Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5426/2023 25.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Emin Mehdiyevdən ibarət tərkibdə, iddiaçılar X2, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi, Şəki rayonu 2 saylı Dövlət Notariat Kontoru və Şəki regional “ASAN Xidmət” Mərkəzinin notariat ofisinə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, dövlət aktı və çıxarışların ləğvi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı Rəşta Şəmsiyevanın şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qərara alınıb ki, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı X1 verdiyi şikayət geri qaytarılsın. Şikayətdə tələb olunub ki, xx.xx.2023-cü il tarixli qərardad ləğv edilsin. Şikayət təmin oluna bilməz, həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki-Prosessual Məcəllənin 268.1-ci maddəsinə görə, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. xx.xx.2023-cü il tarixli qərardad həmin tarixdə iddiaçı X1 etibarnamə üzrə nümayəndəsi İddiaçı5 məxsus elektron kabinetə yerləşdirilib, bununla da qərardad rəsmi qaydada verilmiş sayılıb. Qərardaddan şikayət isə 14 gün sonra – xx.xx.2023-cü il tarixdə verilib. “Təmsilçilik” anlayışına əsasən məhkəmə aktının tərəfin nümayəndəsinə verilməsi məhz tərəf üçün prosessual hüquqlar və vəzifələr yaradır. Nümayəndə məhkəmə aktını təmsil etdiyi tərəfin adından alır, bununla da həmin tərəf üçün şikayətvermə müddətinin axımı başlayır. Ona görə də məhkəmə aktının tərəfin nümayəndəsinə verilməsi məhkəmə aktının tərəfə verilməsi sayılır. Əgər nümayəndə məhkəmə aktını aldıqdan sonra bu barədə tərəfə məlumat verməyibsə və ya məhkəmə aktından şikayət verilməsi barədə tərəfin tapşırığını yerinə yetirməyibsə və ya digər bu kimi hallar baş veribsə, tərəf şikayətvermə müddətinin bərpası üçün ərizə ilə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, xx.xx.2023-cü il tarixli qərardaddan şikayət verilməsi müddəti ötürülüb. Ona görə də məhkəmə Mülki-Prosessual Məcəllənin 130.3 və 363.1.3-cü maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin qərardaddan verilmiş şikayətin geri qaytarılmasını qərara almaqla düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5426/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5426/2023
25.08.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver