Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-251/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinə və Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı iş üzrə (Açar sözlər: “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X26 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh8, Cavabdeh6, Cavabdeh7 qarşı “fərdi yaşayış evinə qəsdin törədilməsinin cavabdehlərə qadağan edilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair, Birləşdirilmiş iş üzrə iddiaçılar Cavabdeh3, Cavabdeh7, Cavabdeh6 cavabdehlər İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinə və Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-894/2024 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat Şöbəsinin verdiyi xx.xx.1998-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanda yerləşən ev paylı mülkiyyət olaraq X5 və X6 xüsusi mülkiyyətindədir.
2. X7 verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarından müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu Yunis Dağlı küçəsində yerləşən ümumi sahəsi 86,60 kv.m olan 3 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə ½ hissədən qalan hissəsi X3 adına xx.xx.2019-cu il tarixdə, ½ hissədən qalan hissəsi X5 adına xx.xx.2009-cu il tarixdə, ½ hissədən B tikilisindən 1 otaq (y/s 11,9 kv.m-dən) ½ hissə X12 adına xx.xx.2014-cü il tarixdə, ½ hissədən B tikilisindən 1 otaq (y/s 11,9 kv.m-dən) ½ hissə X27 adına xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. X15 xx.xx.2003-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir.
4. xx.xx.2023-cü il tarixli 2V-53 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən edilir ki, xx.xx.2003-cü il tarixdə ölmüş X4 miras qalmış Bakı şəhəri Yasamal rayonu Yunis Dağlı küçəsində yerləşən 3 nömrəli fərdi yaşayış evinin ½ hissəsi onun qızı X13 tərəfindən miras əmlak kimi qəbul edilmişdir.
5. Sadə yazılı formada yazılmış xx.xx.1997-ci il tarixli «raspiska»da göstərilmişdir ki, mən X15 Bakı şəhəri Yasamal rayonu Dekabiristlər küçəsi 3 saylı evin 1 otağını 1997-ci ildə Cavabdeh3 Əlisahab qızına 3700 manata satdım. X28 və Cavabdeh3 tərəfindən imzalanmışdır.
6. Sadə yazılı formada əllə yazılmış xx.xx.1997-ci il tarixli raspiskada göstərilmişdir ki, mən Cavabdeh6 Bakı şəhəri Yasamal rayonu Dekabiristlər küçəsi 3 saylı evin 1 otağını 1997-ci ildə İddiaçı 3000 manata aldım. Raspiska Cavabdeh6 və İddiaçı tərəfindən imzalanmışdır.
7. Sadə yazılı formada əllə yazılmış xx.xx.2000-ci il tarixli raspiskada göstərilmişdir ki, mən X15 Bakı şəhəri Yasamal rayonu Dekabiristlər küçəsi 3 saylı evin 1 otağını 3500 manat 2000-ci ildə X2. X28 və Baxışova Zülfiyyə tərəfindən imzalanmışdır.
8. Cavabdeh3 ilə X18 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsində göstərilir ki, Cavabdeh3 uzun müddətdir istifadəsində olan xx.xx.2023-cü il tarixdə 113 nömrə ilə 64 saylı MKİS tərəfindən verilmiş arayışa ünvan 2 ünvanda yerləşən sahəsi 29,03 kv.m olan fərdi yaşayış sahəsindən köçürülmə ilə əlaqədar aldığı 64.000 manat kompensasiyaya görə X14 xeyirinə imtina etmişdir.
9. X20 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2023- cü il tarixli ilkin alqı-satqı müqaviləsində göstərilir ki, X20 uzun müddətdir istifadəsində olan xx.xx.2023-cü il tarixdə 55 nömrə ilə 64 saylı MKİS tərəfindən verilmiş arayışa ünvan 2 ünvanda yerləşən sahəsi 18 kv.m olan fərdi yaşayış sahəsindən köçürülmə ilə əlaqədar aldığı 55.000 manat kompensasiyaya görə Cavabdeh4 xeyirinə imtina etmişdir.
10. Cavabdeh7 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsində göstərilir ki, Cavabdeh7 uzun müddətdir istifadəsində olan xx.xx.2023-cü il tarixdə 54 nömrə ilə 64 saylı MKİS tərəfindən verilmiş arayışa ünvan 2 ünvanda yerləşən sahəsi 21,05 kv.m olan fərdi yaşayış sahəsindən köçürülmə ilə əlaqədar aldığı 50.000 manat kompensasiyaya görə Cavabdeh2 xeyirinə imtina etmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı Cavabdeh2 qarşı “fərdi yaşayış evinə qəsdin törədilməsinin cavabdehə qadağan edilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə qəsdin törədilməsinin Cavabdeh2 qadağan edilməsi, həmin əmlaka vurulan zərərə görə cavabdehdən 5000 (beş min) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə qəsdin törədilməsinin Cavabdeh2 qadağan edilməsi, həmin əmlaka vurulan zərərə görə cavabdehdən 5.000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, X12 cavabdeh qismində işə cəlb edilməsi, Cavabdeh2 ilə X19 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə (A tikilisinə) 5464 manat məbləğində dəymiş zərərin və 90 manat dövlət rüsumunun Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh8, Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə (A tikilisinə) qəsdin törədilməsinin Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh8, Cavabdeh6 və Cavabdeh7 qadağan edilməsi, həmin əmlaka vurulan zərərə görə 5464 manat məbləğində dəymiş zərərin və 100 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 81/2024 nömrəli qətnaməsi ilə (hakim K.B.Xudayev) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh8, Cavabdeh6 və Cavabdeh7 maddi zərərin əvəzi olaraq 5.464 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat pulun müştərək qaydada alınaraq İddiaçı ödənilməsi, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus hissəsinə (A tikilisinə) qəsdin törədilməsinin cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qadağan edilməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olan 100 manat pulun cavabdehlər Cavabdeh3, Cavabdeh8, Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
Birləşdirilmiş mülki iş üzrə:
16. İddiaçılar Cavabdeh3, Cavabdeh7, Cavabdeh6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdeh6 ilə cavabdeh X16 arasında ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin bir otağına dair alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması, iddiaçı Cavabdeh3 ilə cavabdehin anası mərhum X17 arasında ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin bir otağına dair alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması, iddiaçı Muradova (Baxışova) Zülfiyyə Nadirşah qızı ilə cavabdehin anası mərhum X17 arasında ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin bir otağına dair alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması, Bakı şəhəri 12 saylı Notariat ofisi tərəfindən verilmiş 22 may 2023-cü il tarixli V-31/2023 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi; ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair cavabdeh X8 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar mübahisəli ünvanda qeydiyyatda olub və həmin evdə istfadə hüquqları olmuşdur. Evin yerləşdiyi ərazi plana düşdüyü üçün iddiaçılarla üçüncü şəxslər arasında bağlanmış ilkin alqı-satqı müqavilələrinə əsasən, iddiaçılar fərdi yaşayış sahəsindən köçürülmə ilə bağlı alacaqları kompensasiyadan müqavilə bağladıqları şəxslərin xeyrinə imtina etmişlər. Cavabdeh3 ilə X18 arasında bağlanmış xx.xx.2023-cü il tarixli notarial təsdiq edilmiş ilkin alqı-satqı müqaviləsinə əsasən, iddiaçı Cavabdeh3 64.000 manat qarşılığında ünvan 2 ünvanda yerləşən sahəsi 29,03 kv.m olan fərdi yaşayış sahəsindən köçürülmə ilə bağlı alacağı kompensasiyadan X14 xeyirinə imtina etmişdir. Tərəflərin qarşılıqlı razılığına əsasən müqavilə bağlayan iddiaçıların hər biri yaşadığı sahənin qapı-pəncərə və digər materiallarını sökərək özləri ilə aparmışlar. İddiaçıların qeyd olunan evdə yaşadığı uzun illər ərzində, həmin ev heç kəsin mülkiyyətində olmamış, yəni dövlət qeydiyyatına alınmamış və onların yaşadığı evə qarşı heç kəsin iddiası və tələbləri olmamışdır. X16 və mərhum anası X17 yuxarıda qeyd olunan fərdi yaşayış evini müxtəlif vaxtlarda iddiaçılara satmışlar. X17 xx.xx.2003-cü ildə vəfat etmişdir. X16 mərhum anası X11 hüquqi varisidir. Cavabdeh X16 və onun mərhum anası X17 fərdi evini iddiaçılara satdıqdan sonra həmin sahəni tərk etmişlər və uzun illər ərzində iddiaçılara qarşı hər hansı tələbləri olmamışdır. Cavabdeh X16 və anası X17 ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin dövlət qeydiyyatına alınmadığını, yəni çıxarışının olmadığını bildirirək, iddiaçılarla öz aralarında alqı-satqı etmişlər. İddiaçı Cavabdeh3 ilə cavabdehin anası mərhum X17 arasında tərtib olunmuş raspiskaya əsasən xx.xx.1997-ci ildə X17 ünvan 6 ünvanda yerləşən evin bir otağını 3.700 manata iddiaçı Cavabdeh3 satmışdır. Həmçinin 64 saylı MKİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 33 nömrəli arayışdan da görünür ki, Cavabdeh3 qeyd olunan ünvanda 1997-ci ildən yaşayır. Cavabdeh3 həmin fərdi evi 2000-ci ildə X9 almışdır. X17 həmin evi 1997-ci ildə boşaldaraq iddiaçıya təhvil vermiş və həmin evə dair heç bir iddiası və tələbi olmamışdır. Qeyd olunan fərdi yaşayış evinin komunal xərcləri Cavabdeh3 tərəfindən ödənilmişdir. Cavabdeh X16 və onun mərhum anası X17 evin dövlət qeydiyyatına alınmadığını bildirirək iddiaçılarla rəsmi alqı-satqı müqavilə bağlamaqdan imtina etmişlər. İddiaçılar həmin mənzilin rəsmi dövlət qeydiyyatına alındığını bilsəydilər, alqısatqını öz aralarında tərtib etdiklərli sənədlə deyil, rəsmi müqavilə şəkilində bağlayardırlar. Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən vəkil sorğusuna verilmiş cavab məktubundan görünür ki, cavabdeh və onun mərhum anası fərdi yaşayış evini iddiaçılara satdıqdan sonra, saxta sənədlər əsasında 1998-ci ildə həmin mənzilə dair vərəslik hüququnun tanınmasına nail olublar. X17 xx.xx.2003-cü ildə vəfat etmişdir. X17 vəfat etdikdən 20 il sonra cavabdeh X16 xx.xx.2023-cü il tarixli vərəsəlik şəhadətnaməsi ilə birincidən qalan payı da qanunsuz yollarla öz adına keçirmişdir. İddiaçılar qeyd olunan yaşayış sahələrini dəyərini ödəməklə almış və uzun müddət ərzində orada yaşamışlar.
18. Cavabdeh İddiaçı nümayəndəsi və vəkili iddiaya qarşı etiraz verərək, iki işdə təqdim edilmiş «raspiska»ların birinin digərini inkar etdiyini bildirmiş və iddia tələblərinin rədd olunmasını xahiş etmişdir.
19. Cavabdehin nümayəndəsi və vəkili eyni zamanda iddia müddətinin tətəbiqinə dair ərizə verərək qeyd etmişdir ki, iddiaçılar hazırda xx.xx.1997-ci il, xx.xx.1997-ci il və xx.xx.2000-ci il tarixlərində iltizam formasında daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin bağlandığını iddiam edirlər. Qüvvədə olan Müli Məcəllənin normalarına uyğun olaraq bu növ iddialara görə 6 il iddia müddəti tətbiq edilir. İddiaçılar həmin müddəti ötürmüşlər və bu əsasla iddialar təmin edilməməlidir.
20. Bakı Şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)- 894/2024 nömrəli qərardadı ilə mülki iş üzrə kompleks məhkəmə xəttşünaslıq və sənədlərin məhkəmə texniki ekspertizası təyin edilmişdir.
21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/268-5/215 nömrəli ekspert rəyindən müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 138-ci vərəqində olan 6 noyabr 1997-ci il tarixli “Raspiska” adlı sənəddə “Hacıyeva Ofelya” yazıları qarşısındakı imza və 139-cu vərəqində olan 10 yanvar 2000-ci il tarixli “Raspiska” adlı sənəddə “Hacıyeva Ofelya” yazıları qarşısındakı imza - X15 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Mülki işin 140-ci vərəqində olan 12 dekabr 1997-ci il tarixli “Raspiska” adlı sənəddəki yazılar - Cavabdeh6 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Mülki işin 140-ci vərəqində olan 12 dekabr 1997-ci il tarixli “Raspiska” adlı sənəddəki yazılar və “Ибрагимова Шəрəбаны” yazıları qarşısındakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Rəyin tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiqata təqdim edilmiş mülki işin 138-ci vərəqində olan xx.xx.1997-ci il tarixli “Raspiska”, 139-cu vərəqində olan xx.xx.2000-ci il tarixli “Raspiska” və 140-ci vərəqində olan xx.xx.1997-ci il tarixli “Raspiska” adlı sənədlərdəki əl yazıların icra olunmasının və kağızların köhnəlmə müddətlərini müəyyən etmək mümkün olmamışdır.
22. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 894/2024 nömrəli qətnaməsi ilə (hakim V.M.Hacıyev) iddia tələbi rədd edilmişdir.
23. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli qərarında qeyd olunan hüquqi mövqeyi nəzərə alınmaqla, iddiaçılar əqdi icra etmiş tərəf olaraq, cavabdehdən mübahisə olunan mənzili satın almasına dair sadə yazılı formada tərtib edilmiş müqavilələri təqdim etməklə, cavabdehin satdığı mənzili iddiaçıların adına notariat qaydasında rəsmiləşdirməkdən yayındığına görə, iddiaçılar sadə yazılı formada tərtib edilmiş müqaviləyə istinad edərək, alqı-satqı müqaviləsinin bağlanmış hesab olunmasını tələb etməkdə haqlı olardı, lakin həmin yazılı əqdlərdə olan imzalar İddiaçı, Cavabdeh6 və X17 tərəfindən icra edilməmişdir. Yəni, əqdin etibarlı olması üçün yazılı formada tərtib edilmiş əqdlər mövcud deyildir.
24. Məhkəmə həmçinin bildirmişdir ki, iddiaçıların təqdim etdiyi raspiskalar - Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli qərarında əqdin bağlanmış hesab olunması üçün zəruri olan şərtləri özündə ehtiva etmir və əqdin bağlanmış hesab edilməsi üçün sənəd hesab edilə bilməz. Bu səbəbdən iddia tələbləri digər hissələrində də, yəni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair cavabdeh X8 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissəsində də rədd edilməlidir. İddiaçıların bu iddianı qaldırmağa subyektiv hüquqları yoxdur. İddia tələbləri özü-özlüyündə əssassız olduğundan təmin edilə bilməz.
25. Məhkəmə öz mövqeyini xx.xx.2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin 43, 44, 228, 230-cu maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü, 21.1-ci maddələrinə, “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 81, 217.2-ci maddələrinə istinadla əsaslandırılmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
26. Birinci iş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh7 tərəfindən qətnamədən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
27. Daha sonra Cavabdeh8 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.
Birləşdirilmiş mülki iş üzrə:
28. İddiaçılar Cavabdeh3, Cavabdeh7 və Cavabdeh6 həmin qətnamədən şikayət verərək qətnamənin ləğv olunaraq iddianın təmin olunmasını xahiş etmişlər.
29. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, işin hallarından göründüyü kimi tərəflər ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin alqı-satqısı ilə bağlı razılğa gəliblər. İddiaçılar ayrı-ayrılıqda razılaşdıqları kimi fərdi evin dəyərini cavabdeh və onun mərhum anasına ödəmişdirlər. Yəni əqd üzrə öz üzərlərinə düşən vəzifəni icra etmişdirlər. Eyni zamanda öz aralarında tərtib etdikləri raspiska ilə bunu rəsmiləşdirmişdilər. Cavabdeh və onun mərhum anası fərdi yaşayış evini iddiaçılara satdıqdan sonra iradə ifadəsi olaraq həmin sahəni tərk etmişdirlər. 2023-cü ilədək mübahisəli evə dair tələbləri olmamışdır. İş materiallarından göründüyü kimi, iddiaçıların vəkili olaraq "xxxx" ASC, “Azəriqaz” İB, "xxxx" ASC və AR Nazirlər Kabinetinə müfaviq vəkil sorğuları verilmişdir. İddia ərizəsində qeyd etdiyi kimi, iddiaçılar 30 ilə yaxındır mübahisəli məznildə yaşayır və həmin mənzillərin komunal xidmətlərlə bağlımüqavilələri iddiaçıların adınadır. Sonuncu məhkəmə iclasında vəkil sorğularına cavab ala bilmədiyindən sübutların təmin oluna bilməsi üçün məhkəmə iclasının təxirə salınması barədə şifahi vəsatət vermişdir. Lakin məhkəmə iddiaçılara sübutlarını təqdim etmək üçün lazimi şəraiti yaratmamışdır. Qeyd olunan vəkil sorğularının cavablandırılması və məhkəmə araşdırmasına təqdim olunması iş üçün olduqca vacib idi. Məhkəmə qeyd olunan hüquq normasının tələblərini pozaraq iddiaçıların ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Həmin raspiskalar iddiaçıların yanında cavabdeh tərəfindən şəxsən imzalanmışdır. Ekspert rəyi ilə razı olmadıqlarını və təkrar ekspertizanın keçirilməsi ilə bağlı məhkəməyə yazılı vəsatət verilmişdir. Məhkəmə tərəfindən vəsatət şifahi olaraq rədd edilsə də, bununla bağlı əsaslandırılmış qərardad qəbul edilməmiş, eyni zamanda iş üzrə yekun qərarda vəsatətə münasibət bildirilməmişdir. Məhkəmə bununla da qeyd olunan hüquq normasının tələbini nəzərə almayaraq ciddi prosessual pozuntuya yol vermişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
30. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)-251/2025 nömrəli qərardadı ilə birinci iş üzrə İddiaçı iddiadan imtinası qəbul edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-81/2024 nömrəli qətnaməsi ləğv edilərək, mülki iş üzrə icraata iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar xitam verilmiş, birləşdirilmiş iş üzrə iddiaçılar Cavabdeh7 və Cavabdeh6 iddiadan imtinaları qəbul edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-894/2024 nömrəli qətnaməsi qismən ləğv edilərək, birləşdirilmiş iş üzrə iddiaçılar Cavabdeh7, Cavabdeh6 cavabdehlər İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinə və Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair hissəsində mülki iş üzrə icraata iddiaçılar Cavabdeh7 və Cavabdeh6 iddiadan imtina etməsi ilə əlaqədar xitam verilmişdir.
31. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Birləşmiş iş üzrə iddiaçı Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq, hazırki məhkəmə iclası digər iclaslarla eyni vaxta düşdüyü üçün üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
32. xx.xx.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 43. Əqdlərin notarial təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına əməl edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanunazidd əməl olmadıqda məhkəmə əqdi icra etmiş tərəfin tələbi ilə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur. Maddə 230. Tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alqı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır.
33. “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli qərarı: MM-in 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)-251/2025 nömrəli qərardadı ilə birinci iş üzrə İddiaçı iddiadan imtinası qəbul edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-81/2024 nömrəli qətnaməsi ləğv edilərək, mülki iş üzrə icraata iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar xitam verilmiş, birləşdirilmiş iş üzrə iddiaçılar Cavabdeh7 və Cavabdeh6 iddiadan imtinaları qəbul edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-894/2024 nömrəli qətnaməsi qismən ləğv edilərək, birləşdirilmiş iş üzrə iddiaçılar Cavabdeh7, Cavabdeh6 cavabdehlər İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinə və Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair hissəsində mülki iş üzrə icraata iddiaçılar Cavabdeh7 və Cavabdeh6 iddiadan imtina etməsi ilə əlaqədar xitam verilmişdir.
37. Hazırkı halda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025ci il tarixli 2(103)-251/2025 nömrəli qərardadı nəzərə alınmaqla, birləşdirilmiş iş üzrə qətnamənin əsaslığı iddiaçı Cavabdeh3 apellyasiya şikayətinə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. İşdə olan xx.xx.1997-ci il tarixli «raspiska»da göstərilmişdir ki, mən X15 Bakı şəhəri, Yasamal rayonu, Dekabiristlər küçəsi, 3 saylı evin 1 otağını 1997-ci ildə Cavabdeh3 Əlisahab qızına 3.700 manata satdım. X28 və Cavabdeh3 tərəfindən imzalanmışdır.
40. Hazırda iddiaçı əqdi icra etmiş tərəf olaraq cavabdeh İddiaçı anası X1 yaşayış sahəsini satın almasına dair sadə yazılı formada tərtib edilmiş müqaviləyə istinad edərək alqı-satqı müqaviləsinin bağlanmış hesab olunmasını tələb edir.
41. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, həmin vaxt qüvvədə olan Mülki Məcəllənin 43-cü maddəsinin tələblərinə əsasən tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanunazidd əməl olmadıqda məhkəmə əqdi icra etmiş tərəfin tələbi ilə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur.
42. Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2000-ci il tarixdə qüvvəyə minmiş Mülki Məcəllənin eyni məzmunlu 335.2-ci maddəsinə özünün xx.xx.2006-cı il tarixli qərarında şərh verərək göstərmişdir ki, əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır.
43. Hazırki işdə iddiaçının istinad etdiyi yazılı «raspiska» ilə bağlı verilmiş ekspert rəyindən müəyyən edilir ki, həmin sənəddə olan imza X15 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
44. Göründüyü kimi, iş materiallarında Bakı şəhəri, Yasamal rayonu, Dekabiristlər küçəsi, 3 saylı evin 1 otağının iddiaçı Cavabdeh3 satılması barədə yazılı formada tərtib edilmiş hər hansı əqd mövcud deyil.
45. Kollegiya Cavabdeh3 tələbinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, təqdim olunan «raspiska» Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli qərarında əqdin bağlanmış hesab olunması üçün zəruri olan şərtləri özündə ehtiva etmir və əqdin bağlanmış hesab edilməsi üçün sənəd hesab edilə bilməz.
46. İşdən o da görünür ki, digər iddiaçılar da oxşar sənədlərə istinad edərək eyni tələbi irəli sürsələr də, sonradan məhkəməyə ərizələr təqdim edərək iddiadan imtina etdiklərini bildirmişlər.
47. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə tələbi təmin edilmədiyindən onun digər törəmə tələbləri, yəni vərəsəlik şəhadətnaməsinin və çıxarışın ləğv edilməsi tələbləri də təmin edilə bilməz.
48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-894/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.