Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2589/2024 01.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2, 51 saylı Notariat Kontoruna və Cavabdeh3 qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4392/2019 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, 51 saylı Notariat Kontoruna və Cavabdeh3 qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə X4 arasında 30 may 2012-ci il tarixində Bakı şəhəri Binəqədi Rayonu 51 saylı Notariat Kontorunda bağlanmış AN-İ №0286783 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 adına qeydiyyatdan keçmiş çıxarışın ləğv edilərək onun faktiki sahib kimi adına rəsmiləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4392/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, iddia (müddətin ötməsi əsası ilə) tələbi təmin edilməmişdir. Cavabdeh2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4392/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və iddianın (əsasız olması əsası ilə) rədd edilməsini, habelə apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək qanunla nəzərdə tutulmuş prosessual müddətin buraxılmasınının üzürlü hesab edilərək bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1(101)-97/2024 saylı cinayət işi üzrə 08 yanvar 2024-cü il tarixdə baş tutmuş məhkəmə iclası zamanı ona məlum olmuşdur ki, İddiaçı cavabdehlər ona, 51 saylı Notariat Kontoruna və X3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə xx.xx.2019-cu il tarixli qətnamə qəbul edilmişdir. Lakin həmin qətnamə ona təqdim edilməmiş, cavabdeh həmin qətnamədən məlumatsız olmuşdur. Cavabdehin nümayəndəsi-vəkili Vəkil tərəfindən məhkəməyə edilmiş rəsmi müraciətdən sonra xx.xx.2024-cü il tarixdə qətnamə rəsmi qaydada ona təqdim edilmişdir. Qeyd olunanlara əsasən, qətnamədən apellyasiya şikayəti vermə müddəti ötürülməmişdir. Buna görə də buraxılmış prosessual müddətin üzrlü hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4392/2019-cu il tarixli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4392/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1, 133.1; Avropa İnsan Hüquqları Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarına; Könül Namidar qızı Qəribovаnın şikаyəti ilə əlаqədаr Azərbаycаn Respublikаsı Ali Məhkəməsi MİÜMK-nın 16 аvqust 2006-cı il tаrixli qərаrının Azərbаycаn Respublikаsı Konstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yoxlаnılmаsınа dаir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 mаy 2008-ci il tаrixli qərаrına; Avropa İnsan Hüquqları Məhkəməsi “Məhəmmədov və digərlərinin Rusiyaya qarşı” işi üzrə 28 mart 2017-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, iş materiallarında olan protokollardan görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli məhkəmə iclaslarında iştirak etmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdehin iş üzrə yekun məhkəmə aktından xəbəri olmuş, lakin uzun müddət keçdikdən sonra apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə müraciət etmişdir (xx.xx.2024-cü il tarixdə). Prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir . Ötürülmüş prosessual müddətin bərpa olunması və eyni zamanda şikayətləndirmə müddəti ötürülmüş şikayətlərin qəbul olunması hüquqi müəyyənlik prinsipini və ədalətli məhkəmə araşdırılması hüququnu pozmuşdur. Ərizədə göstərilən hallar qərardaddan şikayət vermək üçün buraxılmış müddətin bərpa edilməsi üçün üzrlü səbəb hesab edilə bilməz. Cavabdeh2 şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4392/2019 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.1; Mülki Prosessual Məcəlləsinin 133.1, 233.1, 277.3, 360-cı maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, məhkəmənin iş materiallarında olan protokollardan görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli məhkəmə iclaslarında iştirak etməsinə əsaslanması kobud prosessual pozuntudur. Çünki Cavabdeh2 məhkəmə qətnaməsi rəsmi qaydada verilməmiş, qətnaməni cavabdeh şəxsə rəsmi qaydada təqdim edilməsi məhkəmənin vəzifəsi olsa da, məhkəmə həmin vəzifəsini yerinə yetirməmişdir. Hətta cavabdeh məhkəmə qətnaməsinin rəsmi qaydada ona təqdim edilməsi ilə bağlı bir neçə dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə getmiş, lakin məhkəmə qətnaməsi ona təqdim edilməmişdir. Sözü gedən qətnamə haqqında məlumatı 1(101)- 97/2024 saylı cinayət işi üzrə 08 yanvar 2024-cü il tarixdə baş tutmuş məhkəmə iclası zamanı əldə edilmişdir. Onun nümayəndəsi Vəkil tərəfindən məhkəməyə edilmiş rəsmi müraciətdən sonra 29 yanvar 2024-cü il tarixdə məhkəmə qətnaməsi rəsmi qaydada ona təqdim edilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4392/2019 saylı, xx.xx.2019-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddəti ötürülməmişdir. Buna görə də, müddətin bərpasına dair ərizəsi təmin edilməli idi. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin2(001)- 4392/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi 29 yanvar 2024-cü il tarixdə rəsmi qaydada ona təqdim edilmişdir. Buna görə də, Cavabdeh2 mübahisəli məhkəmə qətnaməsinin məzmunu ilə onu rəsmi qaydada əldə etdikdən sonra tanış olmuş və bundan sonra həmin qətnamənin əsassız olmasını anlamış və həmçinin qətnamədən şikayət vermə hüququnun olmasını da bilmişdir. Bütün bunlardan sonra o, həmin qətnamədən şikayət vermək qərarına gəlmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4392/2019 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə prosesi zamanı Cavabdeh2 nümayəndəsi Vəkil tərəfindən işin mahiyyətinə dair vəsatət verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128-146, 395, 397-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 60, 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin təfsirinə dair subyektiv mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Şikayətçinin diqqətinə çatdırılmalıdır ki, o bir tərəfdən müddətin ötürülmədiyinə (qətnamənin gec əldə edilməsinə) işarə etsə də, digər tərəfdən müddətin ötürülməsini özü etiraf edir, lakin bunun ondan asılı olmayan, üzrlü səbəbləri ərz etmir. İş materiallarından görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli məhkəmə iclaslarında iştirak etmiş, məhz iddia müddətinin ötürüldüyünə dair ərizə təqdim etmiş və iş üzrə tələbin bu əsasla rədd edilməsində maraqlı olmuş, qətnamədə iddia müddəti ötməsi əsası ilə iddianın rədd edilməsi təsbit olunmuşdur. Yəni, qətnaməni rəsmi qaydada alandan sonra onun məğzindən xəbərdar olması barədə dəlilləri həqiqətə uyğun deyildir. Ümumiyyətlə isə kifayət qədər uzun müddət keçməsinə baxmayaraq cavabdeh həmin qətnamədən apellyasiya şikayətini və müddətin bərpası barədə ərizəni xx.xx.2024-cü il tarixdə vermişdir. Məhkəmə icraatı zamanı onun rəsmi yaşayış yeri üzrə məhkəmə sənədləri göndərilmiş, faktiki yaşayış yerinin fərqli olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 129-cu maddəsinə əsasən: 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. 129.4. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Məcəllənin 135.5-ci maddəsinə əsasən: Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məcəllənin 135.6-ci maddəsinə əsasən: “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Qeyd edilənlərdən əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəalarına əsasən diqqətə çatdırılmalıdır ki, 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10- 1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. 10-1.9. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə icraatının aparılması zamanı işdə iştirak edən şəxslərin adlarının, onların poçt ünvanlarının, istifadələrində olan elektron poçt ünvanlarının, mobil telefon nömrələrinin “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilməsi işə baxan məhkəmə tərəfindən təmin edilir. Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən qeyd edilməlidir ki, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-ci maddəsinə əsasən: Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin133-cü maddəsinin tələblərinə əsasən: Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Müddətin bərpasından imtina edildikdə bu barədə qərardad çıxarılır. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Hazırki ərizə üzrə ötürülmüş müddətin və ondan qabaq prosessual imkanların olduğu zamanda şikayətin təqdim etmək imkanın olmaması, hər ötürülmüş günün üzrlü səbəbləri barədə mötəbər və əsaslı dəlillər müzakirəyə təqdim edilməmişdir. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması zamanı dəqiq təqvim tarixi ilə və hərəkətin edilə biləcəyi vaxt dövrü, sənədlərin dövriyyəsi nəzərə alınmaqla, hər ötürülmüş günün səbəblərinin müzakirəsi prosessual-hüquqi əhəmiyyət kəsb edir. Belə ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və bu hüquqlardan (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi digər şəxslərin sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Qeyd edilənlərə və sübuta yetirilməyən əsassız dəlillərə görə, müddətin ötürülməsinin üzrlü səbəblərinin olması barədə prosessual səlahiyyətlərin hədlərini müəyyən edən qanunvericiliyin tələbləri baxımından şikayət təmin edilə bilməz və izah edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398- 403 –cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4392/2019 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-2589/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2589/2024
01.04.2024 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver