Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2546/2020 19.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Səfərov Söhrab Məmməd oğluna qarşı borcun tutulması dair tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-194/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh Səfərov Söhrab Məmməd oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx xxxx 2012-ci il tarixli, 222 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə cavabdehdən iddiaçının xeyrinə 1.250.000 manat manat əsas borc, 185.312,50 manat faiz borcu, cəmi 1.435.312,50 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx xxxx 2012ci il tarixli 222 saylı kredit müqaviləsinə əsasən borcalana 24 ay müddətinə, illik 9 faiz olmaqla 1.250.000 manat kredit verilmişdir. Müvafiq kredit müqaviləsinə xx.xx.2014, xx.xx.2015, xx.xx.2016-cı il tarixli əlavələr imzalanmış və kredit müqaviləsinin müddəti xx.xx.2017-ci ilə qədər uzadılmışdır. Cavabdeh kreditdən qismən ödəniş etmişdir. Halhazırda Banka tələb olunan məbləğdə borcu mövcuddur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-194/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, iddiaçının хеyrinə cavabdehdən 1.217.109,09 manat əsas, 76.982,15 manat faiz, cəmi 1.294.091,24 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaitinin tutulması, ekspertiza xərcinin 135,20 manat hissəsinin cavabdеhdən, 14,80 manat hissəsinin iddiaçıdan alınaraq dövlət büdcəsinə kеçirilməsi qət edilmiş, iddia qalan hissəsi təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən – iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh qrafik üzrə ödənişlərdə gecikdirmə hallarına yol verdiyinə görə müqavilə şərtlərinə əsasən ikiqat faiz hesablanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmamış hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin həmin hissədə ləğv olunmasını və iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını bu baxımdan hеsаb еdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan yazılı sübutlarla müəyyən edilir ki, Bank ilə Söhrab Səfərov arasında bağlanmış xx xxxx 2012-ci il tarixli «222»№-li kredit müqaviləsinə əsasən sоnuncuya şəхsi məqsədlər üçün xx xxxx 2014-cü il tarixədək 1.250.000 manat məbləğində krеdit vеrilmiş, krеdit alan isə vеrilmiş krеditi qəbul еdib, müqavilə ilə müəyyən оlunan şərtlərlə və qaydada krеditdən istifadə еtməyi və krеditi və krеdit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə müddətin uzadılmasına dair xx xxxx 2014-cü il tarixli Əlavəyə əsasən bu Müqavilənin imzalanma tarixinə qalan 1.250.000 manat məbləğində kredit qalığının ödənilmə vaxtı kredit müqaviləsinin 6.3. bəndini əsas tutaraq kredit üzrə faizlər hər rübün axırıncı ayın 12-i günü və əsas borcun ödənişi isə güzəşt müddəti (on bir) ay bitdikdən sonra kredit müqaviləsinin müddəti bitdiyi tarixə qədər tam şəkildə ödənilir. Kreditdən istifadəyə görə illik 9% hesablanmaqla 12 ay müddətinə - yəni xx xxxx 2014-cü il tarixdən xx xxxx 2015-ci il tarixinədək uzadılır. Kredit müqaviləsinə müddətin uzadılmasına dair xx xxxx 2015-ci il tarixli Əlavəyə əsasən bu Müqavilənin imzalanma tarixinə qalan ******* manat məbləğində kredit qalığının ödənilmə vaxtı kredit müqaviləsinin 6.3. bəndini əsasə tutaraq kredit üzrə faizlər hər rübün axırıncı ayın 12-i günü və əsas borcun ödənişi isə güzəşt müddəti (on bir) ay bitdikdən sonra kredit müqaviləsinin müddəti bitdiyi tarixə qədər tam şəkildə ödənilir. Kreditdən istifadəyə görə illik 9% hesablanmaqla 12 ay müddətinə - yəni xx xxxx 2015-ci il tarixdən xx xxxx 2016-cı il tarixinədək uzadılır. Kredit müqaviləsinə müddətin uzadılmasına dair xx xxxx 2016-cı il tarixli Əlavədən görünür ki, bu Müqavilənin imzalanma tarixinə qalan 1.250.000 manat məbləğində kredit qalığının ödənilmə vaxtı kredit müqaviləsinin 6.3. bəndini əsasə tutaraq kredit üzrə faizlər hər rübün axırıncı ayın 12-i günü və əsas borcun ödənişi isə güzəşt müddəti (on bir) ay bitdikdən sonra kredit müqaviləsinin müddəti bitdiyi tarixə qədər tam şəkildə ödənilir. Kreditdən istifadəyə görə illik 9% hesablanmaqla 12 ay müddətinə - yəni xx xxxx 2016-cı il tarixdən xx xxxx 2017-ci il tarixinədək uzadılır. xx xxxxxx 2018-ci il tаriхli maliyyə arayışına əsasən cavabdehin həmin tаriхə Banka оlаn əsаs bоrcunun miqdаrı 1.250.000 mаnаt, faiz bоrcu 185.312,50 mаnаt оlmаqlа, cəmi 1.435.312,50 mаnаt bоrc təşkil еtmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tariхli 34127 №-li еkspеrt rəyinə əsasən, cavabdehin Banka 04 оktyabr 2018-ci il tariхədək оlan əsas bоrcu 1217.109,09 manat, müqavilə müddətinin bitdiyi xx.xx.2017-ci il tariхədək banka оlan faiz borcu isə 76.982,15 manat müəyyən оlunur. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425, 442, 445, 448.1-ci maddələrini tətbiq etməklə belə nəticəyə gəlmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2017-ci ilədək müəyyən edildiyindən, kreditor bankın yalnız kredit müqaviləsinin qüvvədə olduğu müddətdə əsas borca hesablanmış faiz məbləğini tələb hüququ vardır. İddiaçı isə qanunvericinin müəyyən etdiyi qaydada deyil, heç bir əsas olmadığı halda müqavilənin müddəti bitdikdən sonra belə faizlər hesablanmasını davam etdirərək həmin məbləğin cavabdehdən tutulmasına dair iddia irəli sürmüşdür. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdehdən ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə əsas və faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Qərarında isə qeyd edilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və Mülki Məcəllənin 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci Fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır (borc alanın borcun ödənilməsini tələb edə bilməsi; borc verənin borcun götürülməsini tələb edə bilməsi; borc alanın kredit məbləğini müvafiq qrafik üzrə hissələrlə, yaxud birdəfəlik ödəmə şəklində həyata keçirməsi). Konstitusiya Məhkəməsi həmin qərarında xüsusilə qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqeləri baxımından məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində kreditin vaxtında qaytarılması ilə bağlı kredit müddətindən sonra borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə hər hansı şərt nəzərdə tutulmadığından, iddiaçının tələb etdiyi faiz məbləği yalnız kredit müqaviləsinin icra müddətinin bitdiyi tarixədək hesablanmalıdır. Həmin tarixdən sonrakı dövrə isə iddiaçı yalnız vurulmuş zərər qismində pulun tutulmasını tələb edə bilər ki, bu da məhkəmə baxışının predmetini təşkil etmir. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı Ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-194/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-2546/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2546/2020
19.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver