Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2557/2024 03.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Zolfi Bakhshaliyə qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X17 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Zolfi Bakhshaliyə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-739/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 2(001)-1388/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, X11 ilə İddiaçı MTK arasında xx.xx.2019-cu il tarixli, 164 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən MTK, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə inşa edilmiş 16 mərtəbəli, 7 bloklu binanın 4-cü blokunda, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 62 kv.metr olan 38 saylı, 1 otaqlı mənzili A.Harunovaya satmağı, A.Harunova isə müqavilə ilə nəzərdə tutulmuş qaydada, tərəflər arasında razılaşdırılmış şərtlər daxilində mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə tərəfləri mənzilin hər kv.metrinin dəyərini 1.300 manata, mənzilin ümumi qiymətinin 80.600 manat məbləğində müəyyən edilməsi barədə razılaşmışlar. A.Harunova razılaşdıqları kimi xx.xx.2019-cu il tarixdə 24.180 manat ödəniş etmiş, ona bu barədə kassa mədaxil orderi verilmişdir. Həmin qətnamə ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı MTK-dan 33.143 manat məbləğində vəsaitin tutularaq iddiaçı X8 ödənilməsi qət edilmişdir.
2. 19.11.2018-ci il tarixli etibarnamə ilə X11 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etmək, sərəncam vermək və s. səlahiyyətləri 3 il müddətinə Zolfi Bakhshaliyə vermişdir.
3. Zolfi Bakhshali həmin etibarnamə əsasında İddiaçınə xx.xx.2020-ci il tarixli ərizə ünvanlayaraq İddiaçı MTK və Harunova Aybənizin arasında bağlanmış xx.xx.2019cu il tarixli müqaviləyə xitam verilməsi və sözügedən mənzilə dair eyni şərtlərlə yeni müqavilənin X24 ilə bağlanmasını xahiş etmişdir.
4. İddiaçı MTK ilə X24 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 164/A nömrəli müqaviləyə əsasən MTK Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə inşa edilmiş 16 mərtəbəli, 7 bloklu binanın 4-cü blokunda, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 62 kv.metr olan 38 saylı, 1 otaqlı mənzili Aysel Acalovaya təhvil verməyi, sonuncu isə razılaşdırılmış şərtlər daxilində mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı MTK cavabdeh Zolfi Bakhshaliyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 33.143 manat pul vəsaitinin, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 190 manat məbləğində pulun iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MTK (icraçı) və X11 (sifarişçi) arasında 164 saylı xx.xx.2019-cu il tarixli müqavilə bağlanmış, müqaviləyə əsasən, icraçı Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə inşa edilmiş 16 mərtəbəli 7 girişli binanın, 4-cü giriş, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 62 kv.m olan 38 saylı 1 otaqlı mənzili sifarişçiyə satmağı, sifarişçi isə müqavilə ilə nəzərdə tutulmuş qaydada, tərəflər arasında razılaşdırılmış şərtlər daxilində mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. X19 həmin mənzilə görə ümumilikdə 28.820 manat ödəniş etmişdir. Belə ki, X11 cavabdeh Zolfi Bakhshaliyə 3 il müddətinə, AR-1№7000028 saylı xx.xx.2019-cu il tarixli etibarnamə vermişdir. Harunova Aybəniz cavabdeh Zolfi Bakshaliyə həmin etibarnaməni ona görə vermişdir ki, Zolfi Bakhshali etibarnamə əsasında Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə inşa edilmiş 16 mərtəbəli 7 girişli binanın, 4-cü giriş, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 62 kv.m olan 38 saylı 1 otaqlı mənzili Harunova Aybənizin qonşusunun adına rəsmiləşdirsin. Daha sonra, X11 cavabdeh Zolfi Bakhshali ilə birlikdə İddiaçı MTK-ya gəlmişlər və kooperativdən İddiaçı MTK və Harunova Aybənizin arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə xitam verilməsi və sözügedən mənzilə dair eyni şərtlərlə yeni müqavilənin cavabdehin həyat yoldaşı X24 ilə bağlanmasını xahiş etmişlər. Beləliklə, İddiaçı MTK cavabdeh və Zolfi Bakhshali arasında həmin etibarnamə əsasında, xx.xx.2020-ci il tarixli 164/A saylı müqavilə bağlanmışdır. Həmin müqavilə bağlanıldıqdan sonra cavabdeh Zolfi Bakshali tərəfindən İddiaçı MTK-ya hər-hansı bir ödəniş edilməmişdir. Bir müddət sonra, X11, MTK-ya müraciət edərək cavabdeh Zolfi Bakhshalinin onu aldatdığını və ona hər-hansı bir ödəniş etmədiyini bildirərək, MTK-dan köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı MTK isə X8 hər-hansı bir köməklik göstərə bilməyəcəyini və X1rşı məhkəməyə müraciət etməsini məsləhət vermişdir. Beləliklə, cavabdeh həmin mənzili arvadı Aysel Acalovanın adına rəsmiləşdirmişdir, sonuncu isə həmin mənzili başqa şəxsə satmışdır. Hal-hazırda həmin mənzil X12 mülkiyyətindədir. Bu səbəbdən, X4 Bakshalı və İddiaçı MTK-ya qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzil üçün İddiaçı MTK-ya ödənilmiş 28.820 manatı, təmir üçün çəkilmiş 3.000 manat, həmçinin 28.820 manatı özlərində 42 ay saxlayaraq gecikdirdikləri vaxt üçün illik 5 faiz, yəni 5.043 manat əldən çıxmış faydanı və vəkilin göstərdiyi yardıma görə ödənilmiş 111 manatın MTK və Zolfi Bakhshalidən müştərək qaydada alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi e-2(001)-1388/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, iddiaçının iddia tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı MTK-dan 33.143 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı X8 ödənilməsi qət edilmişdir. Cavabdeh İddiaçı MTK-nın vəkili və nümayəndəsi ümumiyyətlə məhkəmə iclaslarında iştirak etməmiş, eləcə də birinci instansiya məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətini ötürmüşdür. Beləliklə, birinci instansiya məhkəməsinin həmin qanunsuz qətnaməsi qüvvəyə minmişdir. Qətnaməyə əsasən, İddiaçı MTK X8 33.143 manat pul məbləği ödəmişdir. Lakin, işin hallarında da göründüyü kimi, cavabdeh əsassız olaraq varlanmışdır. Belə ki, X3 təqdim etdiyi etibarnamə əsasında, sözügedən mənzil üzrə müqavilənin öz adına bağlanmasına nail olmuş, İddiaçı MTK-nə hər-hansı bir pul məbləği ödəməmiş, eləcə də mənzili sataraq gəlir əldə etmişdir. Qətnamənin 20-ci bəndində qeyd edilmişdir ki, Zolfi Bakshalinin nümayəndəsi məhkəmə iclaslarında onun sözügedən mənzilə dair başqa şəxslə müqavilə bağlandığından xəbərinin olmadığını, mənzil etibarnamə əsasında deyil, MTK-nə ilkin ödəniş etməklə əldə etdiyini və daha sonra arvadının adına rəsmiləşdirdiyini bildirmişdir. Halbuki, cavabdeh Zolfi Bakhshali tərəfindən İddiaçı MTK-nə hər-hansı bir ödəniş edilməmiş, o, X7 verdiyi etibarnaməyə əsasən İddiaçı MTK-nə ərizə ilə müraciət etmişdir, yəni cavabdehin Harunova Aybənizin həmin mənzil barədə müqavilə bağladığından məlumatı olmuşdur, yəni o, əgər mənzili əldə etmək istəyirdisə Aybəniz Harunovaya mənzilin pulun ödəməli idi. Qətnamənin icrası məcburi olduğundan,İddiaçı MTK X8 33.143 manat pul məbləği ödəmişdir. Bu səbəbdən, cavabdehin əməlləri nəticəsində MTK-ya vurulmuş zərərin əvəzinin cavabdehdən tələb edilməsi əsası yaranmış və cavabdeh tərəfindən iddiaçıya 33.143 manat pul məbləğinin ödənilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
7. Cavabdeh iddia ərizəsinə qarşı etiraz verərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələblərinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. X7 cavabdehlər İddiaçı MTK və Zolfi Bakhshaliyə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Binəqədi Rayon Məhkəməsində baxılmış və xx.xx.2023-cü il tarixdə e-2(001)- 1399/2023 saylı qətnamə qəbul edilmişdir. Həmin mülki iş üzrə iddiaçı X7 iddia tələblərini əsaslandırdığı dəlillər hazırki iddia tələblərində iddiaçının işin faktiki halları ilə bağlı mülahizələri ilə eynilik təşkil edir. e-2(001)-1399/2023 saylı mülki iş üzrə baxılmış iddia tələbləri həm də Zolfi Bakhshaliyə qarşı olmuş, məhkəmə həmin hissədə iddianı təmin etməmişdir. Qətnamənin 29-cu bəndində iddianın həmin hissədə təmin edilməməsinin əsasları göstərilmişdir. Məhkəmə Mülki Məcəllənin 396-cı maddəsinin tələbi baxımından o nəticəyə gəlmişdir ki, tərəflər arasında hər hansı öhdəlik münasibətlərinin yaranması üçün ya tərəflər arasında müqavilə münasibətləri olmalı, ya zərər vurulması, ya da əsassız varlanma halının olması müəyyən edilməlidir. Məhkəmə bu üç halın heç birinin olmaması qənaətinə gələrək iddianı Zolfi Bakhshaliyə münasibətdə təmin etməmişdir. Bundan sonra qətnamə icraya yönəldikdə, icranın gecikdirilməsi məqsədilə formal olaraq müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət olunmuş, ərizə haqlı olaraq məhkəmə tərəfindən həm birinci instansiya, həm də apellyasiya instansiyası tərəfindən təmin edilməmişdir. Hal-hazırki mülki iş üzrə iddia tələbində İddiaçı MTK eyni predmet üzrə Mülki Məcəllənin 396-cı maddəsinin tətbiqi ilə Binəqədi Rayon Məhkəməsinin gəldiyi nəticənin əsassız varlanma ilə bağlı hissəsini mübahisələndirməyə cəhd etmişdir. İddiaçı iddia ərizəsində Zolfi Bakhshali tərəfindən İddiaçı MTK-ya hər hansı ödəniş edilmədiyini bildirir. Eyni zamanda göstərilir ki, müqavilənin dəyişdirilməsi üçün cavabdeh Harunova Aybəniz ilə birlikdə gəlmiş və Harunova Aybəniz müqavilənin ləğv edilməsinə etiraz etməmişdir. Ödənişin edilməməsi ilə bağlı göstərilənlər həqiqəti əks etdirmir. Cavabdeh tərəfindən rəsmi olaraq ödəniş edilmişdir. Belə olan halda, iddiaçının guya, cavabdehin onun hesabına varlanmış olduğunu iddia etməsinin yalan olduğu aşkardır. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Hesab edilir ki, bu maddədə nəzərdə tutulan hal məhz iddiaçıya aid hal olduğu faktı var. Həmin fakt da əvvəllər bu mübahisə üzrə mülki işə baxşım məhkəmə tərəfindən müəyyən edilmiş və qətnamə qəbul edilmişdir. Sonda iddianın rədd edilməsi xahiş olunmuşdur.
8. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 739/2024 nömrəli qətnaməsi ilə (hakim E.M.Mustafayev) iddia tələbi təmin edilməmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, X4 Bakhshalı və İddiaçı MTK-ya qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə inşa edilmiş 16 mərtəbəli, 7 girişli binanın, 4-cü, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 62 kv.m olan 38 saylı 1 otaqlı mənzil üçün İddiaçı MTK-ya ödənilmiş 28.820 manatı, təmir üçün çəkilmiş 3.000 manat, həmçinin 28820 manatı özlərində 42 ay saxlayaraq gecikdirdikləri vaxt üçün illik 5 faiz, yəni 5043 manat əldən çıxmış faydanı və vəkilin göstərdiyi yardıma görə ödənilmiş 111 manatın MTK və Zolfi Bakhshalidən müştərək qaydada alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi e-2(001)-1388/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, iddiaçının iddia tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı MTK-dan 33.143 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı X8 ödənilməsi qət edilmişdir, qətnamə qüvvəyə minmişdir. Binəqədi Rayon Məhkəməsinin həmin qətnaməsinə əsasən, İddiaçı MTK X8 33.143 manat pul məbləği ödəmişdir. Lakin iddiaçı hesab edir ki, X2 təqdim etdiyi etibarnamə əsasında, sözügedən mənzil üzrə müqavilənin öz adına bağlanmasına nail olmuş, İddiaçı MTK-nə hər-hansı bir pul məbləği ödəməmiş, eləcə də mənzili sataraq gəlir əldə edərək əsassız varlanmışdır.
10. Məhkəmə iddiaçının dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. İlk növbədə iddiaçı tələbini əsassız varlanmaya dair maddi hüquq normaları ilə əsaslandırmağa çalışsa da, işin müəyyən olunan hallarına görə, o, qanuni qüvvəyə minmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi e-2(001)-1388/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə İddiaçı MTK-dan 33143 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı X8 ödənilməsi qət edilmiş pulu tələb edir. Məhkəmə hazırkı tələb üzrə iddiaçının “...X2 təqdim etdiyi etibarnamə əsasında, sözügedən mənzil üzrə müqavilənin öz adına bağlanmasına nail olmuş, İddiaçı MTK-nə hər-hansı bir pul məbləği ödəməmiş, eləcə də mənzili sataraq gəlir əldə etmişdir....” arqumentinə münasibətdə qeyd edir ki, Binəqədi Rayon Məhkəməsi e-2(001)-1388/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin əsaslandırma hissəsində (29-cu bənd) məhkəmə məsələyə qiymət verərək göstərmişdir ki, “.....mübahisəli məbləğin müştərək qaydada həm MTK-dan, həm də Zolfi Bakhshalidən tutulmalı olması barədə iddiaçının tələbini əsaslı hesab etməmişdir. Belə ki, iddiaçı ilə cavabdeh Zolfi Bakhshali arasında mübahisə predmetinə dair hər hansı öhdəlik münasibətlərinin yaranması işin halları ilə müəyyən edilmir...”
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 21.1, 21.2, 21.3, 386.1, 439.4, 1091.1, 1091.2, 1093.2.1, 1093.2.2-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarına, “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarına, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarına, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81, 88, 106.1, 119-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə qarşı etiraz verərək şikayətin təmin edilməməsini xahiş etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, müqavilədə evin dəyəri 80.600 manatdır. Aybəniz xanımın evi cavabdeh tərəfindən alınırsa, MTK-larda olan təcrübəyə əsasən tərəf öz mənzilini satırsa, pulu alıcı satıcıya ödəyir. Şirkətə pul ödənilmir. Nə ödənilmişdirsə onu qaytarır, qalan borc pulu isə yeni alıcı ya birdəfəlik, ya da hissə-hissə ödəyir. Lakin hazırki işdən görünür ki, cavabdeh Aybəniz xanımın adından etibarnamə ilə yaxınlaşır və xahiş edir ki, ev onun yoldaşının adına keçirilsin. Hər hansı bir pulun qəbul edilməsi ilə bağlı şirkətə müraciət də yoxdur. Aybəniz xanımla cavabdeh öz aralarında razılaşmışlar. Etibarnamə əsasında müqaviləni cavabdehin adına dəyişirlər. Qalan məbləği cavabdeh ödəyir. Telefonda olan qəbz, ola bilər ki, sonrakı ödənişin qəbzidir. Pulun qalan hissəsi tam ödənilib, lakin ilkin ödəniş ödənilməyib. Cavabdeh Aybəniz xanımın pulunu ödəməyib. Məhkəmə də həmin pulu onlardan tutub. Qətnamədə cavabdeh elə izahat vermişdir ki, guya Aybəniz xanımı tanımayıb, müqavilənin bağlanılmasından xəbəri olmayıb, mənzili etibarnamə əsasında deyil, MTK-ya ilkin ödəniş ödəməklə əldə etmiş və daha sonra öz arvadının adına keçirtmişdir. İlkin ödənişi tərəflər öz aralarında həll edirlər, qalan hissə MTK-ya ödənilir. Mənzil yeni alıcının adına rəsmiləşdirilir. Hazırda isə cavabdeh mənzili başqa bir şəxsə satıb. xx.xx.2020-ci il tarixli qəbzi və sonrakı ödənişləri topladıqda Aybəniz xanımın qalan 56.000 manatı edir. Zolfi Bakhshali orada etibarnamə ilə çıxış etmişdir. Aybəniz Harunovanın etibarnaməsini gətirib və ərizə yazaraq, mənzilin X18 adına keçirilməsini xahiş edib. Zolfi Bakhshali mənzili X6 üçün ilkin ödənişi Aybəniz Harunovaya verməlidir. Lakin ona heç bir vəsait ödəməmişdir. Hesab edir ki, həyat yoldaşıdır, hər bir halda Zolfi Bakhshali ödəməlidir.
16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçı digər iş üzrə məhkəmə qərarından məlumatlı olmuşdur. Qətnaməni vaxtında alıblar, lakin şikayət müddətini üzrsüz səbəbdən ötürmüşlər. Deyilən əsaslar var idisə adi qaydada məhkəməyə apellyasiya şikayəti verə bilərdilər. Hazırki iş üzrə mübahisələndirilən yeganə hissə ilkin ödənişdir. Qalan hissə mübahisəsiz haldır ki, ödənilmişdir. Ödənişlər birdəfəlik deyil, vaxtaşırı olunmuşdur, bununla bağlı qəbzlər mövcud olub. Ödəniş qəbzləri Cavabdehin özünün adından olmuşdur. Qəbzlərin hamısı var idi. Qarşı tərəf qəbzin digər ödənişlərlə bağlı olduğunu bildirsə də, digər ödənişlərin cədvəli mövcuddur. Orada ödənişlərlə bağlı jurnal var. Hər ödəniş olunduqca qəbzlərdən əlavə həmin jurnalda imzalanır. Orada standart rəqəmlərdir. Bildiyinə görə qalan hissədə yeni alıcı Gülnarə xanım tərəfindən müəyyən ödəniş olunub. Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə Dərnəgül MTK-dan tutulan pul məbləğinin 28.820 manat hissəsi A.Harunovanın İddiaçı MTK-ya ödəmiş olduğu məbləği nəzərdə tutur. Həmin məbləğ mənzilin ilkin ödənişinin, müqavilə addan-ada keçirilənədək olunan qrafik üzrə ödənişlərinin, qaz sayğacına görə edilmiş ödənişin cəmindən yaranır. İddianın təmin edilmiş qalan hissəsi isə, həmin məbləğin İddiaçı MTK tərəfindən A.Harunovaya qaytarılmasının gecikdirilməsi ilə bağlı həmin iş üzrə iddiaçının illik 5% məbləğində əldən çıxmış fayda tələbi ilə bağlıdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş cədvəlindən isə, xx.xx.2021-ci il tarixindəki ödənişdən, yəni müqavilə X12 adına keçirilənədək edilməli olan ödənişdən sonra qalan qalıq borc məbləği isə başqa məbləğ olmaqla, 31.300 manat təşkil etmişdir. Qrafik üzrə ödəmələr davam edə-edə X12 adına keçmişdir və ödənişləri o davam edir. Çıxarışı dərhal almayıb, ödəmələri yekunlaşdırdıqdan sonra çıxarış əldə edib. 34 aylıq ödəmədən cavabdehin dövrünə düşən 13-14 aydır. Ödənişlə bağlı jurnalın həmin səhifəsini məhkməyə təqdim etmişlər. X12 adına keçməsi ilə bağlı sənədlər təqdim olunarsa, nə vaxtdan onun adına keçdiyi müəyyən edilə bilər. Ödəniş jurnalının mübahisəli mənzilə dair səhifəsinin fotoşəklindən aydın olur ki, qrafik üzrə birinci ödəmə qeydi xx.xx.2019-cu il tarixdə edilmiş və həmin ödəmənin qarşısına cavabdeh tərəfindən imza edilmişdir. İkinci ödəmə qeydi xx.xx.2020-ci il tarixində edilmiş və qarşısına Aybəniz Harunova tərəfindən imza edilmiş, bundan sonra xx.xx.2021-ci il tarixinədək qalan bütün ödəmə qeydləri cavabdeh tərəfindən imzalanmışdır. xx.xx.2020-ci il tarixində mənzilə dair müqavilənin addan-ada keçirilməsinin Aybəniz Harunovanın razılığı ilə edildiyini iddiaçı iddia ərizəsində etiraf edir. Bunu, Aybəniz Harunovanın 2020-ci ilin yanvar ayından sonrakı ödəmələrin cavabdeh tərəfindən edildiyini mübahisələndirmədiyi də təsdiq edir. xx.xx.2020-ci il tarixində müqavilənin dəyişdirilməsindən bir ay yarım əvvəlki ödənişin cavabdeh tərəfindən edilmiş olması, həmin mənzilin cavabdeh tərəfindən alınmasının əvvəldən razılaşdırıldığını bir daha təsdiq edir. Əks halda Aybəniz Harunovaya aid olan ödəmənin Zolfi Bakhshali tərəfindən həyata keçirilməsi anlaşılmazdır. X16 Harunovanın etibarnamə üzrə nümayəndəsi olaraq ona məxsus olan ödənişləri onun tapşırığı ilə etməsi mülahizəsi ağlabatan deyil, belə ki, A.Harunova cavabdehin işçisi olmuşdur və işçinin tapşırığı ilə ödənişlərinin müdiri tərəfindən həyata keçirilməsi inandırıcı sayıla bilməz. Hər bir halda hesab edir ki, iddia X20 və ya Zolfi Bakhshaliyə qarşı irəli sürülməsindən aslı olmayaraq əsassızdır.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin və ona verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia əsl cavabdehə qarşı verilmədiyindən rədd edilməlidir.
22. İşdən müəyyən edilir ki, X11 ilə İddiaçı MTK arasında xx.xx.2019-cu il tarixli, 164 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən MTK Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə inşa edilmiş 16 mərtəbəli, 7 bloklu binanın 4-cü blokunda, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 62 kv.metr olan 38 saylı, 1 otaqlı mənzili A.Harunovaya satmağı, A.Harunova isə müqavilə ilə nəzərdə tutulmuş qaydada, tərəflər arasında razılaşdırılmış şərtlər daxilində mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra həmin müqavilə ləğv edilmiş və İddiaçı MTK ilə X24 arasında həmin mənzilə dair xx.xx.2020-ci il tarixli, 164/A nömrəli müqavilə bağlanmışdır.
23. Daha sonra Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1388/2023 nömrəli qətnaməsi ilə İddiaçı MTK-dan X7 xeyrinə sözügedən mənzilə görə ödənilmiş 33.143 manat məbləğində vəsaitin tutulması qət edilmiş, qətnamə qanuni qüvvəsini almışdır.
24. Hazırda MTK qeyd olunan qətnamə ilə ondan tutulmuş məbləği Zolfi Bakhshalidən tələb edir və tələbini belə əsaslandırır ki, X2 təqdim etdiyi etibarnamə əsasında sözügedən mənzil üzrə müqavilənin öz adına bağlanmasına nail olmuş, MTK-ya hər hansı məbləğ ödəməmiş, eləcə də mənzili sataraq gəlir əldə etmişdir.
25. Lakin iş materialları ilə müəyyən edilir ki, Zolfi Bakhshali MTK-ya müraciət edərək sözügedən mənzilin X18 adına rəsmiləşdirilməsini xahiş etmiş, sonradan mənzilə dair müqavilə də İddiaçı MTK ilə X24 arasında bağlanmışdır.
26. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MTK mənzilə görə ödənilməmiş hər hansı məbləği Zolfi Bakhshalidən deyil, mənzili əldə etmiş şəxsdən, yəni X15 tələb edə bilər.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 739/2024 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Zolfi Bakhshaliyə qarşı pul tələbinə dair iddiası rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: