Məhkəmə qərarları › İş №2(103)-2565/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2565/2021

08.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2565/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X8 iştirakları ilə İddiaçı cavabdehlər Bakı şəhəri 51 saylı Notariat Kontoruna, Bakı şəhəri 5 saylı Notariat Kontoruna qarşı (X21, X22, Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “bağışlama müqaviləsinin və nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2854/2020 saylı, 05 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Bakı şəhəri 51 saylı Notariat Kontoruna, Bakı şəhəri 5 saylı Notariat Kontoruna qarşı (X21, X22, Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi və sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 34,1 kv.m qeyri-yaşayış sahəsinə dair, X10 ilə X12 arasında, Cavabdeh1ndə 23.11.2016-cı il tarixdə, reyestrdə 4Ə-948 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsinin reyestr qeydi ləğv edilməsi, bağışlama müqaviləsini etibarsız hesab edilməsi, 13.08.2018-ci il tarixdə ölmüş X4 vərəsələrinə,Cavabdeh2 tərəfindən 08.04.2019-cu il tarixdə, reyestrdə 2v-42 nömrə ilə qeyd edilərək X11 ¼ pay, X13 ¼ pay, X14 ¼ pay və X20 ¼ pay bölgüsü ilə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin reyestr qeydinin ləğv edilməsi, qanun üzrə vərəsəlik hüququhaqqında şəhadətnaməni etibarsız hesab edilməsi, yuxarıda göstərilmiş bağışlama müqaviləsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında, Azərbaycan Respublikası ƏMDK yanında,DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən, X11 ¼ payüçün, X13 ¼ pay üçün, X14 ¼ pay üçün və X15 ¼ pay üçün verilmiş çıxarışların reyestr qeydinin ləğv edilməsi, çıxarışları etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası, X16 ilə anası, X3 nikahları 30 may 1961-ci il tarixdə rəsmiləşdirilmişdir. Valideynlərinin 1961-ci ildən, 2011-ci ilədək olan 50 illik birgə nikah dövründə əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.O, ABŞ-da yaşadığı müddətdə anası X5 göndərdiyi pul ilə 2004-cü ildə sözügedən Bakı şəhəri, Yasamal rayonu B.Səfəroğlu küçəsi 119 ünvanındakı 34,1 kv.m sahəsi olan yarımzirzəmi alınmış və anası X3 adına rəsmiləşdirilmişdir. 2011-ci ildə ABŞ-dan qayıtdıqdan sonra anası iddiaçının pulu ilə alınmış həmin əmlakı ona bağışlamışdır. Bundan xəbər tutan bacısı X17 və onun əri X21 80 yaşlı anasına təzyiqlər edərək anası ona qarşı Məhkəməyə müraciət etməyə məcbur etmişlər. Keçirilmiş Məhkəmələrin yekun qətnamə və qərarı ilə, anası Bakı şəhəri, Yasamal rayonu B.Səfəroğlu küçəsi 119 ünvanındakı 34,1 kv.m sahəsi olan yarımzirzəmini ondan geri alaraq qızı X9 bağışlamışdır.Bu barədə olmuş məhkəmə çəkişmələrinə dair, Nərimanov rayon Məhkəməsinin 17.12.2014-cü il tarixli, 2(005)-5287/2014 saylı qətnaməsi, Bakı Apelyasiya Məhkəməsinin 22.04.2014-cü tarixli, 2(103)-2020/2015 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəmənin 06.10.2015-cü il tarixli, 2(102)-4423/2015 saylı qərarı mövcuddur.Həmin Məhkəmə qovluğu, Bakı Apelyasiya Məhkəməsinin arxivində saxlanılır və bu Məhkəmə baxışında həmin Məhkəmə qovluğundakı sənədlərdən istifadə olunmalıdır. Çünki, qovluqda olan sənədlərlə tam sübut olunur ki, sözügedən Bakı şəhəri, Yasamal rayonu B.Səfəroğlu küçəsi 119 ünvanındakı 34,1 kv.m sahəsi olan yarımzirzəmi 2004-cü ildən anam X10 ilə X2nun birgə mülkiyyətləri olmuşdur.İşə əlavə edilmiş çıxarış isə yuxarıda göstərilmiş Məhkəmə çəkişmələrinin yekun Qərarından sonra yəni, 29.10.2016-cı il tarixdə eyni əmlaka təkrar olaraq yeni çıxarış alınmışdır.Valideynlərimin vəfatından sonra vərəsəlik işi açılmış, lakin birgə nikah dövründə yəni, 2004-cü ildə əldə olunaraq X3 adına mülkiyyət hüququ qeydə alınmış Bakı şəhəri, Yasamal rayonu B.Səfəroğlu küçəsi 119 ünvanındakı 34,1 kv.m sahəsi olan yarımzirzəmi miras kütləsinə daxil edilməmişdir. Belə ki, qeyd olunan əmlak hər iki şəxsin ümumi əmlakı olmasına baxmayaraq X10 tərəfindən X9 bağışlanmışdır. Qeyd etmək istəyir ki, birgə nikah dövründə, yəni 2004-cü ildə valideynləri tərəfindən alınmış ümumi əmlak ünvan 2 ünvanındakı 34,1 kv.m sahəsi olan yarımzirzəmi vərəsələrin razılığı olmadan və atasının payına düşən hissəsini də bağışlanma müqaviləsinə əsasən X9 tam payda bağışlamış və onun adına özgəninkiləşdirilmişdir.Hesab edir ki, notariat orqanı X6 ölümündən sonra vərəsəlik işinin açılmasını, hazırda da başa çatmadığını bildiyi halda tam payda bağışlanma müqaviləsinin bağlanmasına razılıq vermişdir. 3-cü şəxs qismində Məhkəməyə cəlb olunan X21, X22, X23 və X24 ölmüş, X4 əri və qızlarıdır.Maraqlı şəxs qismində məhkəməyə cəlb olunmuş Maraqlı şəxs, mirasqoyan X3 vərəsəsidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2854/2020 saylı, 05 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 07 aprel 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci, 337.2-ci, 337.5-ci, 339.6-cı, 346-cı və 354-cü maddələrinin şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciəti üzrə məhkəmənin yekun qərarı qəbul olunanadək hazırkı mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 05 iyul 2021-ci il tarixli qərardadı ilə hazırki iş ürə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X21 apellyasiya şikayəti ilə razılaşmayaraq, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlərin nümayəndələri və digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Quba rayon qeydiyyat şöbəsinin 30.01.2019-cu il tarixli arayışına əsasən X16 24.12.2011-ci il tarixdə Quba şəhərində vəfat etmişdir. Bu barədə Azərbaycan Respublikası Quba rayon qeydiyyat şöbəsi tərəfindən 06.01.2012-ci il tarixli, 02 №-li ölüm haqqında akt qeydi tərtib edilmişdir. İş materiallarında olan Quba rayon qeydiyyat şöbəsinin 24.04.2019-cu il tarixli arayışına əsasən X10 23.02.2019-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Azərbaycan Respublikası Quba rayon qeydiyyat şöbəsi tərəfindən 06.03.2019-cu il tarixli, 02 №-li ölüm haqqında akt qeydi tərtib edilmişdir. İş materiallarında olan Quba rayon qeydiyyat şöbəsinin 30.01.2019-cu il tarixli arayışına əsasən İddiaçı xx.xx.1963-cü ildə Quba şəhərində anadan olmuşdur. Bu barədə 31.05.1963-cü il tarixdə Quba rayon qeydiyyat şöbəsi tərəfindən 354 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X2, anası X10. İş materiallarında olan 26.03.2019-cu il tarixli, 165 №-li İddiaçı tərəfindən notariat ofisinə ünvanlanmış ərizəyə əsasən X3 vəfatı ilə əlaqədar ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan RX seriyalı, ******* saylı çıxarışın surətinə əsasən ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə 29.10.2016-cı il tarixdə X3 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan X10 ilə X12 arasında daşınmaz əmlakın bağışlamasına dair Bakı şəhəri 51 saylı notariat kontorunda bağlanmış 23.11.2016-cı il tarixli, 4Ə-948 reyestr nömrəli müqaviləyə əsasən X10 özünə məxsus ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsini X9 bağışlamışdır. İş materiallarında olan Quba rayon qeydiyyat şöbəsinin AZ-İİİ 552257 saylı doğum haqqında şəhadətnaməsinin təsdiq edilmiş surətinə əsasən X12 28.03.1976-cı il tarixdə Quba şəhərində doğulmuşdur. X2, anası X10. İş materiallarında olan 08.04.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadənamənin təsdiq edilmiş surətinə əsasən Cavabdeh2 xüsusi notariusu X1 Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, 13.08.2018ci il tarixdə ölmüş X4 vərəsəsi: X21, X22, X23, X19r və onlar miras əmlakdan hər biri ¼ hissədə pay almalıdırlar. Miras əmlak - ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən ibarətdir. 04.10.2018-ci il tarixli, AZ-İ 941638 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X12 13.08.2018-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.12.2014-cü il tarixli, 2(005)- 5287/2014 saylı qətnaməsinə əsasən X10 ilə İddiaçı arasında Bakı şəhəri 3 saylı notariat kontorunda bağlanmış 21.02.2012-ci il tarixli ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bağışlama müaviləsi etibarsız hesab edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 22.04.2015-ci il tarixli, 2(103)-2020/2015 saylı qətnaməsinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.12.2014-cü il tarixli, 2(005)-5287/2014 saylı qətnaməsi ləğv edilmiş, X10 ilə İddiaçı arasında Bakı şəhəri 3 saylı notariat kontorunda bağlanmış 21.02.2012-ci il tarixli ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bağışlama müaviləsi etibarsız hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06.10.2015-ci il tarixli, 2(102)-4423/15 qərarına əsasən Bakı Apelyasiya Məhkəməsinin 22.04.2015-ci il tarixli, 2(103)-2020/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 30.09.2020-ci il tarixli məktubuna əsasən ünvan 4 ünvanda yerləşən ikimərtəbəli binanın yarımzirzəmisindəki 34,1 kv.mqeyri-yaşayış sahəsi 006269 saylı, 07.11.2005-ci il tarixli "Mülkiyyət hüququ haqqındaşəhadətnaməyə əsasən X3 adına dövlət reyestrindəqeydiyyata alınmışdır. İş materiallarında olan 3 saylı NK-nın 4ə-01/58 reyestr nömrəli, 21.02.2012-ci il tarixli bağışlamamüqaviləsinə əsasən sözügedən mülk İddiaçı adınarəsmiləşdirilmişdir. İş materiallarında olan Bakı Appellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22.03.2015-ci il tarixli, 2(103)- 2020/2015 saylı qətnaməsinə (arxivdə surəti mövcuddur), 3 saylı NK-nın B/407saylı, 16.09.2016-cı il tarixli məktubuna əsasən qeyri-yaşayış sahəsi X3 mülkiyyətinə qaytarılmışdır. İş materiallarında olan 51 saylı NK-nın 4ə-948 reyestr nömrəli, 23.11 2016-cı il tarixli bağışlamamüqaviləsinə əsasən X10 bəhs edilən əmlakı Əlizadə İlhaməMəcnun qızına bağışlamışdır. İş materiallarında olan X4 vəfatından sonra 5 saylı NK-nın 2V-42 reyestrnömrəli, 08.04.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 5 ünvanda yerləşən qeyriyaşayış sahəsi üzərində hər birinə 1/4 hissə olmaqla X22,X24, X23, X8 mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmışdır və hazırda mülkiyyətlərindədir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən, iddiaçı tərəfindən hazırki iddia ilə müraciət etmək müəyyən edilmiş iddia müddətinin ötürülməsinə istinad etmişdir. İddiaçı isə apellyasiya şikayətində həmin müddətin ötürülməməsini qeyd etsə də, işin faktiki hallarından eləcə də iddiaçının bildirdiyi kimi mübahisələndirilən müqavilədən 15 iyul 2019-cu il tarixdə məlumatı olmuş, hazırki iddia ilə 05 avqust 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Göründüyü kimi iddiaçı tərəfindən hazırki iddia ilə məhkəməyə müraciət edilən zaman qanunla müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Digər tərəfən iddiaçı bildirir ki, mübahisəli əmlak valideynlərinin birgə nikah dövründə əldə edilmiş və atasının vərəsəsi kimi onun razılığı olmadan həmin əmlak bağışlana bilməzdi. Lakin iddiaçı mübahisəli əmalkın həqiqətən də valideynlərinin qanunla müəyyən edilmiş qaydada birgə nikahda əldə edilmiş əmlak olması barədə hər hansı sübut növüvü məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.1, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2854/2020 saylı, 05 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödınilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar