Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3821/2023 18.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-30/2023 saylı iş üzrə 02 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə dair mülki işə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə, Şəki rayon 2 saylı Dövlət Notariat Kontoruna və Şəki regional “Asan Xidmət” Mərkəzinin notariat ofisinə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, dövlət aktı və çıxarışların ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki 2 saylı DNK-nun 28 dekabr 2004-cü il tarixli 235829 saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş Kod:40401027 JN-0459 saylı dövlət aktının X2 və onun ailə üzvlərinə məxsus olan 14,89 ha əkin torpaq sahəsinə aid hissədə ləğv edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında Şəki rayon 2 saylı DNK-da bağlanmış xx.xx.2008-ci il tarixli 4Ə-372 saylı müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh6 arasında Şəki regional "ASAN’' xidmət mərkəzi notarial ofisində bağlanmış xx.xx.2019-cu il tarixli 40-88 saylı müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-30/2023 saylı iş üzrə 02 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı1 apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarında olan etibarnamədən görünür ki, İddiaçı5 İddiaçı1 nümayəndəsidir.(iş v. 245) İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, 17 mart 2023-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-30/2023 saylı iş üzrə 02 mart 2023-cü il tarixli qətnamə İddiaçı5 elektron kabinetinə yerləşdirilmişdir.(iş v. 238) Kollegiya qeyd edir ki, belə olan halda İddiaçı1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-30/2023 saylı iş üzrə 02 mart 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin son günü 17 aprel 2023-cü il hesab olunur. Lakin apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə elektron formada verilmişdir. Göründüyü kimi, qanunla apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddət ötürülmüşdür. . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə şikayət birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Kollegiya qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-30/2023 saylı iş üzrə 02 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətini prosessual müddəti ötürməklə verilib-verilmədiyi məsələni müzakirə etmədən apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Bu halda kollegiya hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-3640/2022 saylı iş üzrə 08 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-30/2023 saylı iş üzrə 02 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3821/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3821/2023
18.05.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver