Məhkəmə qərarları › İş №2(103)-2504/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2504/2025

19.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2504/2025 19.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh3 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)-4454/2024 nömrəli qətnaməsindən iddiaçının vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq müəyyən etdi: Qətnamədən apellyasiya şikayəti verilməsi müddəti ötürülüb. Belə ki, AR Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qətnamə xx.xx.2024-cü ildə iddiaçının vəkili və nümayəndəsi Vəkil2 məxsus elektron kabinetə yerləşdirilib (iş v. 101). Apellyasiya şikayəti iki dəfə verilib. Birinci apellyasiya şikayəti 1 ay keçdikdən sonra – xx.xx.2025-ci ildə verilib, eyni zamanda apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə verilib, bununla da iddiaçı tərəf apellyasiya şikayəti vefrilməsi müddətini ötürdüyünü etiraf edib. Suraxanı RM-nin xx.xx.2025-ci il tarixli qərardadı ilə qərara alınıb ki, qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyinə görə, müddətin bərpası barədə ərizə ona əlavə edilmiş apellyasiya şikayəti ilə birlikdə geri qaytarılsın. İkinci apellyasiya şikayəti xx.xx.2025-ci ildə verilib, müddətin bərpası barədə ərizə isə verilməyib. Buna baxmayaraq, Suraxanı RM həmin apellyasiya şikayətini baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərib. Beləliklə, məhkəmə AR Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)-4454/2024 nömrəli qətnaməsindən iddiaçının vəkili və nümayəndəsi Vəkil2 verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş Suraxanı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar