Məhkəmə qərarları › İş №2(103)-254/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-254/2021

18.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-254/2021 18.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X23 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 15 noyabr 2019-ci il tarixli, 2(005)-4597/2019 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı üçüncü şəxs Binəqədi rayon İcra və Probasiya Şöbəsi cəlb edilməklə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçılara təhvil verməkdən imtina etdiyi Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 21 yanvar 2019-cu il tarixli 2(103)-1583/2019 saylı qətnaməsində göstərilən əşyaların qiyməti olan 42656 (qırx iki min altı yüz əli altı) manat pulun Cavabdeh tutularaq iddiaçılar X9 və İddiaçı2 ödənilməsi, ödənilən 30 (otuz) manat məbləğindəki dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçılara geri ödənilməsi və hüquqi xidmət haqqı olaraq iddiaçıların hüquqşünaslara ödədiyi 1000 manat məbləğindəki xidmət haqqının cavabdehdən tutularaq iddiaçılara geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, iddiaçılar X12 və İddiaçı2 Cavabdeh və üçüncü şəxs X3 qarşı icarəyə verilmiş evə yerləşdirilmiş uşaq bağçasında istifadə təyinatlı əşyaların çıxarılaraq iddiaçılara təhvil verilməsi, icarə müqaviləsinin əsassız ləğv edilməsi səbəbi ilə dəyən maddi və mənəvi zərərin ödənilməsi tələbli iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət etmiş və bu iddia ərizəsi əsasında Nərimanov rayon Məhkəməsində 2(005)-4688/2017 saylı iş üzrə məhkəmə icraatı başlanmışdır. Bu mülki işə Nərimanov rayon Məhkəməsi öz icraatında baxarkən iddiaçıların tələbi əsasında cavabdehin onlara icarəyə vermiş olduğu evə yerləşdirdikləri uşaq bağçasında istifadə təyinatlı əşyaların siyahıya alınması və həmin əşyalar üzərində həbs qoyulması predmetli iddia təmin tədbirinə dair qərardad qəbul etmişdir. Həmin qərardad Binəqədi rayon icraçıları tərəfindən icra olunaraq qeyd edilən əşyalar siyahıya alınmış və üzərinə həbs qoyulmuşdur. Nərimanov rayon Məhkəməsi bu işlə bağlı 29 dekabr 2017-ci il tarixli, 2(005)- 4688/2017 saylı qətnaməsini qəbul etmiş və həmin qətnamə ilə iddiaçıların iddiası və cavabdehlərin qarşılıqlı iddiası təmin edilməmişdir. Həmin qətnamədən həm iddiaçı tərəf, həm də cavabdeh tərəf apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsi həmin işə 21.012019-cu ildə baxmış və cavabdehin verdiyi apelyasiya şikayəti təmin edilməmiş, iddiaçı tərəfin verdiyi apelyasiya şikayəti isə qismən təmin edilmiş və həmin hissədə Nərimanov rayon Məhkəməsinin qətnaməsini ləğv edilərək yeni qətnamə qəbul etmişdir. Belə ki, Bakı Apelyasiya Məhkəməsi həmin işə 21.01.2019-cu il tarixli 2(103)-1583 saylı qətnaməsində göstərilir ki, “İkin iddia üzrə İddiaçı2 və X10 apelyasiya şikayəti qismət təmin edilsin; ilkin iddia üzrə Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 apelyasiya şikayəti təmin edilməsin; Uşaq bağçasında istifadə təyinatlı əşyalar uşaq krovatları, stol-stul və digər mebel əşyaları, pərdələr, pərdələrə tutacaqlar, yastıq, telefon, döşəkcələr, nakleykalar, soyuducu, pakrıvallar, tavalar, plastmas təmizlik ücün və mətbəx üçün mebel şotkalar, müxtəlif xırdavatlar, kitablar Cavabdeh alınaraq ilkin İddiaçı2 və X9 verilsin; iddiaçılar tərəfindən vəkilə çəkilmiş xərclərə görə 200 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçılar İddiaçı2 və X9 ödənilsin; qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Bakı Apelyasiya Məhkəməsinin 21 Yanvar 2019-cu il tarixli, 2(103)-1583/2019 saylı qətnaməsindən həm iddiaçı tərəf, həm də cavabdeh tərəfin verdiyi kasasiya şikayəti təmin edilməmiş və həmin qətnamə AR Ali Məhkəməsinin 2(102)-3558/2019 saylı qərarı ilə qüvvəyə minmişdir. Qanuni qüvvəyə minmiş Bakı Apelyasiya Məhkəməsinin 21 Yanvar 2019-cu il tarixli, 2(103)-1583/2019 saylı bu qətnaməsinin icrasına Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Kamran Mirzəyəv 2019-cu ilin avqust ayında başlamışdır. Nərimanov rayon Məhkəməsi bu işlə bağlı 29 dekabr 2017ci il tarixli, 2(005)-4688/2017 saylı qətnaməsi Bakı Apelyasiya Məhkəməsi həmin işə 21.01.2019-cu il tarixli, 2(103)-1583 saylı qətnaməsin AR Ali Məhkəməsi 2(102)-3558/2019 saylı qərarı ilə qüvvəyə minmişdir. 03.09.2019-cu il tarixində icra məmuru Kamran Mirzəyəv Bakı Apelyasiya Məhkəməsinin 21 Yanvar 2019-cu il tarixli, 2(103)-1583/2019 sayılı icra vərəqəsinin icrası üçün ünvan 1 ünvanında yerləşən evdə olduqları zaman həmin evdə Bakı Apelyasiya Məhkəməsinin 21 Yanvar 2019-cu il tarixli, 2(103)-1583/2019 sayılı icra sənədində göstərilən əmlakdan yalnız 1 ədəd stol, 2 ədəd stul, 1 ədəd soyuducu aşkar olundu və bu durum icra sənədi üzrə tələbkar İddiaçı2, tələbkar X12, hal şahidi ünvan 3 ünvanında qeydiyyatda olan X19, hal şahidi Nəsimi rayonu S.Əsgərova 179-da qeydiyyatda olan X13 və icra məmuru Kamran Mirzəyevin tərtib edib təsdiqlədiyi Akt ilə təsbit edilmişdir. Məlum olduğu kimi, cavabdeh Bakı Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 21 Yanvar 2019-cu il tarixli 2(103)-1583/2019 sayılı icra sənədində olan aşağıdakı əşyaları “uşaq krovatları, stol-stul, və digər mebel əşyaları, pərdələr, pərdələrə tutacaalar, yastıq, telefon, döşəkcələr, nakleykalar, pakrvallar, tavalar, plastmas təmizlik ücün və mətbəx üçün mebel, şotkalar, müxtəlif xırdavatlar, kitabları” iddiaçılara verməkdən boyun qaçırdır, bununla qanunvericiliyi kobud şəkildə pozaraq iddiaçıya külli miqdarda zərər vurur. İddia tələbi icra sənədində göstərilən həmin əşyalarının qiymətinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dairdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli, 2(005)-4597/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin edilərək, cavabdehin iddiaçılara təhvil verməkdən imtina etdiyi Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 21 yanvar 2019-cu il tarixli 2(103)-1583/2019 saylı qətnaməsində göstərilən əşyaların qiyməti olan 42656 (qırx iki min altı yüz əli altı) manat pulun Cavabdeh tutularaq iddiaçılar X9 və İddiaçı2 ödənilməsi, ödənilən 45 (qırx beş) manat məbləğindəki dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçılara geri ödənilməsi və hüquqi xidmət üçün ödənilən 500 manat, cəmi 43201 manat pulun cavabdehdən tutularaq iddiaçılara geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçılar X14 və İddiaçı2 Cavabdeh və üçüncü şəxs X3 qarşı icarəyə verilmiş evə yerləşdirilmiş uşaq bağçasında istifadə təyinatlı əşyaların çıxarılaraq iddiaçılara təhvil verilməsi, icarə müqaviləsinin əsassız ləğv edilməsi səbəbi ilə dəyən maddi və mənəvi zərərin ödənilməsi tələbli iddia ərizəsi ilə Nərimanov rayon məhkəməsinə müraciət etmiş və bu iddia ərizəsi əsasında Nərimanov rayon Məhkəməsində 2(005)-4688/2017 saylı iş üzrə məhkəmə icraatı başlanmışdır. Bu mülki işə Nərimanov rayon məhkəməsi öz icraatında baxarkən iddiaçıların tələbi əsasında “cavabdehin onlara icarəyə vermiş olduğu evə yerləşdirdikləri uşaq bağçasında istifadə təyinatlı əşyaların siyahıya alınması və həmin əşyalar üzərində həbs qoyulması predmetli” iddia təmin tədbirinə dair qərardad qəbul etmişdir. Həmin qərardad Binəqədi rayon icraçıları tərəfindən icra olunaraq qeyd edilən əşyalar siyahıya alınmış və üzərinə həbs qoyulmuşdur. Nərimanov rayon məhkəməsi bu işlə bağlı 29 dekabr 2017-ci il tarixli 2(005)- 4688/2017 saylı qətnaməsini qəbul etmiş və həmin qətnamə ilə iddiaçıların iddiası və cavabdehlərin qarşılıqlı iddiası təmin edilməmişdir. Həmin qətnamədən həm iddiaçı tərəf, həm də cavabdeh tərəf apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsi həmin işə 21.01.2019-cu ildə baxmış və cavabdehin verdiyi apelyasiya şikayəti təmin edilməmiş, onların-iddiaçı tərəfin verdiyi apelyasiya şikayəti isə qismən təmin edilmiş və həmin hissdə Nərimanov rayon Məhkəməsinin qətnaməsini ləğv edilərək yeni qətnamə qəbul etmişdir. Belə ki, Bakı Apelyasiya Məhkəməsi həmin işə 21.01.2019-cu il tarixli, 2(103)-1583 saylı qətnaməsində deyilir ki, ilkin iddia üzrə İddiaçı2 və X6 apelyasiya şikayəti qismət təmin edilsin; ilkin iddia üzrə Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 apelyasiya şikayəti təmin edilməsin; Uşaq bağçasında istifadə təyinatlı əşyalar uşaq kravatları, stol-stul, və digər mebel əşyaları, pərdələr, pərdələrə tutacaqlar, yastıq, telefon, döşəkcələr, nakleykalar, soyuducu, pakrvallar, tavalar, plastmas təmizlik üçün və mətbəx üçün mebel, şotkalar, müxtəlif xırdavatlar, kitablar Cavabdeh alınaraq ilkin İddiaçı2 və X9 verilsin; iddiaçılar tərəfindən vəkilə çəkilmiş xərclərə görə 200 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçılar İddiaçı2 və X9 ödənilsin. Bakı Apelyasiya Məhkəməsinin 21 Yanvar 2019-cu il tarixli 2(103)-1583/2019 sayılı bu qətnaməsindən həm iddiaçı tərəf, həm də cavabdeh tərəfin verdiyi kasasiya şikayəti təmin edilməmiş və həmin qətnamə AR Ali Məhkəməsi 2(102)-3558/2019 saylı qərarı ilə qüvvəyə minmişdir. Qanuni qüvvəyə minmiş Bakı Apelyasiya Məhkəməsinin 21 Yanvar 2019-cu il tarixli 2(103)-1583/2019 saylı bu qətnaməsinin icrasına Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Kamran Mirzəyəv 2019-cu ilin avqust ayında başlamışdır. Nərimanov rayon məhkəməsi bu işlə bağlı 29 dekabr 2017-ci il tarixli, 2(005)-4688/2017 saylı qətnaməsi Bakı Apelyasiya Məhkəməsi həmin işə 21.01.2019-cu il tarixli, 2(103)-1583 saylı qətnaməsin AR Ali Məhkəməsi 2(102)-3558/2019 saylı qərarı ilə qüvvəyə minmişdir. 03.09.2019-cu il tarixində icra məmuru Kamran Mirzəyəv Bakı Apelyasiya Məhkəməsinin 21 Yanvar 2019-cu il tarixli, 2(103)l583/2019 sayılı icra vərəqəsinin icrası üçün ünvan 1 ünvanında yerləşən evdə olduqları zaman həmin evdə Bakı Apelyasiya Məhkəməsinin 21 Yanvar 2019-cu il tarixli 2(103)-l 583/2019 sayılı icra sənədində göstərilən əmlakdan yalnız 1 ədəd stol, 2 ədəd stul, 1 ədəd soyuducu aşkar olundu və bu durum icra sənədi üzrə tələbkar İddiaçı2, tələbkar X12, hal şahidi ünvan 5 ünvanında qeydiyyatda olan X19, hal şahidi Nəsimi rayonu S.Əsgərova 179-da qeydiyyatda olan X13 və icra məmuru Kamran Mirzəyevin tərtib edib təsdiqlədiyi Akt ilə təsbit edilmişdir. Məlum olduğu kimi, cavabdeh Bakı Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 21 Yanvar 2019-cu il tarixli 2(103)-1583/2019 saylı icra sənədində olan aşağıdakı əşyaları “usaq kravatları, stol-stul, və digər mebel əşyaları, pərdələr, pərdələrə tutacaqlar, yastıq, telefon, döşəkcələr, nakleykalar, pakrvallar, tavalar, plastmas təmizlik üçün və mətbəx üçün mebel, şotkalar, müxtəlif xırdavatlar, kitabları” iddiaçılara verməkdən boyun qaçırmışdır. Qeyd edilənlərdən məlum olduğu kimi, Nərimanov rayon Məhkəməsinin 15 Noyabr 2019-cu il tarixli, 2(005)-4597/2019 saylı qətnaməsi əsassız, ədalətsiz və qanunvericiliyin maddi və prosessual normalarına ziddir. Məhkəmə qətnaməni qəbul edərkən işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 apellyasiya şikayətini müdafəi etdi, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apellyasiya şikayətini müdafəi etdi, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X7 apellyasiya şikayətini qəbul etmədi, apellyasiya şikayətinə etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, əlavə olaraq qeyd etdi ki, iddiaçılar qeyd olunan əşyaları aparmışlar. İddiaçıların siyahıda göstərdiyi əşyalar bağçanın sahəsinə də uyğun deyil. Həmin əşyalar ora yerləşə də bilməz. Mütəxəsis tərəfindən yerində baxış keçirilib, yazılı məsləhət verilmişdir. O, həmin məsləhətlə qismən razıdır. Bağçada uşaq krovatları, stul sadə qara, stol sadə, uşaq stolları, uşaq stulları, şəkilli pərdələr, pərdə tutacaqları, rəngli yun yastıqlar, rəngli yun döşəkçələr, telefon, tava, pakrıvallar, təmizlik dəsti olub. Bu əşyalardan başqa qalan əşyalar olmayıb. Qeyd olunan əşyaları da aparıblar. Hətta cavabdehin orada bahalı ağacdan mətbəx mebeli olub, iddiaçılar onu söküb aparıblar. Xahiş etdi ki, qətnamə dəyişdirilmədən saxlanılsın. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, üçüncü şəxs Binəqədi rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatını, mütəxəsis məsləhətini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 15 noyabr 2019-ci il tarixli, 2(005)-4597/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X15 ifadəsində iddiaçıların keçmiş nümayəndəsi olduğunu bildirmişdir. Belə ki, tərəflər arasında danışıqların aparılmasında iştirak etmişdir. Cavabdeh icarə haqqı ödənilmədiyindən əşyaların qaytarılmasına ilk vaxtlar etirazını bildirmiş, lakin sonradan razılığa gəlmişdir. İddiaçıya məxsus əşyalar geri qaytarılmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 ifadəsində X7 ilə dostluq münasibətlərinin olduğunu bildirmişdir. X5 məxsus mənzildə olarkən evdən uşaq bağçasına aid mebellərin daşındığını və yük maşınına yükləndiyini görmüşdür. Ümumilikdə evdəki əşyaların sayı çox olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X20 ifadəsində cavabdehin həyat yoldaşı Böyükkişi müəllimlə qonşu olduqlarını bildirmişdir. İddiaçı2 özü ona zəng vurmuş və evdən əşyaların daşımasını xahiş etmişdir. Bütün əşyalar onun maşını ilə Faiq Rüstəmov küçəsindəki bir evə daşınmışdır. Daşıma xidməti üçün hər gediş gəlişinə görə Əhməddən 10 manat almışdır. Əşyaların içində çarpayı, uşaq stulları və s. olmuşdur. Ümumilikdə səkkiz və ya doqquz reys etmişdir. Mülki işin materiallarında olan Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.01.2019-cu il tarixli, 2(103)-1583 saylı qətnaməsinin surətindən görünür ki, ikin iddia üzrə İddiaçı2 və X8 apelyasiya şikayəti qismət təmin edilmiş, ilkin iddia üzrə Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 apelyasiya şikayəti təmin edilməmiş, uşaq bağçasında istifadə təyinatlı əşyalar uşaq krovatları, stol-stul və digər mebel əşyaları, pərdələr, pərdələrə tutacaqlar, yastıq, telefon, döşəkcələr, nakleykalar, soyuducu, pakrvallar, tavalar, plastmas təmizlik ücün və mətbəx üçün mebel şotkalar, müxtəlif xırdavatlar, kitablar Cavabdeh alınaraq ilkin İddiaçı2 və X9 verilməsi və iddiaçılar tərəfindən vəkilə çəkilmiş xərclərə görə 200 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçılar İddiaçı2 və X9 ödənilməsi,qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mənzilə dair texniki pasportdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, ev 6c **********10-10301 reyestr nömrəsi ilə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan 03.09.2019-cu il tarixində icra məmuru Kamran Mirzəyəv tərəfindən tərtib olunmuş aktın surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 21 Yanvar 2019-cu il tarixli, 2(103)-1583/2019 sayılı icra vərəqəsinin icrası üçün ünvan 1 ünvanında yerləşən evdə olduqları zaman həmin evdə Bakı Apelyasiya Məhkəməsinin 21 Yanvar 2019-cu il tarixli, 2(103)- 1583/2019 saylı icra sənədində göstərilən əmlakdan yalnız 1 ədəd stol və 2 ədəd stul, 1 ədəd soyuducu aşkar olundu, Aşkar olunmuş əmlakların götürülməsi tələbkar şəxslərə təklif olunmuşdur. Lakin tələbkar şəxslər həmin əmlakların borclu tərəfindən işlədilməsi, əvvəlki vəziyyətdə olmaması səbəbindən götürməkdən imtina etmişlər. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsaslarını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. İş materiallarından göründüyü kimi, məhkəmə qətnaməsi ilə mübahisə predmeti olan əşyaların iddiaçıya qaytarılması qət edilmişdir. Məhkəmə baxışında dindirilmiş şahid ifadələri ilə müəyyən edilmişdir ki, iddiaçılar tərəfindən iddia ərizəsində göstərilmiş əşyalar cavabdehə məxsus evdən aparılmışdır. Bundan əlavə, iddiaçı həmin əşyaların qiymətlərini təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim edə bilmədi. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə iddia tələblərini əsassız hesab edir və iddia ərizəsinin rədd edilməsi qənaətinə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki Prosessual Qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisial mexanizminə əsasən əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hüquq doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd edir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədi ilə yekun qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmənin səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədi deyil, məhkəmə səhvlərini ədalət mühakiməsinin düzgün aparılmasını yoluna qoymaq məqsədi ilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz. Eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Bu isə öz növbəsində qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən mübahisələrin yekunlaşmasının və hüquq sabitliyinin təmin edilməsi üçün məhkəmə qərarlarının yenidən baxılmasına əsasən apellyasiya və kassasiya məhkəmələri tərəfindən həyata keçirilməsini nəzərdə tutur. Yalnız əsaslı və qarşısı alınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.01.2019-cu il tarixli, 2(103)-1583 saylı qətnaməsindən görünür ki, hazırkı iş üzrə Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən bağçada olan əşyaların aparıldığını qeyd etsə də, məhkəmə kollegiyası həmin əşyaların aparılmadığı qənaətinə gələrək, əşyaların Cavabdeh İddiaçı1 və İddiaçı2 xeyrinə alınmasını qət etmişdir. Qüvvədə olan həmin qətnamə icraya yönəldilmiş, əmlaklardan yalnız 1 ədəd stol və 2 ədəd stul, 1 ədəd soyuducu aşkar olunmuş, aşkar olunmuş əmlakların götürülməsi tələbkar şəxslərə təklif olunmuşdur. Lakin tələbkar şəxslər həmin əmlakların borclu tərəfindən işlədilməsi, əvvəlki vəziyyətdə olmaması səbəbindən götürməkdən imtina etmişlər. Göründüyü kimi, əmlakların hazırkı iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən aparılmamasına qüvvədə olan məhkəmə qətnaməsi ilə qiymət verildiyi halda, rayon məhkəməsi hazırkı iş üzrə preyudisial olan məsələyə şahidləri dindirməklə, yenidən qiymət verməklə prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Kollegiya eyni zamanda qeyd edir ki, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.01.2019-cu il tarixli 2(103)-1583 saylı qətnaməsi ilə uşaq bağçasında istifadə təyinatlı əşyalar uşaq krovatları, stol-stul və digər mebel əşyaları, pərdələr, pərdələrə tutacaqlar, yastıq, telefon, döşəkcələr, nakleykalar, soyuducu, pakrvallar, tavalar, plastmas təmizlik ücün və mətbəx üçün mebel şotkalar, müxtəlif xırdavatlar, kitablar Cavabdeh alınaraq ilkin İddiaçı2 və X9 verilməsini qət olunarkən, həmin əmlakların dəqiq sayları, modeli, hansı dövlət tərəfindən istehsal olunması, dəyəri qeyd olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Buna görə də, qüvvədə olan yuxarı instansiya məhkəməsinin qətnaməsində əmlaklarla bağlı dəqiq məlumatlar və dəyərinin qeyd olunmaması, hazırkı işə baxılmasında çətinliklər yaratmışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 sentyabr 2020-ci il tarixli, 9/2040 saylı məktubuna əsasən tərəflərin və mütəxəsisin iştirakı ilə baxış zamanı qeyd edilən əşyaların yerində olmadığı müəyyən olundu. Buna görə də, ekspertizanın keçirilməsi barədə 04 mart 2020-ci il tarixli qərardad “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin və Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında təlimatın tələblərinə müvafiq olaraq icrasız saxlanılmaqla 2(103)- 2018/2020 saylı mülki iş qaytarılır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli qərardadı ilə yenidən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilərək, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 aprel 2021-ci il tarixli, 9/262 saylı rəyinə əsasən ekspertiza keçirilməsi barədə 21.10.2020-ci il tarixli qərardad “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2.3-cü bəndinin tələblərinə müvafiq olaraq icrasız Mərkəzdə saxlanılır. Bundan sonra kollegiya köməklik göstərilməsi üçün “xxxx” MMC-dən işə mətəxəsis cəlb etmişdir. Mütəxəsis qarşısında iş materiallarına əsasən ünvan 6 ünvanında yerləşən uşaq bağçasında istifadə təyinatlı əşyaların uşaq krovatları, stol-stul və digər mebel əşyaları, pərdələr, pərdələrə tutacaqlar, yastıq, telefon, döşəkcələr, nakleykalar, soyuducu, pakrvallar, tavalar, plastmas təmizlik ücün və mətbəx üçün mebel şotkalar, müxtəlif xırdavatlar, kitabların iş materiallarında olan məlumatlar nəzərə alınmaqla nəzəri olaraq həcmi və dəyərinin nə qədər təşkil etməsi ilə bağlı sual qoyulmuşdur. Məhkəmədə “xxxx” MMC-nin mütəxəsisi Rövşən Talıbzadə yazılı məsləhəti üzrə izahat verərək qeyd etdi ki, iddiaçıların iddia tələbində qeyd etdiyi əşyaların sahəsi bağçanın mövcud sahəsi nəzərə alınmaqla verilmişdir. Daha dəqiq, bağçanın mövcud sahəsinə uyğun olaraq, əşyaların sayı müəyyən olunmuşdur. Həmin əşyalar 1 ədədi 65 manat olmaqla, 5 ədəd uşaq krovatları cəmi 325 manat, 1 ədədi 10 manat olmaqla 3 ədəd sadə qara stul cəmi 30 manat, 1 ədəd 40 manata sadə stol, 1 ədədi 50 manat olmaqla, 5 ədəd 2 mərtəbəli paltar üçün uşaq şkafı cəmi 250 manat, 1 ədədi 35 manat olmaqla, 4 ədəd dairəvi uşaq stolları cəmi 140 manat, 1 ədədi 10 manat olmaqla, 16 ədəd rəngli uşaq stulları cəmi 160 manat, 1 ədədi 10 manat olmaqla, 3 ədəd rəngli uşaq skamyaları (120x60) cəmi 30 manat, 1 ədədi 15 manat olmaqla 2 ədəd 3 gözlü tumba cəmi 30 manat, 1 ədəd 80 manata (180x120) rəngli oyuncaq şkafı, 1 ədəd 100 manata (170x90) dərs ləvazimatları şkafı, 1 ədəd 120 manata pianino, 1 ədəd 30 manata şəkilli pərdələr, 1 ədəd 5 manata pərdə tutacaqları, 1 ədədi 5 manata 5 ədəd rəngli yun yastıqları, cəmi 25 manat, 1 ədədi 5 manata 5 ədəd rəngli yun döşəkçələr cəmi 25 manata, 1 ədəd telefon- Fas (Panasonic) 80 manata, 1 ədəd 100 manata soyuducu, 1 ədəd tava 15 manata, 1 ədədi 8 manata 7 ədəd pakrıvallar cəmi 56 manat, 1 ədəd 250 manata mətbəx mebeli, 1 ədəd 50 manata aspirator, 1 ədəd 130 manata elektrik mətbəx peçi, 1 ədədi 6 manata təmizlik dəsti, 1 ədədi 20 manata olan 6 ədəd kamera-hikvison cəmi 120 manat, 1 ədəd DVR (hikvison) 16 portlu 80 manata, 1 ədəd 65 manata Monitor LC 19inch LED, 1 ədəd 50 manata HDD Tosiiba 2TB, 1 ədəd 50 manata (5x4) xalça, 1 ədədi 9 manata (12x60) 6 ədəd xalça, cəmi 54 manat, cəmi 2496 manat təşkil edir. Kollegiya qeyd edir ki, “xxxx” MMC-nin mütəxəsisi Rövşən Talıbzadə tərəfindən verilmiş yazılı məsləhət məhz bağçanın ərazisinə baxış keçirilməklə verildiyindən, həmin məsləhətdə qeyd olunan 1 ədədi 65 manat olmaqla, 5 ədəd uşaq krovatları cəmi 325 manat, 1 ədədi 10 manat olmaqla 3 ədəd sadə qara stul cəmi 30 manat, 1 ədəd 40 manata sadə stol, 1 ədədi 35 manat olmaqla, 4 ədəd dairəvi uşaq stolları cəmi 140 manat, 1 ədədi 10 manat olmaqla, 16 ədəd rəngli uşaq stulları cəmi 160 manat, 1 ədəd 30 manata şəkilli pərdələr, 1 ədəd 5 manata pərdə tutacaqları, 1 ədədi 5 manata 5 ədəd rəngli yun yastıqları, cəmi 25 manat, 1 ədədi 5 manata 5 ədəd rəngli yun döşəkçələr cəmi 25 manata, 1 ədəd telefon- Fas (Panasonic) 80 manata, 1 ədəd tava 15 manata, 1 ədədi 8 manata 7 ədəd pakrıvallar cəmi 56 manat, 1 ədəd 250 manata mətbəx mebeli, 1 ədədi 6 manata təmizlik dəstinin cəmi qiyməti olan 1187 manat cavabdehdən iddiaçıların xeyrinə tutulmalı, iddia tələbində qeyd edilən digər əmlaklar məhkəmə qərarında müəyyən edilmədiyindən, iddia tələbi həmin əmlaklarla bağlı hissədə təmin edilməməlidir. Həmçinin 1 ədəd soyuducu icra məmuru tərəfindən tərtib edilmiş akta əsasən yerində olduğundan, iddia tələbi həmin əmlaka görə təmin edilməməlidir. Kollegiya iddiaçılar tərəfindən təqdim olunmuş “xxxx” MMC tərəfindən verilmiş qiymətləndirmə rəyinə tədqiq edilmiş digər sübutlarla birlikdə qiymət verərək, hesab edir ki, həmin rəy bağçanın mövcud sahəsinə baxış keçirilmədən verildiyindən mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. MM-nin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 1096.1-ci və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin 21.01.2019-cu il tarixli 2(103)-1583 saylı qətnaməsində göstərilən əşyaların qiyməti olan 1187 (min yüz səksən yeddi) manat məbləğində pul iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulmalı, iddia qalan hissədə rədd olunmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 30 manat, apellyasiya şikayəti verərkən 15 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 124-cü maddəsinə əsasən dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınır. Qanunun qeyd olunan tələbinə əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq cavabdehə aid edilməli, ondan 0,90 manat alınaraq iddiaçıların xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Məhkəmə kollegiyası qanunun qeyd olunan tələbinə əsasən hesab edir ki, apellyasiya mərhələsində mütəxəsisə ödənilməli olan 150 manatın 3 manatı cavabdehdən, 147 manatı iddiaçılardan müştərək qaydada alınaraq, “xxxx” MMC-nin hesabına “VÖEN:**********, HesabNoAZN: AZ69ATAZ********************, Bank:ATABANK ASC DOSTLUQ FİLİALİ, VÖEN:**********, Müxbir hesab:AZ50NABZ********************, KOD:512811; SWİFT: ATAZAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçılar iddia tələbində ödədiyi 1000 manat məbləğində, apellyasiya şikayətində 500 manat məbləğində xidmət haqqının tutulmasını tələb etsələr də, ödənişlərin edilməsi ilə bağlı sübutlar təqdim etmədiklərindən iddia tələbi qeyd olunan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 15 noyabr 2019-ci il tarixli, 2(005)-4597/2019 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.01.2019-cu il tarixli 2(103)-1583/2019 saylı qətnaməsində göstərilən əşyaların qiyməti olan 1187 (min yüz səksən yeddi) manat məbləğində pul tutulsun. Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə 0,90 (doxsan qəpik) manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya mərhələsində mütəxəsisə ödənilməli olan 150 (yüz əlli) manatın 3 (üç) manatı Cavabdeh, 147 (yüz qırx yeddi) manatı iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada alınaraq, “xxxx” MMC-nin hesabına “VÖEN:**********, HesabNoAZN: AZ69ATAZ********************, Bank:ATABANK ASC DOSTLUQ FİLİALİ, VÖEN:**********, Müxbir hesab:AZ50NABZ********************, KOD:512811; SWİFT: ATAZAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar