Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2486/2025 06.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh X10 qarşı mülki iş üzrə (açar sözlər: alimentin miqdarının azaldılması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı Cavabdeh və onun nümayəndəsi (qardaşı) X2, Cavabdeh X7 iştirakı ilə, İddiaçı Cavabdeh X10 qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 217/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-969/2023 saylı qətnaməsinə əsasən, X8 Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında saxlanılması və aliment” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh ilə X14 arasında xx.xx.2010-cu il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində 295 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 X8 himayəsində və yanında saxlanılmaları, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə hər ay 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq X11 ödənilməsi, alimentin tutulmasının 15 fevral 2023-cü il tarixdən hesablanması, alimentin tutulmasına dair hissədə qətnamənin dərhal icra edilməsi, X8 azad olunduğu, ödənilməmiş 50 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, 120 manat ekspertiza xərcinin Cavabdeh tutularaq müvafiq hesaba köçürülməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-969/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının artırılaraq Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “aliment miqdarının azaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-969/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının azaldılaraq xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)-217/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair ilk iddiası Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-969/2023 saylı qətnaməsi ilə onunla İddiaçı arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 İddiaçı himayəsində və yanında saxlanılmaları, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan İddiaçı xeyrinə hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ondan tutulan alimentin məbləğinin artırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirir ki, yuxarıda qeyd olunan qətnamə qəbul edilən zaman o, heç bir yerdə işləməmişdir, bu səbəbdən də, sabit pul məbləğində aliment müəyyən edilmişdir. Hazırda o, xx.xx.2024-cü il tarixdən divar örtüklərinin topdan satış mağazasında satıcı vəzifəsində işləyir, əmək haqqı 450 manatdır və həmin puldan da 42,25 manat vergi tutulur. Aldığı əmək haqqının demək olar ki, hamısı alimentə yönəldilir. Bildirir ki, uşaqları saxlamaq bir valideyn kimi hər ikisinin vəzifəsidir. Onun 407,75 manat əmək haqqı aldığı halda 600 manat aliment ödəməsi mümkün deyil. Bu, onun maddi vəziyyətinin daha da ağırlaşmasına səbəb olur. Bundan artıq aliment ödəməyə imkanı yoxdur və əmək haqqı olduğundan aliment onun əmək haqqına yönəldilməlidir. O, özü məcburi köçkündür və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 400 manat pulu ödəməkdə çətinlik çəkir. Əmək haqqının 1/3 hissəsi 150 manat təşkil edir. Lakin o, cəmi 150 manat deyil, iki uşağa görə 300 manat aliment ödəməyə razıdır. Bu isə əmək haqqının 2/3 hissəsini təşkil edir. O, rəsmi qaydada işləyir, aldığı əmək haqqının 2/3 hissəsini qarşılıqlı iddia üzrə cavabdehə ödəməyə razıdır. Lakin 450 manat əmək haqqı olduğu və başqa qazancı olmadığı təqdirdə ondan 600 manat aliment tutulması absurddur. O, ilk iddia ərizəsində tələb olunan məbləğdə 600 manat alimenti ödəyə bilməsə, barəsində inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur. Bu halda o, işini də itirəcək və hazırda müəyyən edilmiş məbləğdə olan alimenti də ödəyə bilməyəcəkdir. O, işləyir və 450 manat əmək haqqı alır. İddiaçının da məqsədi onu çıxılmaz vəziyyətə salmaqdır. Qanunvericiliyin tələbinə görə məhkəmə aliment təyin edərkən hər iki tərəfin maddi vəziyyətini nəzərə almalıdır. Həmçinin qarşılıqlı iddia üzrə cavabdeh özü də 17 saylı xüsusi təyinatlı körpələr evi uşaq baxçasında dayə işləyir və 500 manatdan çox əmək haqqı alır. Onun rəsmi işləməsi elektron məhkəmə sistemi vasitəsi ilə görünür. Bunu məhkəmə sorğu edib görə bilər. Bundan əlavə, qarşılıqlı iddia üzrə cavabdeh birgə nikah dövründə lazer aparatı almış və səyyar qaydada həmin xidməti göstərərək müəyyən məbləğdə gəlir əldə edir. Uşaqları saxlamaq hər iki valideynin borcudur. O, gəlirindən artıq aliment ödəyə bilmir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)-217/2025 nömrəli qətnaməsi ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “aliment miqdarının azaldılması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, təqdim olunmuş sənədlərdən və qarşılıqlı iddia üzrə iddiaçının izahatından göründüyü kimi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-969/2023 saylı qətnaməsi ilə təyin edilmiş miqdarda alimentin azaldılması tələbi ilə yalnız məhkəməyə İddiaçı tərəfindən məhkəməyə alimentin artırılması tələbinə dair iddia ərizəsi təqdim olunandan sonra müraciət edilmişdir. Məhkəmənin qənaətinə (daxili inamına) görə, hazırki iddia tələbi Cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə aktı üzrə alimenti ödəmək iqtidarında olmaması ilə bağlı olmayıb, İddiaçı iddia tələbinə əks tələbin irəli sürülməsi xarakterlidir. Əgər Cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təyin edilmiş alimenti Ailə Məcəlləsinin 112.1-ci maddəsində sadalanan səbəblərdən dolayı ödəməkdə çətinlik çəksəydi İddiaçı tərəfindən məhkəməyə alimentin artırılması tələbinə dair iddia ərizəsi təqdim olunandan sonra deyil, xeyli öncədən müraciət edilərdi. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı Cavabdeh apellyasiya şikayəti verərək Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-969/2023-cü il nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılaraq xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiṣ etmişdir. Apellyasiya ṣikayəti onunla əsaslandırılır ki, İddiaçı məhkəməyə alimentin tələbinin artırılması barədə iddia ərizəsi ilə müraciət edərək Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-969/2023 cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq ondan xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 300 manat, iki uşağa görə cəmi 600 (altı yüz) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O isə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarxli 2(002)-969/2023 cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı azaldılaraq xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaсı üçün hər ay bir uşağa görə 150 manat, iki uşağa görə 300 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılması üçün qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini geri götürdüyündən iddia tələbi baxılmamış saxlanılmış, onun tələbi isə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-217/2025 saylı qətnaməsi ilə təmin edilməmişdir. Məhkəmə qətnaməsi ilə razı deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Həmin qərarın 8.13-cü bəndində qeyd edilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin qərarın 8.14-cü bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsi ilə göstərilmiṣdir ki, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bildirir ki, qətnamə qəbul edilən zaman o heç bir yerdə işləməmiş və bu səbəbdən də aliment sabit pul məbləğində müəyyən edilmişdir. Hazırda o, xx.xx.2024-cü il tarixdən divar örtüklərinin topdan satş mağazasında satıcı vəzifəsində işləyir, əmək haqqı 450 manatdır və həmin puldan da 42,25 manat vergi tutulur. Aldığı əmək haqqının demək olar ki, hamısı alimentə yönəldilir. Bildirir ki, uşaqları saxlamaq bir valideyn kimi hər ikisinin vəzifəsidir. O, məcburi köçkündür və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 400 manat pulu ödəməkdə çətinlik çəkir. Əmək haqqının 1/3 hissəsi 150 manat təşkil edir. Lakin o, cəmi 150 manat deyil, iki uşağa görə 300 manat aliment ödəməyə razıdır. Bu isə əmək haqqının 2/3 hissəsini təşkil edir. O, rəsmi qaydada işləyir, aldığı əmək haqqının 2/3 hissəsini iddiaçıya ödəməyə razıdır. Qanunverciliyin tələbinə görə məhkəmə aliment təyin edərkən hər iki tərəfin maddi vəziyyətini nəzərə almalıdır. Həmçinin iddiaçı özü də 17 saylı xüsusi təyinatlı körpələr evi uşaq baxçasında dayə işləyir və 500 manatdan çox əmək haqqı alır. Onun rəsmi işləməsi "Elektron Məhkəmə" sistemi vasitəsi ilə görünür. Bundan əlavə iddiaçı birgə nikah dövründə lazer aparatı almış və səyyar qaydada həmin xidməti göstərərək müəyyən məbləğdə gəlir əldə edir. Uşaqları saxlamaq hər iki valideynin borcudur. O, gəlirindən artıq aliment ödəyə bilmir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunun bu tələbinə əsasən məhkəmə İddiaçı əmək haqqı aldığını nəzərə almamışdır. O, məcburi köçkündür və məhkəmə qətnaməsi ilə müyyən edilmiş 400 manat pulu ödəməkdə çətinlik çəkir. Əmək haqqının 1/3 hissəsi 150 manat təşkil edir. Lakin o, cəmi 150 manat deyil, iki uşağa görə 300 manat aliment ödəməyə razıdır. Bu isə əmək haqqının 2/3 hissəsini təşkil edir. O, rəsmi qaydada işləyir, aldığı əmək haqqının 2/3 hissəsini iddiaçıya ödəməyə razıdır. Onun aylıq əmək haqqı 450 manatdır və bundan artıq heç bir gəliri yoxdur. Heç bir əmlakı, eləcə də avtomobili yoxdur. Siqaret çəkmir, içki içmir və heç bir pis vərdişi yoxdur. Qarşı tərəf onun maddi imkanının olmadığını bilərək alimentlə onu çıxılmaz vəziyyətə salmaq istəyir. Keçmiş həyat yoldaşı işə daxil olandan sonra, gəlir əldə etməyə başladıqdan sonra özü boşanma tələbi ilə məhkəməyə müraciət edib. Hazırda 500 manatdan çox əmək haqqı alır. Eləcə də birgə nikah dövründə əldə etdiyi lazer aparatı ilə gəlir əldə edir. Onun isə aldığı əmək haqqından başqa heç bir gəliri yoxdur. Məhkəmə aliment tələbini təmin edərkən onun maddi və digər vəziyyətlərini nəzərə almamışdır. Onun hər hansı maddi imkana malik olduğuna dair iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin müəyyən etdiyi 400 manat məbləğdə alimenti o heç cürə ödəyə bilmir. Hazırda o, xx.xx.2024-cü il tarixdən divar örtüklərinin topdan satş mağazasında satıcı vəzifəsində işləyir, əmək haqqı 450 manatdır və həmin puldan da 42.25 manat vergi tutulur. Aldığı əmək haqqının demək olar ki, hamısı alimentə yönəldilir. Bildirir ki, uşaqların saxlamaq bir valideyn kimi hər ikisinin vəzifəsidir. O, 407,75 manat əmək haqqı aldığı halda hamısını alimentə ödəyir. Bu onun maddi vəziyyətinin daha da ağırlaşmasına səbəb olur. Məhkəmə uşaqların minumum yaşayış səviyyəsini nəzərə alsa da, onun yaşayış vəziyyətini nəzərə almamışdır. Bu isə onun hüquqlarını pozur. O, işləyir və 450 manat əmək haqqı alır. Qanunverciliyin tələbinə görə məhkəmə aliment təyin edərkən hər iki tərəfin maddi vəziyyətini nəzərə almalıdır. İşləyir və aldığı əmək haqqı 450 manatdır. Yüksək gəlirli iş olsaydı işləyib çox da verərdi. Lakin bugünkü gündə aldığı əmək haqqı budur. Burdan da işdən çıxsa o halda alimenti heç ödəyə bilməyəcəkdir. İşləməsi üçün isə yol puluna, yemək puluna ehtiyacı vardır. Məhkəmə isə bunları heç nəzərə almır. İdddiaçı alimentin artırılması tələbini geri götürərək yeni qanunverciliyə uyğun olaraq indeksasiya barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə də alimenti indeksasiya edərək hər uşağa görə 248 manat aliment təyin etmişdir ki, bu onun vəziyyətini daha da çıxılmaz etmişdir. Ona görə də Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-969/2023-cü il nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılaraq xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 150 manat, iki uşağa görə 300 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsi xahiṣ olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-969/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının artırılaraq Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Quluyev X1 Xavər Akif qızına qarşı “aliment miqdarının azaldılması” tələbi ilə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-969/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının azaldılaraq xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-217/2025 saylı qətnaməsi ilə, qarşılıqlı iddia təmin edilməmişdir. Cavabdeh həmin qətnamənin qarşılıqlı iddianın təmin edilməməsi hissəsindən apellyasiya şikayəti vermişdir. İddiaçı Cavabdeh ilə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X12 adlı uşaqları olmuşdur. İddiaçı ilə Cavabdeh arasında olan nikahları məhkəmədə pozulmuş və məhkəmə qərarı ilə uşaqlar ananın himayəsinə verilmişdir. Bildirir ki, uşaqların hər ikisinin də səhhəti yaxşı deyil. Buna görə də, uşaqları ayda bir neçə dəfə həkimə aparır. Həkim qəbulu və həkimin yazdığı müalicələri davam etdirmək üçün hər ay təqribi 500-700 manat civarında pul xərcləyir. Bununla yanaşı birgə nikah dövründə ailədə yaşanan gərginliklərə görə övladı xx.xx.2011-ci il təvəllüdlü X4 psixoloji sarsıntılar keçirmişdir. Buna görə də, övladı X9 əlavə olaraq psixoloq yanında da müalicə alır. Uşaqların hər ikisi orta məktəbdə təhsil alır. Uşaqların hər ikisi daha yaxşı təhsil almaları, bilik və bacarıqlarını daha yaxşı inkişaf etdirmələri üçün ödənişli hazırlıq kurslarına gedirlər aylıq xərcləri 350 manat təşkil edir. Onu da qeyd edir ki, bütün bunlarla yanaşı olaraq evi olmadığı üçün aylıq 550 manat kirayə qalmaları dolanışıqlarını daha da çətinləşdirir. Azərbaycan Respulikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)-217/2025 nömrəli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi (qardaşı) X6 apellyasiya şikayətini müdafiə edib, şikayətinin məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə cavabdeh X15 apellyasiya şikayətinə etiraz edib, şikayətə qarşı təqdim etdiyi etirazının məzmununa uyğun izahat verib, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 58.2.Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Maddə 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı: Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarı: Bənd 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bənd 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Bənd 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 112.1.3. İddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə qarşılıqlı iddia təmin olunmadığından, apellyasiya şilkayətinin məzmununa əsasən, qarşılıqlı iddia üzrə iddiaçı qətnamənin bütövlükdə ləğv edilərək iddianın təmin edilməsini xahiş etdiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, ailə qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən alimentin sabit pul məbləğində və ya AM-in 76-cı maddəsinə uyğun olaraq aliment ödəməli olan şəxsin qazancının (gəlirin) müəyyən hissəsi kimi tutulması uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə mümkündür. Mülki iş üzrə tədqiq olunan sübutlardan müəyyən olunur ki, yetkinlik yaşına çatmayanların saxlanması üçün müəyyən olunan yaşayış minimumundan aşağı həddə aliment ödəyən iddiaçı aliment təyin edildikdən sonra rəsmi qaydada işləməyə başlamış, təkrar nikaha daxil olmuşdur. Kollegiya qeyd edir ki, rəsmi qaydada işləməsi, təkrar nikaha daxil olması iddiaçının gəlirlərinin azalmasını deyil, əksinə artmasını təsdiq edən haldır ki, bu da təyin olunan alimentin azaldılması üçün əsas ola bilməz. Göstərilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur, bu səbəbdən də, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamə ilə iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-217/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2486/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2486/2025
06.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver