Məhkəmə qərarları › İş №2(103)-2495/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2495/2021

03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2495/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1404/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(011)-51/2019 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan Cavabdeh ASC-nin (bundan sonra iddiaçı) cavabdeh İddiaçı Ədil oğluna (bundan sonra cavabdeh) qarşı ilkin iddia tələbi qismən təmin edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-51/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadına əsasən, qarşılıqlı iddia tələbi üzrə İddiaçı Ədil oğlunun cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı “girov qoyulmuş qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-15025/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 51/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadından cavabdeh İddiaçı Ədil oğlunun şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-51/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilmiş, cavabdeh İddiaçı Ədil oğlunun ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı “girov qoyulmuş qızıl-zinət əşyalarının ona geri qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsinə mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsi üçün mülki işin Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-51/2019 saylı qərardadı ilə 2(011)-51/2019 saylı mülki işdən qarşılıqlı iddia tələbi üzrə İddiaçı Ədil oğlunun ləğv etmə prosesində olan Cavabdeh ASC-yə qarşı “girov qoyulmuş qızıl-zinət əşyalarının qaytarılması” tələbi ayrıca icraata ayrılması qərara alınmışdır. Bundan sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1404/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. Cavabdeh məhkəmənin həmin qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən xx xxxxxx 2020-ci il tarixli qərardadla onun şikayəti təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi R.Əzimov şikayətlə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün iş materialları rayon məhkəməsinə göndərilməlidir. Kollegiya ilk növbədə qeyd edir ki, mülki işdə olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-15025/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə cavabdeh İddiaçı Ədil oğlunun ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı “girov qoyulmuş qızıl-zinət əşyalarının ona geri qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsinə mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsi üçün mülki işin Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bundan sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1404/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. Azərbayan Respublikası Konstitusiya Məhkəməsi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Banklar haqqında” Qanunun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Mülki Prosessual Məcəllənin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında göstərilmişdir ki, iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müflis elan olunduqdan sonra, iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil deyil. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarda bildirmişdir ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərdən müəyyən edilir ki, hazırda qarşılıqlı iddia ərizəsi üzrə İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı “girov qoyulmuş qızıl-zinət əşyalarının qaytarılması” tələbi ilə bağlı iddiası bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn iddia olduğu üçün məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddia üzrə işə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsaslı olduğundan şikayət təmin edilməli, qərardad ləğv edilməli və iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün mülki iş materialları rayon məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) xx xxxx 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Ədil oğlu tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1404/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün mülki iş Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar