Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-255/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X28 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı QSC-nin nümayəndəsi X3 iştirakı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(011)-15/2019 saylı qətnaməsindən cavabdeh X16 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC-si cavabdehlər X47, Kafafi Ghassem Mohammad oğlu, X33, X17, X43, X18, X21, X38, X23, X22 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Kafafi Ghassem Mohammad oğlu arasında bağlanmış 07.09.2007-ci il tarixli 02L000000599 saylı kredit xətti müqaviləsinə əsasən cavabdeh Kafafi Ghassem Mohammad oğluna 120 (bir yüz iyirmi) ay müddətinə 250000 (iki yüz əlli min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən borcluya veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşmaları ilə müəyyən olunur: 1) Kredit xətti müqaviləsi üzrə tərəflər arasında bağlanmış 06.07.2011-ci il tarixli 02R000019798 saylı kredit razılaşması əsasında Kafafi Ghassem Mohammad oğluna 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 (qırx min) ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış 06.11.2012-ci il tarixli sazişə əsasən 06.07.2011-ci il tarixli 02R000019798 saylı kredit razılaşması üzrə kreditin müddəti dəyişdirilərək 40 ay kimi müəyyən edilmişdir. Kafafi Ghassem Mohammad oğlu 06.07.2011-ci il tarixli 02R000019798 saylı kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 10.01.2014-cü il tarixdən banka qaytarmamışdır. Kafafi Ghassem Mohammad oğlu götürdüyü kredit borcundan 24845,22 ABŞ dolları ödəmiş, onun 15154,78 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Kafafi Ghassem Mohammad oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 20.11.2015-ci il tarixə 679 gün üçün hesablanmış faiz borcu 6288,39 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 20.11.2015-ci il tarixə 679 gün üçün hesablanmış cərimə 28282,06 ABŞ dolları təşkil edir. 2) kredit xətti müqaviləsi üzrə tərəflər arasında bağlanmış 26.01.2012-ci il tarixli 02R000021829 saylı kredit razılaşması əsasında Kafafi Ghassem Mohammad oğluna 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,75 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 90000 (doxsan min) ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış 06.11.2012-ci il tarixli sazişə əsasən 26.01.2012-ci il tarixli 02R000021829 saylı kredit razılaşması üzrə kreditin müddəti dəyişdirilərək 40 ay kimi müəyyən edilmişdir. Kafafi Ghassem Mohammad oğlu 26.01.2012-ci il tarixli 02R000021829 saylı kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarə olmaqla ödəməli olduğu vəsaitləri 10.01.2014-cü il tarixdən banka qaytarmamışdır. Kafafi Ghassem Mohammad oğlu götürdüyü kredit borcundan 37690,77 ABŞ dolları ödəmiş, onun 52309,23 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Kafafi Ghassem Mohammad oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 20.11.2015-ci il tarixə 679 gün üçün hesablanmış faiz borcu 20718,81 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 20.11.2015-ci il tarixə 679 gün üçün hesablanmış cərimə 95904,61 ABŞ dolları təşkil edir. 3) kredit xətti müqaviləsi üzrə tərəflər arasında bağlanmış 17.08.2012-ci il tarixli 02R000023974 saylı kredit razılaşması əsasında Kafafi Ghassem Mohammad oğluna 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,6667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 39000 (otuz doqquz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış 06.11.2012-ci il tarixli sazişə əsasən 17.08.2012-ci il tarixli 02R000023974 saylı kredit razılaşması üzrə kreditin müddəti dəyişdirilərək 40 ay kimi müəyyən edilmişdir. Kafafi Ghassem Mohammad oğlu 17.08.2012-ci il tarixli 02R000023974 saylı kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 17.01.2014-cü il tarixdən banka qaytarmamışdır. Kafafi Ghassem Mohammad oğlu götürdüyü kredit borcundan 10522,80 ABŞ dolları ödəmiş, onun 28477,20 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Kafafi Ghassem Mohammad oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 20.11.2015-ci il tarixə 672 gün üçün hesablanmış faiz borcu 10631,49 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 20.11.2015-ci il tarixə 672 gün üçün hesablanmış cərimə 51313,95 ABŞ dolları təşkil edir. 4) kredit xətti müqaviləsi üzrə tərəflər arasında bağlanmış 09.09.2013-cü il tarixli 02R000029026 saylı kredit razılaşması əsasında Kafafi Ghassem Mohammad oğluna 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5833 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kafafi Ghassem Mohammad oğlu 09.09.2013-cü il tarixli 02R000029026 saylı kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 10.01.2014-cü il tarixdən banka qaytarmamışdır. Kafafi Ghassem Mohammad oğlu götürdüyü kredit borcundan 2949,91 ABŞ dolları ödəmiş, onun 17050,09 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Kafafi Ghassem Mohammad oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 20.11.2015-ci il tarixə 679 gün üçün hesablanmış faiz borcu 6110,09 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 20.11.2015-ci il tarixə 679 gün üçün hesablanmış cərimə 44940,46 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Kafafi Ghassem Mohammad oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka verən X48 iddiaçı ilə bağladığı 02.07.2010-cu il tarixli 02M000000920 saylı ipoteka müqaviləsi əsasında Bakışəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsində istifadədə olan 0,06926 ha torpaq sahəsində yerləşən 8 nömrəli binanın yarımzirzəmisində 14,5 kv.metr ümumi, 14.5 kv.metr əsas sahədən ibarət qeyri yaşayış sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 4 №-li reyestr kitabının 443 №-li vərəqində qeydiyyata alınmış və MA ******* №-li çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsində istifadədə olan 0,06926 ha torpaq sahəsində yerləşən 8 nömrəli binanın yarımzirzəmisində 14,5 kv.metr ümumi, 14.5 kv.metr əsas sahədən ibarət qeyri yaşayış sahəsinin Kafafi Ghassem Mohammad oğlunun kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSCnin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Kredit xətti müqaviləsi üzrə Kafafi Ghassem Mohammad oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka verən X18 iddiaçı ilə bağladığı 07.09.2007-ci il tarixli 02M000000310 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində istifadədə olan 0,2001 ha torpaq sahəsində yerləşən 12 nömrəli, 9 mərtəbəli binada 71,84 kv.metr ümumi, 45,84 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı 14 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 495 №-li reyestr kitabının 45728 №-li vərəqində qeydiyyata alınmış və MH ******* №-li çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində istifadədə olan 0,2001 ha torpaq sahəsində yerləşən 12 nömrəli, 9 mərtəbəli binada 71,84 kv.metr ümumi, 45,84 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı 14 nömrəli mənzilin Kafafi Ghassem Mohammad oğlunun kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh-ipoteka qoyan X39 İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndində uyğun olaraq 16.11.2015-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, bildiriş 17.11.2015-ci il tarixdə qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim olunmuş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş 18.11.2015-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh-ipoteka qoyan X9 İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndində uyğun olaraq 16.11.2015-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, bildiriş 17.11.2015-ci il tarixdə qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim olunmuş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş 18.11.2015-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün 20 manat dövlət rüsumu, ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınması üçün 42 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin 7 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 20.08.2007-ci il tarixli 1342 saylı forma 2 arayışına əsasən, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində istifadədə olan 0,2001 ha torpaq sahəsində yerləşən 12 nömrəli, 9 mərtəbəli binada 71,84 kv.metr ümumi, 45,84 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı 14 nömrəli mənzilində qeydiyyatda olan cavabdehlər X21, X23, X38, X47 və Kafafi Ghassem Mohammad oğlu həmin mənzil İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin mənzilin ipoteka ilə yüklü edilməsinə razı olduqlarını bildirmiş və ipoteka predmetinə tutma yönəldildiyi təqdirdə və satıldıqda, həmin mənzili qeyd-şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. Kredit xətti müqaviləsi üzrə Kafafi Ghassem Mohammad oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər X17, X18, X22 və X47 və X33 zaminlik müqavilələrinə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Kafafi Ghassem Mohammad oğlu ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı cavabdeh Kafafi Ghassem Mohammad oğlunun bütün öhdəliklərini icra etməlidirlər. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1, 448.1, 465.2, 472.1, 472.2, 501-ci maddələri ilə əsaslandıraraq cavabdehlər Kafafi Ghassem Mohammad oğlundan, X30, X4, X5, X19 və X6 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə - 02R000019798 saylı kredit razılaşması üzrə 15154,78 ABŞ dolları məbləğində kredit borcu, 6288,39 ABŞ dolları məbləğində faiz borcu və28282,06 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 49725,23 ABŞ dolları məbləğində borcun, - 02R000021829 saylı kredit razılaşması üzrə 52309,23 ABŞ dolları məbləğində kredit borcu, 20718,81 ABŞ dolları məbləğində faiz borcu, 95904,61 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 168932,65 ABŞ dolları məbləğində borcun, - 02R000023974 saylı kredit razılaşması üzrə 28477,20 ABŞ dolları məbləğində kredit borcu, 10631,49 ABŞ dolları məbləğində faiz borcu, 51313,95 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 90422,64 ABŞ dolları məbləğində borcun, - 02R000029026 saylı kredit razılaşması üzrə 17050,09 ABŞ dolları məbləğində kredit borcu, 6110,09 ABŞ dolları məbləğində faiz borcu, 44940,46 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 68100,64 ABŞ dolları məbləğində borcun, ümumilikdə cəmi 377181 (üç yüz yetmiş yeddi min bir yüz səksən bir) ABŞ dolları 16 (on altı) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının tutulmasını; X2 məxsus Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində istifadədə olan 0,2001 ha torpaq sahəsində yerləşən 12 nömrəli, 9 mərtəbəli binada 71,84 kv.metr ümumi, 45,84 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı 14 nömrəli mənzilə və X40 məxsus Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsində istifadədə olan 0,06926 ha torpaq sahəsində yerləşən 8 nömrəli binanın yarımzirzəmisində 14,5 kv.metr ümumi, 14.5 kv.metr əsas sahədən ibarət qeyri yaşayış sahəsinə yönəldilməsinə, həmin mənzilin və qeyri yaşayış sahəsinin açıq hərracdan satılması və cəmi 377181 (üç yüz yetmiş yeddi min bir yüz səksən bir) ABŞ dolları 16 (on altı) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsini; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Kafafi Ghassem Mohammad oğlundan, X30, X4, X5, X19 və X6 ümumi qaydada tutulmasını; X9 məxsus Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində istifadədə olan 0,2001 ha torpaq sahəsində yerləşən 12 nömrəli, 9 mərtəbəli binada 71,84 kv.metr ümumi, 45,84 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı 14 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X7, X10, X12, X25, X31 və Kafafi Ghassem Mohammad oğlunun həmin mənzilə istifadə hüququnun itirilməsi, həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və İddiaçı QSC-nə təhvil verilməsini; X40 məxsus Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsində istifadədə olan 0,06926 ha torpaq sahəsində yerləşən 8 nömrəli binanın yarımzirzəmisində 14,5 kv.metr ümumi, 14.5 kv.metr əsas sahədən ibarət qeyri yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X32 həmin qeyri yaşayış sahəsindən çıxarılması, qeyri yaşayış sahəsinin boşaldılması və İddiaçı QSC-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı QSC-nin nümayəndəsi X20, X7 vəfat etdiyinə əsaslanaraq iddia tələblərinin dəyişdirilməsi ilə bağlı məhkəməyə ərizə təqdim edərək, cavabdehlər Kafafi Ghassem Mohammad oğlundan, X30, X19, X6 və X5 müştərək qaydada, X7 faktiki vərəsələri X8, X13, X24 və X26 bərabər surətdə İddiaçı QSC-nin xeyrinə: - 02R000019798 saylı kredit razılaşması üzrə 15154,78 ABŞ dolları kredit borcu, 6288,39 ABŞ dolları faiz borcu və28282,06 ABŞ dolları cərimə olmaqla cəmi 49725,23 ABŞ dolları, -02R000021829 saylı kredit razılaşması üzrə 52309,23 ABŞ dolları kredit borcu, 20718,81 ABŞ dolları faiz borcu, 95904,61 ABŞ dolları cərimə olmaqla cəmi 168932,65 ABŞ dolları, - 02R000023974 saylı kredit razılaşması üzrə 7477,20 ABŞ dolları kredit borcu, 10631,49 ABŞ dolları faiz borcu, 51313,95 ABŞ dolları cərimə olmaqla cəmi 69422,64 ABŞ dolları, - 02R000029026 saylı kredit razılaşması üzrə 17050,09 ABŞ dolları kredit borcu, 6110,09 ABŞ dolları faiz borcu, 44940,46 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 68100,64 ABŞ dolları, 4 (dörd) kredit razılaşması üzrə ümumilikdə cəmi 356181 (üç yüz əlli altı min yüz səksən bir) ABŞ Dolları 16 (on altı) sent borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 63 manat xidmət haqqının tutulması; Tələbin Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən 12 nömrəli binanın 71,84 m2 ümumi, 45,84 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 14 nömrəli mənzilinə, -Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsində yerləşən 8 nömrəli binanın yarımzirzəmisində 14,5 kv.m ümumi sahədən ibarət qeyri yaşayış sahəsinə, -Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsində yerləşən 17 nömrəli binanın yarımzirzəmisində 28.6 kv.m ümumi, 22.08 kv.m əsas, 5.8 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış sahəsinə yönəldilməsinə, həmin əmlakların açıq hərracdan satılması və cəmi 356181 (üç yüz əlli altı min yüz səksən bir) ABŞ Dolları 16 sent borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 63 manat xidmət haqqının satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Kafafi Ghassem Mohammad oğlundan, X30, X19, X6, X5 və müştərək qaydada, X7 faktiki vərəsələri X8, X13, X24 ümumi qaydada İddiaçı QSC-nin xeyrinə tutulması; Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən 12 nömrəli binanın 71,84 m2ümumi, 45,84 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 14 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X10, X12, X25, X31 və Kafafi Ghassem Mohammad oğlunun həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsində yerləşən 8 nömrəli binanın yarımzirzəmisində 14,5 m2 ümumi sahədən ibarət qeyri yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri yaşayış sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsində yerləşən 17 nömrəli binanın yarımzirzəmisində 28.6 m2 ümumi sahədən ibarət qeyri yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri yaşayış sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(011)-15/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı QSC-nin xeyrinə cavabdehlər Kafafi Ghassem Mohammad oğlundan, X30, X19, X6 və X5 müştərək qaydada: - 02R000019798 saylı kredit razılaşması üzrə 15154,78 ABŞ dolları kredit borcu, 6288,39 ABŞ dolları faiz borcu; 2828 ABŞ dolları cərimə; - 02R000021829 saylı kredit razılaşması üzrə 52309,23 ABŞ dolları kredit borcu, 20718,81 ABŞ dolları faiz borcu; 9590 ABŞ dolları cərimə; - 02R000023974 saylı kredit razılaşması üzrə 7477,20 ABŞ dolları kredit borcu, 10631,49 ABŞ dolları faiz borcu; 5131 ABŞ dolları cərimə; -02R000029026 saylı kredit razılaşması üzrə 17050,09 ABŞ dolları kredit borcu, 6110,09 ABŞ dolları faiz borcu, 4494 ABŞ dolları cərimə və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 63 manat xidmət haqqı tutulması, tələb Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən 12 nömrəli binanın 71,84 kv.m ümumi, 45,84 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 14 nömrəli mənzilinə, Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsində yerləşən 8 nömrəli binanın yarımzirzəmisində 14,5 kv.m ümumi sahədən ibarət qeyri yaşayış sahəsinə, Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsində yerləşən 17 nömrəli binanın yarımzirzəmisində 28.6 kv.m ümumi, 22.08 kv.m əsas, 5.8 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsinə yönəldilməli, həmin daşınmaz əmlaklar-Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən 12 nömrəli binanın 71,84 kv.m ümumi, 45,84 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 14 nömrəli mənzilin ilkin satış qiyməti 95 000 manat, Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsində yerləşən 8 nömrəli binanın yarımzirzəmisində 14,5 kv.m ümumi sahədən ibarət qeyri yaşayış sahəsi 25 000 manat, Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsində yerləşən 17 nömrəli binanın yarımzirzəmisində 28.6 kv.m ümumi, 22.08 kv.m əsas, 5.8 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsinin ilkin satış qiyməti 39 000 manat olmaqla açıq hərracda satılsın və satışdan əldə olunacaq məbləğ cavabdehlərin İddiaçı QSC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, qeyd edilən daşınmaz əmlaklar satıldıqdan 1 ay sonra könüllü boşaldılmadıqları təqdirdə məcburi boşaldılsın və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, iddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 50 %, yəni 15 manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilsin, qalan 50 %, yəni 15 manat iddiaçıya aid edilməsi qət olunmuşdur. X1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamışdır. O, əsas və faiz borcu ilə qismən, cərimə ilə razı deyildir. Bundan əlavə, ipoteka predmetlərinin ilkin satış qiyməti onu qane etmir. Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC-nin nümayəndəsi X14 apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər məhkəməyə gəlməmişlər və gəlməməklərinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin kredit razılaşmaları üzrə borcun tutulması və ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni yalnız həmin hissələrdə mübahisələndirmişdir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(011)-15/2019 saylı qətnaməsi apellyasiya baxışının predmeti olan- kredit razılaşmaları üzrə borc məbləğləri ilə bağlı hissədə dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə cavabdeh Kafafi Ghassem Mohammad oğlu arasında bağlanmış 07.09.2007-ci il tarixli 02L000000599 №-li kredit xətti müqaviləsinin surətindən görünür ki, 120 ay müddətinə 250000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə cavabdeh Kafafi Ghassem Mohammad oğlu arasında olan 06.07.2011-ci il tarixli 02R000019798 saylı kredit razılaşmasından görünür ki, Kafafi Ghassem Mohammad oğlu 36 ay müddətinə aylıq faiz dərəcəsi 1,8333% olmaqla, ödəniş planıüzrə hissə-hissə qaytarmaq şərti ilə, 40000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan 06.11.2012-ci il tarixli 02R000019798 saylı sazişdən görünür ki, tərəflər razılaşmaya dəyişikliklər etmişdirlər. İş materiallarında olan arayışdan görünür ki, Kafafi Ghassem Mohammad oğlu kredit borcundan 24845,22 ABŞ dollarıödəmiş, onun 15154,78 ABŞ dolları borcu qalmışdır. 20.11.2015ci il tarixinə faiz borcu 6288,39 ABŞ dolları, cərimə 28282,06 ABŞ dolları təşkil edir. İş materiallarında olan İddiaçı QSC ilə cavabdeh Kafafi Ghassem Mohammad oğlu arasında bağlanmış 26.01.2012-ci il tarixli 02R000021829 №-li kredit razılaşmasından görünür ki, Kafafi Ghassem Mohammad oğlu 36 ay müddətinə aylıq faiz dərəcəsi 1,75% olmaqla, ödəniş planıüzrə hissə-hissə qaytarmaq şərti ilə, 90000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan 06.11.2012-ci il tarixli 02R000021829 saylı sazişdən görünür ki, tərəflər razılaşmaya dəyişikliklər etmişdirlər. İş materiallarında olan arayışdan görünür ki, Kafafi Ghassem Mohammad oğlu kredit borcundan 37690,77 ABŞ dollarıödəmiş, onun 52309,23 ABŞ dolları borcu qalmışdır. 20.11.2015ci il tarixinə faiz borcu 20718,81 ABŞ dolları, cərimə 95904,61 ABŞ dolları təşkil edir. İş materiallarında olan İddiaçı QSC ilə cavabdeh Kafafi Ghassem Mohammad oğlu arasında bağlanmış 17.08.2012-ci il tarixli 02R000023974 №-li kredit razılaşmasından görünür ki, Kafafi Ghassem Mohammad oğlu 36 ay müddətinə aylıq faiz dərəcəsi 1,6667% olmaqla, ödəniş planıüzrə hissə-hissə qaytarmaq şərti ilə, 39000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan 06.11.2012-ci il tarixli 02R000023974 saylı sazişdən görünür ki, tərəflər razılaşmaya dəyişikliklər etmişdirlər. İş materiallarında olan arayışdan görünür ki, Kafafi Ghassem Mohammad oğlu kredit borcundan 10522,80 ABŞ dollarıödəmiş, onun 28477,20 ABŞ dolları borcu qalmışdır. 20.11.2015ci il tarixinə faiz borcu 10631,49 ABŞ dolları, cərimə 51313,95 ABŞ dolları təşkil edir. İş materiallarında olan İddiaçı QSC ilə cavabdeh Kafafi Ghassem Mohammad oğlu arasında bağlanmış 09.09.2013-cü il tarixli 02R000029026 №-li kredit razılaşmasından görünür ki, Kafafi Ghassem Mohammad oğlu 18 ay müddətinə aylıq faiz dərəcəsi 1,5833% olmaqla, ödəniş planıüzrə hissə-hissə qaytarmaq şərti ilə, 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan arayışdan görünür ki, Kafafi Ghassem Mohammad oğlu kredit borcundan 2949,91 ABŞ dollarıödəmiş, onun 17050,09 ABŞ dolları borcu qalmışdır. 20.11.2015-ci il tarixinə faiz borcu 6110,09 ABŞ dolları, cərimə 44940,46 ABŞ dolları təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsindəki, 0,06926 ha torpaq sahəsində yerləşən 8 nömrəli binanın yarımzirzəmisində 14,5 kv metr ümumi, 14,5 kv metr əsas sahədən ibarət qeyri yaşayış sahəsi ipoteka yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsindəki, 0,2001 ha torpaq sahəsində yerləşən 12 nömrəli , 9 mərtəbəli binada 71,84 kv metr ümumi, 45,84 kv metr yaşayış sahədən ibarət 3 otaqlı mənzil ipoteka yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarında olan 02M000000920 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, X40 məxsus, Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsindəki, 0,06926 ha torpaq sahəsində yerləşən 8 nömrəli binanın yarımzirzəmisində 14,5 kv metr ümumi, 14,5 kv metr əsas sahədən ibarət qeyri yaşayış sahəsi Kafafi Ghassem Mohammad oğlunun kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarında olan 02M000000310 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, X9 məxsus, Bakışəhəri, Xətai rayonu, Sarayevo küçəsindəki, 0,2001 ha torpaq sahəsində yerləşən 12 nömrəli, 9 mərtəbəli binada 71,84 kv metr ümumi, 45,84 kv metr yaşayış sahədən ibarət 3 otaqlı mənzil Kafafi Ghassem Mohammad oğlunun kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSCnin xeyrinə ipoteka yüklü edilməsi qeydiyyata alınmışdır. İş materialında olan 07.09.2007-ci il tarixli 02S000000539 nömrəli İddiaçı QSC ilə X17 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, zamin borcalanın bankla arasında olan 02L000000599 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materialında olan 07.09.2007-ci il tarixli 02S000008863 nömrəli İddiaçı QSC ilə X18 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, zamin borcalanın bankla arasında olan 02L000000599 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materialında olan 07.09.2007-ci il tarixli 02S000000541 nömrəli İddiaçı QSC ilə X22 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, zamin borcalanın bankla arasında olan 02L000000599 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materialında olan 07.09.2007-ci il tarixli 02S000000538 nömrəli İddiaçı QSC ilə X48 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, zamin borcalanın bankla arasında olan 02L000000599 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materialında olan 07.09.2007-ci il tarixli 02S000021745 nömrəli İddiaçı QSC ilə X34 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, zamin borcalanın bankla arasında olan 02L000000599 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı № 583211 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X18 19.11.2012-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan İddiaçı QSC-nin cavabdehlərə ünvanladığı xəbərdarlıqlara əsasən məlum olur ki, bank tərəfindən cavabdehlərə borcun ödənilməsi təklif edilmiş, borc ödənilməsə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə xəbərdarlıq etmişdir. İpoteka predmetinə tutmanının yönəldilməsi haqqında bildiriş 18.11.2015-ci il tarixdə cavabdehlərə göndərilmişdir. İş materiallarında olan “xxxx” Hüquq və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş 07 oktyabr 2019-cu il tarixli LF 51 nömrəli qiymətləndirmə hesabatından görünür ki, X15 məxsus Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsindəki yerləşən 8 saylı binanın yarım zirzəmisində qeyri yaşayış sahəsinin real bazar qiyməti 25 000 manat təşkil edir. İş materiallarında olan “xxxx” Hüquq və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş 07 oktyabr 2019-cu il tarixli LF 52 nömrəli qiymətləndirmə hesabatından görünür ki, X11 məxsus Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsindəki yerləşən 17 saylı binanın yarım zirzəmisində qeyri yaşayış sahəsinin real bazar qiyməti 39 000 manat təşkil edir. İş materiallarında olan “xxxx” Hüquq və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş 07 oktyabr 2019-cu il tarixli LF 53 nömrəli qiymətləndirmə hesabatından görünür ki, X9 məxsus Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsindəki yerləşən 12 saylı binanın 14 saylı mənzilinin real bazar qiyməti 95 000 manat təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.1-ci maddəsinə əsasən, icram gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayn qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Belə ki, işin faktiki hallarından görünür ki, kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu və ipoteka qoyan olan Kafafi Ghassem Mohammad oğlu kredit müqavilələri üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Bu səbəbdən iddiaçı kredit müqavilələri üzrə borcun ödənilməsini tələb etməkdə haqlıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi maliyyə sənədlərinə əsasən iddianı əsas, faiz və cərimə borcu hissələrində qismən təmin etmişdir. Kollegiya qeyd edir ki, 07.09.2007-ci il tarixli, 02L000000599 saylı kredit xətti müqaviləsi üzrə 4 kredit razılaşmaları- 06.07.2011-ci il tarixli 02R000019798 saylı kredit razılaşması; 26.01.2012-ci il tarixli 02R000021829 saylı kredit razılaşması; 17.08.2012-ci il tarixli 02R000023974 saylı kredit razılaşması; 09.09.2013-cü il tarixli 02R000029026 saylı kredit razılaşması müqavilələri bağlanmışdır. 06.07.2011-ci il tarixli 02R000019798 saylı kredit razılaşması müqaviləsinin son müddəti 06.11.2014 tarixində; 26.01.2012-ci il tarixli 02R000021829 saylı kredit razılaşması müqaviləsinin son müddəti 01.06.2015-ci il tarixdə, 17.08.2012-ci il tarixli 02R000023974 saylı kredit razılaşması müqaviləsinnin son müddəti 17.12.2015-ci il tarixdə, 09.09.2013-cü il tarixli 02R000029026 saylı kredit razılaşması müqavilələsinin son müddəti 09.03.2015-ci il tarixdə qurtardığı halda maliyyə arayışı 20.11.2015-ci il tarixə verilməklə, müqavilə müddətindən sonra da, faiz hesablandığından, apellyatorun şikayətdə göstərdiyi dəlilnə əsasən borcun məbləğinin dəqiqləşdirilməsi ilə bağlı ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 iyun 2020-ci il tarixli, 9/196 saylı rəyindən görünür ki, 06.07.2011-ci il tarixli 02R000019798 saylı kredit razılaşması 06.11.2014-cü il tarixə 14875,94 ABŞ dolları əsas, 2936,35 ABŞ dolları faiz borcu, 20.11.2015-ci il tarixə 14875,94 ABŞ dolları əsas borc, 6336,33 ABŞ dolları faiz borcu vardır. 26.01.2012-ci il tarixli 02R000021829 saylı kredit razılaşması müqaviləsi 01.06.2015-ci il tarixə 51772,59 ABŞ dolları əsas, 16278,16 ABŞ dolları faiz, 20.11.2015-ci il tarixə 51772,59 ABŞ dolları əsas, 21382,08 ABŞ dolları faiz borcu vardır. 17.08.2012-ci il tarixli 02R000023974 saylı kredit razılaşması üzrə 20.11.2015-ci il tarixə 28295,25 ABŞ dolları əsas, 10893,67 ABŞ dolları faiz, 17.12.2015-ci il tarixə 28295,25 ABŞ dolları əsas, 11318,10 ABŞ dolları faiz borcu vardır. 09.09.2013-cü il tarixli 02R000029026 saylı kredit razılaşması üzrə 09.03.2015-ci il tarixə 17059,89 ABŞ dolları əsas, 4015,71 ABŞ dolları faiz, 20.11.2015-ci il tarixə 17059,89 ABŞ dolları əsas, 6275,67 ABŞ dolları faiz borcu vardır. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Kollegiya qeyd edir ki, kredit razılaşmaları üzrə cərimə məbləği tənasübsüz olaraq çox olduğundan, azaldılmalıdır. Beləliklə kollegiya hesab edir ki, 06.07.2011-ci il tarixli 02R000019798 saylı kredit razılaşması üzrə əsas, faiz və cərimə borcu dəyişdirilərək, 14875,94 ABŞ dolları əsas, 2936,35 ABŞ dolları faiz, 1400 ABŞ dolları cərimə tutulmalıdır. 26.01.2012-ci il tarixli 02R000021829 saylı kredit razılaşması üzrə əsas, faiz və cərimə borcu dəyişdirilərək, 51772,59 ABŞ dolları əsas, 16278,16 ABŞ dolları faiz, 5000 ABŞ dolları cərimə tutulmalıdır. 17.08.2012-ci il tarixli 02R000023974 saylı kredit razılaşması üzrə cərimə borcu dəyişdirilərək 2000 ABŞ dolları cərimə tutulmalıdır. Əsas borc maliyyə arayışında 28477,20 ABŞ dolları, ekspert rəyində 28295,25 ABŞ dolları qeyd olunsa da, məhkəmə əsas borcu 7477,20 ABŞ dolları götürmüşdür. Məhkəmə tərəfindən müəyyən edilmiş əsas borc məbləği Bank tərəfindən mübahisələndirilmədiyindən, həmin məbləğ maliyyə arayışı və ekspert rəyindən qeyd olunan məbləğlərdən az olduğundan, kollegiya əsas borcun dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Həmçinin ekspert rəyində müəyyən olunun faiz borcu çox olduğundan, kollegiya hesab edir ki, faiz borcu dəyişdirilməməlidir. 09.09.2013-cü il tarixli 02R000029026 saylı kredit razılaşması üzrə faiz və cərimə borcu dəyişdirilərək, 4015,71 ABŞ dolları faiz, 1700 ABŞ dolları cərimə tutulmalıdır. Həmçinin cavabdehlər tərəfindən iddiaçıya ödənilməli olan pul məbləği ilə bağlı tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan cavabdehlər tərəfindən iddiaçıya ödənilməli olan pul vəsaiti manatla ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi muəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası MM-nın 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Buna görə də, qətnamə borcun ABŞ dolları ilə tutulması hissəsində dəyişdirilməli, ABŞ dolları ilə ödənilən borc, ödəniləcək gündə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla, manatla ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə, müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə, müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlili olaraq apellyasiya mərhələsində ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə həyata keçirmişdir. Ekspress Lisdinq” MMC-nin 16.11.2020-ci il tarixli, 16-11/20-AM-MOY saylı rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən 12 nömrəli binanın 71,84 kv.m ümumi, 45,84 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 14 nömrəli mənzilin noyabr 2020-ci il tarixə real bazar qiyməti 93000 manat, likvid qiyməti 90000 manat, Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsində yerləşən 8 nömrəli binanın yarımzirzəmisində 14,5 kv.m ümumi sahədən ibarət qeyri yaşayış sahəsinin noyabr 2020-ci il tarixə real bazar qiyməti 21000 manat, likvid qiyməti 19000 manat, Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsində yerləşən 17 nömrəli binanın yarımzirzəmisində 28.6 kv.m ümumi, 22.08 kv.m əsas, 5.8 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsinin noyabr 2020-ci il tarixə real bazar qiyməti 37000 manat, likvid qiyməti 35000 manat təşkil edir. Kollegiya hesab edir ki, qiymətləndirmə ilə bağlı rəylər kifayət qədər əsaslandırılmış, əmlakların mövcud bazar dəyəri (internet, qəzet məlumatları nəzərə alınmaqla, əmlaklara baxış keçirilməklə) müəyyən olunmuşdur. Göründüyü kimi, cavabdeh tərəfin ipoteka predmeti olan əmlakların qiymətinin aşağı olması ilə bağlı dəlili məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır, əksinə ipoteka predmetlərinin ilkin satış dəyərinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş qiymətdən aşağı olduğu müəyyən olunmuşdur. Buna görə də, apellyasiya şikayəti ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi - yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 manatın 52,5 manatı cavabdehlərdən, 97,5 manatı iddiaçıdan alınıb, Az.MEM,VÖEN **********, AZ34CTRE ********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000 003944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X16 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(011)-15/2019 saylı qətnaməsi mübahisələndirilən-kredit razılaşmaları üzrə borcun məbləğləri hissəsində dəyişdirilsin. 06.07.2011-ci il tarixli 02R000019798 saylı kredit razılaşması üzrə 14875,94 (on dörd min səkkiz yüz yetmiş beş ABŞ dolları doxsan dörd sent) ABŞ dolları əsas, 2936,35 (iki min doqquz yüz otuz altı ABŞ dolları, otuz beş sent) ABŞ dolları faiz, 1400 (min dörd yüz) ABŞ dolları cərimə müəyyən edilsin. 26.01.2012-ci il tarixli 02R000021829 saylı kredit razılaşması üzrə 51772,59 (əlli bir min yeddi yüz yetmiş iki ABŞ dolları əlli doqquz sent) ABŞ dolları əsas, 16278,16 (on altı min iki yüz yetmiş səkkiz ABŞ dolları on altı sent) ABŞ dolları faiz, 5000 (beş min) ABŞ dolları cərimə müəyyən edilsin. 17.08.2012-ci il tarixli 02R000023974 saylı kredit razılaşması üzrə 2000 (iki min) ABŞ dolları cərimə müəyyən edilsin. 09.09.2013-cü il tarixli 02R000029026 saylı kredit razılaşması üzrə 4015,71 (dörd min on beş ABŞ dolları yetmiş bir sent) ABŞ dolları faiz, 1700 (min yeddi yüz) ABŞ dolları cərimə müəyyən edilsin. Qətnamə borcun ABŞ dolları ilə tutulması hissəsində dəyişdirilsin, ABŞ dolları ilə ödənilən borc, ödəniləcək gündə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla, manatla ödənilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(011)-15/2019 saylı qətnaməsi mübahisələndirilən- kredit razılaşması üzrə borcla bağlı qalan hissədə və ilkin satış qiyməti ilə bağlı hissələrdə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manatın 52,5 (əlli iki manat əlli qəpik) manatı müştərək qaydada cavabdehlər Kafafi Ghassem Mohammad oğlundan, X30, X19, X6 və X5, 97,5 (doxsan yeddi manat əlli qəpik) manatı İddiaçı QSC-dən alınıb, Az.MEM,VÖEN **********, AZ34CTRE ********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000 003944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-255/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-255/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver