Məhkəmə qərarları › İş №2(103)-2517/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2517/2025

09.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2517/2025 09.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) avtomobilə və sağlamlığa dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Bayramlı Möhtəbər Arif qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) avtomobilə və sağlamlığa dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 dekabr 2025-ci il tarixli, e-2(001)-539/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qərardadı qəbul etdi Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada avtomobilə dəymiş ziyana görə 23687,65 manat, sağlamlığa dəymiş ziyana görə 1000 manat, avtomobilin təmirinə sərf olunmuş 3000 manat, avtomobilin dəyərinin azalması nəticəsində dəymiş ziyana görə 5000 manat pul və 264,06 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 dekabr 2025-ci il tarixli, e-2(001)- 539/2024 nömrəli ilə iddia qismən təmin edilmiş, vurulmuş maddi ziyan kimi 19633 manat məbləğində, o cümlədən avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizasiyası) nəzərə alınmaqla avtomobilin itirilmiş əmtəə dəyərinin əvəzində 8000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi ödənilmiş 148 manat pul məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

Apellyasiya instansiyası məhkəməsində icraat

3. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 aprel 2025-ci il tarixli, 2(103)-2517/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2025-ci il tarixli, 2(103)-2517/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

6. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 22 oktyabr 2025-ci il tarixli, QCM/O 011-086/25 nömrəli məktuba əlavə edilmiş 22 oktyabr 2025-ci il tarixli, QCM/O 019-127/25 nömrəli mütəxəssis rəyi məhkəməyə təqdim olunmuşdur.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsininin 09 dekabr 2025-ci il tarixli, e- 2(001)-539/2024 nömrəli məktubuna əsasən Cavabdeh1 (nümayəndəsi və vəkili X3) tərəfindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizəsinə baxılması ilə bağlı mülki işin həmin məhkəməyə göndərilməsi xahiş edilmişdir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

9. Məhkəmə kollegiyası qeyd edilənlərə nəzərə alaraq, hesab edir ki, Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizəsinə baxılması üçün Cavabdeh2 apellyasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad ləğv edilib, iş apellyasiya baxışından çıxarılmaqla, birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

10. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) avtomobilə və sağlamlığa dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 dekabr 2025-ci il tarixli, e-2(001)-539/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 aprel 2025-ci il tarixli, 2(103)-2517/2025 nömrəli qərardadı ləğv edilsin, iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar