Məhkəmə qərarları › İş №2(103)-2560/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2560/2020

18.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2560/2020 18.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Abiddin Qabil oğlu Hüseynov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-226/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-226/2019 saylı, xx xxxxxxx 2019cu il tarixli qərardadı ilə İddiaçı İKB ASC-nin Cavabdeh Ədil qızına qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması” barədə iddia ərizəsi baxılmamış saxlanmış, ekspertiza tədqiqatının dəyəri olaraq 200 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Cavabdeh həmin qərardaddan xx xxxxxx 2019-cu il tarixdə şikayət verərək, qərardadın qərara aldı hissəsinin 2-ci abzasının dəyişdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2(011)- 226/2019 saylı qərardadı ilə Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 226/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadından vermiş olduğu şikayəti qismən təmin edilmiş, İddiaçı-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması” barədə iddia ərizəsinin baxılmamış saxlanılması barədə Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli e-2(011)-226/2019 saylı qərardadı qismən dəyişdirilərək, “Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı-dən alınaraq dövlət büdcəsinə ödənilsin” qaydasında müəyyən edilmişdir. Həmin qərardaddan iddiaçı və cavabdeh ayrı-ayrılıqda şikayət vermişdirlər. İddiaçının şikayəti onunla əsaslandırılmışdır ki, həmin iş üzrə mühasibatlıq ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən 17706 saylı, xx xxxxxxxx 2019-cu il tarixli rəy verilmişdir. Ekspertiza bankın təşəbbüsü əsasında keçirilmədiyindən, həmçinin iddia ərizəsi də bankın təşəbbüsü ilə deyil, “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanı əsasında baxılmamış saxlanıldığından ekspertiza xərci tam olaraq cavabdehdən tutulmalıdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-226/2019 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e- 2(011)-226/2019 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2(011)- 226/2019 saylı qərardadının dəyişdirilmədən saxlanılması, şiikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdehin şikayəti onunla əsaslandırılmışdır ki, 700 manat məbləğində qalıq kredit borcunun ödənilməsi barədə sadə mülki iş üzrə məhkəmənin 200 manatlıq xərci olan ekspertiza təyin etməsi anlaşılan deyil və vətəndaşın vəziyyətinin ağırlaşdırılmasına yönələn hərəkətdir. Cavabdeh məhkəməyə yazılı etiraz təqdim edərək, işə onun iştirakı olmadan baxılmasını və ekspertiza keçirilməsinə etiraz etdiyini bildirmişdir. Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı tamamilə qanunsuz və əsassızdır, çünki o, məhkəməyə iştirakı olmadan baxılması barədə razılığını bildirmişdir, işə mahiyyəti üzrə baxılıb qurtarılmış, iddiaçının məhkəməyə gəlməsinin əhəmiyyəti qalmamışdır. Ona görə də iddiaya baxılaraq qətnamə qəbul edilməli idi. İkincisi, 700 manat borcun olmasını o etiraf etmişdir və hissə-hissə ödəmə etməsi barədə qəbzləri təqdim etmişdir, məhkəmə faiz məbləğinə görə iş üzrə qətnamə qəbul etmək istəməyərək, həmin faizin yerinə 200 manat ekspertiza pulunun ondan tutulmasını qət etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-226/2019 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e- 2(011)-226/2019 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2(011)- 226/2019 saylı qərardadının dəyişdirilmədən saxlanılması, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 tərəflərindən verilmiş şikayəti müdafiə etdiyini bildirərək təmin edilməsini, cavabdehin şikayətinin isə əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasə işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının şikayəti təmin edilməməli, cavabdehin şikayəti təmin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-226/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı məhkəmə məsrəflərinə aid hissədə dəyişdirilərək, ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat məbləğində pul vəsaitinin İddiaçı-dən alınaraq dövlət büdcəsinə ödənilməsi müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Hazırkı işdən görünür ki, Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərardadı ilə məhkəmə öz təşəbbüsü ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış xx xxxxxxxx 2019-cu il tarixli tədqiqatın dəyəri 200 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. Məhkəmə kollegiyası iş materiallarına və yuxarıda göstərilən normalara istinadən hesab edir ki, birinci instansiya məhkəməsinin ekspertiza xərcinin tərəflər arasında bölüşdürülməsi barədə qənaəti düzgün deyil. Belə ki, iş materiallarından görünür ki, İddiaçı-nin nümayəndəsi X4 birinci instansiya məhkəməsində icraat zamanı ərizə ilə müraciət edərək, hazırki mülki işin predmeti olan kredit müqaviləsinin restrukturizasiya edilmək ehtimalı var və buna görə də iddia ərizəsinin geri qaytarılmasını və baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə keçirilmiş ekspertiza xərcinin iddiaçıdan tutulması qanunamüvafiq və ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti təmin edilməməli, cavabdehin şikayəti təmin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 226/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı məhkəmə məsrəflərinə aid hissədə dəyişdirilərək, ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat məbləğində pul vəsaitinin İddiaçı-dən alınaraq dövlət büdcəsinə ödənilməsi müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı İKB ASC-nin şikayəti təmin edilməsin. Cavabdeh şikayəti təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-226/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı məhkəmə məsrəflərinə aid hissədə dəyişdirilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat məbləğində pul vəsaitinin İddiaçı-dən alınaraq dövlət büdcəsinə ödənilməsi müəyyən edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Azad İmanov Hakimlər Abiddin Hüseynov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar