Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2558/2022 22.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi və məruzəsilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli 2(011)-5421/2021 saylı qətnaməsindən iddiaçı tərəfdən verilmiş apelyasiya şikayəti üzrə apelyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq M ü ə y y ə n e t d i: İddiaçı MMC əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən nisyə satış müqaviləsi üzrə 1049 manat əsas borc və 314,70 manat cərimə borcu olmaqla, cəmi 1363,70 manat borcun, həmçinin ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq xeyrinə ödənilməsinə dair məhkəmə əmrinin verilməsini xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18.06.2021-ci il tarixli məhkəmə əmrinə əsasən 1363,70 manat məbləğində pul vəsaitinin və 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilməsi müəyyən edilmişdir. Borclu Cavabdeh məhkəməni yazılı xəbərdar etməklə, göstərilən məhkəmə əmrinə etiraz etmiş və məhkəmə əmrinin ləğv edilməsini xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18.06.2021-ci il tarixli qərardadı ilə qeyd edilən məhkəmə əmri ləğv edilərək ümumi iddia icraatına keçirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli 2(011)- 5421/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçının nümayəndəsi qətnamədən apelyasiya şikayəti vermiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İş materiallarından görünür ki, qətnamənin surəti iddiaçının nümayəndəsi Nümayəndə elektron kabinetinə 17.12.2021-ci il tarixdə yerləşdirilmişdir. Hazırda apelyasiya şikayəti həmin nümayəndə tərəfindən 10.02.2022-ci il tarixdə verilməklə, qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür. “Müddətin bərpası barədə vəsatət” isə verilməmişdir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-in 363.1.3-cü maddəsinə əsasən apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, qətnamədən apelyasiya şikayəti vermək üçün prosessual müddət ötürüldüyü halda, birinci instansiya məhkəməsi həmin xüsusatı yoxlamadan, şikayəti iş materialları ilə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 402, 405-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli 2(011)- 5421/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və apelyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2558/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2558/2022
22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver