Məhkəmə qərarları › İş №2(103)-2470/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2470/2025

28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2470/2025 28.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)-2653/2024 nömrəli qətnaməsindən İddiaçı1 və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. AN-İ seriyalı ******* nömrəli xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi Cavabdeh tərəfindən 39.000 manata İddiaçı2 satılmışdır.

2. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)- 93/2023 nömrəli qətnaməsi ilə İddiaçı2 Cavabdeh qarşı “onun və onun ailə üzvlərinin Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yerləşən 6 sot torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmaları” tələbinə dair iddiası təmin olunmamış, birləşdirilmiş iş üzrə Cavabdeh İddiaçı2 qarşı “onunla İddiaçı2 arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmişdir.

3. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh ilə İddiaçı2 arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi formal tələblərə uyğun bağlansa da, alqı-satqı müqaviləsi bağlanan zaman Cavabdeh əsl niyyəti torpaq sahəsini satmaq deyil, E.Əfəndiyevanın qızı İddiaçı1 qarşısında yaranmış borc öhdəliyinin icrasını təmin etmək olmuşdur. Belə ki, Cavabdeh alqı-satqı müqaviləsi bağlanan günə qədər İddiaçı2 tanımamış, borc münasibətləri İddiaçı2 qızı İddiaçı1 ilə Cavabdeh arasında yaranmışdır. Cavabdeh aldığı 15.000 manat borcun təminatı qismində özünə məxsus torpaq sahəsini İddiaçı2 adına rəsmiləşdirmişdir. Alqı-satqı müqaviləsində torpaq sahəsinin qiyməti İddiaçı1 təklifi ilə borc məbləğində, yəni 15.000 manat deyil, 39.000 manat göstərilmiş, həmin pul məbləği Cavabdeh verilməmişdir. Alqı-satqı müqaviləsi bağlanan zaman mübahisə predmeti olan torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədləri olmamış, İddiaçı2 sonradan fərdi yaşayış evini də öz adına rəsmiləşdirmişdir.

4. Həmin qətnamədən iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3981/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3981/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmış, həmin qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il-cü il tarixli, 2(102)-757/2024 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların xeyrinə Cavabdeh 100.000 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh birgə iddiaçılar qarşısında 109.060 manat məbləğində pul vəsaitinin qaytarılması öhdəliyini daşıyır. Qeyd edilən pul vəsaitinin tələb edilməsi əsası tərəflər arasında yekunlaşmış mülki məhkəmə mübahisəsi ilə bağlıdır. Qanuni qüvvəsini almış Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 93/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallara görə, cavabdeh tərəf birgə iddiaçılardan müxtəlif vaxtlarda hissə-hissə 109.060 manat borc pul almış, həmin məbləği qaytara bilmədiyi üçün bunun müqabilində özünə məxsus ünvan 1 ünvandakı torpaq sahəsini və yaşayış evini borcun müqabilində birgə iddiaçılardan X1 adına alqı-satqı müqaviləsi ilə rəsmiləşdirmişdir. Tələb edilən 109.060 manatın 39.000 manat məbləği həmin daşınmaz əmlaka dair xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi zamanı həmin müqavilə üzrə cavabdehə ödənilmişdir (verilmişdir). Bununla bağlı cavabdeh (notariat işində) pul vəsaitinin qəbul edilməsi ilə bağlı qəbzə imza etmişdir. Məhkəmələrin mövqeyinə əsasən, satıcı-Cavabdeh ilə alıcı- İddiaçı2 arasında Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi həqiqətdə hazırki cavabdeh X10 Hümbətovaya və İddiaçı2 olan borc münasibətlərinin pərdələnməsi məqsədi ilə bağlanmışdır. Belə olan halda həmin qərarlardan görünür ki, cavabdehin iddiaçılar qarşısında pul vəsaitinin qaytarılması öhdəlikləri yaranmışdır. Cavabdehdən iddiaçılar hazırda cəmi 109.060 manat məbləğində pul vəsaitini tələb edirlər və bununla bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə eyni vaxtda iddia ərizəsi ilə müraciət edilmişdir.

8. Cavabdeh nümayəndəsi Nümayəndə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsinin 70.060 manat (17.700 manat da daxil olmaqla) məbləğində borca münasibətdə iddia müddətinin tətbiq edilməklə təmin olunmamasını xahiş etmiş və ərizəsini belə əsaslandırılmışdır ki, 39.000 manat məbləğində pul vəsaitinin İddiaçı2 tərəfindən cavabdehə verilmədiyi artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir və hazırkı iş üzrə yenidən mübahisələndirilə və sübut edilə bilməz. Bundan başqa, iddiaçıların nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, 2020-ci ilin oktyabr ayından başlayaraq alqı-satqı müqaviləsi bağlanana qədər cavabdehə 15.000+2700+30.000+14.700 manat məbləğində pul verilmişdir. Halbuki, Cavabdeh İddiaçı1 cəmi 17.700 (15.000+2.700) manat məbləğində borc pul almış, həmin pulu da faizləri ilə birlikdə tam şəkildə İddiaçı1 qaytarmışdır. İddia tələbində göstərilən qalan məbləğlərdə borc ümumiyyətlə Cavabdeh verilməmişdir. Həmin borc məbləğlərinin alqısatqı müqaviləsində göstərilmiş 39.000 manat da daxil olmaqla Cavabdeh verilmədiyi qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir. 70.060 manat (109.060-39.000) borc hissəsində iddia tələbi iddia müddəti ötürülməklə verildiyindən, həmin tələbə iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir. Belə ki, 70.060 manat məbləğində borca daxil olan 17.700 məbləğində borcun İddiaçı1 tərəfindən cavabdehə verildiyi vaxtdan, yəni iddiaçı tərəfin bildirdiyi kimi 2020-ci ilin oktyabr ayından 3 il 7 ay keçdikdən sonra, yəni 2024-cü ilin may ayında məhkəməyə müraciət edilmiş, bununla da həmin tələb (17.700) üzrə iddia müddəti ötürülmüşdür. 17.700 manat çıxılmaqla, 70.060 manata daxil olan digər məbləğlərdə borcun tələb edilməsinə dair iddia özü-özlüyündə əsassız olduğundan və həmin pul məbləğlərinin verilməməsinə dair hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edən məhkəmə qətnamələri mövcud olduğundan rədd edilməlidir. Həmçinin, 17.700 manat çıxılmaqla, 70.060 manata daxil olan digər məbləğlərdə borc da alqı-satqı müqaviləsi bağlanan tarixə qədər verildiyi iddia edilən pul məbləğləri olduğundan və alqı-satqı müqaviləsinin bağlanmasından da 3 il 10 ay 5 gün müddət keçdiyindən, həmin tələb üzrə də iddia müddəti ötürülmüşdür.

9. Məhkəmə iclasında izahat verən İddiaçı1 nümayəndəsi və vəkili bildirmişdir ki, əslində tələb olunan borc məbləği 109.060 manatdır. 2020-ci ilin oktyabr ayından tərəflər arasında hissə-hissə borc pulun alınıb-verilməsinə başlanmışdır. Borc 56.000 manat olduqdan sonra cavabdeh əlavə olaraq 39.000 manat da borc pul istəmişdir. 39.000 manat məbləğində pulu təminat altına almaq üçün alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh İddiaçı1 15.000 manat və 2700 manat məbləğində pul aldığını etiraf edib. Həmin məbləğlər 2020-ci ilin oktyabr ayından başlayaraq verilən pullardır. İddiaçı1 Cavabdeh 17.700 (15.000+2700) manat məbləğində pul verib. İddiaçı2 Cavabdeh verdiyi 39.000 manat borc pul məbləğinə dair alqı-satqı müqaviləsi bağlanıb. Daha sonra çıxarış almaq üçün 14.700 manat pul xərclənib, çünki alqı-satqı zamanı çıxarış yox idi. Tərəflər arasındakı razılığa əsasən çıxarışın alınması üçün xərcləri İddiaçı1 ödəyəcək, Cavabdeh isə həmin xərci borc kimi qaytaracaq. 14.700 manat məbləğində pula dair sübut yoxdur, amma bu məbləğ tərəflər arasındakı danışıqlar və şahid ifadələri ilə təsdiq olunur. İddiaçı2 Cavabdeh qızı Nailənin vasitəsi ilə tanıyıb. Nailə anasından Esmiraya 39.000 manat pul verməsini xahiş etmişdir. Nailə və Nayibə bir yerdə yaşayır. 2020-ci ilin oktyabr ayından başlayaraq verilən məbləğlər 14700+15.000+2700+39.000 manatdır. Bu bildikləridir. Əlavə verilmiş borclar da vardır.

10. Məhkəmə iclasında izahat verən cavabdehin nümayəndəsi və vəkili bildirmişdir ki, iddia tələbi üzrə hər bir iddiaçının cavabdehə qarşı yönələn tələbi dəqiq şəkildə göstərilməmişdir. Alqı-satqıya qədər guya cavabdehə 56.000 manat borc pul verildiyi bildirilsə də, iddiaçıların nümayəndəsi və vəkili tərəfindən alqı-satqıya qədər verilən pul məbləğləri toplandıqda cəmi məbləğ 62.400 (15.000+2700+30.000+14.700) manat təşkil edir. Bu da 56.000 manatdan fərqli məbləğdir. Göründüyü kimi iddiaçılar alqısatqı müqaviləsi bağlanana qədər guya cavabdehə verdikləri borcun məbləğini dəqiq bilmirlər ki, bu da həmin məbləğdə borcun cavabdehə verilmədiyini təsdiq edir. Bundan başqa, sual yaranır. Cavabdeh guya aldığı 56.000 manat borcu ödəmədiyi halda, İddiaçı2 tanımadığı və ilk dəfə alqı-satqı müqaviləsi bağlanan gün gördüyü (bu hal qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir) insana (cavabdehə) 39.000 manat borc verməkdə məqsədi nə olmuşdur. İddiaçıların 39.000 manatdan daha böyük (17.000 manat artıq) məbləğ olan 56.000 manat borcu deyil, məhz 39,000 manat borcu təminat altına almaları üçün İddiaçı2 cavabdehlə alqı-satqı müqaviləsi bağlaması reallığı əks etdirmir. Həmin müqavilənin görünüş üçün bağlandığı və 39.000 manat məbləğində pul vəsaitinin cavabdehə verilmədiyi artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir və hazırkı iş üzrə yenidən mübahisələndirilə və sübut edilə bilməz. Alqı-satqı müqaviləsi torpaq sahəsi ilə bağlı bağlanmış və həmin torpaq sahəsinin çıxarışı olmuşdur. Qanunvericiliyə əsasən çıxarış olmasa idi, notariat ofisində alqı-satqı müqaviləsinin bağlanması mümkün olmazdı. Digər tərəfdən, çıxarışın alınması üçün 14.700 manat məbləğində pulun xərclənməsinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Bununla bağlı iddiaçı tərəfin sübut kimi istinad etdiyi şahid ifadələri də bir-biri ilə ziddiyyət təşkil edir. Göründüyü kimi, 14.700 manat məbləğində borcun verilməsi hissəsində iddia tələbi əsassızdır və hazırkı iddia tələbinin əsasını qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri təşkil edir. Həmin məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, “Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə dair Cavabdeh ilə İddiaçı2 arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi formal tələblərə uyğun bağlansa da, alqı-satqı müqaviləsi bağlanan zaman Cavabdeh əsl niyyəti torpaq sahəsini satmaq deyil, E.Əfəndiyevanın qızı İddiaçı1 qarşısında yaranmış borc öhdəliyinin icrasını təmin etmək olmuşdur. Belə ki, Cavabdeh alqı-satqı müqaviləsi bağlanan günə qədər İddiaçı2 tanımamış, borc münasibətləri İddiaçı2 qızı İddiaçı1 ilə Cavabdeh arasında yaranmışdır. Cavabdeh aldığı 15.000 manat borcun təminatı qismində özünə məxsus torpaq sahəsini İddiaçı2 adına rəsmiləşdirmişdir. Alqı-satqı müqaviləsində torpaq sahəsinin qiyməti İddiaçı1 təklifi ilə borc məbləğində, yəni 15.000 manat deyil, 39.000 manat göstərilmiş, həmin pul məbləği Cavabdeh verilməmişdir.

11. Məhkəmə iclasında izahat verən cavabdehin nümayəndəsi Nümayəndə qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi formal bağlanmışdır. Belə ki, müqavilədə əmlakın dəyəri kimi göstərilmiş 39.000 manat notariusun depozit hesabına daxil edilmişdir. Cavabdeh özü də orada iştirak etmiş, verdikləri sənədlərə qol çəkmişdir. Qəbzə qol çəkilsə də, pul vəsaitini cavabdeh almamışdır. Əksinə sənədləşmədən sonra İddiaçı1 ona həmin puldan yalnız 15.000 manat pulu borc olaraq vermiş, qalan 24.000 manatı isə özü götürmüşdür.

12. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 2653/2024 nömrəli qətnaməsi ilə (hakim N.N.Tağıyeva) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 2.700 manat pulun tutularaq İddiaçı1, 39.000 manat pulun tutularaq İddiaçı2 ödənilməsi, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 128 manat pulun 53 manat məbləğində hissəsinin Cavabdeh tutularaq iddiaçılara verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, İddiaçı1 və Cavabdeh arasında borc müqaviləsindən irəli gələn hüquq münasibətlərinin yaranmış olduğu hazırkı işin mübahisəsiz halı kimi qəbul edilməlidir; əvvəla bu hal qanuni qüvvədə olan məhkəmə aktları ilə təsdiq olunmuşdur. Digər tərəfdən, tərəflərin özləri də işin bu halını mübahisələndirmirlər. Tərəflər arasındakı mübahisə borcun məbləğinə dairdir; iddiaçılar borcun (xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında ödənilmiş pul vəsaiti də daxil olmaqla) 109.060 manat məbləğində olduğunu iddia etdikləri halda, cavabdehin mövqeyinə görə, iddiaçılardan İddiaçı1 alınmış 17.700 (15.000 + 2.700) manat borc faizləri ilə qaytarılmış, digər İddiaçı2 isə cavabdehə xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında 39.000 manat pul vermədiyi qanuni qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilmişdir, bütün bunlarla yanaşı iddiaçılar tərəfindən iddia müddəti ötürülmüşdür.

14. İddia ərizəsinin məzmunundan belə aydın olur ki, iddiaçıların tələb etdikləri pul məbləğinin 70.060 (109.060-39.000) manat hissəsi İddiaçı1 və Cavabdeh arasında yaranmış borc münasibətinə aiddir. Bu o deməkdir ki, hər nə qədər iddia ərizəsində açıq şəkildə göstərilməsə belə, İddiaçı1 cavabdehə 70.060 manat borc verdiyini və cavabdehin həmin məbləğləri ona ödəmədiyini iddia etməkdədir. O, bu iddiasını Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olmuş 2(003)-93/2023 nömrəli mülki iş üzrə çıxarılmış məhkəmə aktları ilə təsbit edilmiş hallar, o cümlədən həmin işdə dindirilmiş şahid ifadələri ilə sübut etməyə çalışmışdır. Cavabdeh (nümayəndəsi) isə istər sözügedən həmin məhkəmə mübahisəsi, istərsə də hazırkı işdə verdiyi yazılı ərizə və izahatlarında iddiaçıdan 15.000 və 2.700 manat borc aldığını etiraf etməklə yanaşı, həmin borcu faizləri ilə qaytardığını bildirmişdir. Bu baxımdan məhkəmənin qənaətinə görə, iddiaçıya borclu olduğunu etiraf etdiyi pul məbləğini qaytarmış olduğunu sübutetmə yükü cavabdehin üzərinə düşmüşdür. Bununla belə, cavabdeh etiraf etdiyi həmin pul məbləğini həqiqətən də iddiaçılara qaytarması barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

15. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh İddiaçı1 2.700 manat borc aldığını etiraf etsə də, borcunu qaytardığını sübut edə bilmədiyi üçün İddiaçı1 ona qarşı yönəlmiş tələbi etiraf edilən həmin hissədə əsaslıdır. İddia tələbinin etiraf edilməyən hissəsinə gəldikdə isə məhkəmənin qənaətinə görə, həmin hissədə iddia tələbi təmin edilə bilməz; çünki iddiaçı tələb etdiyi məbləğlə etiraf edilən məbləğ arasındakı fərq olan pul məbləğinin cavabdehə verildiyini təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

16. İddiaçıların əvvəlki mülki iş üzrə şahid ifadələri ilə borcun məbləğinin təsdiq edilməsi dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-93/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin aid olduğu mülki iş üzrə dindirilmiş şahidlərdən X9 və X8 ilə iş yoldaşı, X4 ilə qonşu, X2 ilə bacı olduğu müəyyən edilmişdir. Bu mənada həmin şahid izahatlarını “əsaslı şübhədən kənar” sübut kimi qəbul etmək mümkün deyildir. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

17. Cavabdehin etiraf etdiyi digər 15.000 manata gəlincə məhkəmə qeyd etmişdir ki, cavabdeh 15.000 manat borc aldığını etiraf etsə də, bu pul İddiaçı1 münasibətdə deyil, İddiaçı2 münasibətdə təmin edilməlidir. Belə ki, cavabdeh tərəfin də izahatından göründüyü kimi, alğı-satqı müqaviləsi bağlandıqdan sonra elə həmin gün də ona 15.000 manat pul verilmişdir. İşin hallarından da göründüyü kimi, pulu hətta X3 Hümbətova cavabdehə vermiş olsa belə, həmin pul faktiki olaraq İddiaçı2 məxsus olmuşdur. Belə ki, alğı-satqı müqaviləsi onunla bağlanmışdır.

18. İddia müddəti (bu müddətin keçib-keçmədiyi) irəli sürülən iddia tələbinin təmin edilib-edilməməsinə birbaşa təsir etdiyindən məhkəmə, cavabdehin iddiaya etirazının əsası kimi irəli sürdüyü həmin arqumentə (“70.060 manat borcun tutulması tələbinə münasibətdə iddia müddətinin ötürülməsi” dəlilinə) də qiymət verməyi zəruri hesab etmişdir. Qeyd olunmalıdır ki, hər hansı müddətin, o cümlədən iddia müddətinin ötürülübötürülməməsi nəticəsinə gəlmək üçün, mütləq qaydada həmin müddətin başlama, yəni müddətin axımının başlanğıc günü müəyyən olunmalıdır. Bunu, yəni müddətin axımı gününü müəyyən etmədən, hər hansı bir müddətin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək isə qeyri-mümkündür.

19. İş materiallarından aydın olur ki, İddiaçı1 cavabdehlə səmimi münasibətləri olmuş, cavabdehin özünün də etirafına əsasən o, iddiaçıdan borc almışdır. İş materiallarından həmçinin aydın olur ki, həmin borcu təmin etmək məqsədilə İddiaçı1 anası İddiaçı2 və Cavabdeh arasında sonuncunun mülkiyyətçisi olduğu Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmış, həmin əmlakla bağlı tərəflər arasında başlanmış məhkəmə mübahisəsi isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-757/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə yekunlaşmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsızlığına nail olmaqla borcunu qaytarmadığını görən iddiaçıların iddia ərizəsi isə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur.

20. Şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, İddiaçı1 3 il ərzində məhkəməyə müraciət etməyərək iddia müddətini ötürdüyü qənaətinə gəlmək işin hallarına uyğun olmamaqla ədalətli deyildir. İddiaçıların hər ikisinin yaxın qohumluq münasibətlərində olduğu (ana-bala) nəzərə alınaraq, tərəflər arasında bağlanmış müqavilənin yekun olaraq 2024-cü ildə etibarsız sayılmasına əsaslanaraq, məhkəmə hesab edir ki, iddia müddəti ötürülməmişdir.

21. İddia tələbinin İddiaçı2 aid olan “39.000 manat pulun cavabdehdən tutulması” hissəsinə gəldikdə isə, həmin tələb etibarsız hesab edilən əqd (xx.xx.2021-ci il tarixli alğısatqı müqaviləsi) üzrə alınanların (ödənilən pulun) geri qaytarılması (restitusiya) ilə bağlıdır.

22. Qeyd edildiyi kimi, İddiaçı2 və Cavabdeh arasında Bakı şəhəri 50 saylı Notariat Ofisində bağlanmış AN-İ seriyalı, ******* nömrəli xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi 39.000 manata İddiaçı2 satdığı, həmin müqavilənin qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə etibarsız hesab edilməsinə rəğmən, məhkəmənin etibarsız hesab edilən həmin əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsini həll etmədiyi hazırkı işin mübahisəsiz halıdır. Məhkəmənin sorğusu əsasında əldə edilmiş alğı-satqı müqaviləsinə dair notariat işindən də görünür ki, alğı-satqı müqaviləsinin predmeti olan torpaq sahəsinə görə 39.000 manat pul vəsaitinin notariusun depozit hesabı vasitəsilə ödənilməsi təmin edilmişdir. Cavabdehin nümayəndəsi də qeyd edilənləri mübahisəndirməmiş, bununla belə notariusun depozit hesabı vasitəsilə ödənilən həmin puldan 15.000 manatın borc olaraq cavabdehə verildiyini, qalan 24.000 manatın isə İddiaçı1 tərəfindən götürüldüyünü bildirmiş (istər Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olmuş 2(003)-93/2023 nömrəli mülki iş üzrə baş tutmuş məhkəmə iclaslarında, istərsə də hazırkı işdə verdiyi yazılı ərizə və izahatlarında), lakin iddiaya etirazının əsaslandığı həmin faktiki hallara dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

23. Bu baxımdan məhkəmə hesab etmişdir ki, İddiaçı2 qeyd edilən iddia tələbi özünün qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olaraq, tərəflərin izahatlarına nisbətdə ödəniş qəbzi daha mötəbər sübut olmaqla iş üçün mühüm əhəmiyyət kəsb edir.

24. Cavabdehin (nümayəndəsinin) “39.000 manat məbləğində pul vəsaitinin cavabdehə verilmədiyinin qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilməsi” dəlili ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır (Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). Bu baxımdan qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrində borcun məbləği ilə bağlı qeyd edilmiş hallar hazırki iş üzrə preyudisial əhəmiyyət daşıya bilməz.

25. Məhkəmə öz mövqeyini Avropa İnsan Hüquqları Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli, Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli və “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarlarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5, 375, 377.1, 382, 739.1, 739.2, 1091, 1092.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun E.Həkimovun şikayəti üzrə 03 noyabr 2008-ci il tarixli Qərarına, “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 82.3, 119.1, 233.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

26. Qətnamədən İddiaçı1 tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə İddiaçı1 iddiasının tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən məbləğin 39.000 manat hissəsi konkret olaraq digər iddiaçının İddiaçı2 məxsusdur. Həmin pul məbləği xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin rəsmiləşməsi zamanı bank vasitəsi ilə (notariusun depozit hesabı) Cavabdeh İddiaçı2 götürdüyü pul məbləğidir. Və bu işin mübahisəsiz halını təşkil edir. İddia tələbinin digər hissəsi üzrə verilən pul İddiaçı1 məxsusdur. İş materialları ilə sübut edilir ki, (əvvəli icraat üzrə mülki iş səh 156) cavabdeh etiraf etmişdir. İddiaçı1 ilə aralarındakı pul –borc münasibətləri 2020-ci ilin oktyabr ayından başlamışdır. Onu da qeyd edir ki, cavabdehin etirafında qeyd edilən borc münasibətləri alqı-satqı müqaviləsindən daha əvvəldir. Həmin iddia ərizəsi və hazırki mülki iş üzrə cavabdeh tərəfin etirafına görə İddiaçı1 götürdüyü borc məbləği 17.700 manat təşkil edir. Həmin məbləğin İddiaçı1 qaytarılmasını təsdiq edən hər hansı sübutu cavabdeh məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, məhz İddiaçı1 iddia tələbi üzrə pul məbləğinin 17.700 manat hisəəsi cavabdeh tərəfindən etiraf edilmişdir (15.000+2700). Digər məbləğlər isə İddiaçı1 tərəfindən birbaşa və şahidlərin iştirakı ilə verilmişdir. İddia 2 hissədən ibarət olmaqla, 39.000 manat hissədə İddiaçı2 aid olmaqla bu işin mübahisəsiz halını təşkil edir (alqı-satqı müqaviləsi üzrə notariat işi). Digər hissədə, İddiaçı1 aid iddia tələbi hissədə, xüsusilə cavabdehin 15.000+2.700 cəmi 17.700 manat hissəsində etirafı məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bundan başqa, cavabdeh tərəfindən etiraf edilməyən hissədə isə (İddiaçı1 məxsus pul məbləğləri hissəsində) həmin pul məbləğləri şahid ifadələri ilə təsdiq edilir.

28. Qətnamədən eyni zamanda cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar tərəfindən qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumu ödənilməmişdir. İddia ərizəsinin “xahiş edirik” hissəsində iddiaçılar 100.000 manat pul vəsaitinin Cavabdeh onların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia ərizəsindən və xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı1 tərəfindən 120 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-2653/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsində isə dövlət rüsumu kimi ödənilmiş 128 manat pulun 53 manatının cavabdehdən iddiaçıların xeyrinə tutulması qətedilmişdir. Göründüyü kimi, iddiaçılar tərəfindən iddianın qiymətinə uyğun 390 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda, 120 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçılar tərəfindən dövlət rüsumunun məbləği ilə bağlı nöqsan aradan qaldırılmadığı halda, məhkəmə iddia ərizəsini baxılmamış saxlamamış, işə mahiyyəti üzrə baxaraq qətnamə çıxarmışdır. Göstərilən hal apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmır və apellyasiya instansiyasının diqqətinə çatdırır ki, hazırkı iddia tələbinin əsasını qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri təşkil edir (Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-93/2023 nömrəli xx.xx.2023-cü il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3981/2023nömrəli xx.xx.2023-cü il tarixli qətnamələri). Hazırkı iş üzrə iddiaçıların tələbi etibarsız əqd üzrə ödənilmiş pul vəsaitinin qaytarılması ilə bağlıdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) tətbiq edilməsə də, həmin qətnamələrlə xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan Bakı şəhəri Xəzərrayonu Qala qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinin dəyəri kimi göstərilmiş 39.000 manat məbləğində pul vəsaitinin Cavabdeh verilmədiyi müəyyən edilmişdir ki, bu hal hazırkı iş üzrə qaytarılmalı olan pulun məbləğinə münasibətdə preyudisial əhəmiyyət daşıyır. Yuxarıda qeyd olunan məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi Cavabdeh İddiaçı1 aldığı 15.000 manat məbləğində pul vəsaitinin pərdələnməsi məqsədi ilə bağlanmışdır və müqavilənin predmeti olan torpaq sahəsinin dəyəri İddiaçı1 təklifi ilə 39.000 manat göstərilsə də, həmin pul vəsaiti Cavabdeh verilməmişdir. Belə olan halda, restitusiya qaydasında İddiaçı2 qaytarılmalı olan pul məbləği yalnız 15.000 manat təşkil edə bilərdi. Çünki müqavilə bağlanan gün İddiaçı1 tərəfindən Cavabdeh yalnız 15.000 manat məbləğində pul verilmiş və alqı-satqı müqaviləsi məhz 15.000 manat məbləğində borcun pərdələnməsi məqsədi ilə bağlanmışdır. 2.700 manat məbləğində pul isə daha sonra İddiaçı1 tərəfindən Cavabdeh verilmişdir. Bundan başqa, baxmayaraq ki, borc münasibətləri İddiaçı1 ilə Cavabdeharasında yaranmışdır və 15.000 manat məbləğində pul vəsaitini alqı-satqı müqaviləsi bağlanan gün Cavabdeh İddiaçı1 vermişdir, İddiaçı2 formal olsa da müqavilənin tərəfi kimi çıxış etdiyindən, restitusiya qaydasında 15.000 manat məbləğində pul vəsaiti sonuncunun xeyrinə tutula bilərdi. Alqı-satqı müqaviləsinin 15.000 manat məbləğində borcun pərdələnməsi məqsədi ilə bağlandığı və müqavilədə göstərilmiş 39.000 manat məbləğində pulun Cavabdeh verilmədiyi qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edildiyindən, həmin faktın hazırkı məhkəmə iclasında yenidən sübut edilməsi yolverilməzdir. Bundan başqa, Cavabdeh alqı-satqı müqaviləsi bağlanan gün İddiaçı1 aldığı 15.000 manat və daha sonra aldığı 2.700 manat məbləğində pul vəsaitlərini faizləri ilə birlikdə tam şəkildə sonuncuya qaytarmışdır. Tərəflər arasında şifahi borc müqaviləsi bağlandığından və borc faizlə verildiyindən, pulun alınıb-verilməsi zamanı hər hansı yazılı sənəd tərtib edilməmiş, pul vəsaitləri Cavabdeh tərəfindən nağd şəkildə İddiaçı1 qaytarılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

31. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, cavabdehin şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdə və şikayətin təmin edilməsini xahiş etdi.

32. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, cavabdehin şikayətinin təmin edilməsini xahiş etdi.

33. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçılara rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. İddiaçı1 nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, X12 Heyətinin üzvü qismində xidməti vəzifəsilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

34. Azərbayan Respublikasının Mülki Məcəlləsi Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Maddə 739.1. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.2. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

35. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı: Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir.

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

Apellyasiya baxışının hədləri

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Hazırkı işdə iddia qismən təmin olunduğundan və İddiaçı1 apellyasiya şikayətində qətnaməni iddiasının təmin edilməyən hissəsində, cavabdeh isə qətnaməni iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı2 tələbinin təmin olunan hissəsində və İddiaçı1 iddiasının təmin olunmayan hissəsində ləğv edilməli və həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı1 iddia tələbi qismən təmin edilməli, İddiaçı2 iddiası təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Belə ki, işə baxan birinci instansiya məhkəməsi hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyan məhkəmə aktlarına düzgün qiymət verməməklə səhv nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.

41. İşdən müəyyən olunur ki, İddiaçı1 ilə cavabdeh arasında borc münasibətləri olmuş, cavabdeh qaytara bilmədiyi borc müqabilində özünə məxsus daşınmaz əmakı onun anası – digər iddiaçı X1 adına alqı-satqı müqaviləsi ilə rəsmiləşdirmişdir. Qanuni qüvvəsini almış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)- 93/2023 nömrəli qətnaməsi ilə Cavabdeh və İddiaçı2 arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı satqı müqaviləsi etibarsız hesab edilmişdir.

42. İşə baxan məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh alqı-satqı müqaviləsi bağlanan günə qədər İddiaçı2 tanımamış, borc münasibətləri İddiaçı2 qızı İddiaçı1 ilə Cavabdeh arasında yaranmışdır. Cavabdeh aldığı 15.000 manat borcun təminatı qismində özünə məxsus torpaq sahəsini İddiaçı2 adına rəsmiləşdirmişdir. Alqısatqı müqaviləsində torpaq sahəsinin qiyməti İddiaçı1 təklifi ilə borc məbləğində, yəni 15.000 manat deyil, 39.000 manat göstərilmiş, həmin pul məbləği Cavabdeh verilməmişdir.

43. Kollegiya ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan qərarındakı hüquqi mövqeyə əsasən, Mülki Prosessual Məcəllənin 82.3-cü normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.

44. Göründüyü kimi, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olmuş 2(003)-93/2023 nömrəli iş üzrə tərəflər Cavabdeh və İddiaçı2dır. Deməli, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş – “borcun təminatı qismində rəsmiləşdirmiş xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsində torpaq sahəsinin qiyməti 39.000 manat göstərilmiş, həmin pul məbləği Cavabdeh verilməmişdir” - faktı Cavabdeh və İddiaçı2 arasında olan hazırki mübahisə üzrə preyudisial əhəmiyyətə malik olmasını şərtləndirir.

45. Kollegiya hesab edir ki, İddiaçı2 tərəfindən 39.000 manatın Cavabdeh verilməsi müəyyən edilmədiyindən, onun iddia tələbi təmin edilə bilməz.

46. Yuxarıda qeyd olunduğu kimi, işin müəyyən edilmiş hallarına əsasən borc münasibətləri İddiaçı1 ilə Cavabdeh arasında olmuşdur.

47. İddiaçı1 iddia tələbinə münasibətdə kollegiya qeyd edir ki, onun tərəfindən cavabdehə 15.000 manat və 2.700 manat vəsaitdən əlavə də borca pul verildiyi barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

48. İddiaçı iddia ərizəsində bildirir ki, “Qanuni qüvvəsini almış Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-93/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallara görə, cavabdeh tərəf birgə iddiaçılardan müxtəlif vaxtlarda hissəhissə 109.060 manat borc pul almış”, lakin işdə olan həmin qətnamə ilə belə halların müəyyən edildiyi müəyyən edilmir.

49. Kollegiya hesab edir ki, 2.700 manat məbləğində borcun cavabdehdən tutularaq İddiaçı1 ödənilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlsə də, qalan 15.000 manat məbləğində borcun cavabdehdən onun xeyrinə tutulması barədə iddianı təmin etməməklə səhv nəticəyə gəlmişdir.

50. Cavabdeh həm 15.000 manat, həm də 2.700 manatı borc olaraq İddiaçı1 götürdüyünü, həmin vəsaiti iddiaçıya tam qaytardığını bildirmiş, lakin bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir.

51. Kollegiya bununla bağlı onu da qeyd edir ki, iddiaçı cavabdehə 15.000 manat məbləğində vəsaiti borc versə də, tərəflər arasında bununla bağlı yazılı müqavilə rəsmiləşdirilməmişdir. Halbuki, Mülki Məcəllənin 740.2-ci maddəsinin münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyasına görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduğu hallarda borc müqaviləsi yazılı formada bağlanmalı idi.

52. Beləliklə, tərəflər arasında forma tələbinə əməl edilməyən bir əqd var və belə bir əqd mülki qanunvericiliyin tələblərinə görə etibarsızdır (əhəmiyyətsizdir).

53. İşin müəyyən edilmiş hallarına əsasən kollegiya bu nəticəyə gəlir ki, tələb olunan 15.000 manat məbləğində pulun İddiaçı1 qaytarılması iş materialları ilə sübut olunmadığından həmin vəsait də cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Belə ki, cavabdeh etibarsız əqd üzrə həmin məbləği özündə saxlamaqla əsassız varlanmış olur.

54. Kollegiya qeyd edir ki, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər.

55. Məhkəmə kollegiyası cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, borcu təmin etmək məqsədilə bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı tərəflər arasında məhkəmə mübahisəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)- 757/2024 nömrəli qərarı ilə yekunlaşmışdır. Həmin tarixdən iddiaçılar borcun qaytarılmadığı qənaətinə gəldiklərindən, iddia müddətinin axımı müqavilənin yekun olaraq 2024-cü ildə etibarsız sayılmasından başlanmış və hazırki tələb üzrə iddia müddəti ötürülməmişdir.

56. Kollegiya cavabdehin dövlət rüsumunun məbləği ilə bağlı dəlilini formal dəlil kimi qiymətləndirərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən artıq işə mahiyyəti üzrə baxılaraq yekun məhkəmə aktı qəbul edilmiş və bu hal hazırda apellyasiya məhkəməsinin səlahiyyətli məhkəmə olaraq işə apellyasiya qaydasında baxmasına maneə deyildir.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 2653/2024 nömrəli qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı1 iddia tələbi qismən təmin edilsin. Cavabdeh 15.000 manat məbləğində pul, iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun 21 manatı və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 30 manatı tutularaq İddiaçı1 ödənilsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 2653/2024 nömrəli qətnaməsi Cavabdeh İddiaçı2 xeyrinə 39.000 manat pulun tutulması hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun 76 manatı İddiaçı2 tutularaq Cavabdeh ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar