Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2574/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh ləğv prosesində olan “xxxx” QSC-yə qarşı “pulun tutulması” tələbinə dair 2(009)-56/2020 saylı işə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan “xxxx” QSC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, 20.000 ABŞ dolları və 6.450 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 20000 ABŞ dolları pul vəsaiti və ödənilmiş30 manat dövlət rüsumunun 15 manat hissəsi ləğv prosesində olan “xxxx” QSC-dən tutulub İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İddiaçı apellyasiya şikayət verərək qətnamənin qismən - yəni təmin olmayan hissəsində ləğv edilməsi, iddia tələbinin təmin olunmayan 6450 manat pulun təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı məhkəməyə ərizə təqdim edərək birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı olduğunu, apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, ərizəni və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayətdən imtina qəbul edilməli və iddiaçının şikayəti əsasında başlanmış apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir (maddə 369). Məhkəmə kollegiyası hesab edir ki, şikayətdən imtina qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, ərizəçinin şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 191, 369, 405-ci maddələrini rəhbər tutub Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayətindən imtinası qəbul edilsin. Baxılan iş üzrə İddiaçı şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2574/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2574/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver