Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2466/2024 07.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, iddiaçı X3 cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-524/2024 saylı 17 yanvar 2024-cü il tarixli qərardadından cavabdehlər Cavabdeh2 və Cavabdeh4 tərəfindən verilmiş şikayətin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 üzərinə mərhum əri X4 adına dövlət qeydiyyatına alınmış ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə daxil olması və istifadəsi üçün yaradılmış maneələrin aradan qaldırılması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 məhkəməyə yazılı vəsatət təqdim edərək, hazırkı iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-524/2024 saylı 17 yanvar 2024cü il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Həmin qərardaddan cavabdehlər Cavabdeh2 və Cavabdeh4 verdiyi apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən 2(008)-524/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, qərardaddan verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Suraxan Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1 və 366.2-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Mülki Prosessual Məcəllənin 395-ci maddəsinə görə işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: bu Məcəllədə göstərilən hallarda; məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Bu Məcəllənin 264.0.7-ci maddəsinə görə isə, ayrıca akt şəklində qəbul edilən qərardadda həmçinin əgər qərardaddan şikayət verilə bilərsə, şikayət vermə qaydası və müddəti göstərilməlidir. Həmin Məcəllənin 258.2-ci maddəsinə əsasən, iş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər. Mülki Prosessual Məcəllənin sadalanan maddələrinin mənasından göründüyü kimi qanunvericilikdə məhkəmənin işə baxarkən qəbul etdiyi bütün qərardadlardan şikayət verilməsi imkanı nəzərdə tutulmamışdır. Yalnız Mülki Prosessual Məcəllədə birbaşa göstərilən hallarda, həmçinin qərardad işin sonrakı hərəkətinə mane olduqda qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. İş üzrə icraatın dayandırlımaması barədə qərardaddan şikayət verilməsinin mümkünlüyü mülki prosessual qanunvericilikdə nəzərdə tutulmadığı və bu qərardad işin sonrakı hərəkətinə mane olmadığı üçün ondan şikayət verilə bilməz. Birinci instansiya məhkəməsi isə qanunvericilikdə nəzərdə tutulmamasına baxmayaraq icraatın dayandırılmaması barədə qərardaddan şikayət vermə müddəti və qaydasının izahını həmin qərardadın nəticə hissəsində göstərmiş, qərardaddan verilmiş şikayəti təmin etməyərək apelyasiya instansiyası məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi zamanı Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-524/2024 saylı 17 yanvar 2024-cü il tarixli qərardadından cavabdehlər Cavabdeh2 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və şikayət cavabdehlərə qaytarılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Həmçinin qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllədə bu kateqoriyadan olan qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmadığından, hazırki qərardaddan da kassasiya şikayəti verilə bilməz. Belə ki, Mülki-Prosessual Məcəllənin 402.2-ci maddəsində icraatın dayandırılması haqqında məsələ üzrə məhkəmə qərardadları, kassasiya şikayəti verilməsi mümkün olan qərardadlara aid edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-524/2024 saylı 17 yanvar 2024cü il tarixli qərardadından cavabdehlər Cavabdeh2 və Cavabdeh4 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət ona geri qaytarılması üçün işlə birlikdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-2466/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2466/2024
07.03.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver