Məhkəmə qərarları › İş №2(103)-2588/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2588/2020

02.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2588/2020 02.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: İsmayıl Kamil oğlu Xəlilov Hakimlər: X7 və X5 ibarət tərkibdə, Raul Firdovsi oğlu Ağakişiyevin katibliyi ilə, İddiaçı “xxxxxxx” KB ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxxxxx” KB ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı “xxxxxxx” KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı “xxxxxxx” KB ASC-nin xeyrinə 3266,17 manat məbləğində əsas borc, 277,54 manat məbləğində faiz borcunun, 25,29 manat məbləğində cərimə borcunun, cəmi 3569 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: “xxxxxxx” KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 15% ödəmək şərtilə 3482 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixinə “xxxxxxx” KB ASC-yə 3266,17 manat əsas, 277,54 manat faiz, 25,29 manat cərimə, cəmi 3569 manat borcu yaranmışdır. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Kredit və X8” üzrə əsas borca görə 3266,17 manat, faiz borcuna görə 277,54 manat, cərimə borcuna görə 25,29 manat, ümumilikdə 3569 manat məbləğində və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq “xxxxxxx” KB ASC-yə ödənilməsi qət olunmuşdur. Həmin qətnamə ilə razılaşmayan cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğ edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlili ondan ibarətdir ki, borc məbləği şişirdilmiş məbləğdir, real borcu qat-qat aşağıdır, ekspertiza təyin olunaraq həqiqi borcu müəyyən olunmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətini müdafiə etmiş və bildirmişdir ki, 2014-cü ildə 2000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Bank güzəşt məqsədi ilə pulun bir hissəsinin ödənilməsini tələb etmişdir ki, faizi aşağı salsınlar. Lakin ona güzəşt olunmamış, ondan sonra da ödəniş etməyi dayandırmışdır. 2019-cu ildə banka müraciət etmiş, ona yeni şərtlərlə güzəşt təklif olunmuş, yeni cədvəl verilmiş və o da ödənişlər aparmağa davam etmişdir. Ancaq sonra cərimə faizi ödəməli olması ilə bağlı icradan bildiriş gəlmişdir. Əsas şikayəti restrukturizasiyadan sonra şərtlərə əməl edilməməsi ilə bağlıdır. Restrukturizasiyadan sonra iki dəfə, hər dəfə 150 manat ödəniş etmişdir. İddiaçı bank ölkədə baş verən devalvasiyadan sonra ona heç bir güzəşt etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxxxxx” KB ASC-nin nümayəndəsi X4 apelyasiya şikayətini qəbul etməmiş və bildirmişdir ki, cavabdehlə xx.xx.2014-cü il tarixdə krediti müqaviləsi bağlanılmışdır. Həmin kredit müaviləsi isə hazırkı mübahisənin predmetin deyil. Ondan sonra borca dair müvafiq Fərmanla borc restrukturizasiya edilmişdir. Lakin silinmə “xxxxxxxxxxxx” ASC-nin borcuna çıxılmışdır. X2 Nəzarət Palatası həyata keçirir. 1085 manat “xxxxxxxxxxxx” ASC-yə olan kredit borcundan silinmişdir. 2.000 ABŞ dolları kredit borcu üzrə restrukturizasiya xx.xx.2018-ci il tarixədə olmuşdur. Restrukturizasiyadan sonra borc manatla 3482 manat məbləğində olmuşdur. Restrukturizasiyadan sonra 2 dəfə 150 manat ödəniş olunmuşdur. Bank ödənilməmiş qalmış borcu tələb edir və borcun məbləğinin hesablanması üçün hər-hansı ekspertizaya ehtiyac yoxdur. Çünki Restrukturizasiyadan sonra cavabdeh cəmi iki dəfə ödəniş etmiş və özü də bu halı təsdiq edir. Cavabdehə hər-hansı güzəşt edilməsi qarşılıqlı razılaşma ilə ola bilər. İşin faktiki halları ilə bağlı aşağıdakılar tədqiq olunur: xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən, “xxxxxxx” KB ASC Cavabdeh 36 ay müddətinə, xx.xx.2021-ci il tarixədək, illik 15% olmaqla 3482 manat məbləğində kredit vermişdir. xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh 3266,17 manat əsas borc, 277,54 manat faiz borcu və 25,29 manat məbləğində cərimə borcu, cəmi 3569 manat borcu var. Azərbaycan Respublikasının Maliyyə X3 xx.xx.2019-cu il tarixli məktubuna əsasən xx.xx.2018-ci il tarixdə qalıq kredit borcu restrukturizasiya edilərək, Cavabdeh ilə “xxxxxxx” KB ASC arasında yeni müqavilə rəsmiləşdirilmişdir. xx.xx.2019-cu il tarixinə “xxxxxxx” KB ASC qarşısında olan əsas borcunun məbləği milli valyuta 17000 manatdan çox olmasa da, həmin kreditə görə gecikdirilmiş günlər 360 gündən az olduğu üçün bu hissədə Fərmanın əhatə dairəsinə düşməmişdir. Mübahisə ilə bağlı dəyərləndirmə: Tərəflər arasında kredit müqaviləsinin bağlanması, vəsaitin verilməsi, cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi işin mübahisəsiz hallarıdır. Cavabdeh qətnaməni borcun məbləği hissəsində mübahisələndirir. İddiaçı xx.xx.2019-cu il tarixə olan borcu tələb edir. Kreditin götürüldüyü vaxtdan iddiaçının tələb etdiyi vaxta qədər olan müddət 7 ay 24 gündür (xx.xx.2018-xx.xx.2019) və həmin müddətə faiz borcunun məbləği təxmini 349 manat edir. Cavabdeh iki dəfə 150 manat olmaqla, cəmi 300 manat ödəniş etmişdir. Həmin məbləğ eyni zamanda həm də əsas borcdan da çıxılmışdır. Buna görə də məhkəmə ümumi borc məbləğini müəyyən edərək ödənilmiş 300 manat borcu çıxaraq qalıq borcun məbləğini müəyyənləşdirir. Belə ki, borclunun 3531 manat borcu var (3482 (əsas) + 349 (təxmini hesablanmış faiz borcu) – 300 (ödənilmiş məbləğ) =3531). İddiaçı hazırda 3266,17 manat əsas, 277,54 manat faiz borcunu, cəmi 3 543,71 manatı tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, əsas borcun məbləğinə faizlər hesablanarkən və ödənilmiş borc silinərkən tərəflər arasında bağlanmış müqavilə şərtlərinə riayət edilmişdir. Borcun məbləğinin yüksək olmaması, faizin cəmi 7 ay 24 günə hesablanması və cavabdeh tərəfindən cəmi 300 manat ödəniş edilməsini nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, ekspertiza təyin edilməsinə ehtiyyac yoxdur və borcun sadə riyazi yolla hesablanması mümkündür. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən hesablanmış məbləğ ilə iddiaçının tələb etdiyi məbləğ arasındakı cuzi fərq (12,71 manat) qətnamənin ləğvi üçün əsas hesab oluna bilməz. Bu hal aylar üzrə təqvim günlərinin fəqli olması halları ilə (30 təqvim günü və ya 31 təqvim günü) izah olunur. Eyni zamanda, hazırkı borcun ödənilməsi 360 gündən çox gecikdirilmədiyi üçün borcun məbləği Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanın əhatə dairəsinə düşmür. Bu hal Azərbaycan Respublikasının Maliyyə X3 xx.xx.2019-cu il tarixli məktubu ilə də təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 384.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Hakimlər: imzalar Əsli ilə düzdür Hakim: İsmayıl Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar