Məhkəmə qərarları › İş №2(103)-2504/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2504/2021

21.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2504/2021 21.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Elnur Məmmədsaat oğlu Həsənovun sədrliyi və məruzəsi, X1 və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə “xxxx” MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2011-ci il tarixdə qəbul etdiyi qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2011-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada cəmi 10 148 ABŞ dolları kredit borcunun və 20 manat dövlət rüsumunun “xxxx” MMC-nin xeyrinə tutulması qət olunmuşdur. Həmin qətnamədən xx xxxxxxx 2020-ci il tarixdə apellyasiya şikayəti verən Cavabdeh1 onun ləğv edilməsini xahiş etmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, xx xxx 2011-ci il tarixli qətnamə xx xxx 2011-ci il tarixdə tərəflərə, o cümlədən Cavabdeh1 göndərilmiş, xx xxxx 2011-ci il tarixdə qətnamə icraya yönəldilmiş, xx.xx.2011-ci il tarixdə icra sənədi Suraxanı rayon icra şöbəsinə daxil olmuşdur. İş materiallarında qətnamənin həmin dövrdə Cavabdeh1 tərəfindən alındığına dair hər hansı sübut mövcud olmasa da, kollegiya hesab edir ki, adı çəkilən şəxsin ünvanına göndərilmiş qətnamənin həmin ünvana çatdırılmış olub-olmadığı, yaxud icra prosesi zamanı onun qətnaməni əldə edib-etmədiyi araşdırılmadan və şikayət vermə müddətinin ötürülüb-ötürülmədiyinə münasibət bildirilmədən, qətnamənin qəbulundan 9 ildən artıq müddət keçdikdən sonra verdiyi şikayətə baxılması qanunvericiliyin mənasına uyğun deyildir. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: “xxxx” MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2011-ci il tarixdə qəbul etdiyi qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş, apellyasiya şikayətinin vaxtında verilib-verilmədiyi məsələsinə qiymət verilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Məmməd Məmmədov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar