Məhkəmə qərarları › İş №2(103)-2465/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2465/2021

03.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2465/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5974/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5974/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmışdır. Qərardaddan İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş arayışdan görünür ki, cavabdehin məcburi köçkün kimi qeydiyyatda olduğu ünvan ünvan 1 olmuşdur. Göründüyü kimi, məcburi köçkün kimi Nəsimi rayonunda qeydiyyatda olmuşdur. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5974/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5974/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsi ərazi aidiyyətinə riayət edilmədən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş MAPS arayışından görünür ki, Cavabdeh ünvanı ünvan 2 Respublikası Mülki Prosessual Məcəllənin 36.1-ci maddəsinə görə yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan arayışdan görünür ki, Cavabdeh Laçın şəhəri, Kommunist küçəsi ev 19-da qeydiyyatda olmaqla Laçın şəhərindən məcburi köçkündür. Cavabdehin məcburi köçkün kimi sonuncu qeydiyyatda olduğu ünvan ünvan 1 olmuşdur. Hazırda harda yaşaması barədə məlumat yoxdur. Göründüyü kimi, Cavabdeh yaşayış yeri məlum deyil və məcburi köçkün kimi axırıncı yaşayış yeri məhz Nəsimi rayonu olmuşdur. Kollegiya hesab edir ki, məhkəmə yalnız iddia ərizəsinin geri qaytarılmasının ümumi prosessual əsasını göstərməklə kifayətlənmiş, şikayətin dəlillərinə qiymət verməməklə mülkiprosessual hüquq normalarının tələblərini pozmuş, bunula da iddiaçının hüquqları, o cümlədən, onun ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5974/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5974/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar