Məhkəmə qərarları › İş №2(103)-2479/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2479/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2479/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(009)-4869/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X13 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “məhkəmə qətnaməsi ilə tutulmuş borcun zamindən də tutulması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, X5, X1 və X2 Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9150/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müştərək qaydada tutulmuş 4.410 ABŞ dolları əsas borc və 1.752,2 ABŞ dolları faiz borcu olmaqla, cəmi 6.162,2 ABŞ dolları borcun və ödənilmiş 20 manat dövlət rüsumunun, həmçinin zamin Cavabdeh da İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X10 xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 22% olmaqla 24 ay müddətinə 12.730 ABŞ dolları kredit götürmüş və borcun təminatı olaraq Cavabdeh, X6 və X7 ilə xx xxxxxx 2014cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Qeyd edilən borcun tutulması tələbi ilə iddiaçı məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5988/2016 saylı, xx.xx.2016-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” İKB-nin cavabdehlər X9, X3 və X4 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər İdris Həsənovdan, Mübariz Məmmədovdan və Rauf Ağazadədən müştərək qaydada xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 4.410 ABŞ dolları əsas borc, 3.776 ABŞ dolları faiz borcu, cəmi 8.186 ABŞ dolları borc və ödənilmiş 20 manat dövlət rüsumunun iddiaçı “xxxx” İKB-nin xeyrinə tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)9150/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə cavabdeh X8 apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi “cavabdehlər X10, X6 və X2 müştərək qaydada kredit müqaviləsi üzrə 3.776 ABŞ dolları faiz borcunun (manatın ödəniş gününə olan məzənnəsi ilə) “xxxx” İKB-nin xeyrinə ödənilməsi” hissəsində dəyişdirilmiş, cavabdehlər İdris Həsənovdan, Mübariz Məmmədovdan və Rauf Ağazadədən müştərək qaydada kredit müqaviləsi üzrə 1.752,2 ABŞ dolları (manatın ödəniş gününə olan məzənnəsi ilə) “xxxx” İKB-nin xeyrinə tutulması qət edilmişdir. Borcun tutulması ilə bağlı Binəqədi Rayon Məhkəməsinə ərizə ilə müraciət edərkən texniki səhvə yol verilərək zamin Cavabdeh qarşı tələb irəli sürülməmişdir. Borclu və zaminlər xəbərdar edilməsinə baxmayaraq məhkəmə qətnaməsi ilə bankın xeyrinə tutulmuş borc məbləği bu günədək ödənilməmişdir. Bakı Apelyasiya Məhkəməsi 2(103)-9150/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə cavabdehlər İdris Həsənovdan, Mübariz Məmmədovdan və Rauf Ağazadədən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulmuş 4.410 ABŞ dolları əsas borc və 1.752,2 ABŞ dolları faiz borcu olmaqla, cəmi 6.162,2 ABŞ dolları məbləğində borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun müştərək qaydada həmçinin zamin Cavabdeh da tutulması zərurəti yaranmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(009)-4869/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “X5, X1 və X2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)9150/2017 nömrəli qətnaməsi ilə müştərək qaydada tutulmuş 4410 ABŞ dolları əsas borc və 1752,2 ABŞ dolları faiz borcu olmaqla, cəmi 6162,2 ABŞ dolları borcun və ödənilmiş 20 manat dövlət rüsumunun, həmçinin zamin Cavabdeh da İddiaçı ASC-nin xeyrinə tutulması” tələbinə dair iddiasının rədd edilməsi, kreditor “xxxx” İKB ASC (indiki İddiaçı ASC) ilə borclu X10 və zamin Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 23M-1-0-7-14 nömrəli zaminlik müqaviləsi üzrə Cavabdeh zaminliyinə xitam verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-yə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı ASC-nin nümayəndəsi X13 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(009)-4869/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi qanunsuz və əsassız olduğuna görə aşağıdakı əsaslarla ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Qətnamədən göründüyü kimi, məhkəmə iddia tələbinin zamin Cavabdeh tutulmasına dair hissəsini rədd edərkən, qeyd etmişdir ki, hazırda zamin Cavabdeh məhkəmə qətnamələri ilə borcalan və digər zaminlərdən tutulmuş borcun ödənilməsi üçün məsuliyyət daşımır. Məhkəmə Mülki Məcəllənin 477.0.4-cü maddəsini düzgün tövsif etməyərək, qətnamədə səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi mübahisəni mahiyyəti üzrə həll etmək əvəzinə, iddianı zaminə münasibətdə təmin etməmək məqsədilə qanunvericiliyin aidiyyatı olmayan normalarını uyğunlaşdıraraq qətnamədə tətbiq etmişdir. Bu səbəbdən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi MM-in müxtəlif maddələrinə istinad edərək, zaminə münasibətdə iddia tələbinin əsassız olduğunu qeyd edərək və formal mülahizələrlə həmin hissədə iddianı rədd etməklə AR MM-nin normalarını düzgün tətbiq etməmiş, nəticədə qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(009)-4869/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh İddiaçı ASC-nin nümayəndəsi İsa Hacıyev tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(009)- 4869/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə xaxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən İddiaçı ASC-nin nümayəndəsinin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X13 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası Cavabdeh izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi İsa Hacıyevin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Cavabdeh ilə “xxxx” İKB Açıq Səhmdar Cəmiyyətinin 11 saylı filialı arasında bağlanmış 23M-1-0-7-14 saylı, xx xxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, X10 ilə “xxxx” İKB Açıq Səhmdar Cəmiyyətinin 11 saylı filialı arasında bağlanmış 23M-1-0-7-14 saylı, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə İdris Həsənov tərəfindən öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə Cavabdeh məsuliyyəti üzərlərinə götürmüşlər. İş matеriallarında olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5988/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddiaçı “xxxx” İKB-nin cavabdehlər X9, X3 və X4 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər X5, X1 və X2 müştərək qaydada xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 4.410 ABŞ dolları əsas borc, 3.776 ABŞ dolları faiz borcu, cəmi 8.186 ABŞ dolları borc və ödənilmiş 20 manat dövlət rüsumunun iddiaçı “xxxx” İKB-nin xeyrinə tutulması qət edilmişdir. İş matеriallarında olan, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9150/2017 saylı, xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə cavabdeh X8 apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi “cavabdehlər X10, X6 və X2 müştərək qaydada kredit müqaviləsi üzrə 3.776 ABŞ dolları faiz borcunun (manatın ödəniş gününə olan məzənnəsi ilə) “xxxx” İKB-nin xeyrinə ödənilməsi” hissəsində dəyişdirilmiş, cavabdehlər X10, X6 və X2 müştərək qaydada kredit müqaviləsi üzrə 1.752,2 ABŞ dolları (manatın ödəniş gününə olan məzənnəsi ilə) “xxxx” İKB-nin xeyrinə tutulması qət edilmiş, qətnamə cavabdeh X9 qarşı təmin olunmuş hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmçinin zaminliyə xitam verilməsinin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəllənin 477-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa sxsə keçirildikdə; kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul eməkdən imtina etdikdə; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Odur ki, kreditor “xxxx” İKB ASC ilə zamin Cavabdeh arasında bağlanmış 23M-1-0-7- 14 saylı, xx xxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsinin müddəti xx xxxxxx 2016-cı il tarixdə başa çatdığına görə, birinci instansiya məhkəməsi həmin zaminlik müqaviləsi üzrə Cavabdeh zaminliyinə xitam verilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ASC-nin nümayəndəsi İsa Hacıyevin apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, İddiaçı ASC-nin nümayəndəsi İsa Hacıyev apelyasiya şikayətində qeyd etdiyi hallarla bağlı hər hansı sübutu apelyasiya şikayətinə əlavə etməmiş və məhkəmə iclasında iştirak edərək apelyasiya şikayətində göstərilən halları sübuta yetirə bilməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi İsa Hacıyevin apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(009)-4869/2020 saylı, xx xxxxxxx 2020-ci il tariхli qətnaməsi dəyişdirilmədən, iş üzrə verilmiş apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 403 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X13 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(009)-4869/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar