Məhkəmə qərarları › İş №2(103)-2497/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2497/2025

30.04.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2497/2025 30.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh və üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 1 saylı Bakı Ərazi İdarəsinə, X4, X1 və X15 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı texniki inventarlaşdırma işlərinin aparılmasına maneənin yaradılmasının qadağan edilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı1 və onun vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh və üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 1 saylı Bakı Ərazi İdarəsinə, X4, X1 və X15 qarşı “hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı texniki inventarlaşdırma işlərinin aparılmasına maneənin yaradılmasının qadağan edilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3661/2024 nömrəli 23 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. DİN-in PQMX-nin MAPS üzrə məlumat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, 2 Aprel-9 ünvanında qeydiyyatdadır.

2. İş materiallarına əlavə edilmiş İddiaçı1 Bakı şəhəri 10 saylı Notariat Ofisində ərizə verərək Suraxanı rayonu, Bülbülə qəsəbəsi, ünvan 2 ünvanında fərdi yaşayış evi üzərində hüquqların mərhum Aman Cilovxan oğluna məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli imtina məktubuna əsasən qeyd etmişdir ki, təqdim edilmiş texniki pasportun baş planında göstərilən sənəd üzrə 0,04927 ha və faktiki isə 0,04337 ha torpaq sahəsinin azalmasına və arayışın verilməsinə razıdır.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli bildirişdən müəyyən olunur ki, texniki pasportun baş planında göstərilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur və torpaq sahəsi sənəd üzrə 0,04927 ha qeyd edilsə də, faktiki sahəhə 0,04337 ha təşkil edir. Həmçinin fərdi yaşayış evinə texniki baxış keçirilməsi üçün idarənin mütəxəssislərinə tam şərait yaradılmamışdır. Bu səbəblə də qeydiyyata alınmasından imtina olunmuşdur.

4. İddiaçı1 tərəfindən Bakı şəhəri 10 saylı Notariat Ofisində verdiyi ərizədən müəyyən olunur ki, xx.xx.1965-ci ildə onun Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, ünvan 3 ünvanında yaşayan babası Aman Cilovxan oğlu ölmüşdür. Mirasın tərkibi-özü Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini qəbul edir. Nəvələri İddiaçı2 qəbul edib, Cavabdehmüraciət etməyib, gəlini X2-müraciət etməyib, nəvələri İddiaçı3-müraciət etməyib, İddiaçı4-müraciət etməyib. Mirasın tərkibinə daxil olan, miras qalmış, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən ona çatası paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir

5. Bakı şəhəri Orconikidze (indiki Suraxanı) rayon VVAQ Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 (atası İlyas Aman oğlu, anası X6) xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuşdur.

6. Bakı şəhəri Orconikidze (indiki Suraxanı) rayon VVAQD Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 (atası İlyas Aman oğlu, anası X6) xx.xx.1974-cü il tarixdə Bakı şəhərində doğulmuşdur.

7. Salyan rayon VVAQ Şöbəsi tərəfindən verilmiş nikah bağlanması haqqında şəhadətnaməsinin surətindən görünür ki, X11 və X7 xx.xx.1998-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra soyadları ərin Orucov, arvadın Orucova qeyd edilmişdir.

8. xx.xx.1996-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İlyas Aman oğlu xx.xx.1996-cı il tarixində vəfat etmişdir.

9. Orconikidze (indiki Suraxanı) rayon VVAQ Şöbəsi tərəfindən verilmiş nikah bağlanması haqqında şəhadətnaməsinin surətindən görünür ki, İlyas Aman oğlu ilə X6 xx.xx.1973-cü il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvadın soyadı Orucova qeyd edilmişdir. 16. 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 xx.xx.2017-ci il tarixində vəfat etmişdir.

10. 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh və üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 1 saylı Bakı ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, ünvan 3 üvanında yerləşən xx.xx.1965-ci ildə vəfat etmiş Aman Culovxan oğluna məxsus olmuş Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən iyun 1962-ci il tarixdə təsdiq edilmiş “Şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid PASPORT”da göstərilmiş yaşayış evlərinə və torpaq sahəsinə giriş-çıxışına, mirasın vərəsələr arasında bölüşdürülməsinə, hüquqmüəyyənedici sənədlərin əldə edilməsinə və bu əmlakların birgə idarə edilməsinə, fərdi yaşayış evi üzərində hüquqların mərhum Aman Cilovxan oğluna məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsinə, 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarının burada hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı texniki inventarlaşma işlərinin aparılmasına maneələrin yaradılmasının Cavabdeh qadağan edilməsi və məhkəmə xərclərindən ibarət olan 100 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

12. Daha sonra iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bulə qəsəbəsi, ünvan 3 ünvanında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın dövlət kadastrı və reyestri" publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi əməkdaşlarının hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı texniki inventarlaşdırma işlərinin aparılmasına maneçiliklərin yaradılmasının qadağan edilməsi və ondan 100 manat dövlət rüsumu tutularaq İddiaçı1 verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən iyun ayında 1962-ci il tarixdə təsdiq edilmiş “Şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid PASPORT”a əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, ünvan 3 üvanında yerləşən fərdi yaşayış evi xx.xx.1965-ci ildə vəfat etmiş iddiaçının ata babası Aman Culovxan oğluna məxsus olmuşdur. Onlar tərəfindən mirası qəbul etmələri ilə bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə ərizə ilə Bakı şəhəri 10 saylı notaiat ofisinə müraciət edilmiş və burada notariat işi açılmışdır. Aman Culovxan oğlunun vərəsələri, nəvəsi-İddiaçı1, nəvəsi-İddiaçı2 qəbul etmişlər, nəvəsi-Cavabdeh, müraciət etmiş, nəvəsi- İddiaçı3, müraciət etmiş, nəvəsi-İddiaçı4 qizı, müraciət etmişdir. Bakı şəhəri 10 saylı notaiat ofisi və eyni zamanda vərəsələr tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X20 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət olunaraq Bakı şəhəri, Suraxanı rayonu (keçmiş Orconikidze), Bül-Bülə qəsəbəsi, Babək küçəsi (keçmiş 28 Aprel), 9 saylı fərdi yaşayış evi üzərində hüquqların mərhum Aman Culovxan oğluna məxsus olması barədə arayışın verilməsi xahiş edilmişdir. 1 saylı Bakı Ərazi İdarəsi özünün xx.xx.2024-cü il tarixli məktubu ilə bundan imtina edərək əsas kimi texniki pasportun baş planında göstərilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü fərqinin mövcudluğunu və eyni zamanda fərdi yaşayış evinə baxış keçirilməsi üçün İdarənin mütəxəssilərinə tam şəraitin yaradılmadığını göstərmişlər. Ona görə də ölən şəxsin adına Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, ünvan 2 üvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların mərhum Aman Çulovxan oğluna məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsindən imtina edilmişdir. Bildirişdə göstərilən nöqsanların aradan qaldırılması məqsədi ilə notariusa müraciət edən vərəsələr razılığa gəlmişlər ki, təqdim edilmiş texniki pasportun baş planında göstərilən sənəd üzrə 0.04927 ha və faktiki isə 0.04337 ha torpaq sahəsinin azalmasına və arayışın verilməsinə razıdırlar. Bu barədə vərəsələrdən İddiaçı1 ərizə vermiş və onun bu ərizəsi notarius tərəfindən təsdiq edilmişdir. Bundan sonra təkrar cavabdehə telefon vasitəsi ilə və 3-cü şəxs 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edilmiş, cavabdeh ilkin olaraq gəlib qapını açacağını bildirsə də, bunu etməmiş, nəticədə bildirişdə göstərilmiş ikinci məsələ açıq qalmış və 1 saylı Bakı Ərazi İdarəsi 2-ci müraciətə cavab olaraq özünün xx.xx.2024-cü il tarixli məktubuna ilə cavab verərək xx.xx.2024-cü il tarixli məktubla ərizədə qeyd olunan məsələ ilə bağlı müraciətə cavab verildiyini bildirmişdir. Yəni 1 saylı Bakı Ərazi İdarəsi arayışın verilməməsi səbəbini fərdi yaşayış evinə texniki baxışın keçirilməsi üçün İdarənin mütəxəssislərinə tam şəraitin yaradılmaması ilə əsaslandırmışlar. Bu isə göründüyü kimi cavabdehin hərəkətlərindən irəli gəlmişdir. 1 saylı Bakı Ərazi idarəsi 1962-ci il tarixdə təsdiq edilmiş ''Şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid PASPORT”u evin hüquqmüəyyənedici sənədi kimi qəbul etmişdir. Belə ki, göstərilən həyətdə bir damın altında yerləşən 2 yaşayış sahəsi mövcuddur ki, bunlardan birində vərəsələrdən İddiaçı1 öz ailə üzvləri (özü və arvadı) birlikdə hazırda yaşayır, digərində isə Cavabdeh öz ailəsi ilə yaşayırlar, ancaq daima olaraq burada qalmırlar. Cavabdehə dəfələrlə gəlib onun ailəsi ilə birgə yaşadığı evin qapısını açması və mütəxəssislərə bununla bağlı şəraitin yaradılnması bildirilsə də o, buna şərait yaratmamış və müxtəlif bəhanələr gətirərək bundan boyun qaçırmışdır. Cavabdehin bu hərəkətləri konstitusiyaya əsasən vərəsəlik hüquqlarının pozulması ilə birbaşa bağlı olduğundan hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, ünvan 3 üvanında yerləşən fərdi yaşayış evinə 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəsisləri tərəfindən burada hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı texniki inventarlaşma işlərinin aparılmasına tam şəraitin yaradılması məqsədi ilə cavabdeh tərəfindən yaşadığı evin qapısını açmalı və ona bununla bağlı hər-hansı bir maneçiliklərin yaradılması qadağan edilməlidir. Odur ki, qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

14. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3661/2024 nömrəli 23 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bulə qəsəbəsi, ünvan 3 ünvanında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puplik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi əməkdaşlarının hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı texniki inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması qət edilmişdir. (hakim X16)

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 152.2-ci, 152.3-cü, 152.5-ci, 152.6-cı, 157.4-cü, 157.8-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 76-cı, 77.1-ci, 88-ci, 119.1-ci, 217-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 22-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi babasıAman Cilovxan oğluna məxsus Bakı şəhəri, Suraxanırayonu, Bül-Bulə qəsəbəsi, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə texniki baxış keçirilməsini üçün sözügedən idarənin mütəxəssislərinə şərait yaradılması ilə bağlı olsa da məqsədi miras əmlakı mənimsəməkdir. Belə ki, Ədilə Aman qızı, X8, X13 və X17, Aman Çulovxan oğlunun vəfat etmiş övladlarıdır. X9, X3, X23 isə Aman Çulovxan oğlunun digər nəvələridir. Lakin həmin vərəsələrin yuxarıda qeyd olunan ünvanda yerləşən mənzilə dair vərəsəlik hüquqları məhkəmə tərəfindən nəzərə alınmamışdır. Hesab edir ki, hazırki iş üzrə məhkəmədə iddia qaldıran şəxslərlə bərabər yuxarıda adları qeyd olunan vərəsələrində Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, ünvan 3 ünvanında yerləşən mənzilə dair vərəsəlik hüquqları təmin edilməlidir. Digər tərəfdən məhkəmə qətnaməsində qeyd edilir ki guya iddiaçının babasından miras qalmış əmlakı qəbul etməsinə və buna dair sənədlərin hazırlanmasına, texniki baxışın keçirilməsinə tərəfimdən maneəçilik törədilir. Lakin maneəçiliyin törədilməsini sübuta yetirəcək hər hansı bir əsaslı sübut növü məhkəməyə təqdim edilməmiş, nə də ki, bu hal məhkəmə tərəfindən düzgün qaydada sübuta yetirilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və onun vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

19. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

25. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

27. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Məhkəmə kollegiyası işin materiallarına, habelə apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, İddiaçı1 babası Aman Cilovxan oğluna məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini miras əmlak kimi qəbul etmək niyyətindədir. Bununla bağlı olaraq o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli bildirişdən müəyyən olunur ki, texniki pasportun baş planında göstərilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur və torpaq sahəsi sənəd üzrə 0,04927 ha qeyd edilsə də, faktiki sahəhə 0,04337 ha təşkil edir. Həmçinin fərdi yaşayış evinə texniki baxış keçirilməsi üçün idarənin mütəxəssislərinə tam şərait yaradılmamışdır. Bu səbəblə də qeydiyyata alınmasından imtina olunmuşdur.

29. Eyni zamanda işin hallarından göründüyü kimi tərəflər arasındakı mübahisə fərdi yaşayış evinə texniki baxış keçirilməsi üçün idarənin mütəxəssislərinə tam şərait yaradılmaması ilə bağlıdır. İddiaçı1 iddia edir ki, babası Aman Cilovxan oğluna məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini miras əmlak kimi qəbul etmək niyyətindədir. Bununla bağlı olaraq o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli bildirişdən müəyyən olunur ki, texniki pasportun baş planında göstərilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur və torpaq sahəsi sənəd üzrə 0,04927 ha qeyd edilsə də, faktiki sahəhə 0,04337 ha təşkil edir. Həmçinin fərdi yaşayış evinə texniki baxış keçirilməsi üçün idarənin mütəxəssislərinə tam şərait yaradılmamışdır. Bu səbəblə də qeydiyyata alınmasından imtina olunmuşdur.

30. Bundan əlavə cavabdeh tərəfindən də qanunsuz olaraq buna mane olmuşdur. Cavabdeh isə nə birinci instansiya məhkəməsində, nədəki apellyasiya instansiya məhkəməsində iştirak etməyərək bununla bağlı məsələyə öz mövqeyini bildirməmiş, eyni zamanda apellyasiya şikayətini müdafiə etməkdə maraqlı olmamışdır.

31. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfin gələcəkdə həmin ev üzərində mülkiyyət hüququnu rəsmiləşdirəcəyi də istisna edilməməlidir. Çünki, buna dair “qanuni gözlənti”si mövcuddur. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. (Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il).

32. Qeyd olunmalıdır ki, iddiaçıların babasına məxsus olmuş əmlakı miras əmlak kimi qəbul edilməsinə və buna dair sənədlərin hazırlanmasına, texniki baxışın keçirilməsinə cavabdeh tərəfindən süni maneçilik törədilir. mənzilin mülkiyyətçisi olaraq mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Cavabdehin isə miras əmlakdan istifadəyə maneənin yaradılması onun qanunla qorunan mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı tərəfin mülkiyyət hüquqlarının məhdudlaşdırılması işin materialları ilə tam təsdiqini tapdığından birinci instansiya məhkəməsi də iddia tələbini təmin etməkdə haqlı olmuşdur.

33. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Qətnamə faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olmaqla formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3661/2024 nömrəli 23 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar