Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2583/2025 06.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X3 Azərbaycan” QSC-nin Cavabdeh oğluna qarşı işi üzrə Açar sözlər:( “pul”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “X3 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1551/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. İddiaçı Cavabdeh əsas məbləğ üzrə borc: 1541.40 manat, hesablanmış və ödənilməmiş faiz borcu: 176.74 manat cərimə borcu: 6306.02 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 12.00 manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 2.50 manat olmaqla, cəmi borc: 8038.66 manat manat məbləğində kredit borcu və dövlət büdcəsinə köçürülmüş 100.2 manat məbləğində dövlət rüsumunun "X3 Azərbaycan” QSC- nin xeyrinə tutulması (ödənilməsi) barədə tələb irəli sürmüş və tələbini onunla əsaslandırmışdır ki xx.xx.2014-cü il tarixdə "X3 Azərbaycan” QSC və Cavabdeh arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 200 manat məbləğində, 5 il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. "Kart/əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə "Bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. Müqavilənin 4.21.2-ci bəndinə əsasən "Bank”kın "Kart/əlavə kart sahibi”nin istifadə etmiş olduğu vəsaiti (krediti) və vəsait (kredit) üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri (haqları) vaxtında, müqavilə ilə müəyyən edilmiş şərtlərlə qaytarılması tələb etmək, tələbləri yerinə yetirilmədikdə kartın fəaliyyətini dayandırmaqla (bloklaşdırmaqla), borcun qaytarılması üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirmək, o cümlədən məhkəməyə müraciət etmək hüququ vardır. Müqavilənin 4.21.3-cü bəndinə əsasən “Kart/əlavə kart sahibi” kredit kartından istifadə nəticəsində yaranmış borcunu(larını) və/və ya borcu üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri vaxtında və müqavilə ilə müəyyən edilmiş şərtlərlə ödəmək (qaytarmaq). Bu müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə yaranmış borclarıın geri qaytarılması ilə bağlı “Bank”ın çəkdiyi (çəkməli olduğu) bütün xərclərin əvəzini, habelə əldən çıxmış faydasını “Bank”a ödəmək vəzifəsini daşıyır. “X3 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir.
2. Cavabdeh xx.xx.2025-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçı “X3 Azərbaycan” QSC-nin ona qarşı olan “pul” tələbinə dair iddası üzrə 3 illik iddia müddətinin ötürüldüyünü bildirib, iddia müddətini tətbiq edərək iddiadan imtina barəsində qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə etiraz və etiraza əlavə təqdim edərək, cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsini əsassız hesab edərək, iddialarının təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Tərəflər arasında 29 avqust 2014-cü il tarixdə bağlanmış bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləyə əsasən borclu Cavabdeh 5 il müddətinə, 2000 manat məbləğində kredit limiti ayrılmışdır; - 23 dekabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 1541,40 manat əsas borc, 176,74 manat faiz borcu, 6306,02 manat məbləğində cərimə borcu, 12 manat komisyon haqqı və 2,50 manat bildirişlərin göndərilməsi üzrə poçt xərci olmaqla, cəmi 8038,66 manat məbləğində borcu vardır; - 22 may 2015-ci il tarixli bildirişdən (pretenziya) görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
4. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1551/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 375.2, 377.2, 380.1, 385.1, 386.1,427.3, 442, 443.1, 448.1, 448.2, 739.1; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə; "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarına istinad edilməklə iddia tələbi rədd edilmişdir. Qətnamədə qeyd edilmişdir ki, 29 avqust 2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra müddəti müəyyənləşdirilmiş və həmin müddət 29 avqust 2019-cu il tarixdə bitmişdir. Hazırki vəziyyətdə həmin müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımı 29 aqvust 2019-cu il tarixdən başlanmasına baxmayaraq, iddiaçı yalnız xx.xx.2024-cü il tarixdə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla da, iddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini ötürmüşdür. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Məhkəmə iddiaçının iddia müddətinin ötürülməməsi ilə bağlı cavabdehin arqumentləri ilə əlaqədar isə qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, cavabdehə qarşı borcun tutulması barədə məhkəmə əmri 24 noyabr 2015-ci il tarixdə çıxarılmış, 14 dekabr 2015-ci il tarixdə isə həmin tarixli məhkəmə əmri ləğv edilərək, iddia icraatına keçirilmiş və 10 fevral 2016-cı il tarixdə mülki iş baxılmamış saxlanılmışdır. Göründüyü kimi iddiaçının qeyd etdiyi hallar müqavilə müddəti dövründə baş vermiş və müqavilə müddətinin bitdiyi 29 avqust 2019-cu il tarixdən isə iddiaçı tərəfindən cavabdehdən borcun tutulması ilə bağlı hər hansı bir hərəkət edilməmiş, iddia ilə məhkəməyə müraciət edilməmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
5. İddiaçı apellyasiya şikayəti verərək, şikayətin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(001)-1551/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilməsini, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 445.1, 442, 448.1, 739; Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 97.1, 373.1, 379.1.1, 379.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, “X3 Azərbaycan” QSC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kreditor “X3 Azərbaycan" QSC 16 noyabr 2015-ci ildə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair məhkəmə əmrinin verilməsi haqqında ərizə ilə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. “X3 Azərbaycan” QSC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli Bank hesabı, debet kartı, kred kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kreditor “X3 Azərbaycan" QSC 16 noyabr 2015-ci ildə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair məhkəmə əmrinin verilməsi haqqında ərizə ilə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(001)-15350/2015-ci il tarixli məhkəmə əmri ilə ərizələri təmin edilərək, borclu Cavabdeh 1541,4 manat əsas borc, 176,74 manat faiz borcu, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 12 manat borc, bildirişin göndərilməsinə dair poçt xərci üzrə 2,5 manat borc və ödənilmiş 21 manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə, cəmi 2069,53 manat pul vəsaitinin kreditor “X3 Azərbaycan” QSC-nin xeyrinə tutulması barədə əmr edilmişdir. Daha sonra Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 14 dekabr 2015-ci il tarixli 2(001)-15350/2015-ci il tarixli qərardadı ilə borclunun əmrdən verdiyi etirazı təmin edilərək məhkəmə əmri ləğv edilərək, işin iddia icraatına keçirilməsi qərara alınmışdır. Lakin bundan sonra məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməmiş (çatdırılmamış) və məhkəmə iclasının yekun nəticəsi barədə müvafiq qərar (qərardad və ya qətnamə) Bank olaraq müvafiq qaydada məlumatlandırılmamışlar. Bundan sonra Bank olaraq məhkəmə ilə hər il mütəmadi olaraq şifahi məlumat almaq istədikdə yekun qərar natamam formada bildirilmiş (gah iddianın təmin edilməsi, gah qismən təmin edilməsi və s. deyilirdi) və qərarın göndəriləcəyi bildirilmişdir. Son olaraq, Bank tərəfindən məhkəməyə işin yekun nəticəsi və eləcə də iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə xx.xx.2024-cü ildə və xx.xx.2024-cü ildə ərizə ilə müraciət etdikdən sonra sənədlər onlar geri qaytarılmışdır. Belə olduğu halda məhkəmə tərəfindən Banka çatdırılmayan yekun məhkəmə aktı barədə şifahi məlumatın 2024-cü ildə ona məlum olması halı - müddətinin ötürülməsinə səbəb olmamalıdır. Qeyd olunanlardan göründüyü kimi Bank hərəkətsiz qalmamış, işin nəticəsinin müəyyən edilməsi üçün lazimi tədbirlər görmüş, lakin işin sənədləri barədə məlumatı 2024-cü il tarixdə əldə etmişdir. Lakin bununla belə yekun olaraq məhkəmə aktı onlara daxil olmamışdır. İşin nəticəsi müəyyən olunmadan və sənədlərin əsli bankda olmadığından - Bank tərəfindən yenidən iddia ərizəsinin verilməsi qeyri-mümkün olduğundan iddia müddətinin ötürülmədiyini, yekun nəticə barədə məlumat əldə etdiyi tarixdən, yəni xx.xx.2024-cü il tarixdən ümumi iddia müddəti olan 10 illik müddətlə hesablanmalıdır. Apellyasiya icraatında müəyyən edilən hallar
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etmiş və şikayətin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Suallara cavab olaraq bildirmişdir ki, cavabdeh tərəfindən son ödəniş xx.xx.2015-ci il tarixdə 410 manat məbləğində edilmişdir.
7. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
10. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1. məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3. qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.2. qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4. məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
12. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilini əsaslı saymır. Belə ki, 29 avqust 2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra müddəti müəyyənləşdirilmiş və həmin müddət 29 avqust 2019-cu il tarixdə bitmişdir, iddiaçı isə bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş, yalnız xx.xx.2024-cü il tarixdə müvafiq iddianı qaldırmaqla iddia müddətini ötürmüşdür. Cavabdehin iddia müddətinin ötürülməməsi ilə bağlı arqumentləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, cavabdehə qarşı borcun tutulması barədə məhkəmə əmri 24 noyabr 2015-ci il tarixdə çıxarılmış, 14 dekabr 2015-ci il tarixdə isə həmin tarixli məhkəmə əmri ləğv edilərək, iddia icraatına keçirilmiş və 10 fevral 2016-cı il tarixdə mülki iş baxılmamış saxlanılmışdır. Göründüyü kimi iddiaçının qeyd etdiyi hallar müqavilə müddəti dövründə baş vermiş və müqavilə müddətinin bitdiyi 29 avqust 2019-cu il tarixdən isə iddiaçı tərəfindən cavabdehdən borcun tutulması ilə bağlı hər hansı bir hərəkət edilməmiş, iddia ilə məhkəməyə yalnız xx.xx.2024-cü il tarixdə müraciət edilmişdir.
13. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 385-390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) və qanunvericiliklə müəyyən edilən mülki hüquq münasibətlərinə dair qeyd edilməlidir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi iddia müddəti buraxılmaqla verildiyindən, cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdiyindən, rayon məhkəməsi iddia müddəti tətbiq edərək iddia tələbini təmin etməməklə iş üzrə düzgün qənaətə gəlmiş, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur, bu səbəbdən apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Kollegiya iddiaçının nümayəndəsinin hazırkı iş üzrə iddia müddətinin üzrlü səbəbdən buraxılması barədə dəlilinə münasibətdə isə qeyd edir ki, iddiaçı rayon məhkəməsinə iddia müddəti buraxılmaqla müraciət etmiş və iddia müddətinin ötürülməsinin üzrlü sayılması barədə rayon məhkəməsində vəsatət də verməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni istisna edən və ya bu nəticəyə rəğmən fərqli qənaət formalaşdıran əsaslar müəyyən etmir. Beləliklə, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıdığından təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
14. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci şəxsin özünə aid olmalıdır.
15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı “X3 Azərbaycan” QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1551/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.