Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2537/2020 03.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair ilk, həmçinin Cavabdeh İddiaçı qarşı «ərin arvadı saxlamaq vəzifəsindən azad edilməsi» barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)-3528/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək,məhkəmə qərarı ilə təyin edilmiş 70 manat aliment məbləğinin dəyişdirilərək artırılması, pensiya yaşına çatanadək hər ay sabit pul məbləğində 250 manat alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahişetmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(007)-2259/2018 saylı qətnaməsi ilə onunla cavabdeh arasında bağlanmış nikah pozulmuş, tərəfindən verilmiş qarşılıqlı iddia qismən təmin edilmiş, yəni Cavabdeh ərizənin verildiyi xx xxxx 2018-ci il tarixdən başlayaraq, pensiya yaşına çatanadək hər ay sabit pul məbləğində 120 manat alimentin tutularaq ona verilməsi qət edilmişdir. Həmin qətnamə ilə eyni zamanda birgə nikah müddətində əldə etdikləri ümumi birgə mülkiyyətdə olan əmlak (mənzil) üzərində payları (3/5 hissədə onun, 2/5 hissədə Cavabdeh) müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi əsasında rayon məhkəməsinin qeyd edilən qətnaməsi dəyişdirilmiş, alimentin məbləği 70 manata endirilmiş, o cümlədən əmlak (mənzil) üzərində payları 1/2 hissədə müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. O, İİ qrup ömürlük əlildir, maddi imkanım həddindən artıq zəifdir, alimentin miqdarının artırılması zərurəti vardır. Əmək qabiliyyətini itirdiyindən işləmək iqtidarında deyildir. Cavabdeh əvvəl 600 manat əmək haqqı alırdısa, hazırda 900 manat əmək haqqı alır, beləliklə onun maddi imkanı yüksəlmiş, yaxşılaşmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)- 3528/2019 saylı qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) ilk iddia qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)-652/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi, Cavabdeh məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx xxxxxx 1963-cü il tarixdə doğulmuş İddiaçı pensiya yaşına çatanadək hər ay sabit pul məbləğində 100 (yüz) manat alimentin tutulub İddiaçı verilməsi, ilk iddianın qalan hissədə, həmçinin qarşılıqlı iddianın təmin edilməməsi, məhkəmə xərclərinin Cavabdeh aid edilməsi, İddiaçı ödənilməkdən azad edildiyi 30 (otuz) manat dövlət rüsumunun ondan alınıb dövlət büdcəsinə ödənilməsi, Cavabdeh tərəfindən qarşılıqlı iddia üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun isə özünə aid edilməsi qət olunmuşdur. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ilk iddianın təmin olunmaması hissəsində ləğv olunmasını, ilk iddianın tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini ilk iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin qismən əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını, ilk iddianın tam təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Tərəflərin izahatları, prosessual məsələlər: Məhkəmə baxışında iştirak etmiş iddiaçı apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak etmiş cavabdeh apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, ilkiddia qismən təmin olunmuş, qarşılıqlı iddia rədd edilmiş, lakin cavabdeh qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz iddiaçının apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarınauyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan sübutlara əsasən - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(007)-2259/2018 saylı qətnaməsi ilə hazırki iş üzrə tərəflər arasında xx xxxxxx 1992-ci il tarixdə bağlanmış nikah pozulmuş, Cavabdeh xx xxxx 2018ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 120 manat alimentin tutulub, pensiya yaşına çatanadək İddiaçı verilməsi qət edilmiş, eyni zamanda tərəflərin birgə nikah müddətində əldə etdikləri əmlak (mənzil) üzərində payları (3/5 hissədə İddiaçı, 2/5 hissədə Cavabdeh) müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, alimentin məbləği 70 manata endirilmiş, o cümlədən əmlak (mənzil) üzərində tərəflərin payı 1/2 hissədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(102) -3724/2019 saylı qərarı ilə İddiaçı kassasiya şikayət təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı hazırki iddia ərizəsində Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə tutulan 70 manat alimentin miqdarının artırılaraq 250 manat həddində müəyyən olunmasını xahiş etmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra, AM) 85.1.3-cü və 85.1.4-cü maddələrinə əsasən nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad) ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. AM-nin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Birinci instansiya məhkəməsi ilk iddianı qismən təmin edərkən göstərmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə Cavabdeh İddiaçı pensiya yaşına çatanadək hər ay sabit pul məbləğində aliment təyin edilərkən sonuncunun əlilliyə görə 157 manat məbləğində ömürlük pensiya alması Cavabdeh əmək haqqının isə kifayət qədər yüksək olmaması halları əsas götürülməklə aliment məbləği hər ay 70 manat sabit pul məbləğində müəyyən edilmişdir. Aliment məbləği təyin olunduqdan sonra Cavabdehn aylıq gəliri 40 faiz artırılaraq hazırda 820 manat müəyyən olunmuşdur. Bundan əlavə 2018-ci ilə münasibətdə pensiyaçılar üçün yaşayış minimumu da 144 manatdan artırılaraq 149 manat müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, İddiaçı pensiyasının artırılaraq 200 manat müəyyən olunması əlil və xüsusi qayğıya ehtiyacı olan şəxslərə daim qayğı göstərilməsi istiqamətində dövlətin əsas prioritet məsələlərindən biridir. Bu baxımdan dövlət tərəfindən xüsusi diqqət və qayğıya ehtiyacı olan şəxslərə ödənilən pensiya məbləğinin dövlət tərəfindən artırılması halı iddiaçının məhkəmə qaydasında alimentin artırılmasını tələb edilməsi hüququnun olmaması kimi qiymətləndirilməməlidir. Aliment məbləğinin İddiaçı iddiasında qeyd etdiyi məbləğdə (250 manat) artırılması isə Cavabdeh aylıq gəlirinə mütənasib olmamaqla, yüksək məbləğdədir. Sonuncunun gəliri 40 faiz artdığı halda aliment məbləğinin artırılması da həmin məbləğə nisbətdə mütənasib olmalıdır (70 x 40%=28 manat). Göründüyü kimi, birinci instansiya məhkəməsi alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi vəziyyətini, qanunvericiliyin tələblərini və işin digər diqqətəlayiq hallarını tam, hərtərəfli və obyektiv nəzərə almışdır. Eyni zamanda, qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi alimentin miqdarı 70 manat həddində müəyyən olunmuş, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayət təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göründüyü kimi, kassasiya instansiyası xx xxxx 2019-cu il tarixdə 70 manat alimenti qanuni hesab etmişdir. İddiaçı isə həmin qərarın qəbulundan qısa müddət sonra (2019-cu ilin oktyabr ayında) alimentin miqdarının artırılaraq 250 manat müəyyən olunmasını tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları və işdə olan sübutlar nəzərə alınmaqla, hazırki vaxtda alimentin miqdarının 100 manat müəyyən olunması qanuni və ədalətlidir (məhkəmə kollegiyası bu nəticəyə gələrkən, həmçinin iddiaçının pensiya almasını da nəzərə alır). İddiaçı isə alimentin miqdarının daha yüksək (250 manat həddində) müəyyən olunmalı olmasını tələb etsə də, tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Məhkəmə kollegiyası göstərilənləri, həmçinin apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını nəzərə alaraq, hesab edir ki, şikayət təmin olunmamalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə əsaslı və qanunidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair ilk, həmçinin Cavabdeh İddiaçı qarşı «ərin arvadı saxlamaq vəzifəsindən azad edilməsi» barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)-3528/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)- 3528/2019 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti veilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-2537/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2537/2020
03.03.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver