Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2484/2025 16.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2484/2025 (Açar sözlər: alimentin artırılması, əlavə xərc) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması və əlavə xərclər» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-261/2025 saylı, 22 yanvar 2025ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 16 aprel 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər 26 yanvar 2020-ci il tarixdə nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Tərəflərin birgə nikahından bir övladları – xx.xx.2022-ci il təvəllüdlü X6 doğulmuşdur. Yetkinlik yaşına çatmayan uşaq hazırda iddiaçının himayəsindədir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı «alimentin artırılması və əlavə xərclər» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdeh olan Cavabdeh ilə rəsmi nikahdan olan xx.xx.2022-ci il təvəllüdlü X6 adlı bir nəfər uşağın saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq bir uşağın saxlanılması üçün hər ay 800 manat aliment tutularaq ona verilməsi və uşağın aylıq müayinə və müalicə xərcləri üçün hər ay 300 manat əlavə xərclərin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbinə dəqiqləşmə verərək, cavabdeh olan Cavabdeh ilə rəsmi nikahdan olan xx.xx.2022-ci il təvəllüdlü X6 adlı bir nəfər uşağın saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq bir uşağın saxlanılması üçün hər ay 800 manat aliment tutularaq ona verilməsi və uşağın müayinə və müalicə xərcləri üçün hər ay 300 manat əlavə xərclərin cavabdehdən alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, hazırki iş üzrə Cavabdeh ilə xx.xx.2020ci il tarixində nikaha daxil olmaqla ailə qurmuşdur. Rəsmi nikahdan xx.xx.2022-ci il təvəllüdlü X6 adlı bir nəfər uşağı anadan olmuşdur. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(005)-3544/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş və rəsmi nikahdan xx.xx.2022-ci il təvəllüdlü X6 adlı bir nəfər uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh əmək haqqının 1/4 hissəsində aliment və uşağın üç yaşına çatana kimi 50 manat alınaraq ona (iddiaçı X5) verilməsi qət edilmişdir. Qeyd edir ki, uşaq hal-hazırda onun himayəsindədir. Bildirir ki, uşaq böyüyür və uşaq böyüdükcə onun təhsil, təlim, müayinə, müalicə, gediş-gəliş xərcləri artır. Bu ödənişlərin onun tərəfindən tək həyata keçirilməsi çətinliklər yaradır. Cavabdeh isə əvvəlki laqeydliyini qoruyaraq üzərinə düşən öhdəliyi icra etmir. Tərəfindən işin sülh yolu ilə həll edilməsi məqsədi ilə mediasiya təklifi və müraciəti olmuş, lakin cavabdeh işin sülh yolu ilə həll edilməsinə razılıq verməmişdir. Məhkəmə qaydasında olmadan aralarında olan mübahisənin həll edilməsi mümkün deyildir.
5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-261/2025 saylı, 22 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakim Qamət Əbilov) iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-3544/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının dəyişdirilərək aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay 2024-cü il üçün müəyyən olunmuş minimum əmək haqqının məbləğinin 0,72 misli həddində sabit pul məbləğində alimentin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34cü maddələri, Azərbaycan Respublikası Ailə Məcəllənin 75.1, 75.4, 76.1.1, 76.2, 78.1, 78.2, 112.1-ci maddələri, “Uşaq Hüquqları haqqında” AR Qanunun 8,13 və 19-cu maddələri, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, o, hazırda maddi təminat baxımından ciddi problemlərlə üzləşməkdədir. Həmçinin himayəsində olan övladının hazırda xəstəlikdən əziyyət çəkməsini və bununla əlaqədar əlavə xərclər yaranmasına birinci instansiya məhkəməsi obyektiv qiymət verməyərək, iddia tələbinin əlavə xərclər hissəsində təmin edilməməsi qənaətinə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
11. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
12. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
13. Maddə 34. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikası Ailə Məcəlləsi
14. Maddə 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar.
15. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
16. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
17. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:
18. Maddə 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;
19. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
20. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
21. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
22. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.
23. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.
24. Maddə 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.
25. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
26. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
27. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
32. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Hazırki apelyasiya baxışının predmetini qətnamənin iddianın təmin edilməyən hissəsi təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, əlavə xərclərin tutulması hissəsində ləğv edilib, iş üzrə yeni qətnamə qəbul olunmalıdır.
37. Belə ki, iş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3544/2023 xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək,İddiaçı ilə Cavabdeh arasında 4 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 194 nömrəli akt qeydi ilə tərtib olunmuş xx.xx.2020-ci il tarixli nikah pozulması, İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X6 İddiaçı himayəsində saxlanılması, Cavabdeh xx.xx.2023-cü il tarixdən etibarən İddiaçı ilə Cavabdeh birgə nikahından olan xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh əmək haqqının 1⁄4 hissəsində aliment və uşağın üç yaşına çatana kimi 50 manat alınaraq İddiaçı ödənilməsi və mediatora ödənilmiş 50 manat məbləğində rüsum və 50 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməsi, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməsi qət edilmişdir.
38. 4 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 707742 nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
39. Həmçinin iş materiallarında olan və tədqiq edilmiş məcburi köçkün vəsiqəsindən görünür ki, Fərəcova X7 rayonundan məcburi köçkündür.
40. Kollegiya ilk növbədə apelyasiya şikayətinin alimentin artırılmasına dair iddianın bütövlükdə təmin edilməsinə dair hissəsinə münasibətdə bildirir ki, birinci instansiya məhkəməsi haqlı olaraq işin diqqətəlayiq hallarını, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 saylı qərarını rəhbər tutaraq Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay 2024cü il üçün müəyyən olunmuş minimum əmək haqqının məbləğinin 0,72 misli həddində sabit pul məbləğində alimentin tutulması qənaətinə gəlmişdir.
41. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il 15 nömrəli qərarının “8.4-1-ci bəndinə görə, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).
42. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının rayon (şəhər) və apellyasiya məhkəmələrinə ünvanlanmış xx.xx.2025-ci il tarixli icmal məktubuna əsasən aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir.
43. İş materiallarından göründüyü kimi hazırki iş üzrə iddia ərizəsi 2024-cü ildə məhkəməyə təqdim olunmuşdur. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2024-cü il üçün ölkə üzrə minimum əmək haqqı 345 manat olmuş, hazırda birinci instansiya məhkəməsinin də işin yuxarıda qeyd edilən diqqətəlayiq hallarını nəzərə alaraq təyin etməyi məqsədəmüvafiq hesab etdiyi məbləğ 248 manat təşkil etmişdir.
44. Bu halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarındakı mövqeyi də nəzərə alaraq hesab edir ki, xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-3544/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay 2024-cü il üçün müəyyən olunmuş minimum əmək haqqının məbləğinin 0,72 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.
45. Hər ay 300 manat məbləğdə əlavə xərcin tutulmasına dair apelyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi barədə mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə uşağın xəstəliyi ilə bağlı mötəbər sübut təqdim edə bilmədiyindən, iddia tələbi həmin hissədə təmin oluna bilməz.
46. Kollegiya bu mövqe ilə razılaşmayaraq qeyd edir ki, AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 13 saylı rəyindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü 17 nömrəli uşaq poliklinikasında qeydiyyatda olan X6 “MSS-nin dəqiqləşdirilməmiş zədələnməsi, affektiv-respirator paroksizmlər” diaqnozu ilə poliklinikada dispanser nəzarətindədir. Mütəmadi müalicəyə və ananın qulluğuna ehtiyacı vardır. Bununla əlaqədar olaraq anası, İddiaçı uşağa qulluğa görə 1 il müddətində işdən ayrılmaqla ödənişsiz məzuniyyətə buraxılması və uşağa bilavasitə qulluq etməsi məqsədəuyğun hesab edilir.
47. ünvan 1 ünvanında yerləşən “Mələklər” uşaq bağçasından daxil olan bildirişdən görünür ki, X6 xx.xx.2023-cü il tarixdən mütəmadi olaraq, dərsləri buraxır. X2 nitq qüsuru və nevroloji problemli olması xx.xx.2024-cü il tarixdə loqoped tərəfindən təsdiqlənmişdir. Hazırda problemlə əlaqədar 4 aydır ki, seanslara uşaq cəlb olunmuşdur.
48. İş materiallarındakı yuxarıda adı çəkilən xx.xx.2025-ci il tarixli 13 saylı rəyindən və ünvan 2 ünvanında yerləşən “Mələklər” uşaq bağçasından daxil olan bildirişdən də göründüyü kimi X6 bir sıra diaqnozlarla xəstəlikdən əziyyət çəkir və bununla əlaqədar müalicə almaqdadır.
49. Qanunvericiliyin tələblərindən irəli gəldiyi kimi, arvadın keçmiş ərdən aliment (əlavə xərcin) tələb etməsi bir-neçə şərtin – xüsusilə nikahın pozulmuş və keçmiş ərin zəruri vəsaitə malik, eləcə də keçmiş arvadın maddi vəziyyətinin ona bunu tələb etməyə haqq qazandıracaq qədər aşağı olmasının mövcudluğundan asılıdır. Yəni aliment (əlavə xərc) tələb olunan keçmiş ərin gəlirləri, qazancı elə həddə olmalıdır ki, onun və ailəsinin minumum dolanışığını təmin etsin, eyni zamanda keçmiş arvada bu gəlirdən aliment tutmaq mümkün olsun, həmçinin keçmiş arvad işləmədiyi və uşağa baxdığı üçün müstəqil qazanca sahib olmasın. Hazırkı işin hallarından da aydın olur ki, həmin şərtlər mövcuddur.
50. Buna görə də məhkəmə hesab edir ki, apelyasiya şikayəti uşağa görə tələb edilən əlavə xərclərə görə hissəsində hüquqi cəhətdən əsaslı olsa da, həcminə görə qismən əsaslıdır.
51. Belə ki, nəzərə alınmalıdır ki, hazırda iş materiallarından da görünür ki, cavabdehin rəsmi əmək fəaliyyəti ilə məşğul olmasına dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Eləcə də iddiaçının da əmək qabiliyyətli olması hazırki iş üzrə tərəflər arasında müəyyən olunacaq öhdəliyin adekvat olmasını səciyyələndirir. Odur ki, məhkəmə bu hissədə əlavə xərc qismində tutulmalı məbləğin 40 manat həcmində müəyyənləşdirilməsini ədalətli və ağlabatan hesab edir.
52. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, iddiaçının xeyrinə tutulmalı əlavə xərcin məbləği 40 manat həcmində müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
53. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
54. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
55. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
56. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
57. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-261/2025 saylı, 22 yanvar 2025-ci il qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X3 görə əlavə xərc qismində 40 (qırx) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev