Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4692/2024 29.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, DƏDKR publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsi, Şəki rayon 2 saylı Dövlət Notariat Kontoru və Şəki regioanl “ASAN Xidmət” Mərkəzinin notariat ofisinə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, dövlət aktı və çıxarışların ləğvi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-30/2023 nömrəli 26 iyun 2024-cü il tarixli qərardadından İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi, Şəki rayon 2 saylı Dövlət Notariat Kontoru və Şəki regional “Asan Xidmət” Mərkəzinin notariat ofisinə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, dövlət aktı və çıxarışların ləğvi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki 2 saylı DNK-nun 28 dekabr 2004-cü il tarixli 235829 saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş Kod:40401027 JN-0459 saylı dövlət aktının X2 və onun ailə üzvlərinə məxsus olan 14,89 ha əkin torpaq sahəsinə aid hissədə ləğv edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında Şəki rayon 2 saylı DNK-da bağlanmış xx.xx.2008-ci il tarixli 4Ə-372 saylı müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh6 arasında Şəki regional "ASAN’' xidmət mərkəzi notarial ofisində bağlanmış xx.xx.2019-cu il tarixli 40- 88 saylı müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-30/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin olunmamışdır. xx.xx.2023-cü il tarixdə qətnamədən İddiaçı1 apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3821/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilərək apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin qanunvericiliklə nəzərdə tutulan müddət ərzində verilmədiyindən geri qaytarılması qərara alınmışdır. Daha sonra İddiaçı1 apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmiş və qətnamədən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət vermiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5426/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin qərardad dəyişdirilmədən saxlanılmış, İddiaçı1 şikayəti təmin edilməmişdir. Hazırda iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-30/2023 nömrəli 26 iyun 2024-cü il tarixli qərardadı ilə verilmiş apellyasiya şikayətləri geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçılar İddiaçı2 və İddiaçı3 şikayət vermiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə verilmiş şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, buraxılmış müddəti bərpa edir. Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmalıdır. İş materiallarından göründüyü kimi, 17 mart 2023-cü il tarixdə qətnamə iddiaçıların nümayəndəsi İddiaçı5 elektron kabinetinə yerləşdirilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı3, İddiaçı1 və İddiaçı4 etibarnamə üzrə nümayəndəsi İddiaçı5 qətnaməni xx.xx.2023-cü il tarixdə imza etməklə əldə etmişdir. Kollegiya onu da nəzərə alır ki, iddiaçılar yaxın qohumdurlar və bu müddət ərzində İddiaçı2 və İddiaçı3 çıxarılmış qətnamədən məlumatsız olmaları inandırıcı deyil. Apellyasiya şikayəti isə qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməklə xx.xx.2024-cü il tarixdə verilmişdir. Beləliklə, məhkəmə apellyasiya şikayətinin geri qaytarılması barədə əsaslı nəticəyə gəlmişdir, şikayətin təmin edilməsi üçün əsas yoxdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-30/2023 nömrəli 26 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4692/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4692/2024
29.07.2024 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver