Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2512/2021 29.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı pul tələbi barədə mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardadından cavabdehin verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xəzər Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2010-cu il tarixli qiyabi qətnamə ilə iddiaçı ASC-nin Cavabdeh qarşı irəli sürdüyü “pul tələbi barədə” iddiasının təmin edilməsi qət edilmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək qiyabi qətnamənin ləğv edilməsini və işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərardad ilə cavabdehin “qiyabi qətnamənin ləğv edilməsi barədə” ərizəsi təmin edilməmişdir. Cavabdeh qiyabi qətnamədən apellyasiya şikayəti və eyni zamanda “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə vermişdir. “Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə ərizənin rədd edilməsini, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını qərara almışdır. Cavabdeh həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsi və “buraxılmış prosessual müddətin bərpası barədə” ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti, baxılması üçün, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdehin “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsi və bu ərizənin rədd edilməsi barədə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qərardaddan verdiyi şikayəti onunla əsaslandırılır ki, qiyabi qətnamənin mövcudluğu barədə cavabdehin məlumatı olmamış, həmin qiyabi qətnamənin surətini xx.xx.2020-ci il tarixdə almışdır. İş materiallarından görünür ki, iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qiyabi qətnaməsi cavabdehin yaşayış yeri olan ünvan 1 ünvana göndərilmiş göndərilmişdır. Bundan sonra Rayon Məhkəməsi həmin qətnamədən şikayətin verilməməsini nəzərə alaraq qətnaməni qüvvəyə minmiş hesab etmiş və qətnamənin əsasında tərtib edilmiş icra sənədini icra edilməsi üçün xx.xx.2010-cu il tarixdə Xəzər Rayon İcra Şöbəsinə göndərmişdir. İcra Şöbəsi tərəfindən bildirişlər cavabdehin (borclunun) yaşayış yeri olan həmin ünvana göndərilmiş, lakin dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq icra sənədi uzun müddət icrasız qalmışdır. Daha sonra icra sənədi təkrar icraya yönəldilmiş xx.xx.2018-ci il tarixdə icraata başlanmaq haqqında qərar qəbul edilmişdir. İş materiallarından görünür ki, borclunun hazırkı yaşayış yeri də məhz yuxarıda qeyd edilən (ünvan 1) ünvandır. 10 il ərzində bütün sənədlər (məhkəmə qətnaməsi, icra sənədi üzrə bütün bildirişlər) həmin ünvana göndərilmişdir. Belə olan halda, Məhkəmə borclunun 10 il ərzində qətnamənin mövcudluğundan məlumatlı olmaması barədə dəlilini əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-nin 363-cü maddəsinə görə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-nin 130.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-nin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, buraxılmış prosessual müddətinin bərpası üçün əsaslar yoxdur, prosessual müddəti buraxmış və onun bərpasını xahiş edən borclu müddətin üzrlü səbəbdən ötürülməsinə dair sübutları təqdim etməmişdir. Göstərilənlərə əsasən müəyyən edilir ki, prosessual müddətin üzürlü səbəbdən buraxılması təsdiq edilmir. Bu hal müəyyən edildiyi üçün Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi cavabdehin “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsinin təmin edilməməsi barədə qərardadı qəbul etməkdə və həmin qərardaddan cavabdehin verdiyi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayətin təmin edilməsi və Rayon Məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas yoxdur. Qeyd edilənləri və MPM-nin 133, 134, 363 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2512/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2512/2021
29.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver