Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2480/2022 21.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2760/2014 saylı, 08 oktyabr 2014-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2760/2014 saylı, 08 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilərək Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 26536 (iyirmi altı min beş yüz otuz altı) ABŞ dolları 57 (əlli yeddi) sent məbləğində əsas, 1914 (bir min doqquz yüz on dörd) ABŞ dolları 80 (səksən) sent cərimə borcu olmaqla, cəmi 28670 (iyirmi səkkiz min altı yüz yetmiş) ABŞ dolları 46 (qırx altı) sent məbləğində borc pulun ödəniş günü Azərbaycan manatı məzənnəsinə uyğun olaraq və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin tutularaq "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürülməsi; tutmanın ipoteka predmeti olan ** VL *** dövlət nömrə nişanlı “Kia Sorento” minik markalı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cəmi 28670 (iyirmi səkkiz min altı yüz yetmiş) ABŞ dolları 46 (qırx altı) sent məbləğində borc pulun ödəniş günü Azəbaycan manatı məzənnəsinə uyğun olaraq və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin tutularaq "xxxx"(Azərbaycan) ASC-nin hesabına köçürülməsi; ipoteka predmetinin satışından əldə edilmiş məbləğdən iddiaçıya borc tam ödənildikdən sonra artıq qalan məbləğin Cavabdeh2 qaytarılması qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdilər. Apellyasiya instansiya məhkəməsi, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci və 363.1.5-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiyası məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Apellyasiya şikayəti MPM-in 361-ci maddəsinin tələblərinə riayət edilmədən, o cümlədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən qaytarılmalıdır. Bundan başqa, işdən görünür ki,(bax.i.v.153)məhkəmə Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinə baxılmasını 28 dekabr 2021-ci il tarixə saat 11:40 təyin etmiş, lakin həmin bildirişin iddiaçıya həqiqətən göndərildiyi təsdiq olunmur. Demək, məhkəmə bu ərizəyə iddiaçının xəbəri və nümayəndəsinin iştirakı olmadan, ərizəyə münasibətini öyrənmədən baxmışdır. Bundan əlavə, qətnamənin çıxarılmasından 7 ildən artıq müddət keçməsi işdən bəlli olur. Bu müddət ərzində cavabdehlərin qətnamədən həqiqətən məlumatsız olmaları aydınlaşdırılmamışdır. Bu halın dəqiqləşdirilməsi zəruri və vacib idi. Bunun üçün, məhkəmə tərəfindən qətnamənin icra vəziyyəti yoxlanmalı, yəni cavabdehlərin barəsində icra sənədinin icrası ilə əlaqədar məcburi icra tədbirlərinin keçirilib-keçirilməməsi, bu tədbirlərlə əlaqədar onların məhkəmə qətnaməsindən nə vaxt məlumatlı olub-olmamaları və.s məsələlər dəqiq müəyyənləşdirilməli idi. Çünki, 7 ildən artıq bir müddətdə qanuni qüvvəsni almış məhkəmə aktının yenidən əsassız, hüquqdan sui-istifadə edilməklə mübahisələndirilməsi yolverilməzdir. Bu cür hallar dövlətin adından çıxarılmış və qanuni qüvvəsini almış məhkəmə aktlarının sabitliyinə, dayanıqlığına və dəyişməzliyinə inamı və güvəni sarsıdır. Nəticədə məhkəmə hakimiyyətinin nüfuzuna xələl gəlir. Ona görə də qeyd olunan hallar, yəni cavabdehlərin həqiqətən də 7 ildən artıq bir müddətdə mübahisələndirdikləri qətnamədən həqiqətən məlumatsız olub-olmaması dəqiq müəyyən edilməli, bunun üçün icra işi tələb edilərək öyrənilməli, ərizəyə iddiaçının nümayəndəsinin iştirakı ilə baxılmalı və nəticəsindən asılı olaraq əsaslı və qanuni məhkəmə aktı qəbul edilməidir. Apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2760/2014 saylı, 08 oktyabr 2014-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 74, 361, 363, 366, 400, 402- 407-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2760/2014 saylı, 08 oktyabr 2014-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2480/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2480/2022
21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver