Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2549/2021 18.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X1 və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İlk iddia üzrə iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1072/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 27798.57 manat əsas borc, 244.66 manat faiz borcu olmaqla, cəmi 3024.23 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumun Cavabdeh tutularaq, İddiaçı ASC-yə ödənilməsi, “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2018-ci il kredit razılaşması və həmin razılaşmaya edilmiş əlavə sazişlər üzrə3 024.23 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeht utularaq İddiaçı ASC-nin xeyrinə tutulması və “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh «xxxx» İKB ASC ilə bağladığı xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə 21 faizlə 4000 manat məbləğində kredit verilmişdir. Lakin o, müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmişdir. xx xxxxxx 2020-ci il tarixə Cavabdeh banka 2779.57 manat əsas borc, 244.66 manat faiz borcu, cəmi 3024.23 manat borcu yaranmışdır. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Qətnamədən iş üzrə Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işə mahiyyəti üzrə baxılaraq yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən işi tam, obyektiv və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Cavabdeh kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya şikayətinin rədd olunmasını xahiş edən iddiaçının səlahiyyətli nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Qaradağ rayon Məhkəməsinin 2(002)-1072/2020 saylı 23.092020-ci il tarixli qətnaməsi əsas borcun tutulması hissəsində ləğv edilməli, əsas borcun məbləği 2779.57 manat müəyyən edilməlidir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamənin təsviri hissəsində Cavabdeh «xxxx» İKB ASC ilə bağladığı xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən xx xxxxxx 2020-ci il tarixə banka 2779.57 manat əsas borcun olmasına hüquqi qiymət verilsə də, qətnamənin nəticə hissəsində əsas borca görə cavabdehdən iddiaçının xeyrinə 27798.57 manat tutulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.4.-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 385.1-ci maddəsinə əsasən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İşin hallarından görünür ki, Cavabdeh «xxxx» İKB ASC ilə bağladığı xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə 21 faizlə 4000 manat məbləğində kredit verilmişdir. Lakin o, müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmişdir. xx xxxxxx 2020-ci il tarixə Cavabdeh banka 2779.57 manat əsas borc, 244.66 manat faiz borcu, cəmi 3024.23 manat borcu yaranmışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi əsas borc üzrə 27798.57 manat cavabdehdən iddiaçının xeyrinə tutmaqla səhv nəticəyə gəlmişdir. İş materialları ilə müəyyən olunur ki, əsas borcun məbləği 2779.57 manat müəyyən olunaraq, cavabdehdən tutulmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, kollegiya q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qaradağ rayon Məhkəməsinin 2(002)-1072/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi əsas borcun tutulması hissəsində ləğv edilsin. Əsas borcun məbləği 2779.57 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2549/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2549/2021
18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver