Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-253/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc, tələbin ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair ilkin və iddiaçı Cavabdeh1 cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-yə qarşı “kredit müqaviləsinin dəyişdirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli, 2(001)-312/2019 saylı qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə və Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 22 avqust 2013-cü il tarixli 701 KX saylı kredit müqaviləsi üzrə 72700 manat əsas borc, 2213,40 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 36098,13 manat cərimə borcu, 11241,30 manat gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borc olmaqla, cəmi 122252,83 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın 22 avqust 2013-cü il tarixli 233 saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-1043 nömrəli 0,12 ha torpaq sahəsinə və 22 avqust 2013-cü il tarixli 32/2 saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan Cavabdeh3 mülkiyyət hüququ ilə məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində istifadədə 0,12 ha torpaq sahəsində yerləşən 206,5 kv.m. ümumi, 102.5 kv.m. yaşayış sahəsindən ibarət 2 mərtəbəli 6 otaqlı 1043 nömrəli fərdi bağ evinə yönəldilməsi, bu əmlakların açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına borcun ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, əmlak satıldıqdan sonra boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdeh Ləğv prosesində olan İddiaçı ASCyə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, qarşlıqlı iddia ərizəsinin təmin edərək Cavabdeh1 ilə KredoBank ASC arasında bağlanmış 22 avqust 2013-cü il tarixli 701 KX saylı kredit müqaviləsinin dəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli, 2(001)- 312/2019 saylı qətnaməsi ilə ilk iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh1 22 avqust 2013cü il tarixli 701 KX saylı kredit xətti müqaviləsi üzrə əsas borca görə 22403,24 manat, faiz borcuna görə 525,75 manat, cəriməyə görə 500 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 23458,99 manatın Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, Cavabdeh1 ipoteka predmetlərinin qiymətəndirilməsi ilə bağlı çəkilən xərclərə görə "xxxx" MMC-nin xeyrinə 200 manat, ekspertiza tədqiqatının dəyərinə görə dövlət nəfinə 290 manat tutulması, Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 1043 saylı bağ evinin ilkin satış qiyməti 420000 manat, Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi B1043 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin ilkin satış qiyməti 130000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitdən 23458,99 manatın Ləğv prosesində olan İddiaçı ASC-nin hesabına, 200 manatın "xxxx" MMCnin hesabına, 290 manatın dövlət nəfinə keçirilməsi, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 1043 saylı bağ evinin və Sumqayıt şəhəri Novxanı bağ massivi B1043 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin açıq hərracda satıldıqdan 1 ay sonra boşaldılması, ilk iddia ərizəsi qalan hissədə və Cavabdeh1 Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı 22 avqust 2013-cü il tarixli 701 KX saylı kredit müqaviləsinin dəyişdirilməsinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Ləğv parosesində olan İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vasitəsi ilə apellyasiya şikayəti verərək, Bakışəhəri Binəqədi Rayon Məhkəməsinin 27 noyabr 2019- cu il tarixli, 2(001)-312/2019 saylı qətnaməsinin ləğv edilməsi və ilkin iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddianın təmin edilməmiş hissəsində əsassızdır. Belə ki, məhkəməilkin iddia tələbinin borc məbləği hissəsində qismən təmin edilməsinin əsası kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 26 iyul 2019-cu il tarixli rəyinə istinad etmişdir. İş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət verilsə də, məhkəmə bu vəsatəti təmin etməmişdir. Cavabdeh qrafik üzrə ödənişlərdə gecikdirmə hallarına yol vermiş və bu səbəbdən tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olaraq gecikdirilən ödəniş məbləğinə ikiqat faiz hesablanmışdır. Cavabdeh qrafik ödənişlərini gecikdirmədən həyata keçirsəydi, məhkəmənin mövqeyi ilə razılaşmaq olardı. Həmçinin məhkəmə ilkin iddia tələbini 11241,30 mant dəymiş zərər hissəsində də təmin etməməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə kredit müqaviləsinin qüvvədə olma müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablanmaqla faiz borcunun (əldən çıxmış faydanın) tutulması hər hansı şərtlə məhdudlaşdırılmamışdır. Digər tərəfdən məhkəmə özqətnaməsində ipoteka predmetlərinin ilkin satış qiymətinin 130000 manat və 420000 manat müəyyən edilməsi ilə bağlı nəticəyə gələrkən 02 sentyabr 2019-cu il tarixli ekspert rəyinə əsaslanmışdır. Lakin ölkədə baş verən iqtisadi vəziyyətlə bağlı əmlakların qiymətlərində artım və azaldılmalar müşahidələr edilmişdir. Bu səbəbdən iş üzrə təkrar məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilməli və mübahisəli əmlakların real bazar dəyəri müəyyən edilməlidir. Qətnamədən həmçinin ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 apellyasiya şikayəti verərək, ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməlidir. Belə ki, məhkəmə işin faktiki hallarını, o cümlədən respublikada milli valyutanın 2015-ci ilin fevral ayında 1-ci, dekabr ayında 2-ci devalvasiyası nəticəsində manatın faktiki olaraq 2 dəfədən artıq dəyərdən düşməsini və qiymətlərin dəyişməsinin əvvəlcədən görülməsi mümkün olmadığından cavabdehin kredit borcunun ödənilməsi üçün planlaşdırılmış gəliri əldə edilə bilməməsini nəzərə almamışdır. Borcun ödənilməsində çətinlik yarandığından cavabdeh dəfələrlə müqavilə şərtlərinin dəyişdirilməsi bardə Bank rəhbərliyinə müraciət edilərək bağlanmış müqavilə üzrə hesablanmış kredit faizlərinin silinməsi, bundan sonrakı mərhələdə kredit məbləğinin üzərinə faiz gəlinməməsi, ödəniləcək pulların əsas kredit borcundan silinməsi, əsas borcalanın məcburi köçkün və Qarabağ müharibəsi veteranı, habelə hazırda işsiz olduğu nəzərə alınaraq kredit müqaviləsinin müddətinin 10 il müddətə uzadılması, müqavilənin qarşılıqlı razılaşma yolu ilə yeni şərtlərlə bağlanması təklif etsə də, "xxxx" ASC-nin rəhbərliyi kreditin qaytarılmasında heç bir güzəşt və köməklik etməmişdir. Həmçinin tələbin yönəldildiyi Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 1043 saylı bağ evinin ilkin satış qiymətinin 420000 manat, Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi B1043 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin ilkin satış qiymətinin 130000 manat müəyyən edilməsi barədə "xxxx" MMC-nin rəyi və məhkəmənin həmin rəyə istinad etməsi əsassız olmuşdur. Belə ki, həmin əmlakların ilkin satış qiymətinin real bazar qiymətindən xeyli aşağı dəyərləndirilməsi ipoteka qoyan kimi hər iki mülkiyyətçinin hüququnun pozulmasına səbəb olar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, əlavə olaraq bildirdi ki, apellyasiya baxışı zamanı təqdim edilmiş ekspert rəylərinə etirazı yoxdur, hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi zamanı eləcə də cəmi borcun məbləğinin müəyyən edilməsi zamanı həmin rəylər əsas götürülməlidir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X3 tərəflərin verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək əlavə olaraq bildirdi ki, apellyasiya baxışı zamanı ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı təqdim edilmiş ekspert rəyi əsassız olmaqla reallığı əks etdirmir. Hesab edir ki, yenidən qiymətləndirmə olmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının - ilkin iddia tələbinin borc məbləği, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və qarşılıqlı iddianın rədd edilməsi hissəsində yoxlanılması təşkil edir. Apellyasiyanın hədləri ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq kollegiya aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan borcverən KredoBank ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 22.08.2013-cü il tarixli 701 KX saylı kredit xətti müqaviləsindən müəyyən olunur ki, bank borcalana mənzilin təmiri məqsədilə 36 ay müddətinə yəni 22.08.2016-cı il tarixinədək qaytarmaq, illik 17% ödəmək şərtilə 80000 manat kredit verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Kredit xətti müqaviləsinin 6.3-cü bəndindən müəyyən olunur ki, borcalan kredit xətti üzrə əsas borcu 22.08.2016-cı il tarixinə qədər tam şəkildə ödəməlidir. İş materiallarında olan Kredit xətti müqaviləsinin 8.1-ci bəndindən müəyyən olunur ki, pul öhdəliyinin icra edilməsinin borc verən tərəfindən vaxtından əvvəl tələb edilməsi aşağıdakı hallarda mümkündür: a) əlverişsiz şəraitin yaranması nəticəsində borc alanın lazımi qaydada borcu ödəmək qabiliyyəti olmadıqda; və s, İş materiallarında olan Kredit xətti müqaviləsinin 10.1.-10.2-ci bəndlərindən müəyyən olunur ki, bu müqavilə üzrə borc alanın üzərinə düşən öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsi və yaxud müəyyənləşdirilmiş müddətdə icra etməməsi halında borc alan borc verənə hər gecikdirilən gün üçün 0,04% həcmində dəbbə pulu ödəməlidir. İş materiallarında olan İpoteka saxlayan KredoBank ASC ilə ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış 22.08.2013-cü il tarixli 233 saylı ipoteka müqaviləsindən müəyyən olunur ki, ipoteka verən 22.08.2013-cü il tarixli 701 KX saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi üçün mülkiyyətində olan Sumqayıt şəhəri Novxanı Bağ massivi B-1043 nömrəli 0,12 ha torpaq sahəsini ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 3.3-cü bəndindən müəyyən olunur ki, ipoteka ilə yüklü edilmiş əmlak tərəflərin razılığı ilə 60000 manat qiymətləndirilmişdir. İş materiallarında olan İpoteka saxlayan KredoBank ASC ilə ipoteka qoyan Cavabdeh3 arasında bağlanmış 22.08.2013-cü il tarixli 32/2 saylı ipoteka müqaviləsindən müəyyən olunur ki, ipoteka verən 22.08.2013-cü il tarixli 701 KX saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi üçün mülkiyyətində olan Sumqayıt şəhəri Novxanı Bağ massivi istifadədə olan 0,12 torpaq sahəsində yerləşən 206,5 m2 ümumi, 102,5 m2 yaşayış sahəsindən ibarət 2 mərtəbəli 6 otaqlı 1043 nömrəli fərdi bağ evini ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 3.3-cü bəndindən müəyyən olunur ki, ipoteka ilə yüklü edilmiş əmlak tərəflərin razılığı ilə 300000 manat qiymətləndirilmişdir Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28.08.2013-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri Novxanı Bağ massivi B1043 nömrəli 0,12 ha torpaq sahəsinin 22.08.2013-cü il tarixli 701 KX saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi 22.08.2013-cü il tarixdən 36 ay müddətinə KredoBank ASC qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28.08.2013-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri Novxanı Bağ massivi istifadədə olan 0,12 torpaq sahəsində yerləşən 206,5 m2 ümumi, 102,5 m2 yaşayış sahəsindən ibarət 2 mərtəbəli 6 otaqlı 1043 nömrəli fərdi bağ evinin 22.08.2013-cü il tarixli 701 KX saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi 22.08.2013-cü il tarixdən 36 ay müddətinə KredoBank ASC qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 08.02.2018-ci il tarixli **********24 saylı məktubundan müəyyən olunur ki, Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri Novxanı bağ massivində yerləşən B-1043 saylı torpaq sahəsinə dair tutmanın yönəldilməsi barədə Ləğv prosesində olan KredoBank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun bildirişi qeydə alınmışdır. Ləğv prosesində olan KredoBank ASC-nin 09.02.2018-ci il tarixli **********134 saylı maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh1 22.08.2013-cü il tarixli 701 KX saylı kredit xətti müqaviləsi üzrə 08.02.2018-ci il tarixə əsas borca görə 75600 manat, faiz borcuna görə 20920,20 manat, cərimə borcuna görə 5569,20 manat olmaqla cəmi 102089,40 manat borcu vardır, ödəniş aparılmadığı dövr 24 ay təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09.04.2019-cu il tarixli 15061 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 22 avqust 2013-cü il tarixli 701 KX nömrəli kredit xətti müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh1 iddiaçı KredoBank ASC-yə 16.02.2018-ci il tarixə olan borcu 32209,62 manat məbləğində, 14.05.2018-ci il tarixə olan borcu isə 33261,11 manat məbləğində müəyyən edilir, o, cümlədən: 16.02.2018-ci il tarixə olan borc üzrə: əsas borc üzrə 25303,24, faiz borcu üzrə 6906,38 manat, 14.05.2018-ci il tarixə olan borcu üzrə: əsas borc üzrə 25303,24 manat, faiz borcu üzrə 7957,87 manat. Qeyd edilir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 22.08.2013-cü il tarixli 701 KX kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün soruşulan tarixlərə Cavabdeh1 cərimə borcu hesablanmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.07.2019-cu il tarixli 15850 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 22.08.2013-cü il tarixli 701 KX nömrəli kredit xətti müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh1 iddiaçı KredoBank ASC-yə olan borcu aşağıda göstərildiyi kimi müəyyən olunur: 22.08.2016-cı il tarixə olan borc üzrə: əsas borc üzrə 25303,24 manat, faiz borcu üzrə 525,75 manat müəyyən olunur. Qeyd edilir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 22.08.2013-cü il tarixli 701 KX kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün soruşulan tarixlərə Cavabdeh1 cərimə borcu hesablanmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, ekspert tərəfindən 08.07.2016-cı il tarixədək aparılan ödənişlər nəzərə alınmışdır. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. Ləğv prosesində olan KredoBank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun məhkəməyə təqdim etdiyi hesabdan çıxarışdan müəyyən olunur ki, 08.07.2016-cı il tarixdən sonra 22.08.2013-cü il tarixli 701 KX saylı kredit xətti müqaviləsi üzrə 2900 manat ödəniş aparılmış və bu məbləğ borcverən tərəfindən əsas borca silinmişdir. Ləğv prosesində olan KredoBank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun maliyyə arayışından müəyyən olunur ki, 22.08.2013-cü il tarixli 701 KX saylı kredit xətti müqaviləsi üzrə Cavabdeh1 əsas borca görə 72700 manat, müqavilə müddəti üçün hesablanan faiz borcuna görə 2213,40 manat, cərimə borcuna görə 36098,13 manat, gecikdirilmiş vaxt üçün hesablanan illik 5% görə 11241,30 manat olmaqla cəmi 122252,83 manat borcu vardır. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin əmlakın qiymətləndirilməsi ilə bağlı 02.09.2019-cu il tarixli 93/1 saylı rəyindən müəyyən olunur ki, Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri Novxanı bağ massivində yerləşən 1043 saylı bağ evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 420000 manat təşkil edir. Rəydən daha sonra müəyyən olunur ki, ipoteka predmetlərinin qiymətləndirilməsi ilə bağlı çəkilən xərclərin dəyəri 100 manat təşkil edir. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin əmlakın qiymətləndirilməsi ilə bağlı 02.09.2019-cu il tarixli 93/1 saylı rəyindən müəyyən olunur ki, Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri Novxanı bağ massivi B 1043 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 130000 manat təşkil edir. Rəydən daha sonra müəyyən olunur ki, ipoteka predmetlərinin qiymətləndirilməsi ilə bağlı çəkilən xərclərin dəyəri 100 manat təşkil edir. Birinci instansiya məhkəməsi qətnaməni əsaslandırarkən qeyd etmişdir ki, borcalan Cavabdeh1 22.08.2013-cü il tarixli 701 KX saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında icra etməməsinə görə əsas borca görə 22403,24 manat (25303,24- 2900=22403,24), faiz borcuna görə 525,75 manat borcunun yaranması öz təsdiqini tapdığından məhkəmə ilk iddiaçının borcalan Cavabdeh1 əsas borca görə 22403,24 manat, faiz borcuna görə 525,75 manat tələbini, tələbin ipoteka predmetlərinə yönəldilməsini, daşınmaz əmlakların iş üzrə keçirilən qiymətləndirmə ilə müəyyən olunan ilkin satış qiymətləri ilə açıq hərraca çıxarılmasını, ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaitinin hazırkı məhkəmə aktı ilə müəyyən olunan borcun ödənilməsinə yönəldilməsini, ipoteka predmetləri satıldıqdan ən geci bir ay ərzində boşaldılmasına tələblərini əsaslı hesab edib təmin edir. Lakin iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsinin borcun müəyyən olunması üçün əsas götürdüyü məhkəmə-mühasibatlıq ekspertizasının 26 iyul 2019cu il tarixli rəyindən cavabdehin 14 may 2018-ci il tarixədək olan ödənişləri nəzərə alınmışdır. İş materiallarından həmçinin müəyyən olunur ki, iddiaçı iddia tələbinin artırılmasına dair ərizəsi ilə qeyd olunan ekspert rəyi alındıqdan sonra 27 sentyabr 2019-cu il tarixdə məhkəməyə müraciət etmiş və borcu 25 sentyabr 2019-cu il tarixə hesablanmışdır. Həmçinin müəyyən olunur ki, ekspert rəyinin nəzərə aldığı sonuncu ödənişdən sonra cavabdeh tərəfindən ödənişlər olunmuş və məhkəmə həmin ödənişləri ekspert rəyi ilə müəyyən olunmuş əsas borcdan çıxılmaqla, yekun borcu müəyyən etmişdir. Bu səbəbdən apellyasiya baxışı zamanı iş üzrə əlavə ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 may 2020-ci il tarixli 9/ 990 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 22.08.2013-cü il tarixli 701 KX nömrəli kredit xətti müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh1 iddiaçı KredoBank ASC-yə olan borcu aşağıda göstərildiyi kimi müəyyən olunur: 22.08.2016-cı il tariə - əsas borc 25303,24 manat, faiz borcu – 525,75 manat. 22.08.2016-cı ildən 25.09.2019-cu il tarixədək 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu – 3.911,46 manat. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 22.08.2013-cü il tarixli 701 KX saylı kredit xətti müqaviləsi üzrə əsas borc, edilmiş ödənişlər və ekpert rəyləri nəzərə alınmaqla (25303,24- 2900=22403,24) 22403,24 manat müəyyən edilməli, faiz borcu isə 525,75 manat müəyyən edilməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi borcun məbləğini müəyyən edərkən, işin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İddiaçı tərəfindən isə həmin halları təkzib edəcək hər hansı mötəbər sübut təqdim edilməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Belə olan halda birinci instansiya məhkəməsi iddiaçının xeyrinə cəriməyə görə borc alandan 500 manat tutulmalı olması barədə düzgün qənaətə gəlmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə işin müəyyən olunmuş hallarına əsasən cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək ondan 22403,24 manat məbləğində əsas və 525,75manat faiz borcu və 500 manat cərimə borcunu tutmaqda haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin göstərilən nəticəsi ilə razılaşsa da iddia tələbinin - 11241,30 manat gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borcun tutulması hissəsində rədd etməklə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, kollegiyanın qənaətinə görə, iddiaçının sözügedən tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsi nəzərdən keçirilə bilər; belə ki, həmin maddəyə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. İşin materiallarında da göründüyü kimi, tərəflər arasında öhdəlik münasibətləri yaranmış, cavabdeh öhdəliklərini vaxtında yerinə yetirmədiyinə görə bank ona qarşı iddia qaldırmışdır. Göründüyü kimi işin halları ilə mübahisəsiz olaraq müəyyən edilmişdir ki, cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərini vaxtında icra etmədiyindən iddiaçı gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borcun tutulması barədə iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddiaçı tərəfindən iddia tələbinin göstərilən hissəsi ilə bağlı 11241,30 manat tələb etsə də, apellyasiya baxışı zamanı təqdim edilmiş ekspert rəyindən müəyyən olunur ki, 22.08.2016-cı ildən 25.09.2019-cu il tarixədək 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu – 3.911,46 manat təşkil edir. Buna görə də kollegiya hesab edir ki, cavabdehə gecikdirilmiş vaxt üçün hesablanmalı olan məbləğ 3.911,46 manat müəyyən edilməlidir. Belə olan halda həmçinin tutulmalı olan cəmi borcun məbləği də dəyişdirilməli, 27370,45 maant müəyyən edilməlidir. Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatına əsasən "xxxx" MMC tərəfindən verilmiş 24.07.2020-ci il tarixli eksert rəyində isə, sözügedən torpaq sahəsinin orta bazar qiyməti 120 000 manat, həmin torpaq sahəsi üzərində tikilmiş evin orta bazar qiyməti isə 350 000 manat müəyyən edilmişdir. Bununla belə iş üzrə obyektiv qərar qəbul olunması üçün ipoteka predmetinin 0.12 ha torpaq sahəsinin eləcə də torpaq sahəsində yerləşən fərdi bağ evinin likvid qiymətinin müəyyən edilməsi ilə bağlı təkrar qiymətləndirmə ekspertizası təyin edilmişdir. Təqdim edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı Property MMC-nin PR/M-39-1/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli rəyindən görünür ki, bağı evinin likvid dəyəri 192000 manat, fərdi bağ evinin likvid dəyəri 97000 manat müəyyən edilmişdir. Kollegiya hesab edir ki, qiymətləndiricinin hazırda müəyyənləşdirdiyi qiymətin ilkin satış kimi əsas götürülməsi daha məqsədəuyğundur. Belə ki, iş üzrə təqdim edilmiş əmlaka dair qiymətləndirmə rəylərinin müqayisəli tədqiqi ipoteka predmetinin likvid dəyəri ilə ilkin satış qiymətinin müəyyən edilməlidir. Qarşılıqlı iddia tələbinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti bitmişdir, belə olan halda qarşılıqlı iddia ərizəsində qeyd olunan hallar müqavilənin dəyişdirilməsi üçün əsas olmadığından qarşılıqlı iddia ərizəsi təmin edilə bilməz. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən veilmiş apellyasiya şikayəti rədd edilməli, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməklə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, 2(001)- 312/2019 saylı qətnaməsi iddia tələbinin rədd edilən - gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borcu tutulması hisəsində ləğv edilməli, həmin hissədə iddiatələbi qismən təmin edilməklə Cavabdeh1 iddiaçının xeyrinə 3.911,46 manat gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borcu tutulmalı, həmçinin qətnamə tutulmalı cəmi borcun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməklə 27370,45 manat müəyyən edilməli, həmçinin qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməklə fərdi bağ evinin ilkin satış qiyməti 192000 manat, torpaq sahəsinin ilkin satış qiyməti 97000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasэ Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı zamanı keçirilmiş ekspert tədqiqatlarının dəyəri iddiaçı və cavabdehdən müşətərək qaydada tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli, 2(001)- 312/2019 saylı qətnaməsi iddia tələbinin rədd edilən - gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borcun tutulması hisəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi qismən təmin edilsin. Cavabdeh1 3.911,46 (üç min doqquz yüz on bir manat, qırx altı qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borcu iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamə tutulmalı cəmi borcun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Cavabdeh1 cəmi borc 27370,45 (iyirmi yeddi min üç yüz yetmiş manat qırx beş qəpik) manat iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri Novxanı bağ massivində yerləşən 1043 saylı bağ evinin ilkin satış qiyməti 192000 (bir yüz doxsan iki min manat) manat, Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri Novxanı bağ massivi B 1043 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin ilkin satış qiyməti 97000 (doxsan yeddi manat) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilməsən saxlanlsın. Apellyasiya baxışı zamanı keçirilmiş ekspert tədqiqatının dəyəri 100 manat (bir yüz) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, qiymətləndirmə xərci 500 manat (beş yüz) "xxxx" MMC-nin hesabına, qiymətləndirmə xərci 300 manat (üç yüz) Property MMC-nin hesabına iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-dən və Cavabdeh1 müştərək qaydada tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-253/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-253/2021
17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver