Məhkəmə qərarları › İş №2(103)-2573/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2573/2021

03.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2573/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə İddiaçı Fərhad qızının ilkin iddia üzrə Cavabdeh qarşı “aliment məbləğinin artırılması” barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Fərhad oğluna qarşı “aliment məbləğinin azaldılması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1677/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli nömrəli qərardadından İddiaçı Fərhad qızının nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Fərhad qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 1004/2017, xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini dəyişərək birgə nikahdan olan xx xxxx 2006-cı il təvəllüdlü X1 Rüstəm qızı və xx xxxxxx 2009-cu il təvəllüdlü X2 Rüstəm oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancın və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsində alimentin onun xeyrinə tutulması, bu məbləğ 2020-ci il «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunu ilə uşaqlar üçün müəyyən edilmiş məbləğdən az olduqda tutulan alimentin sabit pul məbləğində 170 manata çatdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək İsmayıllı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(037)-1004/2017 saylı qətnaməsi ilə təyin edilmiş 100 manat aliment məbləğinin 50 manat məbləğinə endirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1677/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilərək tərəflərin birgə nikahlarından olan xx xxxx 2006-cı il təvəllüdlü X1 Rüstəm qızı və xx xxxxxx 2009-cu il təvəllüdlü X2 Rüstəm oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər uşağa görə hər ay 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı Fərhad qızına verilməsi; miqdarı dəyişdirilmiş alimentin tutulmasının bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması; qarşılıqlı iddia tələbi təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən ilkin iddia üzrə Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, aliment məbləğinin həcminin 50 manata azaldılmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2(006)-1677/2020 saylı qərardadı ilə ilkin iddia üzrə İddiaçı Fərhad qızının Cavabdeh qarşı aliment məbləğinin artırılması; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı Fərhad oğluna qarşı aliment məbləğinin azaldılması tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1677/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin materialları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İlkin iddia üzrə cavabdeh məhkəməyə ərizəylə məhkəməyə müraciət edilərək, apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Ərizə belə əsaslandırılır ki, “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar dövlət rüsumundan azad olunduğu üçün belə nəticəyə gəlinmişdir ki, sözügedən mülki iş üzrə birinci instansiya qaydasında rüsum ödənilmədiyindən, yuxarı instansiya qaydasında da rüsumun ödənilməsinə ehtiyac yoxdur, eyni zamanda sözügedən iddia üzrə apelyasiya qaydasında məhkəməyə şikayət edildikdə həmin şikayət üçün dövlət rüsumunun ödənilmə qaydası və miqdarı qanunda birbaşa və ya dolayısı ilə qeyd edilməmişdir. Bu səbəbdən də apellyasiya şikayəti geri qaytarılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1677/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərardadı ilə buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin olunmuş, bununla belə həmin qərardaddan İddiaçı Fərhad qızının nümayəndəsi və vəkili nümayəndəsinin verdiyi şikayət xx.xx.2020-ci il tarixli qərardadla təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməlirinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları və şikayətə iş materialları əsasında baxılmasının mümkünlüyü nəzərə alınmaqla işə, gəlməyən tərəflərin iştirakları olmadan baxılmasına qərar verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 133.1-ci və 360-cı maddələrinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. İş materiallarından aydın olur ki, Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən ilk dəfə apellyasiya şikayəti verərkən prosessual müddəti ötürməmiş, lakin onun şikayəti qanunvericilikdə nəzərdə tutulmuş dövlət rüsumunun ödənilməməsi səbəbindən geri qaytarılmışdır. Sonradan Cavabdeh dövlət rüsmunu ödəyərək ikinci dəfə apellyasiya şikayəti vermiş və ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayəti ilk dəfə verilərəkən prosessual müddət ötürülmədiyindən birinci instansiya məhkəməsi ötürülmüş prosessual müddəti bərpa etməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1677/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar