Məhkəmə qərarları › İş №2(103)-2566/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2566/2025

09.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2566/2025 09.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MTK-ya və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-357/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. “Borc verən” İddiaçı ilə “Borc alan” X6 arasında bağlanılmış 23 sentyabr 2021-ci il tarixli Kredit müqaviləsindən görünür ki, İddiaçı tərəfindən X5 23 fevral 2022-ci il tarixənədək 85.000 (səksən beş min) manat məbləğində kredit verilmişdir.

2. “İpoteka qoyan” İddiaçı ilə “ipoteka qoyan” Cavabdeh2 və “Borc alan” X6 arasında bağlanılmış 25 sentyabr 2021-ci il tarixli İpoteka müqaviləsinə əsasən kredit müqaviləsinin təminatı olaraq, ünvan 1 ünvanında yerləşən 40,15 kv.m. yaşayış sahəsi ipotekaya qoyulmuşdur.

3. “Borc verən” İddiaçı ilə “Borc alan” X6 arasında bağlanılmış 25 sentyabr 2021-ci il tarixli Kredit müqaviləsinə dəyişiklik edilməsinə dair sazişdən görünür ki, X6 İddiaçı tərəfindən verilmiş 85.000 (səksən beş min) manat məbləğində verilmiş kredit məbləğini 23 sentyabr 2022-ci il tarixənədək qaytarmağı öhdəsinə götürmüşdür.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-705/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, cavabdeh X1 85.000 manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş 345 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh X1 tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1587/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 705/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1587/2024 saylı, xx.xx.2024-cü il tarixli xüsusi qərardadına əsasən Cavabdeh1 MTK hərəkətlərində cinayət tərkibinin əlamətlərinin olub-olmaması ilə bağlı araşdırmanın aparılması üçün xüsusi qərardadın AR Baş Prokrorluğuna göndərilməsi qərara alınmışdır.

7. AR Baş Prokrorluğu yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2-2-025/2-201871/2024 saylı sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cavabdeh1 MTK-nın hərəkətlərində cinayət tərkibinin əlamətlərinin olub-olmaması ilə bağlı Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 23 aprel 2024-cü il tarixli xüsusi qərardad üzrə araşdırma aparılmışdır. Belə ki, İddiaçı 25 sentyabr 2021-ci il tarixli müqavilə ilə X5 85.000 manat məbləğində pul vəsaitini borca vermiş və müqavilənin təminatı kimi sonuncunun anasına məxsus ünvan 2 ünvanında yerləşən mənzil ipoteka yüklü edilmişdir. Borcun ödənilməsi və ipoteka predmetinə yönəldilməsi ilə bağlı mülki işə məhkəmədə baxılarkən nəzərdə tutulan mənzilin ipoteka saxlayan şəxsin, yəni İddiaçı razılığı olmadan Cavabdeh1 MTK tərəfindən söküldüyü müəyyən edildiyindən MTK-nın hərəkətlərində cinayət tərkibinin əlamətlərinin olub-olmaması ilə bağlı məhkəmə tərəfindən xüsusi qərardad qəbul edilmişdir. Araşdırma zamanı Nəsimi rayonu, Dağıstan küçəsi 25 ünvanında yerləşən yaşayış binalarının sökülməsi işləri 2021-ci ilin aprel ayında Cavabdeh1 MTK tərəfindən tamamlanaraq yerində çoxmənzilli yaşayış binalarının tikintisinə başlandığı, yəni nəzərdə tutulan mənzil borc pulun təminatı kimi ipoteka yüklü edilməmişdən 6 ay öncə söküldüyü müəyyən edildiyindən MTK-nın hərəktələrində hər hansı cinayət tərkibinin əlamətləri aşkar edilmədiyi üçün toplanmış material işə alınmışdır.

8. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 305 saylı, 24 dekabr 2004-cü il tarixli sərəncamına əsasən Nəsimi Rayon tcra Hakimiyyətinin xx.xx.2004- cü il tarixli, 01-04/444 saylı, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2004-cü il tarixli, 01/07-07-593 saylı, Nazirliyinin 22.10.04-cü il tarixli, DƏÖD- 03/3212 saylı razılıq məktubları, "xxxx" MTK-nın xx.xx.2004-cü il tarixli, 10 saylı müraciəti nəzərə alınaraq, Nəsimi rayonu, M.Qaşqay, Dağıstan, C.Hacıbeyli və Koveroçkin küçələrinin kəsişməsindəki 756-cı məhəllədə yerləşən mövcud tikililərinin sökülərək, yaşayış binalarının İayihələşdiriiməsi və tikintisi üçün sahəsi icarə əsasında həmin MTKnın istifadəsinə verilməsi qərara alınmışdır.

9. "xxxx" MTK-nın 15 aprel 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “ünvan 3 ünvanında yeləşən yaşayış binaları 2021-ci ilin aprel ayında sökülmüş və yerində Cavabdeh1 MTK tərəfindən çox mənzilli yaşayış binalarının tikintisinə başlanılmışdır. Həmin dövrdə qərardadda adı qeyd olunan Cavabdeh2 məxsus mənzilin sökülməsi ilə bağlı hər hansı müqavilə bağlamaq və sənədləşdirmə aparmaq mümkün olmamışdır. Belə ki, Cavabdeh2 məxsus mənzilin sahəsi kiçik olduğundan, həmin vaxt üçün maddi durumunu nəzərə alaraq, onunla şifahi olaraq belə razılaşdırılıb ki, sökülən mənzilinin yerində yeni mənzil verilməsi məsələsinə, yalnız bina tikilib hazır olan dövrdə baxılacaqdır. Hazırda Cavabdeh2 əlavə ödəniş edərək bizdən istədiyi sahədə yeni mənzil ala bilər, maddi imkanı olmadığı təqdirdə razılaşmamıza əsasən ona kompensasiya ödəməklə mülkiyyət hüquqlarına xitam veriləcəkdir.”

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehlər "xxxx" MTK-ya və Cavabdeh2 qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MTK-dan və Cavabdeh2dan müştərək qaydada 85.000 (səksən beş min) manat, 345 (üç qırx beş) manat dövlət rüsumu və hüquqi yarldım üçün ödənilmiş 321 (üç yüz iyirmi bir) manat pulun alınaraq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, сavabdeh X6 ilə 23 sentyabr 2021-ci il tarixində kredit müqaviləsi və 25 sentyabr 2021-ci tarixli müqaviləyə dəyişiklik edilməsinə dair saziş bağlanmışdır. Həmin müqaviləyə əsasən ona 85000 manat məbləğində kredit iddiaçı vermişdir. Müqavilə üzrə öhdəliklərin icrasının təminatı kimi 25 sentyabr 2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən cavabdehin anası Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 40,15 kv.m. yaşayış sahəsindən ibarət mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilənin icra müddətinin çatmasına baxmayaraq, cavabdeh öz öhdəliyini icra etməmiş və iddiaçı tərəfindən edilən xəbərdarlıqlara əhəmiyyət verməyərək, hər dəfə müxtəlif bəhanələrlə krediti qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən o (iddiaçı), iddia tələbilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh müqavilə ilə öhdəsinə düşən vəzifəni yerinə yetirməmiş, kredit müqaviləsinə əsasən ondan (iddiaçıdan) aldığı 85000 manat pulu geri qaytarmamış, bununla da müqavilənin və mövcud qanunvericiliyin tələblərini aşkar və kobud surətdə pozmuşdur. Bununla da cavabdehin həmçinin ona (iddiaçıya) vurduğu zərərləri ödəmək vəzifələri də əmələ gəlmişdir. Bütün bunları nəzərə alaraq, o (iddiaçı), 23 sentyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh X5 verdiyi 85000 manat əsas borc və dövlət rüsumu kimi ödənilmiş 345 manat alınaraq ona (iddiaçıya) ödənməlidir. Cavabdeh X6 ilə 23 sentyabr 2021-ci il tarixdə bağlanmış kredit müqaviləsinə xitam verilməsini, həmin müqavilə üzrə 85000 manat əsas borcun və 345 manat dövlət rüsumunun cavabdeh X1 tutulması, kreditin tutulması Cavabdeh2 mülkiyyətində olmuş Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, 25 saylı evin, 33 saylı mənzilinin əvəzinə "xxxx" MTK sökərək yerində yüksəkmərtəbəli çoxmənzilli yaşayış binasından verilmişolduğu mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin iddia tələbinin ödənilməsi üçün iddiaçıya ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, 25 saylı evin, 33 saylı mənzilinin əvəzinə "xxxx" MTK tərəfindən təqdim edilmiş mənzil satıldıqdan sonra cavabdehlər və onlarla birlikdə yaşayan digər şəxslərin mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(006)-705/2023 saylı qətnaməsi ilə iddia tələbini qismən təmin edilmiş, cavabdeh X1 85000 manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş 345 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh X1 tutularaq ona (iddiaçıya) ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə iddia tələbinin “tutmanın Cavabdeh2 məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 40,15 kv.m. yaşayış sahəsindən ibarət olan mənzilə yönəldilməsi və digər” hissələrinə münasibətdə qeyd etmişdir ki, məhkəmə araşdırmaları zamanı ipoteka predmeti olan mənzilin yerləşdiyi binanın sökülməsi, yəni ipoteka predmetinin məhv olması müəyyən edilmişdir. İpoteka predmetinin məhv olması ilə ipotekaya xitam verildiyindən məhkəmə hesab etmişdir ki, tələb bu hissədə təmin edilə bilməz. İddia tələbinə Bakı Apellyasiya Məhkəməsinin icraatında baxıldığı vaxtda müəyyən edilmişdir ki, Cavabdeh1 MTK (əvvəlki adı "xxxx" MTK) xeyrimə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 40,15 kv.m. yaşayış sahəsini sökərkən ipoteka saxlayanın yəni onun yazılı razılığı almamışdır. Cavabdeh1 MTK (əvvəlki adı "xxxx" MTK) tərəfindən ipoteka predmeti olan mənzil sökülərkən həmin mənzillə bağlı hüquqların, həmçinin yüklü olub– olmaması aydınlaşdırılmalı, yüklü olduğu məlum olduqda isə ipoteka saxlayanın razılığı tələb olunmalı idi. Lakin MTK tərəfindən bu tələblər yerinə yetirilmədiyindən ona (iddiaçıya) vurulmuş zərərin əvəzinin müştərək qaydada cavabdeh X1 və Deluxe Residence” MTK (əvvəlki adı "xxxx" MTK) tutularaq ödənilməsi barədə iddia tələblə məhkəməyə müraciət etmək hüququ vardır. Həmçinin, cavabdeh Deluxe Residence” MTK (əvvəlki adı "xxxx" MTK) 15 aprel 2024-cü il tarixli, 23/24 nömrəli məktubdan göstərmişdir ki, ünvan 3 ünvanında yeləşən yaşayış binaları 2021-ci ilin aprel ayında sökülmüş və yerində Cavabdeh1 MTK (əvvəlki adı "xxxx" MTK) tərəfindən çox mənzilli yaşayış binalarının tikintisinə başlanılmışdır. Həmin dövrdə qərardadda adı qeyd olunan Cavabdeh2 məxsus mənzilin sökülməsi ilə bağlı hər hansı müqavilə bağlamaq və sənədləşdirmə aparmaq mümkün olmamışdır. Belə ki, Cavabdeh2 məxsus mənzilin sahəsi kiçik olduğundan, həmin vaxt üçün maddi durumunu nəzərə alaraq onunla şifahi olaraq belə razılaşdırılıb ki, sökülən mənzilinin yerində yeni mənzil verilməsi məsələsinə, yalnız bina tikilib hazır olan dövrdə baxılacaqdır. Hazırda, Cavabdeh2 əlavə ödəniş edərək onlardan istədiyi sahədə yeni mənzil ala bilər. Maddi imkanı olmadığı təqdirdə razılaşmalarına əsasən ona kompensasiya ödəməklə mülkiyyət hüquqlarına xitam veriləcəkdir. Bu səbəbdən də Cavabdeh1 MTK-dan və Cavabdeh2 müştərək qaydada 85000 manat tutularaq ona (iddiaçıya) ödənilməlidir.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-357/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Sultanova-Məmmədova Ayşən) İddiaçı cavabdehlər "xxxx" MTK-ya və Cavabdeh2 qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 386.1, 1096.1, 1096.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki mülki iş üzrə Cavabdeh2 və "xxxx" MTK tərəfindən iddiaçıya maddi zərər dəymişdir. Çünki, cavabdeh mülkiyyətində olan mənzili girov predmeti olaraq 85.000 manat məbləğin təminatı kimi ipoteka müqaviləsi bağlayaraq iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmin ipoteka müqaviləsi ƏMDX-nin 1 saylı Bakı Ərazi İdarəsi 1 saylı X17 qeydiyyata alınmışdır. Cavabdeh2 kredit müqaviləsi üzrə X6 ilə birlikdə 85.000 manat pul vəsaitinin iddiaçıya qaytarılmasında müştərək qaydada öhdəlik götürmüşdür. Ona görə ki, İddiaçı Cavabdeh2 onu aldadaraq mülkiyyətində ola mənzili onun xeyrinə girov qoyaraq ipotenka müqaviləsi bağlamadığı halda o, 85.000 manat pulu X6 ilə kredit müqaviləsi bağlamayaraq pul verilməyəcəkdi. Bundan əlavə cavabdeh iddiaçıya bildirmişdir ki, mülkiyyətində olan mənzil söküldüyü halda ya əvəzində almış olduğu mənzili ya da ki, mənzilə görə almış olduğu kompensasiyadan qızı yəni X3 almış olduğu 85.000 manat pulu iddiaçıya qaytaracağına öhdəlik götürmüşdür. Ancaq Cavabdeh2 mənzilin sökülməsi barədə məlumatları iddiaçıya bilərəkdən qəsdən bildirməmiş və iddiaçının maddi zərər düşməsinə səbəb olmuşdur. Cavabdeh "xxxx" MTK mənzili sökdüyü halda iddia ilə heç bir razılaşma müqaviləsi baxmayaraq iddiaçıya maddi zərər vurmuşdur. Çünki, Nəsimi rayonu, Dağıstan küçəsi 25 ünvanında yerləşən yaşayış binasının 25 saylı mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh "xxxx" MTK xeyrinə ipoteka yüklü edilmiş şəxsin razılığı almadan mənzilin sökülməsini həyata keçirərək iddiaçıya maddi zərər vurmuşdur. Bundan əlavə "xxxx" MTK mənzilin sökülməsi ilə bağlı ƏMDX-nin Dövlət Reyestri Xidmətinə məlumat verməmiş və bu səbəbdən də Notariat Ofisində mənzilin yüklülüyünün olübolmaması yoxlanılarkən əmlakın məhv edilməsi ilə bağlı heç bir məlumatlar aşkar olunmamışdır. Çünki, əmlakın məhv edilməsi ilə bağlı məlumatlar reyestr xidmətinə təqdim edilməməsi və girov saxlayanın razılığı alınmaması səbəbindən məhv edilmiş əmlaka ipoteka müqaviləsi bağlanılmışdır. Məhv edilmiş əmlakın əvəzində iddiaçıya hər hansı mənzil təqdim edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi 31 yanvar 2025-ci il tarixli, 2(103)-1587/2024 saylı qətnaməsində yuxarıda göstərilən hallara hüquqi qiymət verilməmişdir. Məhkəmə iddiaçıya zərər vurulmasında cavabdehlərin təqsiri olması halını aydınlaşdırmamış və qərəzli olaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi cavabdehlər iddiaçının bilərəkdən hüququnu pozmuşlar iddiaçıya 85.000 manat real zərər vurmuşlar. İddiaçının əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Cavabdeh2 mülkiyyətindəki mənzili 85.000 manat pulun təminatı kimi iddiaçının xeyrinə ipoteka etməsi nəticəsində real zərər yaranmışdır. Həmiçnin, həmin pulun qaytarılmadığı halda mənzil iddiaçının mülkiyyətinə veriləcəkdir ki, Cavabdeh1 MTK iddiaçının razılığı olmadan qanunsuz olaraq girov predmeti olan mənzili ökərək əvəzində hər hansı kompensasiya və ya mənzil təqdim etməmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1587/2024 saylı, 23 aprel 2024-cü ik tarixli qətnaməsinin 11-ci vərəqinin sonuncu abzasında göstərilmişdir ki, iddiaçının MTK-ya və cvabdeh Cavabdeh2 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair hüququ vardır. Cavabdehlərin iddiaçının qanunsuz olaraq huquqlarını pozduqlarına görə iddiaçıya real zərər 85.000 manat dəymişdir. Məhkəmə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurmuş olduqlarımaddi zərərə dair təqdim olunmuş sübutlara hüquqi qiymət veməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü ilil tarixli, 2(103)-1587/2024 saylı qətnaməsində də göstərilmişdir. Məhkəmə araşdırmanı ətraflı və ədalətli araşdırmadığından cavabdehlər tərəfindən iddiaçıya vurulmuş həm maddi zərəri həm də mülkiyyətindən məhrum olmasını aydınlaşdırmamışdır. Məhkəmənin qətnaməsindən görünür ki, cavabdehin iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş mülkiyyətində olan mənzilin iddiaçının razılığını almadan MTK tərəfindən sökülərək yerində başqa mənzilin əvəzləşdirilməsini təsdiq edən sübut edilməməsinə dair dəlil göstərməmişdir. Məhkəmə iddia tələbinin cavabdehlərin təqsiri səbəbindən vurulmuş maddi zərərin real faktiki olmasına baxmayaraq, bu hallar dəlillərlə qətnamədə göstərilməmiş qətnamənin nəticələrinin və işin hallarına uyğun gəlməməmişdir. Məhkəməyə MTK tərəfindən evin sökülərək Cavabdeh2 mülkiyyətində olan mənzilin əvəzləşdirərək yeni mənzillə təmin edilməsinə dair və ya iddiaçının razılığı olmadan mənzilin çökülməsinə dair sübutlar təqdim edilməsini təmin etməmişdir.

16. İddiaçı apellyasiya icraatında iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MTK tərəfindən məhkəməyə 19 mart 2021-ci il tarixli müqavilə təqdim edilmişdir. Həmin müqavilədən görünür ki, Cavabdeh2 mülkiyyətində olan iddiaçının xeyrinə kredit müqaviləsinin təminatı kimi girov qoyulmuş 42 kv.m-dən ibarət olan Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, 25 saylı evin 33 saylı mənzilinin sökülməsi ilə bağlı əvəzində həmin ünvanda 58 kv.m təmirli yeni mənzil verilməsi öhdəliyinə qəbul edilmişdir. Bundan əlavə 17 may 2025-ci il taixli müqavilə təqdim edilərək göstərilmişdir ki, Cavabdeh2 mülkiyyətində olan kreditin təminatı kimi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, 25 saylı evin 33 saylı mənzilinin əvəzinə Bakı şəhəri Nəsimi rayonu Natiq Şahbazov küçəsində "xxxx" MTK tərəfindən inşa edilmiş 39 saylı binanın (baş plan üzrə 3 saylı bina) 6-cı mərtəbəsində ümumi sahəsi 69 kv.m. olan 245 saylı mənzilin Cavabdeh2 verilməsi təmin edilmişdir. Qeyd edilən müqavilə cavabdehlər tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir. Məhkəmə kollegiyasının nəzərinə çatdırırılır ki, iş üzrə təqdim edilmiş hazırki müqavilələ Bakı Nəsimi Rayon Məhkəməsində (İş № 07 noyabr 2023-cü il tarixli, e-2(006)-705/2023 nömrəli qətnamə) və Bakı Apellyasiya Məhkəməsində (23 aprel 2024-cü il tarixli, e-2(103)-1587/2024 nömrəli qətnamə) İddiaçı cavabdehlər X6 və Cavabdeh2 qarşı, "xxxx" MTK (əvvəlki adı "xxxx" MTK) mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki iş baxılarkən bu sübütları Bakı Apellyasiya Məhkəməsi tərəfindən qərardadla təmin editiməsi barədə cavabdehlərə tələb olunsa da təmin edilməmişdir. Hazırki, iş üzrə birinci instansiya məhkəməsinə təqdim edilməsi təmin edilmədiyindən iddia tələbinin dəyişdirilməsi və ya dəqiqləşdirilməsi barədə ərizə təqdim edilməsi mümkün olmamışdır. Artıq girov predmeti olan mənzilin əvəzində yeni mənzil təqdim olunmasına dair sübutlar təqdim olunduğundan iddia tələbinin dəyişdirilməsi zərurəti yaranmışdır. Bu səbəbdən də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, e- 2(006)-705/2023 nömrəli qətnaməsi üzrə cavabdeh X1 85000 manat borcun girov mənzilin əvəzində təqdim edilmiş Bakı şəhəri Nəsimi rayonu Natiq Şahbazov küçəsində "xxxx" MTK tərəfindən inşa edilmiş 39 saylı binanın (baş plan üzrə 3 saylı bina) 6-cı mərtəbəsində ümumi sahəsi 69 kv.m. olan 245 saylı mənzilə yönəldilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-357/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, e-2(006)-705/2023 nömrəli qətnaməsi üzrə cavabdeh X1 85000 manat borcun iddiaçının İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, 25 saylı evin 33 saylı 42 kv. m-dən ibarət olan mənzilinin cavabdeh "xxxx" MTK tərəfindən sökülərək əvəzində təqdim edilmiş Bakı şəhəri Nəsimi rayonu Natiq Şahbazov küçəsində inşa edilmiş 39 saylı binanın (baş plan üzrə 3 saylı bina) 6-cı mərtəbəsində ümumi sahəsi 69 kv.m. olan 245 saylı mənzilə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəyə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

18. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş edir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şkayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. Maddə 1.2. Mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, mülki dövriyyəni təmin etmək Mülki Məcəllənin vəzifələri sırasındadır.

22. Maddə 6.1. Şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin prinsipləri sırasındadır.

23. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

24. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

25. Maddə 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir.

26. Maddə 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür.

27. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

28. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.

29. Maddə 269.6. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir.

30. Maddə 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın.

31. Maddə 269.8. Bu Məcəllənin 266.6-cı maddəsində müəyyənləşdirilmiş prinsipə əsasən, girov saxlayanın (ipoteka saxlayanın) hüququ var ki, girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın itirilməsi və ya zədələnməsi üçün, onun kimin xeyrinə sığortalanmasından asılı olmayaraq, sığorta ödənişindən təminat alsın, bu şərtlə ki, itki və ya zədələnmə girov saxlayanın (ipoteka saxlayanın) cavabdeh olduğu səbəblərdən baş verməsin.

32. Maddə 269.10. Girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir.

33. Maddə 287. Girov predmeti məhv olduqda və ya zədələndikdə və ya ona mülkiyyət hüququna xitam verildikdə girov qoyan, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov predmetini ağlabatan müddətdə bərpa etməli və ya eyni dəyərli başqa əmlakla əvəz etməlidir.

34. Maddə 290.1. Girov qoyanın girov predmeti olan əşyaya mülkiyyət hüququna qanunla müəyyənləşdirilmiş əsaslar üzrə və qaydada, dövlət ehtiyacları üçün satınalma, rekvizisiya və ya milliləşdirmə nəticəsində xitam verildikdə və girov qoyana başqa əşya və (və ya) müvafiq əvəz verildikdə girov hüququ əvəz kimi verilmiş əşyaya şamil edilir və ya müvafiq surətdə, girov saxlayan girov qoyana çatası əvəzin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir.

35. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

36. Maddə 297. Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər.

37. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə vƏ ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

38. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyiVöhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

39. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

40. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

41. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

42. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:

43. Maddə 27.2. İpoteka qoyan ipoteka qoyulmuş əşyanın məhv olması və ya zədələnməsi təhlükəsi yarandıqda ipoteka saxlayanı dərhal xəbərdar etməlidir.

44. Maddə 27.3. İpoteka qoyulmuş əşyadan istifadə qaydaları, ipoteka qoyulmuş əşyanın saxlanılması vəzifələri ipoteka qoyan tərəfindən kobud şəkildə pozulduqda və belə pozuntu ipoteka qoyulmuş əşyanın məhvi və ya zədələnməsi təhlükəsini yaratdıqda, habelə ipoteka qoyulmuş əşyanın sığortalanması üzrə vəzifələr icra edilmədikdə ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. Belə tələb yerinə yetirilməzsə, ipoteka saxlayan tutmanı ipoteka predmetinə yönəldə bilər.

45. Maddə 32.1. İpoteka qoyanın ipoteka predmeti olan əşyaya mülkiyyət hüququna qanunla müəyyənləşdirilmiş əsaslar üzrə və qaydada dövlət ehtiyacları üçün özgəninkiləşdirilmə, rekvizisiya və ya milliləşdirilmə nəticəsində xitam verildikdə və ipoteka qoyana başqa əşya və (və ya) müvafiq əvəz verildikdə ipoteka hüququ əvəz kimi verilmiş əşyaya şamil edilir və ya müvafiq surətdə ipoteka saxlayan ipoteka qoyana çatası əvəzin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir. Bu hüquqları tam müdafiə olunmayan (əvəz kimi verilən əşya və (və ya) müvafiq əvəz ipoteka predmetinin dəyərindən aşağı olduqda) ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər, tələb yerinə yetirilmədikdə ipoteka qoyanın aldığı müvafiq əvəzə tutmanı yönəldə bilər.

46. Maddə 34. Öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə 372.2. yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

50. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

51. Maddə 384.0.2. apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

52. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

53. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

54. Hazırki halda, iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-357/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.

56. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Hazırkı işin hallarından görünür ki, 17 may 2025-ci il taixli müqavilə Bakı Nəsimi Rayon Məhkəməsində (İş № 07 noyabr 2023-cü il tarixli, e-2(006)-705/2023 nömrəli qətnamə) və Bakı Apellyasiya Məhkəməsində (23 aprel 2024-cü il tarixli, e-2(103)-1587/2024 nömrəli qətnamə) İddiaçı cavabdehlər X6 və Cavabdeh2 qarşı, "xxxx" MTK (əvvəlki adı "xxxx" MTK) mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki iş baxılarkən bu sübutları Bakı Apellyasiya Məhkəməsi tərəfindən qərardadla təmin ediliməsi barədə cavabdehlərə tələb olunsa da təmin edilməmişdir. Hazırki mülki iş üzrə də cavabdehlər tərəfindən qeyd edilən müqavilə birinci instansiya məhkəməsində təqdim edilməmiş, yalnız apellyasiya icraatı zamanı müqavilə təqdim edilmişdir. Göründüyü kimi, sözügedən müqavilə iddiaçıdan aslı olmayan səbəblərdən birinci instansiya məhkəməsində təqdim edilməsi mümkün olmadığından iddiaçı tərəfindən iddia tələbinin dəyişdirilməsi barədə ərizə apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilməli, həmin tələbin və apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verməklə işə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır.

57. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

58. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

59. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

60. Hazırkı halda iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, e-2(006)- 705/2023 nömrəli qətnaməsi üzrə cavabdeh X1 85000 manat borcun girov mənzilin əvəzində təqdim edilmiş Bakı şəhəri Nəsimi rayonu Natiq Şahbazov küçəsində "xxxx" MTK tərəfindən inşa edilmiş 39 saylı binanın (baş plan üzrə 3 saylı bina) 6-cı mərtəbəsində ümumi sahəsi 69 kv.m. olan 245 saylı mənzilə yönəldilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-357/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, e-2(006)-705/2023 nömrəli qətnaməsi üzrə cavabdeh X1 85000 manat borcun iddiaçının İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, 25 saylı evin 33 saylı 42 kv. m-dən ibarət olan mənzilinin cavabdeh "xxxx" MTK tərəfindən sökülərək əvəzində təqdim edilmiş Bakı şəhəri Nəsimi rayonu Natiq Şahbazov küçəsində inşa edilmiş 39 saylı binanın (baş plan üzrə 3 saylı bina) 6-cı mərtəbəsində ümumi sahəsi 69 kv.m. olan 245 saylı mənzilə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

61. Kollegiya qeyd edir ki, iddiaçının bu tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 269.10-cu maddəsinə əsaslanır.

62. Belə ki, Mülki Məcəllənin 269.10-cu maddəsinə əsasən, girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir.

63. Mülki Məcəlləyə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ya ipoteka qoyan müqavilə əsasında kreditorun şəxsi borcluya qarşı tələb hüququna öz əmlakı ilə təminat verməklə həmin əmlak üzərindəki mülkiyyət hüququnu məhdudlaşdırır. Belə ki, şəxsi borclu öz öhdəliyini yerinə yetirmədiyi halda kreditor girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əmlakın satılmasını və dəyərindən alacağının qarşılanmasını təmin etmək imkanına malik olur.

64. Girov və ya ipoteka hüququ yazılı müqavilənin bağlanması ilə (Mülki Məcəllə, maddə 270.1), yaxud digər əsaslarla meydana gəlir (Mülki Məcəllə, maddə 270.2): məsələn, qanuna əsasən yaranan ipoteka hüququ (Mülki Məcəllə, maddə 252.4, 253.3 və s.).

65. Hansı əsasla yaranmasından asılı olmayaraq, mülki dövriyyədə girov və ya ipoteka saxlayanın məhdud əşya hüququnun təmin edilməsi və qorunması üçün qanunvericilikdə bir sıra müddəalar nəzərdə tutulmuşdur.

66. Belə ki, girovla təminat altına alınmış əsas öhdəlik icra edilmədikdə girov saxlayanın girov predmetini məcburi satdırmaq hüququ, eləcə də alacağın girov predmeti hesabına ödənilməsində girov saxlayanın üstünlük hüquqları təsbit edilmişdir.

67. Üstünlük hüququ dedikdə, girov saxlayanın girov predmetinin mülkiyyətçisinin digər kreditorlarına nisbətən üstün qaydada təminat almaqla (Mülki Məcəllə, maddə 269.7) yanaşı, girov əmlakın çevrildiyi digər maddi dəyərlərdən də üstün təminat almaq imkanı başa düşülür.

68. Bu cür hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin 290.1-ci və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-ci maddələrində göstərilir ki, ipoteka qoyanın ipoteka predmeti olan əşyaya mülkiyyət hüququna qanunla müəyyənləşdirilmiş əsaslar üzrə və qaydada dövlət ehtiyacları üçün özgəninkiləşdirilmə, rekvizisiya və ya milliləşdirilmə nəticəsində xitam verildikdə və ipoteka qoyana başqa əşya və (və ya) müvafiq əvəz verildikdə ipoteka hüququ əvəz kimi verilmiş əşyaya şamil edilir və ya müvafiq surətdə ipoteka saxlayan ipoteka qoyana çatası əvəzin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir. Bu hüquqları tam müdafiə olunmayan (əvəz kimi verilən əşya və (və ya) müvafiq əvəz ipoteka predmetinin dəyərindən aşağı olduqda) ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər, tələb yerinə yetirilmədikdə ipoteka qoyanın aldığı müvafiq əvəzə tutmanı yönəldə bilər.

69. Eyni qaydada, girovda olan əşyanın kimin xeyrinə sığortalanmasından asılı olmayaraq girov (ipoteka) saxlayanın hüququ var ki, əşyanın itirilməsi və yazədələnməsinə görə verilən sığorta ödənişindən (əgər hadisə girov saxlayanın cavabdeh olduğu səbəblərdən baş verməyibsə) təminat alsın (Mülki Məcəllə, maddə 269.8).

70. Qanunverici girov əmlakın zədələnməsi və ya məhv olması hallarında girov və ya ipoteka saxlayanın hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 269.10-cu maddəsində nəzərdə tutmuşdur ki, girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir. Oxşar qayda girovla bağlı Mülki Məcəllənin 287-ci maddəsində nəzərdə tutulmuşdur.

71. İstinad olunan normaların ortaq cəhəti ondan ibarətdir ki, girov (ipoteka) predmeti sıradan çıxdığı bütün hallarda girov saxlayanın əvəz almaqla predmetin yerinə keçən əmlaka üstün hüquqa malik olan şəxs kimi tutma yönəltmək hüququ vardır.

72. Eyni zamanda “İpoteka qoyan” İddiaçı ilə “ipoteka qoyan” Cavabdeh2 və “Borc alan” X6 arasında bağlanılmış 25 sentyabr 2021-ci il tarixli İpoteka müqaviləsinə əsasən kredit müqaviləsinin təminatı olaraq, ünvan 1 ünvanında yerləşən 40,15 kv.m. yaşayış sahəsi ipotekaya qoyulması və həmin mənzilin sökülməsi və bunun əvəzində ipoteka qoyanın başqa əmlak alması işin mübahisə olunmayan hallarıdır. Belə ki, cavabdeh "xxxx" MTK tərəfindən məhkəməyə təqdim edilmiş 19 mart 2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh2 mülkiyyətində olan iddiaçının xeyrinə kredit müqaviləsinin təminatı kimi girov qoyulmuş 42 kv.m-dən ibarət olan Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, 25 saylı evin 33 saylı mənzilinin sökülməsi ilə bağlı əvəzində həmin ünvanda 58 kv.m təmirli yeni mənzil verilməsi öhdəliyinə qəbul edilmişdir. Bundan əlavə 17 may 2025-ci il taixli müqavilə təqdim edilərək göstərilmişdir ki, Cavabdeh2 mülkiyyətində olan kreditin təminatı kimi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, 25 saylı evin 33 saylı mənzilinin əvəzinə Bakı şəhəri Nəsimi rayonu Natiq Şahbazov küçəsində "xxxx" MTK tərəfindən inşa edilmiş 39 saylı binanın (baş plan üzrə 3 saylı bina) 6-cı mərtəbəsində ümumi sahəsi 69 kv.m. olan 245 saylı mənzilin Cavabdeh2 verilməsi təmin edilmişdir. Qeyd edilən müqavilə cavabdehlər tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir.

73. Göründüyü kimi, ipoteka predmeti üzərində mülkiyyət hüququna xitam verilməsinin qarşılığı olaraq ipoteka qoyana verilən əmlakdan ipoteka saxlayanın (iddiaçının) əvəz istəməklə alacağını həmin əmlaka yönəltmək tələbinin yuxarıda sadalanan maddi hüquq normalarına uyğundur.

74. O da nəzərə alınmalıdır ki, qanunverici oxşar vəziyyətlərdə (məsələn, ipoteka predmeti dövlət ehtiyacları üçün özgəninkiləşdirildikdə və s.) ipoteka hüququnun ipoteka qoyana verilən başqa əşya və (və ya) müvafiq əvəzə şamil edildiyini açıqca göstərir, ipoteka saxlayanın həmin əvəzin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu tanıyır (Mülki Məcəllənin 290.1-ci, “İpoteka haqqında” Qanunun 32.1-ci maddələri).

75. Belə bir hüquq qaydasının tətbiq edildiyi sistemdə ipoteka qoyanın özünün şəxsi mənafeyi üçün ipoteka predmetinə sərəncam verdiyi, bu barədə ipoteka saxlayanı dərhal xəbərdar etmək və əvəz vermək vəzifələrini yerinə yetirmədiyi, üstəlik qarşılığında aldığı əmlakın kredit borcundan dəfələrlə böyük dəyərdə olmasına baxmayaraq borcunu qaytarmadığı halda girov saxlayanın ipoteka predmetinin əvəzində verilən əmlaka girov hüququnun tanınmaması mülki qanunvericiliyin məqsəd və vəzifələrinə, prinsip və şərtlərinə də uyğun olmazdı.

76. Belə ki, mülki dövriyyəni təmin etmək, mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək Mülki Məcəllənin vəzifələridir, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi mülki qanunvericiliyin prinsipləridir . Həmin Məcəllə öhdəliklərin icrası zamanı vicdanlılıq və dürüst davranış qaydalarını əsas şərtlərdən biri kimi təsbit etməklə, hüquqdan sui-istifadəni qadağan edir.

77. Nəzərə alınmalıdır ki, mülki hüquq mübahisələri həll edilərkən aidiyyəti maddi hüquq normaları sadalanan ümumi məqsəd və prinsiplərə zidd şəkildə təfsir və tətbiq edilə bilməz.

78. Kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbi irəli sürməkdə haqlı olmuşdur.

79. Beləliklə də qeyd edilənlərə və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, e-2(006)-705/2023 nömrəli qətnaməsi üzrə cavabdeh X2 85000 manat borc iddiaçının İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu. Dağıstan küçəsi, 25 saylı evin 33 saylı 42 kv. m-dən ibarət olan mənzilin cavabdeh "xxxx" MTK tərəfindən sökülərək əvəzində xx.xx.2025-ci il tarixli müqavilə əsasında Cavabdeh2 təqdim edilmiş Bakı şəhəri Nəsimi rayonu Natiq Şahbazov küçəsində inşa edilmiş 39 saylı binanın (baş plan üzrə 3 saylı bina) 6-cı mərtəbəsində ümumi sahəsi 69 kv.m. olan 245 saylı mənzilə yönəldilməlidir.

80. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

81. Buna görə də kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 345 manat məbləğində dövlət rüsumu və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 173 manat məbləğində dövlət rüsumu cavabdeh X2 tutularaq İddiaçı ödənilməlidir.

82. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-357/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, e-2(006)- 705/2023 nömrəli qətnaməsi üzrə cavabdeh X2 85000 manat borc iddiaçının İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu. Dağıstan küçəsi, 25 saylı evin 33 saylı 42 kv. m-dən ibarət olan mənzilin cavabdeh "xxxx" MTK tərəfindən sökülərək əvəzində xx.xx.2025-ci il tarixli müqavilə əsasında Cavabdeh2 təqdim edilmiş Bakı şəhəri Nəsimi rayonu Natiq Şahbazov küçəsində inşa edilmiş 39 saylı binanın (baş plan üzrə 3 saylı bina) 6-cı mərtəbəsində ümumi sahəsi 69 kv.m. olan 245 saylı mənzilə yönəldilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 345 (üç yüz qırx beş) AZN dövlət rüsumu və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 173 (yüz yetmiş üç) AZN dövlət rüsumu cavabdeh X2 alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar