Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-252/2020 07.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-763/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh X4 nümayəndəsi X6 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarşı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəs ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, 5ci mikrorayon, A.Məhərrəmov küçəsi ev 28, 32 saylı mənzilə vurulan maddi zərərin əvəzi kimi 2000 manat və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-763/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh maddi zərərin əvəzi kimi 1120 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1150 manat məbləğində pul alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatın Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh X4 nümayəndəsi X6 qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun qardaşının aldığı mənzil həmin binanın 2-ci mərtəbəsində yerləşsə də orada heç vaxt yaşayış olmamışdır və ayda bir dəfə Bakıda yaşayan yaxın qohumları və o, gəlib həmin mənzilə baş çəkib gedir. Həmişə də evə gəlib baxanda şəxsən öz su krantlarının bağlı olub-olmamasını yoxlayır və həmişə də krantlar bağlı olur. Birinci mərtəbəyə su onların üstündə, 3-cü mərtəbədə yaşayan qonşunun mənzilindən buraxılır. Bu faktı iş üzrə iddiaçı olan İddiaçı da təsdiq edir və qətnamə çıxarılandan sonra o, onunla telefonla dəfələrlə danışmış və bildirmişdir ki, onların heç bir günahı yoxdur, o cavabdehdən şikayət etmir, onun evinə su 3-cü mərtəbədən axıdılır. İddiaçı bu dediklərini “Whats app” vasitəsilə onun telefonuna da göndərmişdir. AR MPM- nin-54.1-cü mad.göstərilir ki, iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı verildikdə, məhkəmə iddiaçının razılığı ilə işi xitam etmədən cavabdehi, əsl cavabdehlə əvəz edə bilər. Yuxarı instansiya məhkəməsi əsl olmayan tərəfin əvəz edilməsini tətbiq edə bilər. Yerli məhkəmə qətnamə çıxararkən, AR MPM-nin 385.1.2-ci mad.tələbləri pozulmuş, mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılmamış, onun evinə baxış keçirilməmiş, cavabdeh kimi məhkəmə iclasında onun iştirakını təmin etməmiş, iş üzrə yalnız formal mülahizələr əsasında yekun qətnamə çıxarmışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının cavabdehə münasibətdə yoxlanılması təşkil edir. İddiaçı apellyasiya şikayəti vermədiyindən qətnamə ona münasibətdə yoxlanılmır. Kollegiya bu qənaətini onunla əsaslandırır ki, qətnamənin bütünlüklə yoxlanılması iddiaçının şikayəti olmadığı halda ona münasibətdə də qərar qəbul edilməsi sonuncunun hüquqlarına toxunan hal kimi qiymətləndirilə bilər. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr., A.Məhərrəmov küçəsi, ev 28, mənzil 35 Cavabdeh sahibliyindədir. V.Həsənov, P.Ağayev və Cavabdeh tərəfindən xx xxxxxxx 2017-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr, A.Məhərrəmov küçəsi, ev 28, mənzil 35-in sahibi Cavabdeh özü mənzildə yaşamır. Mənzilini kirayə verir, su kanalizasiya sistemi nasaz olduğuna görə su aşağı mərtəbədə yerləşən mənzil 32-yə axaraq onun mənzilinin təmirinə ciddi ziyan vurmuşdur. MKİS tərəfindən 35 saylı mənzilin sahibinə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir nəticə çıxarmır və su axıtmağa davam edir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 11601 nömrəli, xx xxxx 2018-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr., A.Məhərrəmov küçəsi, 28 saylı evin, 32 saylı mənzilinin 35 saylı mənzilin altında yerləşməsini, 32 saylı konstruktiv elementləri (divar, tavan) üzərində davamlı su sızma izlərinin olduğunu, eləcə də mülki işdə olan aktın məlumatlarını nəzərə alaraq, 35 saylı mənzildən suyun 32 saylı mənzilə sızması müəyyən edilmişdir. 32 saylı mənzilə su sızmasına səbəb 35 saylı mənzilin sanitar qovşağının döşəməsində olan qüsurlar, eləcə də kommunikasiya xətləri üzərində istismar müddətinin keçməsi ilə əlaqədar qüsurlar səbəb ola bilər. Həmçinin, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr., A.Məhərrəmov küçəsi, 28 saylı evin, 32 saylı mənzilinə suyun sızma halları nəticəsində dəymiş zərərin bərpa olunması üçün sərf olunan (xidmət haqqı və istifadə ediləcək materiallar nəzərə alınmaqla) vəsaitin məbləği 1120 manat olduğu müəyyən edilmişdir. Bundan əlavə məhkəmə kollegiyası tərəfindən əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertiza tətqiqatının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 1732 saylı xx xxxxx 2020-ci il tarixli rəyinə əsasən, rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə və mülki iş malariallarında olan 35 saylı Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx xxxxxxx 2017-ci il tarixli aktın məlumatlarına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, A.Məhərrəmov küçəsində yerləşən 28 saylı evin 32 saylı mənzilinə suyun üst mərtəbədə yerləşən 35 saylı mənzildən sızması, suyun sızmasının isə 35 saylı mənzilin su və kanalizasiya boru xətlərində yaranan qəzadan baş verə bilməsi müəyyən edilir. Rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən cavabdehin 35 saylı mənzilinin ayrı-ayrı konstruktiv elementlərinin üzərində su sızma əlamətlərinə aid olan qüsurların mövcudluğunu nəzərə alaraq, 35 saylı mənzilə suyun üst mərtəbədəki mənzildən sızması, sızmış suyun isə 35 saylı mənzil vasitəsilə alt mərtəbədəki iddiaçının 32 saylı mənzilə keçməsi istisna olunmur. Göstərilən məsələ son nəticədə məhkəmə tərəfindən qiymtətləndirilə bilər. Su sızma nəticəsində, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, A.Məhərrəmov küçəsində yerləşən 28 saylı evin 32 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 825 manat məbləğində müəyyən edilir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin məcəllənin 1098.2-ci maddəsinə əsasən, əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Həmin məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin məcəllənin 21.1. maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2. maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakmdan məhrum olması və ya əmlakmm zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr., A.Məhərrəmov küçəsi, 28 saylı evin, 32 saylı mənzilə həmin binanın sahənin üstündə yerləşən, cavabdehə Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr., A.Məhərrəmov küçəsi, ev 28, 35 saylı mənzildən su axıtma nəticəsində maddi zərər vurulmuşdur. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus mənzilinə su axıdılmasının cavabdehə məxsus mənzildən olması və həmin su axıdılması nəticəsində iddiaçıya ziyan vurulması iş materialları və ekspertiza rəyi ilə təsdiq olunduğundan, su axıdılmasının nəticəsində vurulmuş maddi ziyanın əvəzinin cavabdehdən tutulmasına dair iddiaçının tələbi əsaslıdır. Mənzilə vurulmuş zərərin məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırkı mübahisə ilə bağlı aparılmış araşdırma zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 1732 saylı xx xxxxx 2020-ci il tarixli ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, mənzilə su axıdılması nəticəsində dəymiş ziyanın məbləğini ekspert rəyinə uyğun olaraq 825 manat müəyyən edilməsini ədalətli hesab edir. Belə ki, qeyd olunan rəy mənzilə vurulmuş zərərin indiki dövrə olan məbləğini əks etdirir. Belə olan halda cavabdeh X2 825 manat tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ekspertiza tətqiqatının dəyəri 150 manat (100+50) manat cavabdeh X2 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan əlavə, işə cavabdehin iştirakı olmadan baxılması barədə apellyasiya şikayətindəki dəlillərlə məhkəmə kollegiyası razılaşmır. Belə ki, cavabdehin rəsmi qaydada qeydiyyatda olduğu ünvana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məhkəmə bildirişləri və qətnaməsi göndərilmişdir. Bununla da birinci instansiya məhkəməsi haqlı olaraq Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 384.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, X4 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 763/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilməli, cavabdeh X2 825 manat tutularaq İddiaçı ödənilməli, ekspertiza tətqiqatının dəyəri 150 manat (100+50) manat cavabdeh X2 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X4 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-763/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh X2 825 manat tutularaq İddiaçı ödənilsin. Ekspertiza tətqiqatının dəyəri 150 manat (100+50) manat cavabdeh X2 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2(103)-252/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-252/2020
07.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver