Məhkəmə qərarları › İş №2(103)-2553/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2553/2020

03.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2553/2020 03.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), X6 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, iddiaçı ləğv prosesində olan ”İddiaçı” ASC-nin ləğvedicisi X1 Cavabdeh qarşı “borc” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-233/2019 saylı işi üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə, daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə xx.xx.2016-cı il tarixli, 20/16 saylı kredit müqaviləsi üzrə 13700000 manat əsas borc, 4561338,96 manat faiz borcu olmaqla, cəmi 18261338,96 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəməyə təqdim olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 20/16 saylı kredit müqaviləsinın surətindən görünür ki, borc alana 60 ay müddətinə illik 13% hesablanmaqla 13700000 manat məbləğində kredit xətti açılmışdır (iş.səh.11). xx.xx.2019cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixli, 20/16 saylı kredit müqaviləsi üzrə banka olan borcu 13700000 manat əsas borc, 4561338,96 manat faiz borcu olmaqla, cəmi 18261338,96 manat təşkil edir (səh.10). Məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 20/16 saylı kredit müqaviləsi üzrə cavabdehin banka olan borcunun müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. xx.xx.2019-cu il tarixli, 17698 saylı ekspert rəyinə əsasən borc alanın xx.xx.2018-ci il tarixə (maliyyə arayışında tələb olunan tarixə) banka olan borcu aşağıdakı kimi müəyyən edilmişdir: - əsas borc üzrə - 13700000 manat; - faiz borcu üzrə - 1444588,89 manat. Ekspertiza xərci 145 manat müyyən edilmişdir (səh.50). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-233/2019 saylı işi üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə, iddia təmin edilərək, Cavabdeh xx.xx.2016-cı il tarixli, 20/16 saylı kredit müqaviləsi üzrə 13700000 manat əsas borc, 4561338,96 manat faiz borcu olmaqla, cəmi 18261338,96 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı X5 xeyrinə tutulması və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 145 manat Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qeyd: Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçıASC” ilə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən verilmiş kredit və ona hesablanmış faizin xx xxxx 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı ASC-nin Mərkəzi Bankdan götürdüyü ******* manat kreditə təminat olan mülkiyyətində ünvan 1 qapl 1 ünvanında yerləşən 398,6 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsi kredit borcu (əsas və faiz) qismən əvəzləşdirilməsi, kredit borcuna xitam verilməsi və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (səh.70).Bakı şəhəri Xətai Rayon Məhkəməsinə 2(011)- 233/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qərardadı ilə, Cavabdeh ləğv prosesində olan ”İddiaçı” ASC-yə kredit borcunun əvəzləşdirilməsinə, kredit borcuna xitam verilməsinə və ilk iddia ərizəsinin rədd edilməsinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılması qərara alınmışdır (səh.82). Cavabdeh Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019 -cu il tarixli 2(011)233/2019 saylı qətnaməsinin ləğv edilməsini və ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin- İddiaçıASC-” ilə aralarında bağlanmış xx.xx.2016 ci il tarixli kredit müqaviləsinə əsasən verilmiş kredit və ona hesablanmış faizin xx xxxx 2015 il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçıASC nin Mərkəzi bankdan götürdüyü ******* manat kreditə təminat olan mülkiyyətində-ünvan 2 qapi 1 ünvanında yerləşən 398,6 kv.m ümümi sahəsi olan qeyri- yaşayış sahəsi-kredit borcu (əsas və faiz) qismən əvəzləşdirilməsi, kredit borcuna xitam verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına Azərbaycan Respublikası MM-in 385.1, 424, 425.1, 427.3, 439, 442, 443-449, 739- 744; MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və kredit müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qiymət verərək qeyd edilməlidir ki, məhkəmənin işdə olan və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında qəbul etdiyi qərar maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara (tərəflərin qarşılıqlı münasibətlərinə) uyğun olduğundan, iddianın əsasını təşkil edən və qətnamənin qəbul edilməsinə əsas olan (öhdəlik, borc, hesablanma və sair barədə) təkzibedici mötəbər sübutlar təqdim edilmədiyindən, apellyasiya şikayətinin subyektiv mülahizə səciyyəli (mübahisələndirən) dəlillərinə münasibətdə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Apellyasiya şikayəti əsassız olduğundan rədd edilməli və onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-233/2019 saylı işi üzrə xx xxxxxx 2019-cu cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar