Məhkəmə qərarları › İş №2(103)-247/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-247/2020

24.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-247/2020 24.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi xxxxxxxxxx katibliyi ilə, İddiaçı Ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi X1 nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(006)-4639/2018 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(006)-4639/2018 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada QSC “Bank Standart” KB-nın xeyrinə 22097.43 (iyirmi iki min doxsan yeddi manat qırx üç qəpik) manat əsas borcu, 9085.78 (doxsan min səksən beş manat yetmiş səkkiz qəpik) manat faiz borcu, 986 (doqquz səkkən altı) manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 310 (üç yüz on) manat illik faiz məbləği olmaqla cəmi 32479.21 manat pul vəsaitinin tutulması, tutma Cavabdeh1 mülkiyyətində olan və banka ipoteka qoyulmuş ipoteka predmeti olan “X7 Rover” minik markalı, qara rəngli, ban SALGA2EF9DA121588 olan **-XK-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “Bank Standart” KB-nin xeyrinə 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməmiş, onun məhkəmə prosesi barədə ümumiyyətlə xəbəri olmamışdır. Bu səbəbdən də sübutların toplanmasında iştirak edə bilməmiş və sübutları təqdim edə bilməmişdir. İddia ərizəsi ilə tələb edilən məbləğ və məhkəmə tərəfindən ödənilməsi qət edilən məbləğ kifayət qədər şişirdilmiş məbləğdir. xx.xx.2013-cü il tarixli, 1xx/xx/12464/13 saylı kredit müqaviləsi üzrə tərəfindən götürülmüş borc məbləğinin böyük hissəsi ödənilmişdir. Cüzi məbləğdə ödənilməli olan borc qalmışdır, (ödəniş qəbzlərinin hamısı sübut kimi məhkəməyə təqdim ediləcəkdir) Bundan başqa, QSC “Bank Standart” KB ilə onun arasında bağlanılmış xx.xx.2013-cü il tarixli, 1xx/xx/12464/13 saylı kredit müqaviləsi və ipoteka müqaviləsi səlahiyyəti qanunla müəyyən edilmiş şəxs tərəfindən imzalanmamışdır. Belə ki, qeyd edilən kredit müqaviləsi üzrə QSC “Bank Standart" KB -nin təmsilçisi X3 etibarnaməsi notarial qaydada təsdiq edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 şikayətin təmin edilməməsini xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında cavabdehlər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsi, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, işdən görünür ki, iddiaçı xx xxxx 2013-cü il tarixli 1xx/xx/12464/13 saylı kredit və Bank hesabı müqaviləsinə Cavabdeh1 Əlibala oğluna 24 ay müddətinə illik 18 % ödəmək şərti ilə 88900 (səksən səkkiz min doqquz yüz) manat kredit vermişdir. Məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 14708 saylı rəyindən görünür ki, Cavabdeh1 tərəfindən GSC “Bank Standart” KB-dan alınmış kredit vəsaiti üzrə xx.xx.2015-ci il tarixə banka ödənilməli olan borcu ümumilikdə 22.263,47 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 21.052,93 manat; faiz borcu üzrə 1.210,54 manat. xx.xx.2013-cü il tarixli 1xx/xx/12464/13 saylı kedit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla QSC “Bank Standart” KB-yə olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2018-ci il tarixə əsas borc üzrə 21.052,93 manat; faiz borcu üzrə 4.502,99 manat borcu müəyyən edilmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdikləri dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas deyil, lakin dəyişdirilməsi üçün əsasdır. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsas və faiz borcunun məbləği hissəsində düzgün nəticəyə gəlməmişdir. Çünki, əsas borcun 22097,43 manat, faiz borcunun isə 9085,78 manat olduğunu əsas götürmüş, cəriməni və gecikdirilmiş vaxt üçün hesablanmış faizi(cəriməni) isə azaldaraq cəmi 32479, 21 manatın tutulmasını qət etmişdir. Cərimənin və gecikdirilmiş vaxt üçün tələb edilən faizin(cərimənin) azaldılmasını iddiaçı mübahisələndirməmişdir. Ona görə də qətnamə Cavabdeh1 şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılır. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 14708 saylı rəyi ilə Cavabdeh1 müqavilə müddətinin bitdiyi tarixə 1210,54 manat faiz, xx.xx.2018-ci il tarixə isə 21.052,93 manat əsas borcunun olduğu müəyyən edilmişdir. Ekspert rəyi məhkəmə üçün məcburi deyil, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəmə kifayət qədər aydın və tam olmadığına, eləcə də əsassızlığına və ziddiyyətli olduğuna görə ekspert rəyini nəzərə almaya bilər. Lakin rəydə bu halların mövcudluğu məhkəmədə hər hansı bir şübhə doğurmamışdır. Ona görə də, ekspert rəyinin mötəbər sübut növü kimi qəbul edilməməsinin əsası yoxdur. Bununla yanaşı, apellyasiya instansiya məhkəməsi şikayətinin digər dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla cavabdehin məhkəmə iclaslarının yeri və vaxtı barədə xəbərdar edilməməsi ilə bağlı dəlilləri əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh1 işdə mövcud olan ünvanına sifarişli məhkəmə bildirişləri göndərilmişdir. Cavabdeh1 qeydiyyatda olduğu və yaşadığı ünvanda göndərilmiş bildirişlər “köçüb” və “bu ünvanda yaşamır” qeydləri qoyulmaqla geri qaytarılmışdır(bax: iş.v.44; 58). Göründüyü kimi, Cavabdeh1 da faktiki yaşadığı ünvan barədə iddiaçıya və məhkəməyə məlumat verməmişdir. Buna görə də, onun məhkəmə iclaslarında iştirak etməməsi hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. İkincisi, kredit və ipoteka müqavilələrinin səlahiyyəti qanunla müəyyən edilmiş şəxs tərəfindən imzalanmaması barədə dəlillər də əsassızdır. Çünki, iddiaçının adından həmin müqavilələri imzalamış və möhürlə təsdiq etmiş X3 etibarnaməsinin notarial qaydada təsdiq edilməsini qanunvericilik məcburi şərt kimi nəzərdə tutmamışdır. Bununla yanaşı, cavabdeh kredit almasını mübahisələndirmir. Ona görə də müqavilə səlahiyyəti olmayan şəxs tərəfindən imzalansa belə, başqa sözlə müqavilə etibarsız olsada bu hallar cavabdehin aldığı krediti qaytarmaması üçün əsas ola bilməz. Yəni, cavabdeh aldığı kredit borcunu qaytarmaq öhdəliyindən azad ola bilməz. Əks halda cavabdeh iddiaçının hesabına əsassız varlanmış olardı. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(006)-4639/2018 nömrəli qətnaməsi əsas və faiz borcunun məbləği hissəsində dəyişdirilməlidir. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab edir ki, Cavabdeh1 iş üzrə keçirilmiş ekspertiza xərci - 145(yüz qırx beş) manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.4, 387.2.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(006)- 4639/2018 nömrəli qətnaməsi əsas və faiz borcunun məbləği hissəsində dəyişdirilsin. Əsas borcun məbləği 21.052,93 (iyirmi bir min əlli iki manat doxsan üç qəpik) manat, faiz borcun məbləği 1.210,54 (min iki yüz on manat əlli dörd qəpik) manat, əsas, faiz, cərimə və gecikdirilmiş vaxt üçün hesablanmış illik faiz məbləğinin cəmi isə 23559,47 (iyirmi üç min beş yüz əlli doqquz manat qırx yeddi qəpik) manat müəyyən edilsin. Qətnamə Cavabdeh1 apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 iş üzrə keçirilmiş ekspertiza xərci - 145(yüz qırx beş) manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Tofiq Səmədov imza İkram Şirinov Düzdür: Hakim: Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar