "xxxx" MMC-nin paylarını Altun Olqun və Cavabdeh1 satın almış, və onun həmin MMC-də təsisçilik hüququ xx.xx.2015-ci ildə qeydə alınmışdır. Həmçinin iş materiallarından görünür ki, iddiaçıların iddia tələbləri xx.xx.2015-ci ildən əvvəlki dövrə aiddir. Lakin apelyasiya instansiyası məhkəməsi bu hala hüquqi qiymət verməmiş və Cavabdeh3 Selçukun xx.xx.2015-ci ildən əvvəlki tarixlərdə "xxxx" MMC və iddiaçılarla hər hansı bir əlaqəsinin olub-olmamasını araşdırmamışdır. Həmçinin Cavabdeh3 Selçukun kassasiya şikayətində göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıların iddia tələblərini təmin edərkən, qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olmamasına baxmayaraq, istintaqın gedişində qəbul edilmiş qərarlara və Cavabdeh1 istintaq mərhələsində verilmiş və təsdiqini tapmamış ifadəsinə əsaslanmışdır. Bununla bağlı qeyd edilməlidir ki, qanunvericiliyin tələbinə görə mülki işə baxarkən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, belə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən qeyd edilən normaya istinad etsə də həmin normanı düzgün təfsir etməmişdir. Bundan başqa Cavabdeh3 Selçukun kassasiya şikayətində göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi şahidlərin işin nəticəsində maraqlı olub-olmadığına, həmin ifadələrin digər sübutlarla yanaşı qiymətləndirilərək öz təsdiqini tapıb-tapmadığına düzgün hüquqi qiymət verməmişdir Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sübut kimi istinad etdiyi şahid ifadələrinin onların məzmununda göstərilənlər baxımından nə dərəcədə mötəbər olmasına, yəni, bu ifadələrinin işdə olan başqa hər hansı bir mötəbər sübut növləri ilə öz təsdiqini tapıb-tapmamasına, şahidlərin işin nəticəsində maraqlı olubolmamalarına hüquqi qiymət verməmişdir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh2 MMC-də ekspeditor vəzifəsini icra etmiş, şahid qismində dindirilmiş X14 hazırki iddia tələblərinə oxşar əsaslarla Cavabdeh2yə qarşı 2.095.854 manat məbləğində iddia qaldırdırmışdır. Eyni zamanda iş materiallarından görünür ki, X5 Məmmədovdan hissə-hissə təxminən 500.000 manat məbləğində pul götürüb həmin pulları müdiriyyətə təhvil verdiyini göstərsə də, İddiaçı1 öz ifadəsində pulu Cavabdeh3 Selçuka şəxsən özünün verdiyini göstərmişdir. Göründüyü kimi X5 Məmmədovun ifadələri arasında ziddiyyət vardır. Ona görə də yeni apelyasiya baxışında qeyd edilən ziddiyyətlər araşdırılmalı və mübahisəyə müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verilməlidir. "xxxx" MMC-yə qarşı iddia tələblərinin təmin olunmasına dair hissədə məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, həmin hissələrdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Belə ki, işin hallarından görünür ki, Cavabdeh1 xx.xx.2015-ci ilə kimi "xxxx" MMC-nin şəriklərindən biri olmuş, həmin vaxta kimi MMC-nin adından çıxış etməklə onun fəaliyyət göstərdiyi ərazidə iri və xırdabuynuzlu heyvanların alınması, kökəldilməsi və satılması fəaliyyəti ilə məşğul olmuş və bununla əlaqədar onun iddiaçılarla MMC-nin adından çıxış etməklə bağladığı şifahi müqavilələr üzrə hazırkı iş üzrə mübahisə yaranmışdır. Mülki Məcəllənin 359.1-ci maddəsinin dispozitiv şərtlərinin hazırkı mübahisəyə tətbiqi onu təsbit edir ki, Cavabdeh1 bağladığı müqavilələr üzrə həm öz adından, həmçinin də "xxxx" MMC-nin adından çıxış etdiyindən bu müqavilələr üzrə yerinə yetirilməyən öhdəliklər üzrə həm Cavabdeh1, həm də "xxxx" MMC-nin məsuliyyəti yaranmışdır. (70) Bu hal, yəni xx.xx.2015-ci ilə qədər Cavabdeh1 bağladığı müqavilələr üzrə MMC-nin öhdəliyinin yaranması Cavabdeh1 statusu ilə yanaşı (MMC-nin şəriklərindən biri olmaqla onun işlərini aparması), onun bu müqavilələri məhz MMC-nin fəaliyyət göstərdiyi ərazidə bağlaması ilə sübut edilir. Mülki Məcəllənin 359.1-ci maddəsinin məzmunundan göründüyü kimi təmsilçinin hansı şəxsi təmsil etməsi və səlahiyyəti onun fəaliyyət göstərdiyi şəraitdən də bəlli ola bilər. 58.Məhkəmə iclasında iddiaçılar İddiaçı6, İddiaçı1, İddiaçı2, İddiaçı5 və İddiaçı4 və onların vəkili Vəkil3 apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etdilər. 59.Məhkəmə iclasında Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi Gürsel Bolat apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.

60.Tətbiq edilməsi nəzərdə tutula bilən hüquq.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.4.Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Maddə 425.1.Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3.Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə.442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə.443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə.443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə.448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə.448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1114.1.Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4.Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

61.Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər apellyasiya icraatının predmeti olan hissədə qətnamənin ləğv və iddianın həmin hissədə rədd edilməsi üçün əsasdır. 62.Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 63.Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 64.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. 65.Apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin, hazırki apellyasiya icraatının predmeti olan Cavabdeh3 aid hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. 66.Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. 67.Cavabdeh3 aid hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin bu hissədə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.. 68.Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar iddia tələbinin hazırki apellyasiya icraatının predmeti olan Cavabdeh3 aid hissəsi Mülki Məcəllənin yuxarıda qeyd olunan yaxud digər hansısa maddələrinin dispozisiya şərtləri ilə uzlaşmır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxır. Ona görə də birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. 69.Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan qəti göstərişlər verilmişdir. 70.Belə ki, hər dəfə işə baxan kassasiya instansiyası məhkəməsi birinci və üçüncü dəfə apellyasiya instansiyası məhkəməsinin iddianın Cavabdeh3 münasibətdə təmin edilməsi ilə bağlı yekun qənaəti ilə razılaşmamış, hər dəfə qərarlarında apellyasiya instansiyası məhkəməsi üçün icrası məcburi olan göstərişlər vermişdir. Bu göstərişlərin məzmununda mübahisənin birdəfəlik həll edilməli olduğuna dəlalət edən arqumentlər çoxluq təşkil edir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin növbəti dəfə kassasiya instansiyası məhkəməsinin qərarlarında şərh edilən məcburi göstərişlərinə əməl edilməməsi ən azından prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirilə bilər. 71.Belə ki, işdən açıq-aşkar görünür ki, həqiqətən də Cavabdeh3 Selçuk xx.xx.2015-ci il tarixli müqavilə əsasında "xxxx" MMC-nin paylarını Altun Olqun və Cavabdeh1 satın almış və onun həmin MMC-də təsisçilik hüququ xx.xx.2015-ci ildə qeydə alınmışdır. Lakin iddiaçıların iddia tələbləri xx.xx.2015-ci ildən əvvəlki dövrə aid olmuşdur. 72.Ancaq birinci instansiyası məhkəməsi iddiaçıların Cavabdeh3 Selçukla xx.xx.2015-ci ildən əvvəlki tarixlərdə hər hansı bir əlaqələrinin olmasına dair məhkəməyə mötəbər sübut təqdim etmədiklərini nəzərə almadan sonuncuya münasibətdə də iddianı təmin etmişdir. 73.Bundan başqa, işdən görünür ki, Cavabdeh2 MMC-də ekspeditor vəzifəsini icra etmiş, şahid qismində dindirilmiş X14 hazırki iddia tələblərinə oxşar əsaslarla Cavabdeh2-yə qarşı 2.095.854 manat məbləğində iddia qaldırmışdır. Eyni zamanda, X5 Məmmədovdan hissə-hissə təxminən 500.000 manat məbləğində pul götürüb həmin pulları müdiriyyətə təhvil verdiyini göstərsə də, İddiaçı1 öz ifadəsində pulu Cavabdeh3 Selçuka şəxsən özünün verdiyini göstərmişdir. 75.Göründüyü kimi X14 ilə İddiaçı1 ifadələri arasında ziddiyyət olduğundan bu ifadələr iddianın Cavabdeh3 Selçuka münasibətdə təmin edilməsi üçün əsas ola bilməzdi. 76.Bundan əlavə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2020- ci il tarixli, 1(101)- 641/2020 saylı hökmünün dəyişilməyən hissəsinə əsasən Cavabdeh1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etdiyinə görə CM-nin 178.3.2-ci maddəsilə təqsirli bilinərək məhkum edilmişdir. 77.Qeyd olunan hökmdə göstərilir ki, Cavabdeh1 qeyd olunan cinayətləri Cavabdeh3 Selçukla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək törətmişlər. 78.Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 79.Göründüyü kimi, Cavabdeh1 barəsində ittiham hökmü çıxarılsa da Cavabdeh3 Selçuka ümumiyyətlə istintaq orqanı tərəfindən ittiham elan edilməmiş, başqa sözlə bu cinayətlərin törədilməsində Cavabdeh3 barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü çıxarılmamışdır. 80.Bu cür vəziyyətdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün Cavabdeh3 Selçuka münasibətdə hadisənin olub-olmaması və onun həmin hadisəyə aidiyyəti hissəsində məcburiliyi əsas götürülə bilməz. Çünki, hökm yalnız Cavabdeh1 barəsində çıxarılmış və yalnız o, məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü ilə təqsirli bilinmişdir. 81.Şübhəsiz ki, hökmlə Cavabdeh1 qeyd olunan cinayət hadisəsinə aidiyyəti təsdiq olunduğundan mülki işə baxan məhkəmə üçün ona münasibətdə hökmün məcburiliyi nəzərə alına bilərdi. Ancaq buna zərurət də qalmamış, çünki, qətnamə Cavabdeh1 münasibətdə artıq qanuni qüvvəyə minmişdir. 82.Düzdür, Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 4 saylı, 24 noyabr 2005-ci il tarixli Qərarında qeyd edilir ki... cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. 83.Hazırki iş üzrə məhkəmə tərkibi də cavabdehlərdən Cavabdeh1 CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli olması məsələsinə qətiyyən qiymət fikrində deyildir, çünki o, artıq qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təqsirli bilinib məhkum olunmuşdur. 84.Lakin Cavabdeh3 münasibətdə bu hadisənin, yəni dələduzluq cinayəti hadisəsinin baş verməsində bilavasitə iştirakı və onun bu hadisələrə aidiyyəti barəsində ayrıca çıxarılmış ittiham hökmü olmadığından tələb edilən maddi ziyan da ondan müştərək qaydada iddiaçıların xeyrinə alına bilməz. 85.Apellyasiya instansiya məhkəməsi xüsusilə vurğulayır ki, hüququn bütün prinsipləri, o cümlədən hüququ müəyyənlik prinsipi həqiqətən müəyyən edilməsi yolu ədalətin bərqarər olmasını istisna etmir, əksinə buna bir zəmin yaradır. Çünki, hüququn ali məqsədi ədaləti təmin etməkdir. Əgər məhkəmə aktında ədalətin təmin olunması hiss olunmursa, demək hüququn ali məqsədi də təmin olunmur. 86.Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 87.Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 88.Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. 89.Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. 90.Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. 91.Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1636/2017 saylı, 06 oktyabr 2017-ci il tarixli qətnaməsi hazırki apellyasiya icraatının predmeti olan hissədə, yəni iddianın Cavabdeh3 aid təmin edilən hissədə ləğv edilməli, ona aid hissədə iddia rədd edilməlidir. 92.Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 387.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

qətetdi:

Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1636/2017 saylı, 06 oktyabr 2017ci il tarixli qətnaməsi hazırki apellyasiya icraatının predmeti olan hissədə, yəni iddianın Cavabdeh3 aid təmin edilən hissəsində ləğv edilsin və həmin hissədə iddia rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar