Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2477/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı cavabdeh X1 qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair Nəsimi Rayon Məhkəməsinin 2(006)-4525/2020 saylı işi üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İByə vurulmuş 1047 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə isə 1077 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı Şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh adına olan **********00020 saylı abonentin saldosu (səh.9), xx.xx.2019-cu il tarixli, ******* saylı; xx.xx.2019-cu il tarixli, ******* saylı; xx.xx.2019-cu il tarixli, ******* saylı; xx.xx.2019-cu il tarixli, ******* saylı; xx.xx.2019-cu il tarixli, ******* saylı; xx.xx.2019-cu il tarixli, ******* saylı; xx.xx.2019- cu il tarixli, ******* saylı; xx.xx.2020-ci il tarixli, ******* saylı; xx.xx.2020-ci il tarixli, ******* saylı aktlar (səh.15, 18, 20, 22, 24, 26, 27, 29, 32, 33, 35, 36, 38, 39, 41, 42), qazın alqı-satqısı barədə müqavilə (səh.5) sübut kimi təqdim edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4525/2020 saylı işi üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 252 manat borc və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 272 manat məbləğində pul alınaraq İddiaçı Azərbaycan Beynəlxalq Bankı İddiaçı Şöbəsi üzrə bank hesabına ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 448.1; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1, 139.1; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı il təsdiq edilmiş "Qazdan istifadə qaydalarının” 3.2.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 217.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı tərəfindən tələb edilən məbləğ tam olaraq deyil, ağlabatan məbləğdə tutulmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, ******* saylı aktdan və həmin akt əsasında tərtib edilmiş tələbnamədə dəymiş zərərin əvəzi 90 gün üçün hesablanmışdır. Buna baxmayaraq, xx.xx.2019-cu il tarixdən 90 gün əvvəl istehlakçı tərəfindən hüquq pozuntusuna yol verilməsi faktı aşkar edilməmişdir, qaz paylayıcısının istehlakçının hüquq pozuntusuna xx.xx.2019-cu ildən əvvəl yol verməsinə dair hər hansı sübutu məhkəməyə daxil olmamış və bu riskin daşınması iddiaçının təsir dairəsinə düşür. Belə olan halda, cavabdehdən yalnız pozuntuyadək olan son bir ay ərzində və varsa ondan sonrakı aylar üzrə sərf etdiyi qazın dəyəri tutulmalıdır. Aktlar üzrə borc tutularkən aylıq ağlabatan məbləğ olmaqla hesablanmalıdır ( yay ayları üçün 10 manat, qış ayları üçün 30 manat (bu kimi hallar evin sahəsi nəzərə alınmaqla hesablanır) olmaqla ortalama olaraq 25,20 manat ) Məhkəməyə təqdim edilmiş aktların sayı isə 11 ədəd olmaqla (1-ci akt istisna olmaqla) cəmi xx.xx.2019, xx.xx.2019,xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020 saylı aktar olmuş, qaz paylayıcısının xx.xx.2019-cu il tarixli, ******* saylı; xx.xx.2020-ci il tarixli, ******* saylı; xx.xx.2020-ci il tarixli, ******* saylı; xx.xx.2020-ci il tarixli, ******* saylı aktlar əsasında aylıq sərfiyyatı ehtimala əsaslanaraq 3 aya görə ayrı-ayrılıqda 151,20 manat və 55,40 manat hesablaması məhkəmə tərəfindən ədalətli hesab edilmir. Bütün aylara görə ortalama ağlabatan məbləğ, yəni 25,20 manat məbləğində pul cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 252 manat borc və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 272 manat məbləğində pul alınaraq İddiaçı İB-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddiaçı apellyasiya şikayəti verərək Nəsimi Rayon Məhkəməsinin 2(006)-4525/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsində qəbul olunmamış hissəsinin ləğv edilməsini, Birliyin iddia tələbinin tam təmin olunması barəsində qəbul edərək “İddiaçı" İBnin apellyasiya şikayətini təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Mülki Prosesual Məcəllənin 217.4., 385.1.1, 372, 360; Mülki Məcəllənin 386.1, 442, 445.2.1, 448.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, qeyri-qaruni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lente alınmış, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qaydalaıının pozulması haqqında" müvafiq aktlar tərtib edilmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 189-1, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279, 280, 282, 542, Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 1096, 1097.1, 1098, 1115; Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 4.1, 14.2, 39.1, 76.1, 77.1, 80- 82, 89.3, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, təmin olunan hissədə iddia tələbinə qiymət verilməsini hazırki apellyasiya şikayətinə münasibətdə apellyasiya icrahatının hədləri baxımından kollegiya yolverilməz hesab edir, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin tələbin təmin edilməyən hissəsində ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, şəxsin pozuntu törədməsi (qazın talaması) qanunvericiliklə nəzərdə tutulmuş cinayət və ya inzibati xəta əməlinin ehtimalını müəyyən etsədə müvafiq tədqiqatlar aparılmamış və qərarlar qəbul edilməmişdir. Mülki icraat qaydasında isə mötəbərliyi dayanıqlı sübutlarla təmin edilməyən tələblərə qiymət verilməsi sui-istifadəyə şərait yaradan hal kimi mülki mühakimə səlahiyyətlərindən kənardır. Kollegiya diqqətə çatdırır ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxsə aid edilməli və iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli tələb üzrə qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 372-376, 378-382, 384, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4525/2020 saylı işi üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-2477/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2477/2021
15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver