Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-248/2020 18.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Həsənovun sədrliyi və məruzəsilə, dan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi in katibliyi ilk iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İlk iddia üzrə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair ilk iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı "kredit müqaviləsinin ləğv edilməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)- 72/2018 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-72/2018 saylı 25 iyun 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, iddiaçının xeyrinə 81589 ABŞ dolları əsas, 19838,02 ABŞ dolları faiz, cəmi 101427,02 ABŞ dolları kredit borcunun ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin 30 manat məbləğində dövlət rüsumunun tutulması, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmeti olan həmin mənzilin ilkin satış qiymətinin 135000 manat məbləğində müəyyən edilərək açıq hərracdan satılması, həmin daşınmaz əmlakın satışından əldə olunmuş vəsait hesabına qeyd edilən kredit borcunun ödənilməsi, ipoteka predmeti satıldıqdan bir ay sonra Cavabdeh ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzili tərk etməsi qət edilmiş, qarşılıqlı iddia tələbi isə rədd edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı "xxxx" ASC və Cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 25 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1731/19 saylı 18 mart 2019-cu il tarixli qərarı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11327/2018 nömrəli iş üzrə 17 oktyabr 2018-ci il tarixli qətnaməsi cavabdehdən 19838,02 ABŞ dolları faiz borcunun və müvafiq olaraq ümumi borcun tutulması hissələrində ləğv edilməsi, işin həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, ilk iddianın faiz hissəsi istisna olmaqla, Cavabdeh iddiasına münasibətdə qətnaməyə kassasiya qaydasında qiymət verilmiş, Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi yalnız iddiaçının şikayətinə münasibətdə qismən təmin edilməklə, cavabdehdən 19838,02 ABŞ dolları faiz borcunun və müvafiq olaraq ümumi borcun tutulması hissəsində ləğv edilərək həmin hissədə yenidən baxılması üçün göndərildiyindən, digər hissədə isə dəyişdirilmədən saxlanıldığından məhkəmə kollegiyası tərəfindən yalnız iddiaçı "xxxx" ASC-nin kassasiya şikayətinin qətnamədəki faiz borcunun mübahisələndirilməsinə dair hissəsi yoxlanılmışdır. İddiaçı "xxxx" ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbinin artırılmasına dair ərizə bank tərəfindən 04 noyabr 2017-ci il tarixdə verilmişdir, kredit müqaviləsinin müddəti isə həmin vaxt bitməmişdi. Göründüyü kimi ekspert rəy verərkən borcun hesablanmasını 24 fevral 2017-ci il tarixədək aparmışdır, lakin 04 noyabr 2017-ci il tarixdə verilmiş iddia tələbinin həcminin artırılması barədə ərizə nəzərə alınmamışdır. Faiz borcu barədə 33232 ABŞ dollarının cavabdehdən alınaraq Banka geri qaytarılmasına dair iddianın tam olaraq təmin edilməməsi hissəsində Nəsimi Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması səbəbindən əsassızdır. İlk iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi X4 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İş üzrə digər tərəflərə məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və ya səlahiyyəli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməyin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə kollegiyası şikayətə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası, sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarındakı sübutları araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-72/2018 saylı qətnaməsi faiz borcunun tutulmasının təmin və rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona aylıq 18 faiz ödəmək şərtilə 36 ay müddətinə 89000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan başqa, "xxxx" ASC ilə müvafiq olaraq Cavabdeh arasında bağlanmış xx.xx.2015-cu il tarixli ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən 3 nömrəli mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 sentyabr 2017-ci il tarixli, 14049 saylı məhkəmə-mühasibatlıq ekspertizası rəyinə əsasən Cavabdeh 10 fevral 2015-ci il tarixli, 5715F saylı kredit müqaviləsi üzrə 24 fevral 2017-ci il tarixə 82168 (səksən iki min bir yüz altmış səkkiz) ABŞ dolları 10 (on) sent əsas, 19838 (on doqquz min səkkiz yüz otuz səkkiz) ABŞ dolları 02 (iki) sent faiz məbləğində kredit borcu olduğu müəyyən edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 04 dekabr 2017-ci il tarixli, AB-MD-11-01854 saylı maliyyə arayışına əsasən Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 24 fevral 2017-ci il tarixə 81589 (səksən bir min beş yüz səksən doqquz) ABŞ dolları əsas, 33232 (otuz üç min iki yüz otuz iki) ABŞ dolları faiz, cəmi 114821 (yüz on dörd min səkkiz yüz iyirmi bir) ABŞ dolları kredit borcu yaranmışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mübahisənin müəyyən olunmuş hallarından göründüyü kimi tərəflər arasında kredit və ipoteka müqavilələrindən irəli gələn müqavilə-hüquq münasibətləri yaranmışdır. Birinci instansiya məhkəməsi də məhz həmin müqavilə münasibətlərinə uyğun olaraq yaranmış kreditdən istifadə ilə bağlı faiz borcunun tutulmasını zəruri hesab etmişdir. Borcalan Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. O, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq ödənişlər etməli olduqları halda müəyyən miqdar ödənişlər etsə də, razılaşdırılmış müddətdə və qaydada tam ödənişlər etməmişdir, bununla da, iddiaçının müqavilədən irəli gələn tələb kimi vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da yaranmışdır. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, iddia tələbinin artırılmasına dair ərizə bank tərəfindən 04 noyabr 2017-ci il tarixdə verilmişdir, kredit müqaviləsinin müddəti isə həmin vaxt bitməmişdi. Ekspert rəy verərkən borcun hesablanmasını 24 fevral 2017-ci il tarixədək aparmışdır, lakin 04 noyabr 2017-ci il tarixdə verilmiş iddia tələbinin həcminin artırılması barədə ərizə nəzərə alınmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin göstərilən dəlili ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin artırılmasına dair ərizəni nəzərə almamış faktiki olaraq daha əvvəl verilmiş iddia tələbinə müvafiq olaraq faiz borcunu müəyyən etmişdir. Məhkəmə kollegiyası iddiaçının göstərdiyi tarixə faiz borcunun müqavilədə şərtləşdirilmiş qaydaya uyğun hesablanmasının müəyyən edilməsi ilə bağlı məhkəmə mühasibatlıq ekpertizası təyin edilmiş və Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 27 dekabr 2019-cu il tarixli, 15312 saylı ekspert rəyi ilə müəyyən edilir ki, borcalan Cavabdeh tərəfindən "xxxx" ASC-dən alınmış kredit vəsaiti üzrə xx.xx.2017-ci il tarixə banka ödənilməli olan borcu ümumilikdə 113509,66 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən, əsas borc üzrə 82168,10 ABŞ dolları, faiz borcu üzrə 31341,55 ABŞ dolları. Belə olan halda xx.xx.2017-ci il tarixə cavabdehin iddiaçı qarşısında 31341,55 ABŞ dolları məbləğində faiz borcunun müəyyən olunduğu aşkardır. İddaçı isə faktiki olaraq iddia tələbində həmin tarixə 33232 ABŞ dolları məbləğində borcun yarandığını göstərmiş olsa da bununla bağlı möhtəbər sübutlar təqdim olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mühasibatlıq ekspertizası məhz iddiaçının təqdim etdiyi sənədlər əsasında həyata keçirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin faiz borcunun tutulması və faizin digər hissəsinin tutulmasının rədd edilməsi hissəsində ləğv olunmalı və məhz ekspertiza rəyi ilə müəyyən olunmuş 31341,55 ABŞ dolları faiz məbləği daha möhtəbər hesab edilərək həmin məbləğ həddində cavabdehin öhdəlik daşıması müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 372, 382, 384.0.2, 390, 392, 393, 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İlk iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-72/2018 saylı qətnaməsi cavabdehdən 19838,02 ABŞ dolları faiz borcunun tutulması, qalan hissədə faiz borcunun tutulmasının rədd edilməsi, ümumi borc məbləğinə aid hissəsində ləğv edilsin. Həminhissədəiddiaqisməntəminolunsun. Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 31341,55 ABŞ dolları məbləğindəfaizborcututulsun. Ləğvolunmuşqalanhissədəiddiatəminolunmasın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pul vəsaitinin 100 manatı Cavabdeh, 45 manatı "xxxx" ASC –dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Hakimlər imzalar: Əsli ilə düzdür Hakim:
Məhkəmə qərarları › İş №2(103)-248/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-248/2020
18.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver