Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2493/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehlər Cavabdeh3, X5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh7, Cavabdeh5 və onun nümayəndəsi və vəkili X2 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8709/2016 saylı, 14 oktyabr 2016-cı il tarixli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "İddiaçı" ASC cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8709/2016 saylı, 14 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6, X1 və Cavabdeh2 müştərək qaydada İddiaçı-nin xeyrinə 23783,55 ABŞ dolları məbləğində əsas kredit borcu, 3128,40 ABŞ dolları məbləğində faiz borcu, 1000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 27911,95 ABŞ dolları məbləğində borc pulun ödəniş gününə manat məzənnəsinə uyğun olaraq, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8709/2016 saylı 14 oktyabr 2016-cı il tarixli qətnaməsinin “cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh7, X1 pulun tutulması, digər cavabdehlərdən əsas və cərimə borcunun tutulması hissəsində” ləğv edilməsi, əsas borc məbləğinin 23675.74 ABŞ dolları, cərimə borcunun 789.73 ABŞ dolları müəyyən olunması, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh7 və X3 münasibətdə iddianıntəmin olunmaması, Cavabdeh3 münasibətdə qalan mübahisələndirilən hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07.03.2019-cu il tarixli qərarı ilə qismən təmin edilməsi, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1060/2018 saylı 18 sentyabr 2018ci il tarixli qətnaməsinin qismən, iddianın Cavabdeh1, Cavabdeh5, Cavabdeh7 və X3 qarşı rədd edilmiş hissəsində ləğv edilməsi və mülki işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2019-cu il qətnaməsi ilə Cavabdeh3 qızının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 8709/2016 saylı 14 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1060/2018 saylı 18.09.2018-ci il tarixli qətnaməsi ilə 23675,74 ABŞ dolları əsas, 789,73 ABŞ dolları cərimə borcunun (ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə) İddiaçı-nin xeyrinə, cavabdehlər Cavabdeh3 və Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6, X1 və Cavabdeh2 müştərək qaydada tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 20.11.2019-cu il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə 12 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Cavabdeh5 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 8709/2016 saylı, 14 oktyabr 2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Daha sonra qətnamədən cavabdehlər Cavabdeh7, N.Həsənova, Cavabdeh1, Cavabdeh4, Cavabdeh6, Cavabdeh2 birgə apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən hazırkı mülki iş üzrə apellyasiyanın mümkünlüyü müzakirə edilərkən iddiaçının nümayəndəsi R.Ramazanov hazırkı işdə uyğunsuzluq və çatışmazlıqların işə baxılmasına təsir edəcəyini bildirmiş, həmçinin hazırkı işə Cavabdeh3 apellyasiya və kassasiya şikayətləri əsasında artıq bir dəfə baxıldığı üçün apellyasiyanın qeyri-mümkün hesab edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, N.Həsənova, Cavabdeh4, Cavabdeh1, Cavabdeh7, Cavabdeh5 və onun nümayəndəsi və vəkili S.Səlimovanın iştirakı ilə hazırkı mülki iş üzrə apellyasiyanın mümkünlüyü müzakirə edilərkən cavabdehlər və Cavabdeh5 nümayəndəsi və vəkili S.Səlimova da ayrı-ayrılıqda iş materiallarında çatışmazlıq və uyğunsuzluğun hazırkı iş üzrə apellyasiya şikayətlərinə iş materialarına istinad edilməklə baxılmasına təsir edəcəyini bildirmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərini mülki işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, iş materialları aşkar olunmuş uyğunsuzluq və çatışmazlıqların aradan qaldırılması üçün rayon məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, mülki iş araşdırılarkən məlum olmuşdur ki, ikinci dəfə apellyasiya baxışı ilə bağlı iş materiallarında xronoloji ardıcıllıq pozulmuş, həmçinin materiallarda çatışmazlıq da vardır. Belə ki, mülki iş Ali Məhkəmədən 08.04.2019-cu il tarixli məktubla Bakı Apellyasiya Məhkəməsinə daxil olduqdan sonra hazırkı iş hakim X.Cəmilovanın icraatına verilmiş, bundan sonra X.Cəmilovanın imzası ilə məhkəmə iclasının 12.06.2019-cu il tarixə təyin edilməsi barədə bildiriş, daha sonra isə Bakı Apellyasiya Məhkəməsinin 12.06.2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti mülki işə tikilmiş və kassasiya şikayəti ilə bağlı Ali Məhkəmənin müvafiq materialları işə tikilmişdir (hazırda ikinci cild i/v karandaşla 1-41 (qələmlə 227-269)). Davamı olaraq Bakı Apellyasiya Məhkəməsinin 12.06.2019-cu il tarixli icra sənədi, icraata başlamaq haqqında qərar, yalnız bundan sonra Bakı Apellyasiya Məhkəməsinin 12.06.2019-cu il tarixli məhkəmə iclasının protokolu (hazırda ikinci cild i/v qələmlə 281- 291), daha sonra Bakı Apellyasiya Məhkəməsinin 12.06.2019-cu il tarixli qətnaməsi işə tikilmişdir (hazırda ikinci cild i/v qələmlə 237-242). Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsinin 22.09.2020-ci il tarixli mülki iş materiallarının rayon məhkəməsinə göndərilməsi barədə müşayiət məktubunda qoşma kimi mülki iş materialları “bir cild, 299 vərəq” göstərilmişdir (hazırda ikinci cild i/v qələmlə 301, karandaşla i/v 70???). Həmçinin qətnamədən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinin Məhkəməyə göndərilməsi barədə Suraxanı Rayon Məhkəməsinin müşayiət məktubunda da qoşma kimi mülki iş materialları 301 vərəq göstərilmişdir (hazırda ikinci cild i/v 71). Mülki işin sonuncu dəfə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi ilə bağlı Suraxanı Rayon Məhkəməsinin 25.12.2020-ci il tarixli müşayiət məktubunda isə qoşma kimi 1-ci cild 226 vərəq, 2-ci cild 111 vərəq qeyd edilmişdir. Bununla da müəyyən olunur ki, hazırkı mülki işin cildlənməsi və tikilməsi zamanı Azərbaycan Respublikası Prezidentinin 27.09.2003-cü il tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəsissələrində kargüzarlığın aparılmasına dair» Təlimat, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29 noyabr 2011-ci il tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair» təlimatın tələbləri kobud şəkildə pozulmuş, həmçinin Bakı Apellyaiya Məhkəməsinin “Məhkəmələrdə kargüzarlığın aparılmasının bəzi məsələlərinə dair” 5d-112/17 saylı icmal məktubun da tövsiyələrinə əməl olunmamışdır. Belə olan halda, məlum olur ki, apellyasiya şikayətlərinə əsasən, iş materiallarına istinad edilməklə hazırkı mülki işə mahiyyəti üzrə baxılması mümkünsüzdür. Bu baxımdan, Kollegiya qeyd edir ki, iş materiallarındakı səhifələmədə və cildləmədə olan uyğunsuzluq və çatışmazlıqların aradan qaldırılması və ardıcıllığın düzəldilməsi ilə bağlı mülki iş materialları rayon məhkəməsinə göndərilməldir. MPM-in tələbinə görə apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər (maddə 366.1, 366.2, 366.3.). «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) 09 iyul 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş son dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 361, 366, 400, 402, 405, 406-ci maddələrinin tələbini rəhbər tutaraq məhkəmə kollegiyası qərara a l d ı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8709/2016 saylı, 14 oktyabr 2016-cı il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh7, N.Həsənova, Cavabdeh1, Cavabdeh4, Cavabdeh6, Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və iş materiallarındakı səhifələmədə uyğunsuzluq və çatışmazlıqların aradan qaldırılması və ardıcıllığın düzəldilməsi üçün mülki iş Suraxanı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-2493/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2493/2021
26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver